Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2617/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin **********7 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi ilə bağlı iddiaçının müraciətinə baxılaraq müraciətinin təmin edilməməsi barədə qərar qəbul edilmiş, həmin qərar aşağıdakı kimi əsaslandırılmışdır: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, idiaçının müraciəti əsasında, xx.xx.2022-ci il tarixdə Nazirliyin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Müəyyən hərbihəkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13290 nömrəli şəhadətnamə qeyd olunmuş diaqnozun (partlayış travması (xx.xx.2020), sağ baldırın, sol ayağın, sol saidin və sarğı nahiyəsinin qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta 1/3nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sağ qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, sol aşıq baldır oynağının gips longeti ilə immobilizasiyasından, yaraların ikincili-cərrahi işlənməsindən və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitmiş sınıqları, sağ aşıq baldır oynağnın çapıq-vətər-əzələ kontrakturası, saol aşıq-baldır oynağının artrogen kontrakturası, çanaq nahiyyəsinin yumşaq toxumaların yad isimləri (metal qəlpələri), partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədə eşitməsi ilə) səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədardır. Keçirilən qəbulda, hazırki obyektiv vəziyyətinizin müayinəsi zamanı əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktivlik və nevroloji ocaqlı əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin etməməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. 13290 nömrəli, 26 may 2021-ci il tarixli xəstəlik haqda şəhadətnamədən məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilir ki, iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. X8 Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışlardan məlum olur ki, iddiaçı həmin tibbi müəssəsində uzun müddət kəllədaxili travmadan nevrologiya şöbəsində müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” tərəfindən təqdim olunmuş 5176 saylı, 23 iyun 2021-ci il tarixli rəyə əsasən iddiaçı üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0, Postkommosion sindrom F07.2 xəstəliyindən əziyyət çəkir. Qərar qəbul edilərkən Mərkəzi Hərbi Həkim Komissiyasının, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin rəyləri, eləcə də uzun müddət müalicə olunması barədə sənədlər nəzərə alınmamışdır. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı əsassızdır, qanunsuzdur, ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və onun əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli müraciətində tələbinin sonuncu dəfə müayinə edildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 11 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...; Diaqnozun mətni:Partlayış travması(xx.xx.2020) sağ baldırin sol ayağın sol saidin və sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonra sağ qamış sümüyünün diafizinin orta 1/3 açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış BCİ sağ baldır sümüklərinin İlizarov üsuli ilə ostesintezi və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları,hər iki aşıq baldır oynağınıın kontrakturası. yad cisimləri(metal qəlpələr), Sağ qamış sümüyünün diafizinin orta 1/3- nün çox açıq,çox qəlpəli yerdəyişmiş kafi bitişmiş sınığından sonrakı vəziyyət. İllizarov aparatın demontajı, hər iki aşıq baldır oynağının artrogen açıcı bükücü kontrakturası ağrı sindromu ilə,yerişin pozulması ilə, Sağ baldırın,sol baldırın sol saidin sağrı nahiyəsinin bərkimiş dəri çapıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonra astenonevroti. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 22 aprel 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə,"həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının müraciəti əsasında verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2749003AAE1U nömrəli göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən iddiaçı qəbul edilmiş, müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13290 nömrəli şəhadətnamə qeyd olunmuş diaqnozun (partlayış travması, sağ baldırın, sol ayağın, sol saidin və sarğı nahiyyəsinln qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, sol aşıq baldır oynağının gips longeti ilə immobilizasiyasından, yaraların ikincili-cərrahi işlənməsindən və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları, sağ aşıq baldır oynağının çapıq-vətər-əzələ kontrakturası, sol aşıq-baldır oynağının artrogen kontrakturası, çanaq nahiyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma, xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə) səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədardır. Keçirilən qəbulda, hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktivlik və nevroloji ocaqlı əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. -xx.xx.2016-cı il tarixdə 4 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı F.İsmayılov tərəfindən verilən xx.xx.2021-ci il tarixli 5176 №li göndərişə cavabdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə F.İsmayılov tərəfindən müayinə olunaraq ona üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0 postkommosion sindromu F07.2 diaqnozu qoyulmuşdur. -26 may 2021-ci il tarixli, 13290 №li Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N .-ci il tarixli 1573 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. SHXÇDX-nin Bakı səhəri Sabunçu rayon idarəsi tərəfindən xx.xx.2020-ci ildə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). Boyu 171 sm. Bədən çəkisi 68 kq. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 97 sm. Şikayətləri: hər iki ayağında olan ağrılardan və hərəkət məhdudluğundandır. Anamnezi: xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2785 nömrəli arayış), ilk tibbi yardım göstərildikdən sonra Füzuli RMX-na göndərilmiş, burada “Yaraların birincili-cərrahi işlənməsi" əməliyyatı icra edilərək Ağcabədi RMX-na təxliyə olunmuş. xx.xx.2020-23 10.2020-ci il tarixədək "Sağ qamış sümüyünün odlu silah yaralanmasından sonrakı açıq, qəlpəli sınığı, metal qəlpələr Sol saidin və sol budun çanaq oynağında xırda metal qəlpələr" diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2020-ci il tarixdə “Sağ baldır sınığının Q.A.İlizarov üsulu ilə ocaqdankənar metaloosteosintezi, sol baldırın gips sarğısı ilə immobilizasiyası” cərrahi əməliyyatı icra edilmişdir (əsas: çıxarış epikrizi). xx.xx.2020-ci ıl tarixdə N nömrəli hərbi hissədə şəhadətləndirilərək N (altmış) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 3518 nömrəli arayış). xx.xx.2021-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 45 (qırx beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 5555 nömrəli arayış). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu, SQ BKH-nın travmatoloqu ilə konsultasiya olunmuşdur. xx.xx.2020-xx.xx.2020-Ağcabədi RMX-da; xx.xx.2020-N nömrəli hərbi hissədə; xx.xx.2021, N .1-ci il tarixərdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dərialtı piy qatı izafi inkişaf etmişdir. Periferik limfa düyünləri böyüməmişdir. Dayaq-hərəkət sistemi normal inkişaf etmişdir. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 68 vurğudur, ATT 120/70 mm.c.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxılındədir. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Status lokalis: sağ baldırın, sol ayağın, sol saidin və sağrı nahiyələrinin qəlpə yaralanmasından sonrakı bərkimis dəri çapıqları qeyd edilir. Palpasiyada ağrılıdır. Sağ və sol aşıq-baldır oynaqlarında hərəkət məhdudluğu, kontraktura müşahidə olunur. Nevroloji status: huşu aydındır, kəllə-beyin sinirləri normadadır. Pıçıltı nitqini eşitməsi hər iki qulaqda 4 metr məsafədəndir. Visus OU= 0,2, korrekisya ilə 0,6. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: Qanın ümumi kliniki analizi (xx.xx.2021): Hb-144 q/l, Leyk-8,9 x109/l, RBC-5,07 x1 mm/saat. Qanda (xx.xx.2021): HbsAg-mənfi (-). Anti-HCV İgG-mənfi (-), QİÇS-1HİV 1, Sifilis Screen mənfi (-). Sidiyin ümumi kliniki analizi (18.05 2021): xüsusi çəkisi-101, reaksiyası-turş. zülal-yox. şəkər-yoxdur. EKQ (N .1): sinus ritmi, ÜEO normadadır. USM (xx.xx.2021): qaraciyər, mədəaltı vəzi, öd kisəsi, böyrəklər, dalaq patologiyasız, ürək, ağciyərlər normadadır. Sağ aşağı ətrafın R-sı (xx.xx.2021):sağ qamış sümüyünün diafizinin orta 1/3-də qəlpəli bitişmiş sınıq qeyd edilir. Sağ baldırın KT müayinəsi (xx.xx.2020): sağ tibial diafizndə parçalı, kompleks sınıq aşkar edilir. Baldır medialında yumşaq toxumalarda 2 ədəd metallik yad cisim izlənilir. Abdominal KT (xx.xx.2020): sol qluteal bölgədə yumşaq toxumalarda posttravmatik dəyişikliklər qeyd edilir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (xx.xx.2020), sağ baldırın, sol ayağın, sol saidin və sağrı nahiyəsinin qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta 1/3in açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünuin medial topuğun açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, sol aşıq-baldır oynağının gips longetı ilə immobilizasiyasından, yaraların ikincili-cərrahi işlənməsindən və aparatam demontajından sonrakı kafi bitişmiş sınıqları, sağ aşıq-baldır oynağının çapıq-vətər-əzələ kontrakturası, sol aşıq-baldır oynağının artrogen kontrakturası, çanaq nahiyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), xroniki kolxear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı "Xəstəliklər cədvəli"nin 65b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. -Bakı 11 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...;Diaqnozun mətni: Partlayış travması (xx.xx.2020) sağ baldırin sol ayağın sol saidin və sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonra sağ qamış sümüyünün diafizinin orta 1/3 açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış BCİ sağ baldır sümüklərinin İlizarov üsuli ilə ostesintezi və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları,hər iki aşıq baldır oynağınıın kontrakturası. yad cisimləri(metal qəlpələr), Sağ qamış sümüyünün diafizinin orta 1/3- nün çox açıq,çox qəlpəli yerdəyişmiş kafi bitişmiş sınığından sonrakı vəziyyət. İllizarov aparatın demontajı, hər iki aşıq baldır oynağının artrogen açıcı bükücü kontrakturası ağrı sindromu ilə,yerişin pozulması ilə, Sağ baldırın,sol baldırın sol saidin sağrı nahiyəsinin bərkimiş dəri çapıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonra astenonevroti. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. -Bakı 11 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Təsnifatı: Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar. Qapalı kəllə beyin travması, partlayış travmasından (xx.xx.2020) sonrakı vəziyyət. Keçirilmiş qapali kəllə beyin travmasından (xx.xx.2020) sonrakı astenonevrotik sindrom. yaddaş zəifləməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozğunluğu postkomasion sindrom, postravmatik ensefalopatiya. kəllə daxili hipertenziya vegetativ damar davamsızlığı. paroksizm ilə: - mətni: Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit. iki tərəfli üçüncü - dördüncü dərəcəli neyrosensor ağir eşitmə. barotravma. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldır sümüklərinin bitişmiş sınıığı ilizarov aparatı ilə metalloosteosintezindən sonrakı vəziyyət. Sol saidin və sol budun çanaq oynağında, sağ baldırda xırda metal qəlpələr. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının N-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, Bakı 11 nömrəli Şəhər Poliklinikasının göndərişləri əsasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə iddiaçının əlilliyi qiymətləndirilmiş, hər iki halda eyni əsaslarla- qoyulan diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilməsi, müəyyən edilmiş xəstəlik və qüsurların ona hansı dərəcə əlillik verilməsinə əsas yaratması, ekspertiza tədqiqatının iddiaçının şəxsən müayinəsi və tibbi sənədlər əsasında aparılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinə tapşırılmış, ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş DTSERA-nın həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş T 42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 11 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş 2749003AAE1U saylı göndərişdə qeyd edilmiş “Qapalı kəllə-beyin travması, partlayış travmasından (xx.xx.2020) sonrakı vəziyyət. Keçirilmiş qapali kəllə beyin travmasından (xx.xx.2020) sonrakı asteno-nevrotik sindrom, yaddaş zəifləməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozğunluğu postkomasion sindrom, postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya vegetativ damar davamsızlığı, paroksizm ilə. Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit. İkitərəfli üçüncü-dördüncü dərəcəli neyrosensor ağır eşitmə, barotravma. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldır sümüklərinin bitişmiş sınığı, İllizarov aparatı ilə metalloosteosintezindən sonrakı vəziyyət. Sol saidin və sol budun çanaq oynağında, sağ baldırda xırda metal qəlpələr” diaqnozunda olan xəstəliklər şəxsin əyani müayinəsində əlilik əlamətləri təyin etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyi qeyd edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə məhkəmənin qərardadında ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA-nın) həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi barədə göstəriş olduğu halda, cavabdeh tərəfindən bu tələbə əməl edilməmiş və iddiaçının müayinəsində və rəyin tərtib edilməsində DTSERA-nın tibbi-sosial eksperti (X4) iştirak etmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki, iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair T42/2023 nömrəli, xx.xx.2023cü il tarixli ekpert rəyi iş üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, həmin rəydə iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (2022-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) nəzərdə tutulan xəstəliklərə uyğun gəlibgəlmədiyi araşdırılmamışdır. Məhkəmə isə əksinə, iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. İstinad olunan “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndi: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-N faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Əlavənin Sinir sistemi xəstəlikləri adlanan 6.1-ci bəndi: Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90): 6.1.1. ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.3. baş beynin əzilməsi, kontuziyası; 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; 6.1.5. vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.6. vegetodamar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə; 6.1.7. sinir və sümük-əzələ sisteminə aid simptomlar və əlamətlər; 6.1.7.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları; 6.1.7.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın təzahür edən pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları; 6.1.7.3. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli təzahür edən pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: S06.8. Digər kəllədaxili travmalar Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının əsas diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nda Sinir sistemi xəstəlikləri bəndində (6-cı bənd) 6.1-ci bəndində Kəlləbeyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı məhz yeni qaydaların qüvvədə olduğu vaxt ekspertlər tərəfindən əyani müayinə olunduğundan (xx.xx.2023-cü il tarixdə) və bu, onun əlillik vəziyyətinə (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə) təsir etdiyindən həmin hal nəzərə alınmalı idi. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.3.9-cu yarımbəndində uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (FN.0-F62.9, F45-F45.9, F48-F48.9) şəxsə əlillik təyin edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdu. Göründüyü kimi aparılan tibbi müayinələrin əsasında iddiaçıya əsas diaqnoz olaraq qoyulmuş digər kəllədaxili travmalar, qapalı kəllə beyin travması, partlayış travmasından (xx.xx.2020) sonrakı vəziyyət (S06.8) və ağırlaşma olaraq digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, keçirilmiş qapalı kəllə beyin travmasından (xx.xx.2020) sonrakı astenonevrotik sindrom, yaddaş zəifləməsi ilə üzvi mənşəli şəxsiyyət pozğunluğu postkomasion sindrom (F48.8) uyğun kodları əks olunmuşdır ki, bu da iddiaçıda müəyyən olunan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.1.8 və 2.3.9-cu bəndlərinə əsasən əlillik dərəcəsinin təyin edilməsini mümkün edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddia təmin edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı sonuncu dəfə müayinə edildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2617/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2617/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver