Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-261/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti.
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq əmək kitabçasında və 03 aprel 2023-ci il tarixli 01 saylı arayışda qeyd olunan illərin güzəştli sosial sığorta stajına daxil edilməklə 55 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi va pensiya təyin edilərkən yaranmış məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyası NKPİ Təcrübə-Sənaye Zavodunun 2 saylı sexində “aparatçı” vəzifəsində işləmişdir. İşlədiyi vəzifə güzəştli şərtlərlə əmək pensiyası hüququ verərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Əlavənin Vlll bəndinin A.l yarımbəndinin 1080A00-17541 vəzifə koduna və 2 saylı Əlavənin Хİİ bəndinin 3.1.a yarımbəndinin 2130301a-10065 vəzifə koduna uyğun olmuşdur. İşlədiyi dövr üzrə sosial sığorta (əmək) stajı - 18 il 09 ay 12 gün təşkil etmişdir. Yaşa görə (55 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur) güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə rəsmi müraciətinə xx.xx.2023-cü il tarixli məktubla (həmin məktub ona rəsmi poçt qəbzinə imza etməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmşdir) imtina cavabı verilmiş, imtinanın əsası kimi bildirlmişdir ki, güzəştli şərtlərlə işlədiyi dövr az olduğundan və fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı az oldugundan pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. O, bununla razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinin tələbinə görə isə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Eyni zamanda, cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixinədək Bakı Texniki Peşə Məktəbinin “kimya analiz laborantı işini bacarmaqla əmtəə operatoru” ixtisasına yiyələnmiş, bununla bağlı ona peşə ixtisasını təsdiq edən diplom verilmişdir. Qeyd edilən təhsil illəri də sığorta (əmək) stajına daxil edilməli idi. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nın “kimya istehsalatı” adlanan 8.1.1-ci bölməsində “kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” və “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10.5.1-ci bölməsində “konsistent yağlayıcıların istehsalı”na cəlb edilmiş şəxslər yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilən şəxslər kateqoriyasına aid edilmişdir. Məhz bu əsaslarla da hesab edir ki, hazırki iddia təmin edilməklə iddiaçının əmək kitabçasında və 03 aprel 2023-ci il tarixli 01 saylı arayışda qeyd olunan illərin güzəştli sosial sığorta stajına daxil edilməklə 55 yaşı tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatma (55 yaş), 2) azı 20 il sığorta stajı, 3) stajın 10 ilinin əmək şəraiti zərərli və ağır işlərə aid olması, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.İkinci, üçüncü və dördüncü şərtlərə münasibətdə qanunvericiliyin tələbləri ödənilmir. İkinci şərtə münasibətdə: iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışına əsasən, onun xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 saylı sexində aparatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən sözügedən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 10 il 08 ay 18 gün) öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr, b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü: c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr, ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1 (102)-1527/2021 nömrəli qərarı (42-ci bənd), xx.xx.2022-ci il tarixli, 2-1(102)-1100/2022 nömrəli qərarı (28-ci bənd). Yuxanda qeyd olunanlara əsasən, müəyyən olunur ki, məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Belə olan halda, İddiaçı ümumi iş stajı 20 ildən az (13 il 08 аү 23 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri üzrə 02 il 09 ay) təşkil edir. Üçüncü şərtə münasibətdə: Yuxarıda qeyd edilənlərə uyğun olaraq güzəştli iş stajı 10 ildən az (08 il 19 gün (xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Dördüncü şərtə münasibətdə: İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində geydə alınmalı olan pensiya kapitalının aşağı həddi 45600.00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan penşiya kapitalı cəmi 9788 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəlləsnin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iş materiallarında olan: “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən X1 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2 saylı sexdə aparatçı vəzifəsində xx.xx.1984-cü ildən xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 18 il 9 ay 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər divinil-stirol oliqomeri lakın istehsalından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1993-cü tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİİ bəndinə/A.1 yarımbəndinə və 1080A00-17541 vəzifə koduna və xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək konsistent yağlayıçıların istehsalından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-сü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının Xİİ bəndinə/3.1.а yarımbəndinə və 2130301a-10065 vəzifə koduna uyğundur. Qeyd: AR Əmlak Məsələləri Dövlət Komitəsinin 277 №li, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən AMEA NKPİ Təcrübə - Sənaye Zavodu yenidən təşkil edilərək "xxxx" MMC-yə çevrilmiş və xx.xx.2018-ci il tarixində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı həqiqətən də xx.xx.1981-ci il tarixində 29 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Kimya analiz laborantı işini bacarmaqla əmtəə operatoru” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışında xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 nömrəli sexində iddiaçının aparatçı vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, 23 09.1997xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 10 il 8 ay 18 gün) iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddətin iş stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (13 il 8 ay 23 gün (xx.xx.1981xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri üzrə 2 il 9 ay) təşkil edir. Eyni zamanda, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi güzəştli iş stajı 10 ildən az (8 il 19 gün (xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci iİ tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beiə ki, 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9797,88 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Milli Elmlər Akademiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna cavab məktubuna əsasən arxiv sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, sorğuda göstərilən xx.xx.2023-ci il tarixli yoxlama aktının əsasını təşkil edən sənədlərdən yalnız Laləzar Cəfərovanın işə qəbul barədə əmri, T-2 şəxsi hesab vərəqəsi (sürətləri əlavə olunur) və əmək haqqı cədvəlləri vardır (cədvəllər böyük olduğundan sürətini əlavə etmək mümkün deyil). Əmək haqqı cədvəllərində Laləzar Cəfərovaya aid xx.xx.1997-ci ildən hər hansı ödəniş barədə qeydlər olmadığına görə öz hesabına məzuniyyətdə olduğu güman edilir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə aparılan yoxlama zamanı “01" saylı arayış ləğv olunmuş və müəssisə tərəfindən DSMFnin əməkdaşlarına “04” saylı, 04 aprel 2023-ci il tarixli arayış təqdim edilmişdir, Azərbaycan Milli Elmlər Akademiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin məktubuna əlavə edilmiş xx.xx.1984-cü il tarixli, 127/k nömrəli əmrə əsasən iddiaçı Cəfərova (hazırda Bünyadova) Laləzar Nəriman qızı 2 №-li sexə xx.xx.1984-cü ildən aparatçı peşəsinə işə götürülmüşdür, iddiaçının şəxsi vərəqəsinə əsasən iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə qədər,xx.xx.1997-ci ildən sonra öz hesabına məzuniyyətdə olmuşdur. 410324 nömrəli diploma əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər 29 nömrəli peşə məktəbində təhsil almışdır. Cavabdehin və “X5” MMC-nin əməkdaşları tərəfindən imzalanmış akta əsasən Azərbaycan Milli Elmlər Akademiyasının “X5” MMC-nin arxivində saxlanılan İddiaçı aid əmək haqqı cədvəllərinə T-2 şəxsi hesabına baxış zamanı onun aşağıda qeyd olunan dövrlərdə öz hesabına məzuniyyətdə olduğu müəyyən olundu: xx.xx.1989 – xx.xx.1991, xx.xx.1992-xx.xx.1995, xx.xx.1997-xx.xx.2003. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilə qədər X4 2 №-li sexdə aparatçı, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər 226 nömrəli orta məktəbdə kiçik xidməti işçi, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı MTCM-də aparıcı mütəxəssis (kargüzar) işləmişdir.
İV. Məhkəmənin mövqeyi
7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinə olan (iddiaçının pensiya hüququnun yaranmasını iddia etdiyi xx.xx.2021-ci ildə qüvvədə olan) redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
9. Məhkəmə inzibati işin materiallarından müəyyən etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ vermək üçün tələb olunan ümumi əmək stajı və güzəştli əmək stajı, habelə sığorta kapitalı mövcud deyildir. Belə ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilə qədər X4 2 №-li sexdə aparatçı, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər 226 nömrəli orta məktəbdə kiçik xidməti işçi, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı MTCM-nə aparıcı mütəxəssis (kargüzar) işləməsi göstərilsə də cavabdehin və “X5” MMC-nin əməkdaşları tərəfindən imzalanmış akta, iddiaçının şəxsi vərəqinə, habelə “AMEA X7” MMC-nin məhkəməyə ünvanlanmış məktubuna əsasən iddiaçı xx.xx.1989 – xx.xx.1991, xx.xx.1992 - xx.xx.1995, xx.xx.1997 - xx.xx.2003-cü il dövrlərində ödənişsiz məzuniyyətdə olmuşdur, həmin dövrlərdə iddiaçı işləməmiş, əmək haqqı almamış və məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunmamışdır. Belə olan halda iddiaçının ümumi əmək stajı cəmi (işlədiyi 16 il 5 ay və 2 il 11 ay 1 gün təhsil aldğı dövr) 19 il 4 ay 1 gün təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Eyni zamanda iddiaçının güzəştli iş stajı da 10 ildən (8 il 19 gün (xx.xx.1984xx.xx.1989-cu il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci iİ tarixləri arasındakı dövrlər) azdır. Habelə cavabdeh iddiaçının və sığorta kapitalının da qanunvericiliyə əsasən 45600 manat olması işin faktiki halları ilə təsdiq edilmir. Cavabdeh iddiaçının sığorta kapitalının 9788 manat olmasını bildirir və iddiaçı da öz növbəsində işin bu halını mübahisələndirmir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququnun olmaması mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsndə ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmuşdur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
12. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında və 03 aprel 2023-ci il tarixli 01 saylı arayışda qeyd olunan illərin güzəştli sosial sığorta stajına daxil edilməklə 55 yaşının tamam olduğu xx.xx.2021- ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi va pensiya təyin edilərkən yaranmış məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
13. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
14. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova