Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2617/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X1, tərçüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı 05.10.1976-cı il tarixdə “xxxx” Müəssisəsində satıçı köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 25.06.1977-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. 16.08.1977-ci il tarixdə “Azon” zavoduna qaynaqçı vəzifəsinə qəbul olunmuşdur, 15.09.1978-ci il tarixdə həmin vəzifədən azad olunmuşdur. 17.10.1978-ci il tarixdə Azərbaycan SSR-nin Karlar Cəmiyyətində katibə-maşinist vəzifəsinə qəbul olunmuşdur, 02.01.1979-cu il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. 08.01.1979cu il tarixdə 1 saylı Stomatoloji Poliklinikaya katibə-maşinist vəzifəsinə qəbul olunmuş, 04.07.1979-cu il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. 28.01.1981-ci il tarixdə Bakı Beynəlxalq Telefon Stansiyasına maliyyə-plan qrupunda telefonist vəzifəsində təyin edilmişdir, 06.07.1981-ci il tarixdə həmin vəzifədən azad olunmuşdur. 16.02.1983-cü il tarixdə Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində kinoyayımı üzrə maşinist vəzifəsinə təyin edilmiş, 02.10.1983-cü il tarixdə həmin vəzifədən azad olunmuşdur. 25.12.1984-cü il tarixdə Azərbaycan Dövlət Filarmoniyasında dövlət xor kopellasında xor solisti vəzifəsinə təyin edilmiş, 14.01.1990-cı il tarixdə həmin vəzifədən azad olunmuşdur. 15.01.1990-cı il tarixdə Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində xorun artisti vəzifəsinə təyin edilmiş, 28.04.1994-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Ümumi əmək stajı - 20 il təşkil edir. Hal-hazırda 63 yaşı var. 2020-ci ilin avqust ayında iddiaçının artıq 63 yaşının tamam olması ilə əlaqədar olaraq və Qanunun 7-ci maddəsinin qeyd hissəsində olanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə 22.06.2020-ci il tarixdə ünvanlanmış məktub 23.06.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq bu günə kimi cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin iddiaya dair yazılı etirazında aşağıdakılar göstərilmişdir: hazırkı iş üzrə iddia əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı öz iddiasında aşağıdakı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir: 05.10.1976-cı il tarixindən 25.06.1977-ci il tarixə qədər “xxxx” müəssisəsində satıcı köməkçisi vızifəsində işlədiyi; 16.08.1977-ci il tarixindən 15.09.1978-ci il tarixə qədər “AZON” Zavodunda qaynaqçı vəzifəsində işlədiyi; 17.10.1978-ci il tarixindən 02.01.1979-cu il tarixə qədər Azərbaycan SSR-nin “Karlar cəmiyyəti”ndə katibə-maşinist vəzifəsində işlədiyi; 08.01.1979-cu il tarixindən 04.07.1979-cu il tarixə qədər 1 saylı stomatoloji Poliklinikada katibə-maşinist vəzifəsində işlədiyi; 30.06.1980-cu ildən 30.06.1981-ci ilədək təhsil aldığı; 28.01.1981-ci il tarixdən 06.07.1981-ci il tarixə qədər Bakı Beynəlxalq Telefon stansiyasında maliyyə-plan qrupunda telefonist vəzifəsində işlədiyi; 16.02.1983-cü il tarixdən 02.10.1983-cü il tarixə qədər Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində kinoyayım üzrə maşinist vəzifəsində işlədiyi; 25.12.1984-cü il tarixdən 14.01.1990-cı il tarixə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət xor kopellasında xor solisti vəzifəsində işlədiyi; 15.01.1990-cı il tarixdən 28.04.1994-cü il tarixə qədər Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində xorun artisti vəzifəsində işlədiyi illər; 06.04.1994-cü il tarixdən 20.08.2001-ci ilədək işlədiyi illər. İddiaçının işlədiyini iddia etdiyi illərin cəmi 21 il 3 ay 15 gündür. Beləliklə, iddiaçının iddia tələbi təmin olunsa belə, ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan staj müddəti (25 il) qarşılanmır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqi marağı mövcud deyil. Hazırkı vəziyyətdə iddiaçı K.Ə.Əkrəmbəyovnanın subyektiv hüququ ümumiyyətlə mövcud deyil. İddiaçının cavabdeh inzibati orqana qarşı iddia tələbi o halda mümkün sayıla bilərdi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edib hüquqi nəticə gözləmək üçün qanunun tələblərini ödəmiş vəziyyətdə olardı. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin hər hansısa birini ümumi iş stajına daxil edib-etməməsi ilə bağlı bir mövqeyi mövcud olardı. Bu zaman iddiaçı inzibati orqanın bu mövqeyini məhkəmə qaydasında mübahisələndirə, cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Bu qayda ümumilikdə hakimiyyətlərin bölünmə prinsipindən irəli gəlir və inzibati prosesin ruhunu təşkil edir. Bu qaydaya görə, qanunverici hakimiyyət qanunun tələblərini müəyyən etməli; vətəndaş bu qanunun tələblərini ödəyirsə, subyektiv hüququnun icrası ilə bağlı icra hakimiyyəti orqanının mövqeyi mövcud olmalı; icra hakimiyyəti orqanının bu mövqeyinin qanunun tələblərinə uyğun olub-olmamasını məhkəmə hakimiyyəti tərəfindən yoxlanmalıdır. Hazırkı mübahisədə isə, cavabdeh inzibati orqan hətta iddiaçının iddia etdiyi illəri ümumi iş stajına daxil etməsi ilə bağlı mövqeyi olsa belə, vətəndaş K.Ə.Əkrəmbəyovna barəsində ona yaşa görə əmək pensiyası təyinatı aparılması barədə inzibati akt çıxarıla bilməz. İddiaçının iddia etdiyi illər tələb olunan 25 ildən azdır. Yuxarıda qeyd olunanları nəzərə alınmaqla və İddiaçı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 04.12.2009-ci il tarixdə Bakı Yasamal RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Türkmənistan Respublikasının, Çardjou şəhərində doğulmuşdur; - İddiaçıya məxsus ИТ-İ ******* saylı 25.06.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı “Bakı ayaqqabı ticarət”ə qəbul olana qədər iş stajı olmamışdır (Oktyabr rayonu 556 saylı MİK rəisinin arayışı). 05.10.1976-cı il tarixdə “Bakı ayaqqabı ticarət”də 40 saylı mağazaya satıcı şagirdi vəzifəsinə qəbul edilmişdir (07.10.1976-cı il tar. əmr № 230). 26.10.1976-ci il tarixdə 38 saylı mağazaya həmin vəzifəyə keçirilmişdir (26.10.1976-cı il tar. əmr № 247), 10.06.1977-ci il tarixdə kiçik satıcı ixtisası verilmişdir və 10 saylı mağazaya kiçik satıcı vəzifəsinə keçirilmişdir (20.06.1977-ci il tar. əmr № 120), 25.06.1977-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (öz xahişi ilə) 04.07.1977-ci il tarixli əmr № 132), 16.08.1977-ci il tarixdə Eksperimental sexə yığıcı şagirdi qəbul edilmişdir (12.08.1977-ci il tar. əmr № 509), 17.11.1977-ci il tarixdə yığıcı şagirdi vəzifəsinə keçirilmişdir (16.11.1977-ci il tar. əmr № 573), 24.01.1978-ci il tarixdə komplektləşdirmə şöbəsinə 1-ci dərəcəli düzücü-qablaşdırıcı vəzifəsinə keçirilmişdir (23.01.1978-ci il tar. əmr № 22), 15.09.1978-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddasinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (18.09.1978-ci il tar. əmr 460a), 17.10.1978-ci il tarixdə Az OQ MM-də Katibə-makinaçı vəzifəsinə qəbul edilmişdir (17.10.1978-ci il tar. əmr № 97), 02.01.1979-cu il tarixdə Azərbaycan SSR ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə azad edilmişdir (02.01.1979-cu il tar. əmr № 123), 08.01.1979-cu il tarixdə 1 saylı stomatoloji poliklinikada katibə - makinaçı vəzifəsinə qəbul edilmişdir (08.01.1979-cu il tar. əmr № 3 § 2), 04.07.1979-cu il tarixdə Az. SSR ƏM 37K30-cu maddəsinə əsasən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir (03.07.1979-cu il tar. əmr № 58), 28.01.1981-ci il tarixdə Bakı şəhərlərarası telefon stansiyası İstehsalat təcrübəsi müddətində üçüncü sinif plan- maliyyə qrupu telefonçu şagirdi vəzifəsinə təyin edilmişdir ( 26.01.1981-ci il tar. əmr № OK/ 7), 06.07.1981-ci il tarixdə İstehsalat təcrübəsi bitdiyinə görə tutduğu vəzifədən azad edilmişdir (9 iyul 1981-ci il tar. əmr № OK/45), 16.02.1983-cü il tarixdə Az.SSR dövlət radio və televiziya komitəsi makinaçı vəzifəsinə qəbul edilmişdir (05.02.1983-cü il tar. əmr № 48 k), 11.10.1983-cü il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir (13.10.1983-cü il tar. əmr № 216 k), 25.12.1984-cü il tarixdə Azərbaycan dövlət Filarmoniyası Dövlət xor kapellasına xor artisti kimi qəbul edilmişdir (24.12.1984-cü il əmr-№ 146), 14.01.1990-cı il tarixdə Azərbaycan SSR ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (12.01.1990-cı il tarixli əmr № 16k), 15.01.1990-ci il tarixdə Azərbaycan SSR Dövlət Radio və Televiziya Komitəsinə Xor artisti vəzifəsinə qəbul edilmişdir. (12.01.1990-cı il tar. №16k), 28.04.1994-cu il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsilə (öz xahiş ilə) işdən azad edilmişdir. (06.05.1994-cu il tarixli № 313k). - İddiaçıya məxsus ИТ-İ ******* saylı 04.05.1995-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 26.04.1994cü il tarixdən (25.04.94-cü il tarixli, əmr №285) 20.08.2001-ci il tarixə (20.08.2001-ci il tarixli, əmr № 285) qədər Bakı şərnişin stansiyasında arayışların verilməsi üzrə növbətçi vəzifəsində işləmişdir. - İddiaçıya məxsus A seriyalı № 751081 saylı diplomun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdən 30.06.1981-ci il tarixə qədər Bakı şəhər 83 nömrəli texniki peşə məktəbində katibə- stenoqrafistka peşəsi üzrə təhsil almışdır. - İş materiallarında olan 902034 nömrəli poçt qaiməsindən görünür ki, iddiaçının cavabdehə ünvanlanmış müraciəti 23.06.2020-ci il tarixdə şöbənin əməkdaşı tərəfindən qaiməyə imza etməklə qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli, **********4 saylı arayışından görünür ki, iddiaçı yaşa görə 130 manat məbləğində aylıq sosial müavinət alır. - İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 03.06.2020-ci il tarixli **********4 saylı, 26.04.2019cu il tarixli **********3 saylı, 20.09.2018-ci il tarixli **********1 saylı,12.09.2018-ci il tarixli **********1 saylı, 24.05.2018-ci il tarixli **********2 saylı məktublarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən o, 05.10.1976-cı il tarixdə Bakı ayaqqabı ticarətdə 40 saylı mağazaya satıcı şagirdi vəzifəsinə qəbul edilmişdir (07.10.1976-cı il tar. əmr № 230). 26.10.1976-ci il tarixdə 38 saylı mağazaya həmin vəzifəyə keçirilmişdir (26.10.1976-cı il tar. əmr № 247), 10.06.1977-ci il tarixdə kiçik satıcı ixtisası verilmişdir və 10 saylı mağazaya kiçik satıcı vəzifəsinə keçirilmişdir (20.06.1977-ci il tar. əmr № 120), 25.06.1977-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir ( (öz xahişi ilə) 04.07.1977-ci il tarixli əmr № 132), 16.08.1977-ci il tarixdə Eksperimental sexə yığıcı şagirdi qəbul edilmişdir (12.08.1977-ci il tar. əmr № 509), 17.11.1977-ci il tarixdə yığıcı şagirdi vəzifəsinə keçirilmişdir (16.11.1977-ci il tar. əmr № 573), 24.01.1978-ci il tarixdə komplektləşdirmə şöbəsinə 1-ci dərəcəli düzücüqablaşdırıcı vəzifəsinə keçirilmişdir (23.01.1978-ci il tar. əmr № 22), 15.09.1978-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddasinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (18.09.1978-ci il tar. əmr 460a), 17.10.1978-ci il tarixdə Az OQ MM-də Katibə-makinaçı vəzifəsinə qəbul edilmişdir (17.10.1978-ci il tar. əmr № 97), 02.01.1979-cu il tarixdə Azərbaycan SSR ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə azad edilmişdir (02.01.1979-cu il tar. əmr № 123), 08.01.1979-cu il tarixdə 1 saylı stomatoloji poliklinikada katibə - makinaçı vəzifəsinə qəbul edilmişdir (08.01.1979-cu il tar. əmr № 3 § 2), 04.07.1979cu il tarixdə Az. SSR ƏM 37K30-cı maddəsinə əsasən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir (03.07.1979-cu il tar. əmr № 58), 28.01.1981-ci il tarixdə Bakı şəhərlərarası telefon stansiyası İstehsalat təcrübəsi müddətində üçüncü sinif plan- maliyyə qrupu telefonçu şagirdi vəzifəsinə təyin edilmişdir (26.01.1981-ci il tar. əmr № OK/ 7), 06.07.1981-ci il tarixdə İstehsalat təcrübəsi bitdiyinə görə tutduğu vəzifədən azad edilmişdir (9 iyul 1981-ci il tar. əmr № OK/45), 16.02.1983-cü il tarixdə Az.SSR Dövlət Radio və Televiziya Komitəsi makinaçı vəzifəsinə qəbul edilmişdir (05.02.1983-cü il tar. əmr № 48 k), 11.10.1983-cü il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir (13.10.1983-cü il tar. əmr № 216 k), 25.12.1984-cü il tarixdə Azərbaycan Dövlət Filarmoniyası Dövlət xor kapellasına xor artisti kimi qəbul edilmişdir (24.12.1984-cü il əmr-№ 146), 14.01.1990-cı il tarixdə Azərbaycan SSR ƏM 37-ci maddaəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (12.01.1990-cı il tarixli əmr № 16k), 15.01.1990-ci il tarixdə Azərbaycan SSR Dövlət Radio və Televiziya Komitəsinə xor artisti vəzifəsinə qəbul edilmişdir. (12.01.1990-cı il tar. №16k), 28.04.1994-cu il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsilə (öz xahişi ilə) işdən azad edilmişdir (06.05.1994-cu il tarixli № 313k). Bundan əlavə iddiaçı Bakı şəhər 83 nömrəli texniki peşə məktəbində katibə-stenoqrafistka peşəsi üzrə təhsil almışdır. Beləliklə də iddiaçının ümumilikdə, 21 il, 03 ay, 05 gün iş stajının olması iş materiallarından təsdiq edilir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 60 il 06 ay yaşı 26.02.2018-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 60 il 06 ay yaşından, yəni 26.02.2018-ci il tarixdən yaranır. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, iddiaçının 60 il 06 ay yaşının tamam olduğu 26.02.2018-ci il tarixə tələb olunan 25 ildən artıq iş stajının əvəzində iddiaçının yalnız 21 il, 03 ay, 05 gün iş stajı toplanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbində haqlı olmamışdır. Hazırda iddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) sosial müavinət alır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulmadığı aşkar edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2617/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2617/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver