Məhkəmə qərarları › İş №2-1(112)-2614/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2614/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2614/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququnun yarandığı 17 may 2018-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 noyabr 1957-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, 24 yanvar 1976-cı il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikaha daxil olduqdan sonra ərinin soyadı olan Cəfərova soyadını qəbul etmiş, X1 09 fevral 1971-ci il tarixdən X11nda, 1 saylı Mexaniki yığma sexində 2 dərəcəli yığıcı çilingər peşəsinə işə qəbul edilmiş, 14 may 1974cü il tarixdən həmin zavodun Nəqliyyat sahəsində 3-cü dərəcəli, 01 yanvar 1997-ci ildən həmin sahədə 6-cı dərəcəli sürücü işləməklə 09 sentyabr 1999-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə o, eyni müəssisədə, yəni Keşlə Maşmqayırma zavodunda fasiləsiz 28 il 7 ay işləmişdir. X2 14 may 1949-cu il tarixdə anadan olmuş, 19 noyabr 2002ci ildə ömrünün 54-cü yaşında (53 il 6 ay 5 gün yaşadıqdan sonra) xərçəng xəstəliyindən vəfat etmişdir. Ərinin ölüm gününə qədər 12 il 6 ay sığorta stajının olması ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün yetərli olduğu halda (53 il 6 ay-16 il=37 il 6 ay x 4 ay= 150 ay: 12 ay= 12,5 il), ərinin vəfat edənə qədər 28 il 7 ay əmək stajı olmuşdur. 17 may 2018-ci il tarixdə onun 60,5 yaşı tamam olmaqla pensiya yaşına çatmış və ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranıbdır. Ona görə də, ona 17 may 2018-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməli və ödənilməlidir. O, zəruri sənədləri toplayıb pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST" Mərkəzinə təqdim etmiş, ərizəsinə Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialda baxılmış və əmək kitabçasının təqdim edilməməsi bəhanəsi ilə pensiya təyinatından imtina edilmişdir. Əri 18 il əvvəl vəfat etmişdir, diqqətsizlikdən onun əmək kitabçasını itirmişdir. Amma onun işlədiyi müəsssisənin arxivindən ilkin sənədlərə istinad edilməklə arayış alıb təqdim etmişdir. Əmək kitabçası da həmin ilkin sənədlər əsasında doldulduğu üçün, onlar əmək kitabçasından da mötəbər (etibarlı) sənədlərdir. Ona pensiya təyin edilməsindən imtina qərarı əsassız və qeyri qanunidir. Bu imtina inzibati məhkəmə tərəfindən qeyri-qanuni hesab edilməli və 17 may 2018-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X10 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı vəziyyətində isə onun mərhum həyat yoldaşı X3 09.02.1971-ci il tarixdən 09.09.1999-cu il tarixədək “X11”nda işləməsi əmək kitabçasında qeyd edilməmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 04 may 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X10 təmsil etdiyi qurumun etiraz ərizəsinin əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 24.01.1976-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1976-ci ilin yanvar ayının 24 günündə 241 ilə qeyd edilmişdir. - AZ № 130148 saylı 03 yanvar 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8, 19 noyabr 2002-ci il tarixdə 53 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003 ilin 01 ayının 03 günündə 20 № ilə qeyd edilmişdir. Ölüm səbəbi xərçəng intoksikasiyası. Düz bağırsağın xərçəngi qeyd edilmişdir. - Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən 3 saylı Bakı Dost Mərkəzinə təqdim edilməsi üçün verilmiş 24 sentyabr 2020-ci il tarixli №01/77 saylı arxiv arayışından görünür ki, “X11” ASC-nin hüquqi varisi “xxxx” ASC arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən 14.05.1949-cu il təvəllüdlü R.Ş.Cəfərov haqqında aparılmış qeydlər: 09.02.1971-ci ildən, 1 saylı Mexaniki yığma sexində 2-ci dərəcəli yığıcı çilingər peşəsinə işə qəbul edilmişdir. Əmr № 79/k, 08.02.1971-ci il. 14.05.1974-cü ildən, 16 saylı Nəqliyyat sahəsində 3-cü dərəcəli; əmr № 57/k, 21.05.1974-cü il. 01.01.1997-ci ildən, həmin sahədə 6-cı dərəcəli sürücü işləmişdir. Əmr № 16/k, 04.03.1997-ci il. 09.09.1999-cu ildən öz xahişi ilə işdən azad edilmişdir. Əmr № 99/k, 09.09.1999-cu il. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 10 oktyabr 2020-ci il tarixli № **********6 saylı pensiyanın təyin edilməsinin mümkün olmaması haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci yarımbəndinə əsasən sığortaolunanın əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanın (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Təqdim edilmiş sənədlərdə mərhum həyat yoldaşı X3 iş stajı barədə əmək kitabçası deyil, arxiv arayışı təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmur. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən ünvanlanmış 07 aprel 2021-ci il tarixli № 01/015 saylı məktubunda qeyd edilmişdir ki, 24 sentyabr 2020-ci il tarixli arayış işçinin şəxsi vərəqəsi (T-2) əsasında tərtib edilmişdir. Həmin işçi X11nda işləmişdir. AR Nazirlər kabinetinin 60 saylı 01 aprel 2009-cu il tarixli sərancamı ilə “X11” TASC “xxxx” TASC-nin ərazisinə köçrülərək yenidən qurulub. Köçürmə vaxtı Arxiv sənədləri çox keyfiyyətsiz vəziyyətdə təhvil verilmişdir. Sorğuya cavab olaraq əldə etdikləri tam olmayan məlumatları təqdim etdikləri qeyd edilmişdir. Həmin işçinin əmək haqqı haqqında tapdıqları məlumatları və (T-2) şəxsi vərəqəsinin surətini təqdim etmişlər. 31 avqust 2020-ci il tarixli təsis yığıncağının qərarı ilə 12 yanvar 2021- ci il tarixli 1 saylı əmrlə “xxxx” ASC-nin təşkilatı hüquqi idarəetməsi dəyişərək “xxxx” MMC olmuşdur. Pensiyanın hesablanması üçün əmək haqqı barədə verilmiş arayışdan görünür ki, X3 pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı bir milyon doqquz yüz on yeddi min altı yüz on dörd manat 48 qəpik. Əmək haqqının aylar üzrə məbləği 1622998,81 manat təşkil etmişdir. Əmək haqqı arayışına birdəfəlik xarakterli ödəmələr daxil edilməmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1957-cı ildir, iddiaçı 17.05.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan onun müraciətinə imtina cavabı verərək, qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə mərhum həyat yoldaşı X3 iş stajı barədə əmək kitabçası deyil, arxiv arayışı təqdim edilmişdir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı odur ki, İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətinə mərhum həyat yoldaşının əmək kitabçasını əlavə etməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşın, yəni hazırki iddiaçının ümumiyyətlə ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququnun yaranıb-yaranmadığı və hansı tarixdən yarandığı müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 30.09.2020-ci il tarixdə Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “Dost” Mərkəzinə ərizə ilə müraciət edərək, ona ailə başçısını itirdiyinə görə əmək pensiyasının 17.05.2018-cü il tarixdən təyin olunmasını xahiş etmiş və həmin ərizəni 30 sentyabr 2020-ci il tarixdə cavabdeh inzibati orqana göndərmişdir. Cavabdeh tərəfindən 10 oktyabr 2020-ci il tarixdə iddiaçının müraciətinə imtina məktubu göndərilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddia mümkün iddiadır. İddianın mahiyyəti: İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin mənasına görə vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 14-18-ci maddələrinin tələblərinə əsasən ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmək üçün şərtlər tələb olunur: 1) Pensiya təyin ediləcək şəxs vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü olmalı; 2) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 3) Ailə başçısının qanunla tələb edilən sığorta stajı olmasıdır. İddiaçı tərəfindən təqdim olunmuş nikah haqqında şəhadətnamənin surətindən, görünür ki, İddiaçı Nəcməddin qızı mərhum X3 arvadı olmuşdur. Göründüyü kimi, iddiaçıya 2018-ci ildə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ailə başçısının ölüm gününədək bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmasını tələb edir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin normasını şərh etdikdə isə bildirir ki, vəfat etmiş ailə başçısının öhdəsində olan arvada ailə başçısını itirməyə görə əmək pensiyası o zaman təyin olunur ki, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış olsun. Belə olan halda, ilkin olaraq iddiaçının Qanunun 7-ci maddəsində nəzərdə tutulan pensiya yaşına çatması anı müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (əvvəlki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 57 müəyyən edilmişdir. Maddənin Qeyd hissəsində isə qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (hazırki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 60 müəyyən edilmişdir. Maddənin Qeyd hissəsində isə qadınların 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (hazırki redaksiyada) və Qeyd hissəsinə görə məhz 17.05.2018-ci il tarixdən, yəni 60 yaş yarımdan (60 il 6 ay) yaranmış olur. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ ərinin vəfat etdiyi 19 noyabr 2002-ci il tarixdən deyil, özünün yaşa görə pensiya hüququnun yarandığı 17 may 2018-ci ildən yaranmış olacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranan zaman 2017-ci ildə qüvvədə olmuş 32.3-cü maddəsində qeyd edilirdi ki, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən hüquq normasını hazırkı tələbin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçının mərhum əri 14.05.1949-cu ildə anadan olduğundan və 19.11.2002-ci ildə vəfat etdiyindən onun vəfat etdiyi günə 53 yaş yarımı olmuşdur. Mərhumun əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alıb həmin illəri çıxdıqda onun 38 il 6 ay əmək qabiliyyətli dövrü olmuş olur və həmin illərin hər ilinə görə 4 ay sığorta stajı hesablandıqda 12 il 9 ay sığorta stajı olmuş olur. Beləliklə, pensiya yaşına çatmış İddiaçı Nəcməddin qızına ailə başçısını itirməyə görə pensiyanın təyini üçün vəfat etmiş ailə başçısının azı 12 il 9 ay sığorta stajı olması qanunla tələb edilir. Cavabdeh imtinanın əsası kimi iddiaçının təqdim etdiyi 24 sentyabr 2020-ci il tarixli arxiv arayışında qeyd olunan iş stajını təsdiq edən əmək kitabçasının olmadığına əsaslanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 01.07.1999cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. İş üzrə araşdırma zamanı da Məhkəmə tərəfindən işəgötürəndən qeyd edilən arxiv arayışının təqdim edilməsinə əsas olan sənədlər (əmrlər, əmək haqqı cədvəlləri) tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq işəgötürən tərəfindən X3 arxivdə saxlanılan əmək haqqı haqqında məlumatları və (T-2) şəxsi vərəqəsi təqdim edilmişdir. Şəxsi vərəqədən də görünür ki, Qusar rayonu, Xəzri kəndində anadan olmuş 14.05.1949-cu il təvəllüdlü X6 09.02.1971-ci ildən 09.09.1999-cu ilədək “X11” ASC-də müxtəlif vəzifələrdə işləmiş, 09.09.1999-cu ildə öz xahişi ilə 99/k nömrəli əmrlə işdən azad edilmişdir. Həmçinin, şəxsi vərəqədən görünür ki, X3 09.09.1999-cu ildə əmək kitabçasının alması barədə imzalı qeyd mövcuddur. Məhkəmə nəzərə alır ki, yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Göründüyü kimi, inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Beləliklə, 24 sentyabr 2020-ci il tarixli 01,77 nömrəli arxiv arayışından, şəxsi vərəqədən (T-2) aydın olur ki, iddiaçının mərhum ərinin qanunun yuxarıda qeyd edilən müddəasında tələb ediləndən artıq -28 ildən artıq sığorta stajı mövcud olmuşdur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı 17 may 2018-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı 17 may 2018-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar