Məhkəmə qərarları › İş №2-1(112)-2603/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2603/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2603/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ:t İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmindəbirdəfəlik müavinətin nəzərə alınmaqla, ödənilməyən fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1999-xx.xx.2019-cu il tarixlərində ümumilikdə 20 təqvim ili üzrə Ədliyyə orqanlarında (Penitensiar) xidmət etmişdir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət ödənilməsini nəzərdə tutulmuşdur.Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndində qeyd edilir ki, Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra "ədliyyə orqanlarında qulluq keçmə" adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.Bununla bağlı sözügedən nazirliyə müracət etsə də qarşı tərəf xx.xx.2019cu il tarixli cavab məktubunda imtina etmişdir.İmtina məktubunda qeyd edilmişdir ki, müraciətinə baxılmış və qulluq müddətində 2010, 2017, 2018, 2019-cu illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müavinət almaq üçün yazılı olaraq müraciət olmadığından birdəfəlik müavinət almamışdır. Cavabdeh həmçinin “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları İlə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” haqqında Ədliyyə Nazirinin 28 aprel 2008-ci il tarixli, № 7-t saylı Əmrində nəzərdə tutulmadığını bildirmişdir.Belə ki, sözügedən əmrin 1.3-ci bəndi nəzərdə tutulur ki, işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Halbuki həmin əmr pensiyaya çıxan Ədliyyə orqanlarında (Penitensiar) xidmət etmiş vətəndaşlara müavinətin ödənilməsini də istisna etmir.Belə ki, o, nə sərəncamdadır, nədə ki vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmamışdır. Sadəcə olaraq güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Qanunun normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına gətirib Cavabdehə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 09 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluğa qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə əsasən (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla qulluq keçməsinə xitam verilmişdir. İşdə olan Penitensiar Xidmətinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 17/7-17741 saylı məktubundan görünür ki, İddiaçı müalicə xərci üçün müavinətin ödənilməsinə dair ərizəsinə xidmətin Maliyyə İqtisadiyyat İdarəsində baxılmış və bildirilmişdir ki, penitensiar xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Penitensiar Xidmətdə qulluqda olmuşdur. Qulluq müddətində 2010, 2017, 2018 və 2019-cu illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə isə tibbi müavinət almaq üçün yazılı olaraq müraciət olmadığından birdəfəlik müavinət almamışdır. İmtinaya əsas olaraq “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi”Qaydalarının 2.1 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarına istinad olunmuşdur. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixdək xidmətdə olduğu dövr ərzində 2010, 2017, 2018, 2019-cu illər üzrə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin almış və həmin dövr onun tərəfindən mübahisələndirməmişdir. İddiaçı hazırda xidmətdə olduğu yerdə qalan dövr üzrə müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsini cavabdehdən tələb edir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun həmin maddəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2008-ci il tarixli 7-T nömrəli əmri ilə «Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən müraciət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Həmin Qaydaların 2.2-ci bəndində müavinət verilməsi üçün müraciətə əlavə edilməli sənədlər sadalanmışdır. Lakin iş materialları ilə iddiaçının xidmətdə olduğu həmin dövr ərzində müalicə olunması ilə əlaqədar müavinətin verilməsi üçün buna əsas olan sənədlər əlavə edilməklə cavabdeh inzibati orqana müraciət etdiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, zərurət olmadığından iddiaçı həmin hüququndan vaxtında istifadə etməmişdir. İddiaçı xidmət etdiyi dövr ərzində müalicədə olmasını təsdiq edən hər hansı tibbi sənədi məhkəməyə təqdim etmədiyindən onun müalicə alması iş materialları ilə təsdiq edilmir. Hətta göstərilən sübut məhkəməyə təqdim ediləcəyi təqdirdə bu iddianın əsaslı olması demək olmayacaqdır. Belə ki, iddiaçı müalicə ilə əlaqədar müavinətin ödənilməsini xidmətdə olduğu dövr ərzində deyil, xidmətdən xaric edildikdən sonra etmişdir ki, bu da öz növbəsində müavinətin ödənilməməsi üçün əsasdır. Yuxarıda göstərilən Qaydaların 1.3-cü bəndinə müvafiq olaraq işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı müalicə ilə əlaqədar müavinətin ödənilməsi üçün müraciət etməzdən əvvəl Penitensiar xidmətdə qulluq keçməsinə xitam verildiyindən, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar