Məhkəmə qərarları › İş №2-1(112)-2612/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2612/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2612/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 637 kv.m nəzərə alınmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi 0,065 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu Bələdiyyəsi tərəfindən sərəncam əsasında istifadəyə verilmişdir. ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsində olan yaşayış evində iddiaçı və ailəsi yaşayır. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışına əsasən iddiaçının hüquqları qeydiyyata alınaraq sözügedən yaşayış evi qanunla xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı torpağa dair tam mülkiyyət hüququ əldə edə bilmir. Bu səbəbdən də, qeyd olunan torpağa dair çıxarışın alınması zərurəti yaranmışdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Naziriiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən torpaq sahəsi iddiaçının adına sənədləşdirilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 01 oktyabr 1991ci il tarixli, 17 saylı sərəncamı əsasında əvvəlki mülkiyyətçi tərəfindən fərqli ünvanda (6200 m kənar) torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə alınmış və sonradan 2 hissəyə bölünərək alqısatqı müqavilələri əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Bundan başqa tərəfinizdən təqdim edilən texniki pasport xx.xx.2005 tarixli olmaqla torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Qeyd olunanlarla yanaşı tərəfinizdən təqdim edilmiş texniki pasportun baş planında göstərilən 1200 kv.m torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, həmçinin faktiki torpaq sahəsinin ölçüsü 637 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiasının təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********21 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 01 oktyabr 1991-ci il tarixli, 17 saylı sərəncamı əsasında əvvəlki mülkiyyətçi tərəfindən fərqli ünvanda (6200 m kənar) torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə alınmış və sonradan 2 hissəyə bölünərək alqısatqı müqavilələri əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən texniki pasport xx.xx.2005 tarixli olmaqla torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Qeyd olunanlarla yanaşı iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportun baş planında göstərilən 1200 kv.m torpaq sahəsinin bir hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, həmçinin faktiki torpaq sahəsinin ölçüsü 637 kv.m təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 17 nömrəli Qərarına əsasən X9 Buzovna qəsəbəsində 727 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

7. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının “Buzovna qəsəbəsi 727 saylı sahədə vətəndaş X8 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması haqqında" xx.xx.2005ci il tarixli Sərəncamına əsasən Buzovna qəsəbəsi, 727 saylı sahədə vətəndaş X8 tikdiyi 1 mərtəbəli 1 yaşayış otağı sahəsi – 22,6 kv.m, köməkçi sahə - 21,8 kv.m, torpaq sahəsində ayaqqolu – 3,2 kv.m, cəmi torpaq sahəsi – 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vətəndaş X8 adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi Bakı şəhəri Tİ və MHQİ-dən xahiş edilmişdir.

8. ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2005-ci ildə tərtib olunmuş Fərdi yaşayış Fonduna daxil olan X15 Pasportu iş materiallarına əlavə olunmuşdur (Texniki pasport Əzizbəyov RİHB-nin xx.xx.2005-ci il tarixli 49 saylı sərəncamına əsasən tərtib edilmişdir).

9. Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM 037909 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsindəki 1 otaqlı 22,6 kv yaşayış sahəsi 44,4 kv,m ümumi sahəsi olan 4-cü dalan 5 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 05 saylı reyestr kitabında 594-cü səhifədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.

10. AN-İ ******* nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 30/1500 saylı arayışa əsasən köməkçi sahəsi 21,80 kv.m, yaşayış sahəsi 22,60 kv.m, ümumi sahə 44,4 kv.m olan 1 otaqlı Bakı şəhəri, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, 4 saylı dalan, 5 saylı evi alıcı İddiaçı mülkiyyətinə vermişdir. Satılan daşınmaz əmlak Bakı şəhəri Tİ və MHQİ-nin kit. 05 səh. 594, qeydəalma 30/594, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Satıcıya məxsusdur.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd edilmişdir ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportun baş planında göstərilən 1200 kv.m torpaq sahəsinin bir hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. İşin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

12. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1994-cü il tarixli, 138/4 nömrəli Sərəncama əsasən X3 Buxovna qəsəbəsində 850 №-li sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır.

13. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xəzər (əzizbəyov) rayon İHB-nın xx.xx.1994-cü il tarixli 138/4 saylı Sərəncamı əsasında Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 800 kv.m olan 850 saylı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə bağlı X2 adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 850 saylı sahədə yerləşən torpaq sahəsi X2 adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

15. 29.02.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi arvadı X5r. Şəhadətnamə verilən miras əmlaklar ...Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Əİ-si tərəfindən xx/xx/2013 tarixdə verilmiş ********** qeydiyyat nömrəsi ilə 412 nömrəli reyestr kitabının 39080 nömrəli vərəqində qeyd edilmiş **********53 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 850 saylı 0.08 ha torpaq sahəsindən... ibarətdir.

16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 850 saylı sahədə yerləşən torpaq sahəsi X4 adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

17. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ X11 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

18. Torpağın mülkiyyətə verilməsinə dair JN – 23159D nömrəli Şəhadətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun 20 mart 2005-ci il tarixli 4Ə/1-20 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.085 hektar fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi 727 saylı sahədə yerləşən torpaq sahəsi X11 mülkiyyətinə verilib.

19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

23. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

28. Məhkəmə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə müəyyən edir: - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının “Buzovna qəsəbəsi 727 saylı sahədə vətəndaş X8 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması haqqında" xx.xx.2005ci il tarixli Sərəncamına əsasən Buzovna qəsəbəsi, 727 saylı sahədə vətəndaş X8 tikdiyi 1 mərtəbəli 1 yaşayış otağı sahəsi – 22,6 kv.m, köməkçi sahə - 21,8 kv.m, torpaq sahəsində ayaqqolu – 3,2 kv.m, cəmi torpaq sahəsi – 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. - Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM 037909 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsindəki 1 otaqlı 22,6 kv yaşayış sahəsi 44,4 kv,m ümumi sahəsi olan 4-cü dalan 5 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 05 saylı reyestr kitabında 594-cü səhifədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. - AN-İ ******* nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 30/1500 saylı arayışa əsasən köməkçi sahəsi 21,80 kv.m, yaşayış sahəsi 22,60 kv.m, ümumi sahə 44,4 kv.m olan 1 otaqlı Bakı şəhəri, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, 4 saylı dalan, 5 saylı evi alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırda İddiaçı məxsus olması işin mübahisəsiz halıdır.

29. Məhkəmə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə münasibətdə müəyyən edir: - Əzizbəyov rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 17 nömrəli Qərarına əsasən X9 Buzovna qəsəbəsində 727 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının “Buzovna qəsəbəsi 727 saylı sahədə vətəndaş X8 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması haqqında" xx.xx.2005ci il tarixli Sərəncamına əsasən Buzovna qəsəbəsi, 727 saylı sahədə vətəndaş X8 tikdiyi 1 mərtəbəli 1 yaşayış otağı sahəsi – 22,6 kv.m, köməkçi sahə - 21,8 kv.m, torpaq sahəsində ayaqqolu – 3,2 kv.m, cəmi torpaq sahəsi – 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır.

30. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı oğlu ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir.

31. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, ünvan 1 ünvanına dair Əzizbəyov rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 17 nömrəli Qərarı mövcuddur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən).

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Əzizbəyov rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 17 nömrəli Qərarı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

33. Məhkəmə qeyd edir ki, Əzizbəyov rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin Qərarına əsasən vahid torpaq sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. Cavabdeh orqan tərəfindən isə bildirilmişdir ki, faktiki torpaq sahəsinin ölçüsü 637 kv.m təşkil edir. İddiaçı isə hazırda məhz 637 kv.m torpaq sahəsi üzərində mülkkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir.

34. Məhkəmə nəzərə alır ki, ünvan 1 ünvanında yerləşən 637 kv.m torpaq sahəsi 2015-ci il tarixdən İddiaçı istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır.

35. Mülki Məcəllənin 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

36. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

37. Odur ki, İddiaçı qeyd edilən daşınmaz əmlakı X1 aldığından qeyd edilən hissədə torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir.

38. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 01 oktyabr 1991-ci il tarixli, 17 saylı sərəncamı əsasında əvvəlki mülkiyyətçi tərəfindən fərqli ünvanda (6200 m kənar) torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə alınmış və sonradan 2 hissəyə bölünərək alqı-satqı müqavilələri əsasında digər şəxslərin (X4 və X11) adına özgəninkiləşdirilmişdir.

39. Məhkəmə ilk növbədə müəyyən edir ki, X7 məxsus torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 850 saylı sahədə; X13 məxsus torpaq sahəsi isə ünvan 4 ünvanında yerləşir (iddiaçı tərəfindən hüquqların qeydiyyata alınması tələb olunan torpaq sahəsi isə ünvan 1 ünvanında yerləşir).

40. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh orqan etirazında qeyd edilən halları əsaslandıran hər hansı sübutu (ortofoto çıxarışı və s.) məhkəməyə təqdim etməmişdir.

41. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

42. Məhkəmə hesab edir ki,cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında fərdi yaşayış evinin altında yerləşən 637 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq aında çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar