Məhkəmə qərarları › İş №2-1(112)-261/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-261/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-261/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 1180 nömrəli 16.08.2000-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin 7-ci abzasında qeyd olunmuş Azərbaycan Respublikasının 20.09.2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunun iddia tələbindən çıxarılmasını və 16.08.2000-ci il tarixli, 1180 nömrəli Suraxanı Rayon İcra Hakimiyyətinin “Sərəncam”-nın üçüncü şəxs X5 düşən 34 №-li sahədə 400 (dörd yüz) kv.m. olan hissənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azgerneff’ MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviliyə əsasən 1994-cü ildə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. '’Azgernetf” MMC isə öz fəaliyyətini həyata keçirmək üçün ARDNŞ-nin təqdim etdiyi əsas vəsaitləri, ərazini və xarici investorların qoşduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyət barədə təsisçiləri qarşısında hesabat verir. Həmin ərazi (torpaq sahəsi) 1:10000 xəritə ilə təsdiq edilmişdir. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan həmin sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi olan, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində, 34 №-li sahənin (39 T 415997.5059; 478287.0152, 415982.2820; 478274.0527, 415969.3122; 4478289.2771, 415984.5400; 478302.2430 koordinatlar üzrə yerləşən) 400.0 (dörd yüz) kv.m. ərazisi fərdı ev tikintisi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1180 nömrəli, 16.08.2000-ci il tarixli sərəncamı ilə X5 ayrılmışdır. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan vətəndaşın istifadəsinə ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət, müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Qrünevald İnterneyşnl LTD şirkəti arasında İddiaçı Azərbaycan-Almaniya birgə müəssisənin yaradılması haqqında 1994-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikasının İqtisadi Azadlığı haqqında 25 may 1991-ci il tarixli Qanununa və 9 noyabr 1991-ci il tarixli Mülkiyyət haqqında Qanuna əsasən aşağıda sadalanan təbii şəkildə torpaq altında yerləşən bütün karbohidrogenlər Azərbaycan Respublikasının mülkiyyətindədir və qeyd olunmuş karbohidrogen ehtiyatlarına mülkiyyət hüququ, sərəncam vermə və idarə etmə Azərbaycan Respublikası hökumətinə («Hökumət») məxsusdur və Hökumətə məxsus bu səlahiyyətlər ARDNŞ tərəfindən həyata keçirilə bilər və Azərbaycan Respublikası Prezidentinin 200 saylı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaradılması haqqında 13 sentyabr 1992-ci il tarixli Fərmanına əsasən və Nizamnaməsinə əsasən ARDNŞ Azərbaycan Respublikasında bütün Karbohidrogen ehtiyatlarının kəşfiyyat və işlənmə işlərini həyata keçirməyə səlahiyyətlidir və Tərəflər (aşağıda qeyd olunan) Müqavilə Ərazisindən neft hasilatmı artırmaq; sonrakı geoloji kəşfiyyat işlərinin aparılması, Müqavilə Ərazisi yataqlarda Karbohidrogenlərin qiymətləndirilməsi və işlənməsi məqsədi ilə aşağıda sadalanan prinsiplərə əsaslanaraq birgə müəssisə BM yaratmaq niyyətindədirlər: investisiyaların optimal istifadəsi, mövcud neft çıxarma qüvvəsinin səmərəli istifadəsi, Müqavilə Ərazisinin abadlaşdın İmasının daha minərəli təşkil olunması, quyularm qazılması, bütövlükdə istismar, istismar xərclərinin minimallaşdırıhnası və Müqavilə Ərazisində gəlirin maksimallaşdırıİması və Azərbaycan Respublmasına məxsus neft və qaz mtiyatlarının Azərbaycan Respublikasının uzunmüddətli siyasi və iqtisadi maraqlan nəzərə alaraq daha qənaətli və effektiv istifadəsi və Qrünevald Affilyasiya olunmuş şirkət olaraq (aşağıda qeyd olunmuşdur) Grünewald &CO, Müqavilə ərazisində Karbohidrogen ehtiyatlarının effektiv nənməsi vo istismarı üçün zəruri olan texniki bilik və bacarığa, inzibati və aarəetmo təcrübəsinə və maliyyə ehtiyatlarına malikdir və bu məqsədlə ARDNŞ ilə birgə müqavilə imzalamaq arzusundadır. - Qeyd olunan müqavilənin 8.1-ci bəndinə əsasən ARDNŞ müqavilə ərazisi çərçivəsidə ARDNŞ sərəncamında olan və X11 yerinə yetirilməsi üçün lazım olan torpaq sahələrini BM-nin sərəncamına verir, BM isə X7 yerinə yetirilməsi üçün lazım olan obyektlərin bu cür tikinti sahələrinin üstündə və altında tikintisə və saxlanılmasına hüquqa malik olacaqdır, bununla bərabər qeyd olunan məsələlər Azərbaycanın qüvvədə olan qanunvericiliyi ilə təmzim olunma predmetidir. ARDNŞ sərəncamında olan istənilən bu cür torpaq sahələri BM-yə pulsuz verilir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının “2 (iki) vətəndaşa fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İHBnın 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamı ilə Bakı-Aeropart yolunun sol tərəfindən Bakı şəhəri İH-nin təqdimatı əsasında Bakı şəhərinin başqa rayonlarında mənzil növbəsində olan vətəndaşlar üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri İHB-nın müavini V.Məmmədov 04 avqust 2000-ci il tarixli, Y-835, R-174 saylı məktubları ilə rayon icra hakimiyyətinə müraciət edərək həmin sahədə vət. X5 və vət. X3 fərdi ev tikintisi üçün torpaq sahəsinin haqqında sərəncam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 68 “b” saylı yataqxanada yaşayan vət. X5 34 №-li sahədə 400 (dörd yüz) kv.m.; Bakı şəhəri, Cavadxan küçəsi, ev 4, mənzil 1-də yaşayan vət. X3 13 №-li sahədə 400 (dörd yüz) kv.m. torpaq sahəsinin ayrılmasına sərəncam verilmişdir. - Suraxanı rayonu İHA-ı Təsərrüfat şöbəsinin müdiri V.Seyidov, memar S.Məmmədzadə, Təmir-tikinti idarəsinin rəisi İ.Qurbanov, Bülbülə qəsəbəsindəki İHB-nın nümayəndəsi A.Cavadovun iştirakı ilə tərtib edilmiş, Suraxanı rayon İHB tərəfindən təsdiq edilmiş 10.09.2000-ci il tarixli aktın surətindən görünür ki, Suraxanı İHB-nın 16 avqust 2000-ci il tarixli, 1180 saylı sərəncamı əsasında Bakı-Aeroport yolunun sol tərəfində 34 №li sahə 400 (dörd yüz) kv.m. torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılmış, daimi nişanlar qoyulmuş, torpaq sahəsi yaşayış evi tikmək üçün X6 təhvil verilmişdir. - ARDNŞ-nin vitse-prezidenti M.İsmayılov tərəfindən 24.11.2011-ci il tarixdə təsdiq edilmiş ARDNŞ-nin daimi istifadəsində olan neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmiş Ramana neft-qaz yatağının coğrafi koordinatlarını əks etdirən topoqrafik xəritədən görünür ki, X5 ayrılmış torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmiş Ramana neft-qaz yatağının hüdudları daxilində yerləşir. - SOCAR tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və İddiaçı MMC-yə ünvanlanmış 16.05.2018-ci il tarixli, **********60040033B00254 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş vətəndaş X5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 34 nömrəli sahədə ayrılmış 400 kvm. torpaq sahəsinə dair məlumat verilməsi haqqında 08.05.2018-ci il tarixli, **********10 nömrəli məktuba baxılmış və müvafiq araşdırma aparılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan məktubun əlavəsində göstərilən aşağıdakı X 415997,5059; 415982,2820; 415969,3122; 415984,5400; Y 4478287,0152; 4478274,0527; 4478289,2771; 4478302,2430 koordinatları UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCARiddiaçının nümayəndəsi daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********26 №-li, 27.04.2020-ci il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, elektron kadastr bazası məlumatlarına əsasən koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2550 №-li, 27.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan mütəxəssis arayışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində, 34 №-li sahədə yerləşən, X5 ayrılmış ümümi sahəsi 400 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində, 34 №-li sahədə yerləşən, X5 ayrılmış ümümi sahəsi 400 kv.m olan fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı MMC-yə müqavilə əsasında ayrılmış torpaq sahələrinin ərazi hüdüdları daxilində olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamı ilə Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 68 “b” saylı yataqxanada yaşayan X5 34 №-li sahədə 400 (dörd yüz) kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin ARDNŞ-nin daimi istifadəsində olan neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmiş Ramana neft-qaz yatağının hüdudları daxilində yerləşməsini əsas gətirərək Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamının X5 aid hissədə ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. - 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. - 4-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. - 5-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. - 9-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 10-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. - 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Torpaq islahatı haqqında Qanunun” 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbiiqoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları saxlanılır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı- Aeroport yolunun sol tərəfində, 34 №-li sahədə yerləşən, X5 fərdi yaşayış evinin tikintisi ilə bağlı ayrılmış 400 kv.m olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olduğundan cavabdeh inzibati orqan tərəfindən mübahisəli sərəncam yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün X5 34 №-li sahədə 400 (dörd yüz) kv.m. torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamı verilən zaman qanunvericiliyin tələblərinə əməl edilmədiyindən qeyd edilən inzibati akt X5 aid hissədə qanuna ziddir və ona görə də iddia tələbi təmin edilərək həmin akt X5 aid hissədə ləğv edilməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərci olan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamı Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün X5 34 №-li sahədə 400 (dörd yüz) kv.m. torpaq sahəsinin ayrılması hissəsində ləğv edilsin. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar