Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2604/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X13) “qeydiyyatda düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X13) “qeydiyyatda düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək üçüncü şəxs X5 qeydiyyat ünvanının ünvan 1liş edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsini almışdır. Həmin ünvan üzrə X13 adlı şəxsin də qeydiyyatda olması müəyyən edilmişdir. Həmin şəxs Bakı ş, Nəsimi r, 2-ci MKR, H.Seyidzadə küçəsi, ev 17, mənzil 45 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X1 həyat yoldaşıdır və həmin ünvanda yerləşən yaşayış sahəsində yaşayır. Pasport ünvanına düzəliş edilməsi ilə əlaqədar müraciət etsə də, müraciətin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan X14, qeydiyyatda olduğu həmin mənzili iddiaçıya satmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X14 və X6 ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. Çıxarışdan görünür ki, ünvan 4-yeni qaydalarla H.Seyidzadə küçəsi 61, M5,m3 ünvanda yerləşən mənzil iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Həmin əmlaka dair qovluqda olan qeydiyyat vəsiqəsindən görünür ki, X9 mülkiyyətində olan yaşayış sahəsinin əvvəlki ünvanı Bakı ş, Nəsimi r, 4-cü MKR, Cəbiyev küçəsi, ev 17, mənzil 45 olmuşdur. X10 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ünvan 6 ünvanda qeydiyyatdadır. Nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, həmin şəxs X11 ilə nikahdadır. Arayışlardan görünür ki, həmin üçüncü şəxsdən başqa digər ailə üzvləri olan X11, X7, X12 ünvan 7 ünvanında qeydiyyatdadır. İstismar Sahəsinin arayışından görünür ki, üçüncü şəxs ünvan 7 ünvanda yerləşən yaşayış sahəsində faktiki yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, eyni ünvan göstəricisinə malik X2 adına qeydə alınmış ünvan 9 ünvan üzrə yaşayış sahəsi olması barədə məlumat aşkar edilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 ünvan üzrə yaşayış sahəsi X2 mülkiyyətindədir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda qeyd edilmişdir ki, göstərilən məsələyə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasıKM1 Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin:
1. Azərbaycan Respublikası vətəndaşları (bundan sonra — vətəndaşlar), əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar.
2. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir:[3] 2-1. Bu Əsasnamənin 2-ci maddəsində göstərilən halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə həmin maddədə göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən birini təqdim etməlidir. a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış
Göstərilən normaların məzmunundan da aydın olduğu kimi şəxs yaşayığı yerə dair ünvan üzrə yaşayış yeri üzrə təqdim edilən sənədlərə uyğun olaraq qeydə alınmalıdır ki, təqdim edilməli olan sənədlərdən biri qismində yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Lakin, cavabdeh tərəfindən üçüncü şəxs X8 yaşayış yeri üzrə qeydiyyata alınması zamanı göstərilən normativ hüquqi aktların tələbləri pozulmuş, texniki xarakterli yanlışlığa yol verilməklə şəxsin ünvan üzrə qeydiyyatı aparılmışdır. Belə ki, hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, yaranmış inzibati mübahisənin mahiyyəti ünvan 2 ünvanın həmin rayonda yerləşən həm 2-ci mikrorayonda, həm də 4-cü mikrorayonda yerləşməsi ilə əlaqədardır. İddiaçı ünvan 10 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi kimi yaşayış yeri haqqında arayış alarkən həmin səbəbdən üçüncü şəxs X5 adı da həmin yaşayış yeri üzrə müəyyən edilməkdədir. Halbuki, üçüncü şəxsin həyat yoldaşı X11 və onların iki övladına aid sənədlərdən görünür ki, üçüncü şəxs və onun ailə üzvləri X3 məxsus 2-ci MKR-da yerləşən H.Seyidzadə küçəsi, ev 17, mənzil 45 ünvanında yaşamaqdadır və X4 istisna olmaqla həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyat ünvanı da məhz 2-ci MKR-da yerləşən H.Seyidzadə küçəsi, ev 17, mənzil 45 aiddir. Lakin, həmin şəxslərdən fərqli olaraq X5 qeydiyyat ünvanında 2-ci MKR qeydinin aparılmaması, iddiaçıya məxsus mənzil üzrə həmin üçüncü şəxsin qeydiyyatda olması kimi məlumatın görünməsinə səbəb olur ki, iddia da məhz həmin qeydiyyat ünvanında texniki xarakterli düzəlişin edilməsi ilə əlaqədardır. Məhkəmə də hesab edir ki, həmin düzəlişin edilməsi istər iddiaçı, istər üçüncü şəxsin hüquq və maraqlarına uyğundur. Belə ki, şəxslərin qeydiyyat ünvanının düzgün qeyd edilməsi ilə bağlı “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin qeydiyyat yerinin səhv qeyd edilməsi, üçüncü şəxsin faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Odur ki, məhkəmə hesab edir ki, göstərilən səhv aradan qaldırılmalı üçüncü şəxs onun ailə üzvünün mülkiyyətində olan əmlakın olduğu ünvan üzrə həyat yoldaşı və uşaqlarının qeydiyyat ünvanlarında olduğu ünvan olan məhz ünvan 11ydiyyata alınmalıdır.
Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanı üzrə qeydiyyatda olan X5 qeydiyyat ünvanının ünvan 1liş edilməsi öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov