Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2609/2021 15.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində böyük hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb olunmaqla “İddiaçı şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 13.927,67 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı onun şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 13.927,67 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı restoranlar tərəfindən xidmətlərin göstərməsi və yeməklərin çatdırılması üzrə xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Daha sonra 2020-ci ilin mart ayından etibarən bütün dünyada və ölkəmizdə də yayılmış pandemiya ilə bağlı fəaliyyət göstərdiyi iaşə obyektini bağlamağa və sahibkarlıq fəaliyyətinin dayandırılmasına məcbur olmuşdur. İddiaçı fəaliyyət göstərdiyi dövr ərzində nümunəvi vergi ödəyicisi kimi seçilmişdir və vaxtlı-vaxtında dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini artıqlaması ilə icra etmişdir. Sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra iddiaçının şəxsi hesab vərəqdə 13.927,67 manat məbləğində artıq ödənilmiş vergilər mövcud idi. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirməsindən ibarət olmuşdur. Belə ki, 7 sentyabr 2020-ci il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 13.927,67 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin qaytarması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə cavabdeh vergi orqanına müraciət etmişdir. Lakin cavabdeh vergi orqanı 2 oktyabr 2020-ci il tarixli **********303600 nömrəli cavab məktubu ilə formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan 13.927,67 manat vergilərin qaytarılmasından imtina etmişdir. Dövlət büdcəsinə ödənilmiş artıq vergilərin qaytarılmasında vergi orqanların bilavasitə vəzifəsi həmin vergilərin birbaşa vergi ödəyicisinə qaytarılmasından deyil, məhz həmin vergilərin qaytarılması məqsədilə müvafiq rəyləri hazırlayaraq maliyyə orqanlarına təqdim etməkdən ibarət olmuşdur ki, bunun da həyata keçirilməsi üçün vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara, yəni vergi ödəyicisinin qeydiyyatda (uçotda) olduğu vergi orqanına müvafiq qaydada təsdiq edilmiş ərizə ilə müraciət etməlidir. Məhz bu səbəbdən də Qaydaların tələblərinə uyğun olaraq iddiaçı qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaların 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş artıq vergilərin qaytarılması barədə ərizə forması ilə müraciət etmişdir. Cavabdeh vergi orqanı isə iddiaçının ərizəsi üzrə heç bir araşdırma aparmadan və qanuna müvafiq tədbirlər görmədən formal mülahizələrə istinad edərək ərizənin icrasından imtina etmişdir. Qeyd olunan cavab məktubunda vergi orqanı aşağıdakı əsaslara istinad etmişdir: 1. 24.06.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir; 2. Təqdim edilmiş ərizədə artıq ödəmənin ödəniş tarixi, məbləği və yaranma səbəbinin düzgün qeyd edilmədiyi aşkar edilmişdir. İddiaçı vergi orqanının imtina məktubunda gətirdiyi birinci əsası ilə bağlı bildirir ki, partnyorluq sazişinin bağlanması hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbinə heç bir aidiyyəti yoxdur. Qeyd olunan halı arasında bağlanmış həmin partnyorluq sazişinə baxdıqda belə anlamaq olur. Sözügedən Sazişin məqsədi vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı əməkdaşlıq, etibarlıq və şəffaf prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına və vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etməsinə yönəlmişdir ki, məhz bu səbəbdən də iddiaçı fəaliyyət göstərdiyi dövr ərzində dövriyyəsinə uyğun olaraq vergi orqanına bəyannamələr versə də, dövlət büdcəsinə bəyan etdiyi vergilərdən artıq miqdarda vergilər ödəmişdir. Başqa sözlə, elə partnyorluq sazişin məqsədinə uyğun olaraq iddiaçı büdcə proqnozlarının yerinə yetirilməsi üçün dövlət büdcəsinə dövriyyəyə uyğun olaraq odəməli olduğu vergilərdən artıq məbləğdə vergilər ödəmişdir. Bu səbəbdən də, iddiaçının hazırda dövlət büdcəsinə artıq ödəmə yaranmışdır ki, həmin artıq ödəmənin də geri tələb edilməsi vergi qanunvericiliyi ilə iddiaçıya verilən hüquqdur. Eyni zamanda, vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmiş, lakin buna baxmayaraq aylıq dövriyyəsi hər ay fərqli olsa da, iddiaçı özü həmişə vergiləri dövriyyəyə uyğun deyil, ondan artıq məbləğdə vergilər ödəmişdir. Digər tərəfdən, sözügedən Sazişin heç bir bəndində vergi orqanına təqdim edilən bəyannamələrdə aylıq dövriyyə göstəricilərinin ödənilən vergi məbləğlərinə uyğun olaraq göstərməsi qeyd edilməmişdir ki, bu hal da bir daha cavabdeh vergi orqanının imtina məktubunda bununla bağlı gətirdiyi dəlilinin əsassız olduğuna dəlalət edir. Bundan əlavə, əgər vergi orqanının iddia etdiyi hal, yəni iddiaçının güya vergi orqanı ilə bağladığı partnyorluq sazışınə əsasən ödədiyi vergilərə müvafiq olaraq bəyannamələri vergi orqanına təqdim etməliydisə, lakin bunu etməmişdirsə, onda hansı səbəbdən vergi orqanı vergi qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edərək iddiaçı barədə vergi nəzarət tədbirləri keçirməmiş və vergidən yayındığına görə qanunamüvafiq tədbirlər görməmişdir. Eyni zamanda, əgər iddiaçı partnyorluq sazişinin tələblərinə əməl etmirsə, yəni ödədiyi vergilərə müvafiq olaraq bəyannamələr vergi orqanına təqdim etmirsə, nə üçün vergi orqanı iddiaçı ilə bağladığı partnyorluq sazişinə xitam verilməsi təşəbbüsü ilə bu günədək çıxış etməmişdir. Halbuki, Sazişinin 5.1-ci bəndində göstərilmişdir ki, bu Sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, Sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim etdiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Sazişinin qeyd olunan tələbinə baxmayaraq vergi orqanı tərəfindən bu günədək iddiaçıya Sazişinin tələblərinin yerinə yetirilməməsi səbəbindən həmin Sazişə xitam vermək niyyətinin olması barədə müraciət edilməmiş və həmin Saziş bu günədək güvvədədir. Vergi orqanının imtina məktubunda təqdim edilmiş ərizədə artıq ödəmənin ödəniş tarixi, məbləği və yaranma səbəbinin düzgün qeyd edilmədiyinə dair gətirdiyi dəlili ilə bağlı iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş artıq vergilərin qaytarılması barədə ərizə forması ilə 7 sentyabr 2020-ci il tarixdə qeydiyyatda olduğu cavabdeh vergi orqanına müraciət etmişdir və ərizədə artıq ödəmənin yaranmasına əsas olan ödənişlərin tarixi, məbləğləri və artıq ödəmənin yaranma səbəbləri barədə tam təfsilatı ilə göstərilmişdir. Vergi orqanı isə imtina məktubunda güya iddiaçının ərizədə məlumatların düzgün qeyd etmədiyi göstərsə də, düzgün olmamasının nədən ibarət olduğunu açıqlamamış və yalnız formal mülahizələrin qeyd edilməsi ilə kifayətlənmişdir. İddiaçı ərizədə göstərdiyi ödənişlərdə artıq ödənilən verginin növü, büdcə təsnifat kodu, tarixi, yaranma səbəbi və məbləği tam olaraq qeyd etmişdir. Cavabdeh vergi orqanı isə ərizədə nəyin düz olmadığını ümumiyyətlə açıqlamamış və hətta qeyd olunan çatışmamazlıqların aradan qaldırılmasını tövsiyyə etmiş, bununla da formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir. Halbuki, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəmə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı üçün həmin borcların ödənilməsinə və razılığı olmadığı üçün gələcəkdə yarana biləcək vergi öhdəliklərinə yönəldilə bilinməzdir ki, məhz bu səbəbdən də iddiaçı ərizə ilə müraciət etdiyi 7 sentyabr 2020-ci il tarixdən 45 günlük müddətin son günü 22 oktyabr 2020-ci il tarixə təsadüf edir ki, həmin gündən sonrakı hər ötürülmüş günə görə qaytarılması tələb edilən 13.927,67 manat artıq ödəmənin 0.1 faiz miqdarında faiz iddiaçıya hesablanaraq ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqdə göstərilmiş artıq ödənilməmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. İddiaçının artıq ödəmələrin qaytarılması barədə 08.09.2020-ci il tarixli **********273600 nömrəli müraciəti əsasında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 24.06.2014-cü il tarixdə vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edildiyi və vergi orqanı ilə 2014-cü il tarixli **********812500 nömrəli Partnyorluq Sazişi bağlandığı müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin müraciətinə əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə Ərizədə artıq ödəmənin ödəniş tarixinin, məbləğinin və yaranma səbəbinin düzgün qeyd olunmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar iddiaçıya 01.10.2020-ci il tarixli **********303600 nömrəli məktub göndərilmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia ərizəsinə dair etiraza münasibətində iddiaçı göstərilmişdir ki, artıq ödənilmiş məbləğlərin yazılış və ödəniş tarixləri şəxsi hesab vərəqəsində eyni xana üzrə açıq-aşkar görünür və belə bir formal mülahizələrə istinad etməklə ərizənin icrasında imtina edilməsi inzibati icraat qanunvericiliyinin tələblərinin kobud pozulmasına dəlalət edir. Belə ki, iddiaçı vergi orqanına təqdim edilmiş ərizədə artıq ödənilən verginin növü, büdcə təsnifat kodu, tarixi, yaranma səbəbi və məbləği tam olaraq qeyd etmişdir. Cavabdeh vergi orqanı isə ərizədə nəyin düz olmadığını ümumiyyətlə açıqlamamış və hətta qeyd olunan çatışmamazlıqların aradan qaldırılmasını tövsiyyə etmiş, bununla da formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir. Halbuki, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə ücüncü şəxsin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili Vəkil iddia ərizəsinin məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi O.Heydərli iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı şəxsi hesab vərəqəsinə əsasən onun 02.11.2020-ci il tarixinə 13.927,67 manat məbləğində saldo yaranmışdır. 25.06.2014-cü il tarixli **********812500 saylı “Vergi partnyorluğu Sazişi”nə əsasən bir tərəfdən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti Baş vergi xidməti müşaviri X3 və digər tərəfdən İddiaçı arasında Vergi partnyorluğu Sazişi bağlanılmışdır. İddiaçı 07.09.2020-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə” ərizəsinin surətinə əsasən, iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı “07.09.2020-ci il tarixli artıq ödənilmiş məbləğin geri qaytarılması barədə” məktubunda bildirmişdir: “artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin bildiririk ki, tərəfinizdən 24.06.2014-cü tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyiniz dövr üzrə dövriyyə məlumatlarını Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi Sizə tövsiyyə olunur. Eyni zamanda bildiririk ki, tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin ödəniş tarixi, məbləği və yaranma səbəbinin düzgün qeyd edilmədiyi aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə vergi ödəyicisinin ərizəsi olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Göstərilənləri nəzərə alaraq bildiririk ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra artıq ödəməniz olduğu halda qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edəcəyiniz təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılaraq zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1668/2020 saylı işi üzrə qəbul etdiyi 05.08.2020-ci il tarixli qərarına əsasən, iddiaçı MMCnin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxs qismində Maliyyə Nazirliyi cəlb edilməklə Cəmiyyət tərəfindən artıq ödənilmiş 449,748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsinı dair birinci instansiya məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)- 3454/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2020-ci il tarixli, 2-1(103)-759/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının fəaliyyət göstərdiyi dövr üzrə vergilər üzrə dövlət büdcəsinə 13.927,67 manat artıq ödəmə məbləği yaranmışdır, iddiaçı tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə yazılı müraciət edilmiş, lakin iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin etirazda qeyd olunan əsaslarla vəsaitin qaytarılmasından imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 65.9-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Tərəflərin arasında yaranmış mübahisə ilə bağlı məsələ Vergi Məcəlləsinin 87-ci maddəsi ilə, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Beləliklə, iddiaçının vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələr olduğu halda, həmin məbləğlərin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. Halbuki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 13.927,67 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə görə, vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2.-ci bəndinə əsasən, vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. İddiaçı artıq ödənilmiş vergi məbləğinin ona qaytarılması barədə ərizə ilə cavabdehə 07 sentyabr 2020-ci tarixdə müraciət etmiş, lakin bugünkü günədək həmin vəsait iddiaçıya qaytarılmamışdır. Belə olan halda iddiaçının 13.927,67 manat məbləğin qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi tələbi hissəsində də iddia əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 13.927,67 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 13.927,67 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2609/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2609/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver