Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2613/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili X5 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ”iddiaçı barəsində Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 14 saylı qərarın ləğv edilməsi və gələcəkdə Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən hər hansı bir vergi tələb edilməsinin həmin quruma qadağan edilməsi barəsində qərar qəbul edilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçı barəsində Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 14 saylı qərarın ləğv edilməsi və gələcəkdə Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən hər hansı bir vergi tələb edilməsinin həmin quruma qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 "Gəncəli“ Kommersiya İstehsalat Şirkətinin baş direktorudur. Bakı şəhər İcra Hakimiyyətinə iddiaçı tərəfindən 03/023 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, "Torpaq icraatı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq torpağı icarəyə vermək hüququ dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirir. "Gəncəli” Kommersiya İstehsalat Şirkətinə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci tarixli, 267 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpağa dair icarə müqaviləsi bağlanılaraq icarə haqqı dövlət büdcəsinə ödənildiyindən və sözügedən torpaq sahəsi üzərində inşa olunmuş qeyd arayış obyekti özəlləşdirildiyindən, qanunvericiliyə uyğun olaraq torpağa dair icarə haqqından başqa heç bir tələb edilə bilməz. Bakı İnzibati Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-6966/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-786/2021 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6966/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh kassasiva instansiyasına şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il 2-1(102)-1628/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-786/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyətindən bildirilir ki, otelin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin balansındadır və mülkiyyət olaraq dövlətindir. Bu səbəbdən hesab edir ki, oteldə qalan müştərilərdən əlavə 1.1 manata qədər məbləğ bələdiyyə vergiləri tutulmamalıdır. Səbail Bələdiyyəsi tərəfindən son üç ildə hesablanmış vergi iddiaçının nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üçün vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan kənar rəqəm göstərilmişdir. Bundan əlavə, Səbail Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 14 nömrəli "yerli (bələdiyyə) vergilərindən yayınan "Gəncəli Plaza" otelinin məcburi vergiyə cəlb olunmasına" dair qərar qəbul edilmişdir. Sözügedən qərar rəsmi qaydada müəssisəyə təqdim edilməmişdir. Hazırda Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən pryedusial və məcburi icrası tələb edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əhəmiyyət vermədən yeni əsassız və qanunsuz qərar qəbul etmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsi xx.xx.2022-ci il tarixində tələbin könüllü icrası barədə qərar qəbul etmişdir. Rəhbəri olduğu "xxxx" KİŞ-ə aid edilmiş vergi borcunun tamamilə qanunsuz və əsassız olduğunu və bu səbəbdən də həmin qərarın ləğv edilməli olduğunu hesab edir. Bundan başqa Bakı şəhəri Səbail bələdiyyəsinin 01.09 2022-ci il tarixli, 14 saylı qərarında "xxxx" KİŞ tərəfindən hansı illər üzrə vergi ödənilməsi göslərilməmişdir. Qanuni qüvvəyə minmiş qərarlara məhəl qoyulmur. Bakı İnzibati Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2-1(112)-6966/2020 saylı qərarı və başqa qərarı ilə 2017-2019-cu illər (2020-2021-ci illər üzrə) üzrə bələdiyyənin vergi ödəməsi ilə bağlı tələbinə qiymət verilmişdir. Bu səbəbdən həmin ödəmənin tələb edilməsi qanunsuzdur. Hesab edir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinin növü dövlət torpağı olduğundan, həmin sahənin bələdiyyə mülkiyyətində olmadığından Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən hər hansı vergi ödənişinin tələb edilməsi qanunsuzdur. Belə ki, İddiaçı KİŞ torpaq sahəsindən istifadəyə görə ödəməni, icarə haqqını müvafiq İcra Hakimiyyəti orqanı olan Bakı şəhər İcra Hakimiyyətinə ödəyir. Eyni zamanda Səbail bələdiyyəsi tərəfindən son üç ildə (2019-2021) hesablanmış vergi "Gəncəli” KİŞ-in səlahiyyətli nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üçün vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Belə ki, analoji vergi ödəyicilərinə münasibətdə "xxxx" KİŞ-ə də 1.10 AZN verginin hesablanması gülüncdür. Bu vergi məbləğinin maksimal dərəcədə hesablanması "Gəncəli” KİŞ-ə qarşı olan bir qərəzdir. Bələdiyyə yerliözünüidarə qurumu olaraq hər ay bələdiyyə binasında elanlar lövhəsində ərazi üzrə ödənilməli olan vergi məbləği barədə orada fəaliyyət göstərən rezidentlər üçün məlumat asmalıdır. Hər bir ödəyiciyə bu barədə məlumatlar verməlidir. Lakin Bakı şəhəri Səbail bələdiyyəsi yuxarıda göstərilən xüsusatları nəzərə almayaraq hər dəfəsində əlaqəsiz və əsassız olaraq xəbərdarlıq bildirişləri yollayaraq nə qanuna, nə də yerliözünüidarəçiliyin prinsiplərinə məhəl qoymur. "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanına uyğun olaraq cavabdeh inzibati orqan sahibkar kimi "xxxx" KİŞ-in fəaliyyətinə maneçilik törədir Bu gedişlə otelin faəliyyəti gələcəkdə mümkünsüz hala gələcəkdir. Bir sözlə, hazırki qərar "Gəncəli” KİŞ-in konstitusion hüquqlarını pozur. Ona görə də Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 14 saylı qərarı ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, Gəncəli KİŞ-in xx.xx.2022-ci il tarixində göndərmiş olduğu iddia ərizəsinin 3-cü, 4-cü və 5-ci abzasında göstərdiyi qərarlar prosessual pozuntuların olmasından və həmin dövr üzrə məbləğin düzgün hesablanmamasından irəli gəlir. xx.xx.2022-ci il tarixli Səbail Bələdiyyəsinin qərarında Gəncəli KİŞ-in təqdim etdiyi qonaq saylarına görə hesablanmış məbləğ göstərilmişdir. Gəncəli KİŞ-in cavabdeh Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 20 saylı qərarının ləğvi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4975/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Lakin, qeyd olunan qanunvericilik tələblərinin dəfələrlə Gəncəli KİŞ rəsmi olaraq bildiriş və xəbərdarlıq formasında göndərilməsinə baxmayaraq, fəaliyyəti dövründən bugünədək heç bir ödəniş Gəncəli KİŞ tərəfindən Bələdiyyə büdcəsinə ödənilməmişdir. Səbail ərazisində mehmanxana fəaliyyəti ilə məşğul olan otellər demək olar ki, hər biri vaxtı-vaxtında ödənişlərini həyata keçirirlər. Məlumat üçün bildirilir ki, ünvan 1 ünvanında yerləşən X3 Şirkəti “Gəncəli Plaza” oteli kimi fəaliyyət göstərir. Gəncəli KİŞ 2018, 2019, 2020-ci illər üzrə Dövlət Statistika Komitəsinə və Səbail bələdiyyəsinə yerli büdcə ödənişləri ilə bağlı məlumat vermişdir. Həmin statistik göstəricilərə Səbail bələdiyyəsi tərəfindən baxılmış və aydın olmuşdur ki, büdcəyə Gəncəli KİŞ tərəfindən heç bir ödəniş olunmamışdır. Bununla bağlı Səbail bələdiyyəsi dəfələrlə bildiriş və xəbərdarlıq göndərərək, keçirilmiş bələdiyyə iclasına Gəncəli KİŞ-in səlahiyətli nümayəndəsini dəvət etsə də, qarşı tərəf iclasda iştirak etməmişdir. Bu məsələ Səbail bələdiyyəsinin iclasında baxılmış və Gəncəli KİŞ Səbail bələdiyyəsinə 9784.50 manat borclu olduğu müəyyən edilmiş və bu barədə iclasda qərar qəbul olunaraq iş materialları Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Bununla razı olmayan Gəncəli KİŞ məhkəməyə müraciət etmiş və həmin qərarın ləğvi ilə kifayətlənməmiş, əlavə olaraq, Səbail Bələdiyyəsinin hər hansı bir vergi tələbinin edilməsinə qadağa qoyulması tələbini irəli sürmüşdür. Yuxarıda sözü gedən məsələyə Bakı İnzibati Məhkəməsində baxılmış və Gəncəli KİŞ-in verdiyi iddia mümkünsüz hesab edilmişdir. Bununla kifayətlənməyən Gəncəli KİŞ yenidən həmin iddia ilə məhkəməyə müraciət etmiş və hal hazırda iş məhkəmə icraatındadır. Səbail bələdiyyəsi tərəfindən yığılmaqda olan vəsaitlər Səbail bələdiyyəsinin inzibati ərazisində yaşayan əhalinin rifahının yaxşılaşdırılması, maddi durumu aşağı olan ailələrə yardımlar göstərilməsi, parkların salınması, asfalt örtüyünün çəkilməsi və bu kimi bir sıra işlərdə istifadə olunur. Gəncəli KİŞ 2018, 2019, 2020-ci illər üzrə borcunu ödəmədiyi azmış kimi, 2021-2022-ci illər üzrə qonaq saylarını Səbail Bələdiyyəsinə qərəzli olaraq təqdim etmir. Bu da onu göstərir ki, Gəncəli KİŞ qanunvericiliyə zidd olaraq bələdiyyə vergilərini ödəməkdən qərəzli şəkildə yayınır. Beləliklə, iddiaçı “gələcəkdə Bakı şəhər Səbail bələdiyyəsi tərəfindən hər hansı vergi tələb edilməsinin həmin quruma qadağan edilməsinə” dair olan öhdəliyin icrası haqqında iddiası üzrə əvvəlcə Səbail bələdiyyəsinə müraciət etməli olduğu halda, belə müraciəti etmədən birbaşa məhkəməyə iddia tələbi irəli sürməsi qanunsuzdur və həmin hissədə iddianın mümkünsüzlüyü üçün əsasdır. Digər tərəfdən, yerli vergi və ödənişlərin növləri və onların hesablaması qaydası qanunvericiliklə müəyyən olunub. O cümlədən, bu cür vergi və ödənişlərin ödənilməsinin həmin vergi və ödənişləri ödəmək vəzifəsi olan şəxslərdən tələb olunması da qanunvericiliklə müəyyən edilmiş yerli özünüidarəemə orqanlarının, o cümlədən Səbail Bələdiyyəsinin qanuni səlahiyyətidir. İnzibati orqanın üzərinə onun qanuni səlahiyyətinin həyata keçirilməsinə dair qadağanın qoyulması barədə iddia tələbi mümkün iddia hesab oluna bilməz. İddiaçı, bələdiyyənin mübahisələndirdiyi inzibati aktında borcu ödəməli olan hüquqi şəxsin, yəni İddiaçı KİŞ-in adının yanlış yazıldığını, “Gəncəli Otel” plaza deyə bir hüquqi şəxsin mövcud olmadığını əsas göstərir. Bu arqumentlə razılaşmaq olmaz, çünki qərarda İddiaçı KİŞ-in adı yazılmışdır. iddiaçı xx.xx.2022-ci il tarixli 14 saylı qərarla İddiaçı KİŞ tərəfindən 2018-2019 və 2020-ci illər üzrə vergi ödənilməsinin tələb olunduğunu, lakin Bakı İnzibati Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qərarı ilə 2017-2019-cu illər üzrə bələdiyyənin vergi ödənilməsi tələbinin rədd edildiyini, yəni hüquqi qiymət verildiyini əsas göstərərək, həmin ödəmənin yenidən tələb edilməsini qanunsuz hesab etmişdir. İddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin sözügedən xx.xx.2020-ci il taixli qərarının sonuncu 7-ci vərəqinin 2ci abzasında göstərilir: “Bununla belə, məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 16 dekabr 2019-cu il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil”. Beləliklə, iddiaçıya yerli ödənişin hesablanması barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu barədə iddiaçının arqumenti tamamilə əsassızdır. Hazırda mübahisələndirilən inzibati akt iddiaçının məhz statistik hesabatları nəzərə alınmaqla hesablanmışdır və iddiaçı həmin statistik hesabatlarını özü məhkməyə təqdim etsə, bunu yoxlamaq çox asandır. Bununla belə, Səbail bələdiyyəsi hazırkı pandemiya şəraitini nəzərə almaqla iddiaçıya statistik hesabatlarındakı guya ödədiyi yerli ödənişlərin ancaq 1/3 hissəsini ona yerli ödəniş kimi hesablamışdır. Bu da bələdiyyənin İddiaçı KİŞ-ə nəinki qərəzli münasibətinin göstəricisidir, əksinə, onun sahibkarıq fəaliyyətinə bələdiyyənin dəstəyidir. Bələdiyyə onun inzibati ərazisində fəaliyyət göstərən bütün digər otel, mehmanxana və bu tipli obyektlər üçün yerli ödənişləri məhz 1,10 manat hesabı ilə hesabladığından, analoji olaraq İddiaçı KİŞ üçün də həmin qayda ilə hesablamanın aparılması qərəzin deyil, ədalətli və bərabər yanaşmanın göstəricisidir. Əlavə olaraq iddiaçı heç Səbail bələdiyəsinin yerləşdiyi ünvanı bilmədiyi halda (iddia ərizəsində bələdiyyənin ünvanı kimi yazılmış Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları, 93 ünvanının bələdiyyəyə heç bir aidiyyəti yoxdur), bələdiyyənin inzibati binasındakı elanlar lövhəsində hansı məlumatın yerləşdirilib-yerləşdirilmədiyi barədə arqumenti sadəcə ikrah hissi doğurur. Həm də, iddiaçının bələdiyyənin inzibati binasının yerini öyrənib, binadakı elanlar lövhəsindəki məlmatlarla tanış olmağına heç bir ehtiyac qalmamışdır. Çünki bələdiyyə iddiaçını bu əziyyətə salmayaraq, onun iddia ərizəsində də göstərdiyi ki, iddiaçıya xəbərdarlıqlar göndərmişdir. Beləliklə, Səbail Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 14 saylı qəran qanuni, əsaslı və ədalətli olduğundan, ləğv olunması üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mübahisələndirmə iddia növündə olmaqla mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia müddəti buraxılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi V.Priyev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Mustafayev etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2613/2023 saylı inzibati iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinə qarşı iddiası "gələcəkdə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən hər hansı bir verginin tələb edilməsinin həmin quruma qadağan olunması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslıdır. İş materiallarında olan: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişinə əsasən xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin 14 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunur. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Səbail rayonu, Üzeyir Hacıbəyov 48 ünvanında yerləşən X3 Şirkətindən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən 2018,2019,2020-ci illər üçün 9784,5 manat vergi borcu tutulmalıdır. İcra sənədinə aid olan tələblər “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılmalıdır. Cavabeh tərəfindən etirazını əsaslandıran sənədlər qismində məhkəməyə iddiaçıya dair mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında (aylıq) rəsmi statistika hesabatlarının surətləri təqdim edilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 51.1.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 51.3-cü maddəsinə əsasən bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı (inzibati aktı) qəbul edən zaman iddiaçını bu barədə məluamtlandırmamış, onun inzibati icratında iştirakını təmin etməmişdir. Bununla da “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun normalarının tələblərini pozmuşdur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; 9.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş; 9.1.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş; 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; 9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. 9.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. fiziki şəxslərin əmlak vergisi;.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü madəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Cavabdeh “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cı maddəsinə əsasən hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla ödəniş hesablamalı olduğu halda, heç bir əsas olmadan hesabatı oteldə otaqların maksimum sayına uyğun aparmış, habelə verginin hesablanmasında 1,10 manat maksimum tarifin götürülməsini də əsaslandırmamışdır. Bu isə iddiaçının göstərdiyi müvafiq xidmətə (mehmanxana xidmətinə) görə real göstəricilər üzrə ödəniş hesablanması hesab edilmir. Beləliklə Bələdiyyə verginin hesablanmasında 1,10 manat maksimum tarifin götürülməsi də əsaslandırmamış, habelə bu barədə bələdiyyə tərəfindən ayrıca qərarın qəbul olunması və müvafiq qaydada, yəni bələdiyyə aktı kimi əhaliyə elan edilməklə və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə əks olunmaqla elan olunmasının təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli həmin qərar kollegial orqan kimi bələdiyyənin icrasında qəbul olunduğu halda, bu barədə müvafiq iclas protokolu təqdim oluna bilərdi. Halbuki, belə protokolun mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilməmişdir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndində göstərilmişdir ki, bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. Lakin iş materiallarında vergilərin hesablanması və tutulması barədə bələdiyyənin sənədlərin iddiaçının ünvanına çatdırılmasına dair sübutlar mövcud deyil, belə ki, mübahisələndirilən 01 sentyabr 2022-ci il tarixli 14 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi İddiaçı KİŞ-ə rəsmi məlumat verilməsinə, o cümlədən qurumun hüququ ünvanına hər hansı poçt sənədinin çatdırılmasına dair sübut məhkəməyə təqdim olunmamışdır, telefon vasitəsilə şirkətin rəhbərinə məlumat verilməsi isə, mötəbər sübutlarla təsdiqlənmir. Belə olan halda iddiaçının mübahisələndirdiyi vergi hesablanması barədə cavabdehin qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normaları pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, cаvаbdеh Səbail rayon Biləcəri bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixli 14 saylı qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Səbail rayon Biləcəri bələdiyyəsinin 01 sentyabr 2022-ci il tarixli 14 saylı qərarı ləğv edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2613/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2613/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver