Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2613/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil növbəsinə götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə götürülməklə mənzillə təmin olunması və mənzillə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı SSRİ və Azərbaycan Silahlı Qüvvələrində ümumilikdə 24 (iyirmi dörd) təqvim ili, o cümlədən, Azərbaycan Silahlı Qüvvələrində 18 (on səkkiz) təqvim ili müddətində həqiqi hərbi xidmət keçmişdir. N mart N2-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin “A” bəndinə əsasən (yaşa görə) istefaya buraxılmışdır. Hərbi xidmət keçdiyi dövrdə və istefaya buraxıldıqdan sonra daimi yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. O, mənzil növbəsinə götürülməsi məqsədilə Bakı şəhəri Cavabdehnə rəsmi şəkildə müraciət etmiş və həmin orqandan daxil olmuş xx.xx.N9-cu il tarixli, 6-S-105-068 nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: “Siz N2-ci ildən ehtiyata buraxılmısınız, bundan 7 il sonra mənzillə təmin olunmaq və müvəqqəti mənzil kirayə xərcinin ödənilməsi üçün RlH-yə müraciət etmisiniz. Bu “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N2-ci il tarixli, 174 saylı Qərarına ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüquq və azadlıqlarınızın, eləcə də maraqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna maliksiniz”. Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, bir neçə dəfə müxtəlif illərdə tələb olunan sənədləri icra hakimiyyətinə yığıb təqdim etmiş, kirayə müqaviləsinin olmaması səbəbindən onu əvvəlki illərdə mənzil uçotuna götürməmişlər. Həmçinin, N2-N9cu illər ərzində kirayədə qaldığı evin mülkiyyətçisi kirayə müqaviləsini imzalamaqdan imtina etdiyi üçün tələb olunan sənədləri, o cümlədən, kirayə müqaviləsini yerli icra hakimiyyəti orqanına təqdim edə bilməmişdir. Daimi yaşayış sahəsi olmadığı üçün hazırda kirayə müqaviləsi əsasında ünvan 2 ünvanında kirayədə qalır və hər ay 150 (yüz əlli) manat pul vəsaitini kirayə haqqı olaraq ödəyir ki, bu da ona maddi çətinliklər yaşadır. Uzun müddətdir ki, əsəb xəstəliyindən müalicə olunur, tək yaşayır, istefaya buraxılmış hərbi qulluqçu kimi qayğı və köməyə ehtiyacı vardır. Yerli icra hakimiyyəti orqanı ona kömək etmək əvəzinə dövlətin müəyyənləşdirdiyi kirayə haqqını da ona ödəməkdən qanunsuz olaraq imtina edir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Cavabdeh nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və yazılı etirazını göndərməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, X6 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,6 kv.metr olan fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə kirayəçi X2 vermişdir. - N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 75 № li əmrindən çıxarışdan görünür ki, iddiaçı X3 N mart N2-ci il tarixində N saylı hərbi hissə komandirinin N saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə əsasən ( yaşa görə) istefaya buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.N5-ci il tarixli 2774 saylı arayışından görünür ki, ehtiyyatda olan hərbi qulluqçu gizir X3 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. - Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin xx.xx.N5 ci il tarixli 1442 saylı arayışından görünür ki, 1960-cı il təvəllüdlü ehtiyyatda olan hərbi vəzifəli X5 oglu həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.N2-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. xx.xx.N2-ci ildə Azərbaycan Respublikası HDQ Komandanının 04 gm № li əmrinə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışdır. xx.xx.N2-ci il tarixdən SHXÇDX-nin Səbail rayon İdarəsində hərbi qeydiyyatdadır. - Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.N5-ci il tarixli 2774 saylı arayışından görünür ki, ehtiyyatda olan hərbi qulluqçu gizir X3 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin Evlər İdarəsinin N saylı 03 noyabr N5-ci il tarixli arayışından görünür ki, X4 N saylı hərbi hissədə daimi pasport qeydiyyatındadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 adına Bakın şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.N2-ci il tarixdə Səbail rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydiyyatdadır. - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış S-105-068 saylı xx.xx.N9cu il tarixli məktubundan görünür ki, Cavabdehnə ünvanladığı ərizədə, mənzil növbəsinə götürülməyini və müvəqqəti mənzil kirayə xərcinin ödənilməsini xahiş etmişdir. Ərizədə qeyd edilənlərdən görünür ki, o, N2-ci ildən ehtiyata buraxılmış, bundan 7 il sonra mənzillə təmin olunmaq və müvəqqəti mənzil kirayə xərcinin ödənilməsi üçün RİH-nə müraciət etmişdir. Bu "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N2-ci il tarixli, 174 saylı Qərarına ziddir. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır ona görə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust N2-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-cı maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota almanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N2-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaşayış sahəsi olmadığından hazırda kirayə müqaviləsi əsasında ünvan 2 ünvanında qalır və müəyyən miqdarda kirayə haqqı ödəyir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 75 № li əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə yaşayış yeri üzrə qeydiyyatdadır və ünvan 2 ünvanında kirayə qalır, daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X1 mənzil növbəsinə götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X1 mənzil növbəsinə götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2613/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2613/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver