Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2615/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilməli olan 20% əlavə kompensasiyanın, 10% çətinliyə görə kompensasiyanın və torpağa görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Sovetskidə evi mövcud olmuşdur. Ev Bakı şəhər, Yasamal rayon, X3 küçəsi, ev 34 ünvanında yerləşir, ümumi sahəsi 517.55 kv.m-dir. Müqavilə cavabdehlə bağlanmışdır. Orada cavabdeh tərəfindən park salındığı üçün həmin ev sökülmüşdür. Lakin evin dəyərini təşkil edən məbləğ az hesablanmışdır. Prezident tərəfindən verilmiş 20% hədiyyə nəzərə alınmamışdır. Evin sahəsi çox olduğu halda, cəmi 25.67 kv.m göstərilmiş, 20 kv.m-ə görə 40000 manat ödəniş edilmiş və qalan artıq sahəyə görə hər kv.m-ə 1800 manat pul ödənilib. Ev 2018-ci ilin dekabr ayında sökülmüşdür. İddiaçı hesab edir ki, ona 20% əlavə kompensasiya, 10% çətinliyə görə kompensasiya və torpağa görə kompensasiya verilməlidir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd edilmişdir:
1. Kompensasiya məbləğinin qanunvericilklə nəzərədə tutulmuş bütün əlavələri (faizləri) nəzərə alınmaqla hesablanması: **********87-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvandakı ümumi 517.55 kv.m olan iki mərtəbəli ev iddiaçının 1/40 hissədə paylı mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq İddiaçı mübahisə predmeti olan evin mülkiyyət sənədinə əsasən, faktiki əlavə sahələr nəzərə alınmaqla 40313 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçıya daşınmaz əmalakın satın alınması zamanı qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavələr nəzərə alınmaqla yekun kompensasiya məbləği müəyyən edilərək ödəniş həyata keçirilmişdir. Bildirik ki, mövcud inzibati praktikaya əsasən əsas və köməkçi sahələrin hər kv.m- ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir (AR Ali Məhkəməsinin İnzibati Məhkəməsinin xx.xx.2019 2-1(102)-2348/2019 nömrəli qərarı).
2. Torpaq sahəsinə görə hüquqların evin alıcısına keçməsi: iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə ki, Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. AR Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyd olunan müddəaların hazırki işə tətbiqi baxımından belə nəticəyə gəlmək olar ki, iddiaçı müvafiq kompensasiyanın məbləği ilə razılaşmaqla və həmin məbləği qəbul etməklə ev üzərində mülkiyyət hüququndan imtina etdiyindən, o, hazırki tələblərində irəli sürdüyü evin yerləşdiyi torpaq sahəsinə və evdən istifadə üçün torpaq sahəsinin zəruri hissəsinə dair mülkiyyət hüquqlarını da əldə edənə, yəni İcra Hakimiyyətinə vermişdir.
3. Kompensasiya tələb etmək üzrə subyektiv hüqununun olmaması: Göründüyü kimi, iddia üzrə iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsinə görə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, evin alıcısı olan Cavabdeh evin altında yerləşən torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə dair hüquqları əldə etmişdir. Bundan əlavə iddiaçıya mübahisə pedmeti olan evə görə qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavələr nəzərə alınmaqla kompensasiya məbləği ödənilmişdir. Beləliklə, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1 -ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.1-ci maddəsi belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istəlinən iddia izibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bildirik ki, artıq analoji işlərlə bağlı məhkəmə təcrübəsi yaranmışdır (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15.01,2020-ci il tarixli 2-1(102)-209/2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2- 1(102)-824/2021 nömrəli qərarları). Cavabdeh qeyd olunanlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin 1/40 hissəsi İddiaçı adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
5. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Qiymətləndirmə cədvəli”ndə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı şəhəri Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan ünvan 4 ünvanında yerləşən (64-598 şərti kodu ilə işarələnmiş) “X1, İddiaçı”na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) aşağıdakı kimi qiymətləndirilmişdir: Sıra Obyektin adı Ölçü vahidi Miqdarı Müstəqil ekspertin təyin sayı etdiyi qiymət № Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla Vahidin Qiyməti qiyməti (manatla) (manatla) 1 2 3 4 5 6 1 Əsas sahə kv.m 18,44 1500 27660 2 Köməkçi sahə kv.m 7,23 1500 10843 3 Dolab kv.m 4,0 200 800 4 Tamet döşəmə kv.m 0,5 20 10 Cəmi: - 39313 2 aylıq kirayə haqqı - 1000 nəzərə alınmaqla Ümumilikdə cəmi - 40313
6. AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 1/40 hissəni alıcı Bakı Şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 40313 manat 00 qəpik qiymətinə satmışdır. Alıcı Bakı Şəhəri Cavabdeh satıcı İddiaçı satdığı 1/40 hissəni ondan 40313 manat 00 qəpik qiymətinə almışdır.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
11. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin 1/40 hissəsi İddiaçı adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş “Qiymətləndirmə cədvəli”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 34 ünvanında yerləşən mənzilin əsas sahəsi 18,44 kv.m. (hər kv.m 1500 manat hesabı ilə 27660 manat), köməkçi sahə 7,23 kv.m (hər kv.m 1500 manat hesabı ilə 10843 manat), dolab 4,0 kv.m olmaqla (hər kv.m 200 manat hesabı ilə 800 manat), tamet döşəmə 0,5 kv.m olmaqla (hər kv.m 20 manat hesabı ilə 10 manat), əlavə iki aylıq kirayə haqqı da nəzərə alınmaqla (bir ayı 500 manat hesabı ilə) 30,17 kv.m. sahəyə görə ümumilikdə cəmi 40313 manat kompensasiya hesablanmışdır. - AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 1/40 hissəni alıcı Bakı Şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 40313 manat 00 qəpik qiymətinə satmışdır. Alıcı Bakı Şəhəri Cavabdeh satıcı İddiaçı satdığı 1/40 hissəni ondan 40313 manat 00 qəpik qiymətinə almışdır.
12. Məhkəmə müəyyən edir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 1/40 hissəsinin mülkiyyətçisi olan satıcı (iddiaçı) İddiaçı könüllü olaraq fərdi yaşayış evinin cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi (AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli) bağlamışdır. Həmin müqavilə iddiaçı tərəfindən mülki icraat qaydasında mübahisələndirilməmiş və qüvvədədir. İddiaçı hazırda həmin həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola, artıq özgəninkiləşirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
14. Məhkəmə nəzərə alır ki, hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmişdir, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 34 ünvanında yerləşən mənzilə dair Bakı Şəhəri Cavabdeh kompensasiya ödənilməsinə dair öhdəliyinə tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq icra nəticəsində xitam verilmişdir.
15. Odur ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır və məhkəmə iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığı qənaətindədir.
16. Odur ki, iddia mümkün sayılmamalıdır.
17. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva