Məhkəmə qərarları › İş №2-1(112)-2610/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2610/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2610/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Miminat Tacib qızı Hacıbəyоva X7 kаtibliyi, İddiaçı Hüseyn qızı, cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 və cavabdeh X4 vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Hüseyn qızının cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X2rşı üçüncü şəxs qismində Səbail rayon Səbail Bələdiyyəsini göstərməklə “X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, 24.08.2020-ci il tarixli tam mülkiyyət hüququ ilə 0,06 ha (600 kv.m) torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın ləğv edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, Səbail rayon bələdiyyəsinin 387 saylı 27 dekabr 2005-ci il tarixli qərarına əsasən iddiaçının adına Salyan şossesi 12 ünvanında 600 kv.m torpaq sahəsi ayrılmasına dair qərarla verilmiş torpaq sahəsində cavabdeh X3 tərəfindən aparılmış tikililərin sökülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Hüseyn qızı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X2rşı “X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, 24.08.2020-ci il tarixli tam mülkiyyət hüququ ilə 0,06 ha (600 kv.m) torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın ləğv edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, Səbail rayon bələdiyyəsinin 387 saylı 27 dekabr 2005-ci il tarixli qərarına əsasən iddiaçının adına Salyan şossesi 12 ünvanında 600 kv.m torpaq sahəsi ayrılmasına dair qərarla verilmiş torpaq sahəsində cavabdeh X3 tərəfindən aparılmış tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə 28.01. 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı 14 aprel 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Hüseyn qızının cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X2rşı “X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, 24.08.2020-ci il tarixli tam mülkiyyət hüququ ilə 0,06 ha (600 kv.m) torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın ləğv edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, Səbail rayon bələdiyyəsinin 387 saylı 27 dekabr 2005-ci il tarixli qərarına əsasən iddiaçının adına Salyan şossesi 12 ünvanında 600 kv.m torpaq sahəsi ayrılmasına dair qərarla verilmiş torpaq sahəsində cavabdeh X3 tərəfindən aparılmış tikililərin sökülməsi” barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Hüseyn qızının cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X2rşı “X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, 24.08.2020-ci il tarixli tam mülkiyyət hüququ ilə 0,06 ha (600 kv.m) torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın ləğv edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, Səbail rayon bələdiyyəsinin 387 saylı 27 dekabr 2005-ci il tarixli qərarına əsasən iddiaçının adına Salyan şossesi 12 ünvanında 600 kv.m torpaq sahəsi ayrılmasına dair qərarla verilmiş torpaq sahəsində cavabdeh X3 tərəfindən aparılmış tikililərin sökülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar