Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2606/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı xx xxxxxx 2006-cı il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi sığorta stajı olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Yevlax rayonunun Balçılı kəndidnə anadan olmuşdur. 1979-cu ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirdikdən sonra həmin ilin sentyabrında Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. xx.xx.1979-xx.xx.1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə təhsil almışdır. Təhsil aldığı müddətdə institutda radiorabitə bölmə komandiri ixtisası üzrə hərbi hazırlıq kursu keçərək leytenant hərbi rütbəsi almışdır. Ona məxsus AT-İİİ seriyalı, ******* nömrəli, xx.xx.1984-cü il tarixli əmək kitabçasına əsaəsn o, xx.xx.1984-xx.xx.1986-cı illərdə “Saratovtransqaz” İB-nin Aleksandrovo-Qaysk rayon X6 ölçü-nəzarət cihazları və avtomatikası mühəndisi vəzifəsində, xx.xx.1986-xx.xx.1991-ci illərdə Azərbaycan DRES-nin İstilik Ölçü Cihazları və Avtomatikası sexində mühəndis vəzifəsində, xx.xx.1991-ci il tarixdən həmin sexdə usta vəzifəsində, xx.xx.1996-cı il tarixdən həmin sexdə İİ dərəcəli mühəndis vəzifəsində, xx.xx.2005-ci il tarixdən həmin sexdə İ qrup mühəndiz vəzifəsində, xx.xx.2016-cı ildən hal-hazıradək həmin sexdə “Texnoloji avadanlıqların avtomatik idarə olunmasına xidmət sahəsi”ndə mühəndis vəzifəsində işləyir. xx.xx.2006-cı ildə Azərbaycan DRES “xxxx” MMC adlandırılmışdır. Qeyd edir ki, Azərbaycan DRES-də (indiki “xxxx” MMC) 8 saatlıq iş günü ərzində işlədiyi Ölçü Cihazları və Avtomatikası sexində, 1 və 2 saylı Qazan və Turbin sexlərində və Stansiyanın başqa sahələrində quraşdırılmış nəzarət ölçü cihazları və avtomatikası avadanlıqlarının yerində təmiri, sazlanması işlərini yerinə yetirmiş, onlara texniki xidmət göstərmiş və avadanlıqların quraşdırılması işlərini birbaşa yerinə yetirmişdir. Eləcə də, bu işləri zərərli və zəhərli iş şəraitində yerinə yetirmişdir. Müxtəlif zərərli və zəhərli faktorların: səs-küy, titrəmə, maqnit sahəsi, toz, nəmlik (rütubətlilik), havanın yüksək tempraturu, sahə gərginliyi, havanın cərəyan surəti və s. faktorların təsirinə məruz qaldığı üçün ona aylıq məvacibinin 12 %-i miqdarında əlavə əmək haqqı və əmək məzuniyyətinə 6 təqvim günü əlavə məzuniyyət günləri verilmişdir. Hal-hazıradək onun 40 ildən çox ümumi əmək stajı var. xx xxxxxx 2006-cı ilədək isə 27 ildən çox ümumi iş stajı var ki, bunun da 12 il 6 aydan çoxu əmək şəraiti xüsusilə zərərli və ağır olan güzəştli işlərdə çalışmaya aiddir. Yuxarıda qeyd etdiyi kimi xx.xx.2006-cı il tarixinədək olan 27 ildən çox əmək satjının 4 il 10 ay 20 günü (xx.xx.1979-xx.xx.1984) Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı dövrə, 1 il 7 ay 2 günü (xx.xx.1984-xx.xx.1986) “Saratovtransqaz” İB-nin Aleksandrovo-Qaysk rayon X6 işlədiyi dövrə və 19 il 6 ay 22 günü (xx.xx.1986-xx.xx.2005) isə Azərbaycan DRES-də işlədiyi dövrə aiddir ki, bu da – cəmi 26 il 12 gün sosial sığorta stajı edir. Yəni, onun xx.xx.2006-cı il tarixinə 26 il 12 gün iş stajı var. Onu da, qeyd edir ki, ali təhsil müəsissəində əyani təhsil aldığı müddət 4 il 10 ay 20 gün qanunvericiliyə müvafiq olaraq sosial sığorta iş stajına daxildir. Belə ki, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə ali məktəblədə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazilər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən ishsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının xx.xx.1984-xx.xx.1986, 09.0.1986-xx.xx.1991 və xx.xx.1996-xx.xx.2006-cı illər üzrə ərzində işləmiş olduğu “mühəndis” peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsindəki peşələr ilə üst-üstə düşmür. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bununla əlaqədar məhkəmə təcrübəsində qeyd edilmişdir ki, “apelyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nın yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, ondan həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab etmişdir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və s. fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüqunun əldə edilməsi üçün əsas ola bilər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı Qərarının əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərinmülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Yevlax rayonu, Balçılı kəndində anadan olmuşdur. İşdə olan МВ seriyalı, 013617 nömrəli diplomun surətindən görünür ki, X5 1979-1984cü illərdə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda avtomatika və telemexanika fakultəsində təhsil almışdır. İşdə olan ididaçıya məxsus AT-İİİ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə “Saratovtransqaz” İB-nin Aleksandrovo- Qaysk rayon X6 ölçü-nəzarət cihazları və avtomatikası mühəndisi vəzifəsində; xx.xx.1991-ci il tarixdən həmin sexdə usta vəzifəsində; xx.xx.2005-ci l tarixdən həmin sexdə İ qrup mühəndis vəzifəsində; xx.xx.2016-cı ildən hal-hazıradək isə həmin sexdə “Texnoloji avadanlıqların avtomatik idarə olunması xidmət sahəsi”ndə mühəndis vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 208-63 nömrəli, xx.xx.2019-cu il tarixli “istehsalat fəaliyyəti haqqında” arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildən, hal-hazıradək “xxxx” MMC-nin İstilik Ölçü Cihazları və Avtomatikası sexində işləyir. O, xx.xx.1986-cı il (əmr № 508) tarixindən etibarən İstilik Ölçü Cihazları və Avtomatikası sexinə mühəndis vəzifəsinə işə götürülmüş, xx.xx.1991-ci il tarixli, 153/k nömrəli əmrlə sexdə usta vəzifəsinə, xx.xx.1996-cı il tarixli, 172/k nömrəli əmrlə İstilik Ölçü Cihazları və Avtomatikası sexində “Avtomatika” qrupuna təmir üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazıradək sexdə bu vəzifədə işləyir. İstilik Ölçü Cihazları və Avtomatikası sexində işlədiyi müddətdə o, 8 saatlıq iş günü ərzində sexin 1 və 2 saylı Qazan və Turbin sexləri stansiyasının başqa sahələrində quraşdırılmış nəzarət ölçü cihazları və avtomatikası avadanlıqlarının yerində təmiri, sazlanması, sınanması işlərini yerinə yetirmiş, onlara texniki xidmət göstərmiş və avadanlıqların quraşdırılması işlərini birbaşa yerinə yetirmişdir. “xxxx” MMC-də aparılan yenidənqurma işlərində yaxından iştirak edərək yeni gətirilmiş avadanlıqların quraşdırılması işlərini yerinə yetirmişdir. Bu işləri 8 saatlıq iş rejimində, zərərli və zəhərli iş şəraitində yerinə yetirmişdir. İş vaxtı o, xidmət etdiyi avadanlıqların yerləşdiyi sex və sahələrdə müxtəlif zərərli və zəhərli faktorların (səs-küy, titrəmə, maqnit sahəsi, yüksək temperatur, sahə gərginliyi və s.) təsirinə məruz qalır. Ona görə də, ona, 12 % həcmində əlavə əmək haqqı ödənilir və 6 təqvim günü əlavə məzuniyyət verilir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********4 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatına dair müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililkə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi xx xxxxxx 1984-cü il tarixli, AT-İİİ 93229628 nömrəli əmək kitabçasından göründüyü kimi, xx.xx.1984-xx.xx.2006-cı il tarixləri əhatə edən dövr ərzində “xxxx” MMC-nin İstilik Ölçü Cihazları və Avtomatika sexində mühəndis işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulmamışdır. Eyni zamanda, x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə cavabdehin etirazında qeyd olunan dəlilləri iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya məxsus AT-İİİ seriyalı, ******* nömrəli, xx.xx.1984-cü il tarixli əmək kitabçasından və “xxxx” MMC tərəfindən verilmiş 208-63 nömrəli, xx.xx.2019-cu il tarixli “istehsalat fəaliyyəti haqqında” arayışdan görünür ki, iddiaçı həqiqətən də, xx.xx.1986-cı ildən, hal-hazıradək “xxxx” MMC-nin İstilik Ölçü Cihazları və Avtomatikası sexində işləyir. O, xx.xx.1986-cı il tarixindən etibarən İstilik Ölçü Cihazları və Avtomatikası sexinə mühəndis vəzifəsinə işə götürülmüş, xx.xx.1991-ci il tarixli, 153/k nömrəli əmrlə sexdə usta vəzifəsinə, xx.xx.1996-cı il tarixli, 172/k nömrəli əmrlə İstilik Ölçü Cihazları və Avtomatikası sexində “Avtomatika” qrupuna təmir üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazırda sexdə bu vəzifədə işləyir. Arayışda iddiaçının işlədiyi peşələrin xarakteri, iş rejimi göstərilmiş, lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilmiş peşələrin siyahısında hansı peşə olması və peşənin kodu göstərilməmişdir. Eləcə də, məhkəmə tərəfindən əmək kitabçasında və arayışda qeyd edilən peşələrin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında müəyyən edilməmişdir. Məhkəmə iddiaçının pensiya hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq araşdıraraq hesab edir ki, yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bildiyindən, bununla da, iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olmaması iş materialları ilə sübuta yetirilmədiyindən hazırki iddia tələbi əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X8 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2606/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2606/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver