Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2602/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiаçı İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1973-cü ildən xx.xx.2006-cı ilədək sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınaraq yenidən əmək pensiyasının hesablanmasının və ödənilmiş məbləğin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdr. İddia ərizəsinin məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilməmişdir.Bu səbəbdən onun əmək pensiyası məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada əmək pensiyasının minimum məbləğində (200 manat) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində əmək pensiyasının mələğinin yenidən hesablanması ilə müraciət etmiş və onun əmək pensiyasının məbləği yenidən hesablanmış və 234,68 manata çatdırılmışdır. Bununla razılaşmayan iddiaçı yenidən xx.xx.2021-ci il tarixində əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı müraciət etmiş, lakin onun müraciətinə imtina verilmişdir. Belə ki, əmək pensiyasının məbləği yenidən hesablanarkən onun pensiya kapitalında fərq yaranmadığı üçün aylıq pensiya məbləği dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı yenidən ərizə ilə müraciət etmiş və onun pensiya məbləği 237,67 manata çatdırılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı son məktubunun mıəzmunundan aydın olur ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı imtina verilməmiş əksinə onun əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosetəyissual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 200 manat müəyyən olunmuşdur. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği 234,68 manata, bundan sonra 237,67 manata və ən sonda 240 manata çatdırılmışdır. Hazırda iddiaçının aldığı əmək pensiyasının məbləği 240 manat təşkil edir. İddiaçinın hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi əmək pensiyası məbləğinin yenidən hesablanaraq artırılması təşkil edir. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində qiymətləndirilmənin aparılması üçün aşağıda göstərilən hissələrə ayrıayrılıqda qiymət verilməlidir:
1. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına;
2. xx.xx.2006-cı il tarixədək toplanan ümumi iş stajına əsasən pensiya kapitalına;
3. xx.xx.2006-cı il tarixdən sonra toplanan pensiya kapitalına;
4. Müvafiq düstür əsasında aylıq pensiya məbləğinə. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajına münasibət bildirir. (1) Ümumi iş stajı ilə bağlı qiymətləndirmənin aparılması üçün məhkəmə, iddiaçıya pensiya təyin olunan dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: -xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək laboratoriyada 2-ci kateqoriya laborant; (01 il 07 ay 01 gün) -xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 5CH-ə 2-ci kateqoriya fəhlə; (02 ay 27 gün) -xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Azkoonstroy” trestinin avtobazasına 46-37 ZİL-130 markalı avtomaşında müvəqqəti olaraq 3-cü dərəcəli sürücü; (01 ay 11 gün) -xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcli sürücü; (02 ay 23 gün) -xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azmorneftstroy” trestinin nəqliyyat idarəsi 3-cü dərəcəli sürücü; (01 il 05 ay 01 gün) -xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azmorneftstroy” Tikinti Mexanikləşdirmə İdarəsinin 7 saylı VPO Kasimortneftgazprom-dan 3-cü dərəcəli sürücü; (01 il 10 ay 02 gün) -xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Neft daşlarında” hər növ avtomaşınlar üzrə 3-cü dərəcəli sürücü; (03 ay 19 gün) -xx.xx.1982-ci il tarixdən stajçı bələdçi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixdə vaqonlarda bələdçi olaraq reyslərə buraxılmasına icazə verilmiş, hal-hazırda həmin vəzifədə işləmişdir. (xx.xx.2006-cı il tarixədək – 23 il 02 ay 28 gün) İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 02 il 01 ay 24 gün təşkil edən xidmət illəri, iddiaçının ümumi sığorta stajına nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajı ümumilikdə 31 il 01 ay 15 gün təşkil edir. (xx.xx.1973-xx.xx.1975; xx.xx.1975-xx.xx.1975; xx.xx.1975-xx.xx.1977; xx.xx.1978-xx.xx.1978; xx.xx.1978-xx.xx.1978; xx.xx.1978xx.xx.1981; xx.xx.1982-xx.xx.1982; xx.xx.1982-xx.xx.2006) İddiaçının pensiya işindən isə görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının 01 ay 08 gün fərq ilə 31 il 07 ay olduğu müəyyən edilmişdir ki, bu da nəticədə əmək pensiyanın məbləğinin hesablanmasına təsir edir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı üçün pensiya kapitalının nə qədər olmasınamünasibət bildirir. (2) Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun: 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4
Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır.Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Belə olan halda, “Qaydalar”dakı cədvəldə göstərilən illər və bundan sonra 2017- 2021-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, iddiaçının 2006-cı ilə qədər ümumi stajının hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu 9.524,08 manat (31x306+306/12x1+306/365x15) məbləğində pensiya kapitalı, onun pensiya yaş həddinə çatdığı 2021-ci ilə kimi aşağıdakı məbləğlərdə indeksləşdirilir:
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər indeksinin illik əvvəlinə pensiya kapitalı səviyyəsi 2006 8,3 10.314,58 =(9.524,08+9.524,08*8,3%) 2007 16,7 12.037,11 =(10.314,58+10.314,58*16,7%) 2008 20,8 14.540,83 =(12.037,11+12.037,11*20,8%) 2009 1,5 14.758,94 =(14.540,83+14.540,83*1,5%) 2010 5,7 15.600,20 =(14.758,94+14.758,94*5,7%) 2011 7,9 16.832,62 =(15.600,20+15.600,20*7,9%) 2012 1,1 17.017,78 =(16.832,62+16.832,62*1,1%) 2013 2,4 17.426,21 =(17.017,78+17.017,78*2,4%) 2014 1,4 17.670,18 =(17.426,21+ 17.426,21*1,4%) 2015 4,0 18.376,98 =(17.670,18+17.670,18*4%) 2016 12,4 20.655,73 =(18.376,98+18.376,98*12,4%) 2017 12,9 23.320,32 =(20.655,73+20.655,73*12,9%) 2018 2,3 23.856,69 =(23.320,32 + 23.320,32 *2,3%) 2019 2,6 24.476,96 =(23.856,69 +23.856,69 *2,6%) xx.xx.2020 2,6 25.113,36 =(24.476,96 +24.476,96 *2,6%) xx.xx.2020 2,8 25.816,53 =(25.113,36 +25.113,36 *2,8%) xx.xx.2021 12 28.914,51 =(25.816,53 +25.816,53 *12%)
İddiaçının 65 yaş həddi 2021-ci ilin yanvar ayında tamam olur. Belə olan halda, onun 01.01 2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə topladığı 9.524,08 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2021-ci ilin əvvəlinə 28.914,51 manat təşkil edir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən məlumatlar (hər ilin sonuna olan faizlər) hazırkı mərhələdə işə əlavə olunmuşdur). Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalını müəyyən edir. (3) Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş pensiya işindən, sosial arayışdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlər üzrə əmək haqqından məcburi sosial sığorta haqları çıxılmış və fərdi hesabının sığorta hissəsində yığılmışdır. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10.609,56 manat təşkil edir. Məhkəmə iddiaçının əmək pensiyasının məbləğinə münasibət bildirir. (4) Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. 6-1.Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 10.4.Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 45.1.Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə qeyd etmək istəyir ki, şəxsin əmək pensiyası məbləği onun topladığı pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinə bölünməklə müəyyən edilir. Doğrudur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi dövrdə ölkə ərazisində əmək pensiyasının minimum məbləği 200 manat müəyyən edilmiş, lakin sonradan baş vermiş dəyişiklik əsasında pensiya məbləği artırılaraq 240 manat müəyyən edilmişdir. İddiaçının əmək fəaliyyəti icra etdiyi dövrdə ümumilikdə topladığı pensiya kapitalı 39.524,07 manat təşkil etmişdir. Yuxarıda da qeyd olunduğu bu məbləğ iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi stajının istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etməklə pensiya hüququnun yarandığı tarixə olan 28.914,51 manat və xx.xx.2006-cı il tarixdən sonra toplanan 10.609,56 pensiya kapitalının cəmidir. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 274,47 ((39.524,07/144 ay) manat olması müəyyən edilir. İddiaçının isə hazırda aldığı pensiya məbləği 34,47 manat fərq ilə 240 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya təyin olunmuş pensiya məbləği düzgün müəyyən edilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Son olaraq Məhkəmə cavabdehin etirazda irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, hər nə qədər cavabdeh iddiaçının müraciəti üzrə əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı imtina verilmədiyinə, əksinə əmək pensiyasının məbləğinin yenidən hesablanmasına istinad etsə də, nəticə etibarı ilə iddiaçını pensiya məbləği hesablamalardan sonra belə düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçının xx.xx.1973-cü ildən xx.xx.2006-cı ilədək sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınaraq yenidən əmək pensiyasının hesablanması və ödənilməmiş məbləğin ödənilməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Orxan Həsənov