Məhkəmə qərarları › İş №2-1(112)-262/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-262/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-262/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Cəfərov Sərvər İskəndər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, fərdi sahibkar), cavabdehin nümayəndəsi X2 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçının əlilliyinin təyin edilməsi vəzifəsinin cavadehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur, 1988-ci ildə ağır avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sağ ayağı diz nahiyəsindən sınmış və uzun müddət xəstəxanada və 9 ay ev şəraitində müalicə olunmuşdur. 1989-cu ildən 1996-cı ilədək əmək fəaliyyəti ilə məşğul olsa da daha sonra diz nahiyəsində problemlər və əmək fəaliyyətində qüsurlar yaranması səbəbi ilə işdən azad olunmuşdur. 13.01.1997-ci il tarixndə Suraxanı rayonu qaz istismarı idarəsində işə götürülsə də, elə həmin gün işdən azad edilmişdir. Səhhəti ilə bağlı 1997-ci ildən bu günə qədər heç bir yerdə işləməmiş və heç bir əmək fəaliyyəti olmamışdır. 2000-ci ildə ailə qurmuş, himayəsində 11 yaşında oğlu və ağır şəkər xəstəsi olan həyat yoldaşı vardır. Özü də uzun müddətdir ağır şəkər xəstəsidir. 2019-cu ilin noyabr ayından insulindən istifadə edir və heç bir yerdən gəliri yoxdur. Xəstəliyilə bağlı Suraxan rayonu Hövsan qəsəbəsi 23 nömrəli şəhər poliklinikasının TSEK-ə əlilliyinin dərəcəsini müəyyən etmək məqsədilə müraciət etmiş, 4 dəfə ekspertizadan keçsə də, 4 dəfə də imtina sənədi almışdır. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tibbi xidmətin göstərilməsi ilə bağlı X1 və Ortopediya İnstitutuna məktub göndərmişdir. 05.12.2019-cu ildə həmin institutda müayinə olunmuş və 17.12.2019-cu ildə ona bildirilmişdir ki, əməliyyat edilməsi üçün 1373-cü şəxs olaraq qeydiyyata alınmışdır. 1988-ci ildən 23 nömrəli şəhər poliklinikasında xəstəlik kitabçası olmuş, lakin müraciət etməsinə baxmayaraq ona məxsus kitabça tapılmamışdır. Həmin kitabçada onun dizində yaranmış xəstəlik və keçirdiyi müxtəlif xəstəliklərlə bağlı geniş məlumatlar əks olunmuşdu. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə səhiyyə müəsissəsinin göndərişi əsasında 02.10.2018-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Göndərişin təhlili göstərmişdir ki, xəstəlik 21.04.1988-ci ildə başlamış və əsas diaqnoz kimi “Digər posttravmatik qonartrozlar”, sağ diz oynağının deformasiyaedici artozo-artriti, hetero tipik ossifikasiyası” xəstəliyi, ağrılaşma kimi isə “Oynaqların kontrakturası, sağ diz oynağının qarışıq tipli kontrakturası, oynaqda ağrı, sağ diz oynağında daimi ağrı sindromu, yerişin pozulması ilə”, yanaşı xəstəlik kimi isə “Essentsial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ. Dizin sınığı, sağ diz qapağının bitişmiş sınığı” xəstəlikləri qeyd edilmişdir. Qeyd edilmiş travma və onun ağırlaşmaları Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin və dinamik müşahidələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında 06.09.2019-cu, 10.02.2020-ci, 06.03.2020-ci il tarixlərdə qiymətləndirilmiş və hər bir halda göndərişdə qeyd edilən məlumatlar əsasında əlillik təyinatı aparmaq mümkün olmamışdır. Belə ki, hər üç göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əlilliyin təyininə əsas vermir, travmadan sonra ətrafın funksional vəziyyəti müayinələrlə əsaslandırılmır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi G.Musayeva iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçı sağ diz oynağının artrozu İİİ mərhələ əməliyyatının keçirilməsi ilə əlaqədar növbəyə götrülmüşdür. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 13.11.2019-cu il tarixli məktubuna əsasən Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan İddiaçı müayinə və müalicəsinin müvafiq qaydada təşkil edilməsi (Dz: sağ diz oynağının deformasiyaedici artrozu, diz oynağının sinoviti, dizaltı çuxurun Berger sisti. Sağ diz oynağının açıcı-bükücü kontakturası, daimi ağrı sindromu ilə, hərəkətin pozulması), diqnozda göstərilən kontrakturaların dərəcəsinin müəyyən edilməsi və sağlamlıq durumu barədə tibbi rəy verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlara əsasən iddiaçya 02.10.2018-ci ildə, 06.09.2019-cu ildə, 06.03.2020-ci ildə əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir, səbəbi müalicəyə ehtiyacın olması göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin, əmək kitabçasının surətlərinə əsasən iddiaçı ailəlidir, azyaşlı uşağı vardır, 1974-cü ildən 1996-cı ilə qədər fasilələrlə müxtəlif müəssisələrdə müxtəlif peşələrdə işləmişdir. Cavabdehin 16.07.2021-ci il tarixli əmri ilə yaradılmış komissiyanın iclasının 21.02.2022-ci il tarixli protokoluna əsasən iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmənin hazırki iş üzrə təyin etdiyi məhkəmə tibbi ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ –nın T 28/2022 nömrəli rəyinə əsasən 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qəradadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: 1. Vətəndaş İddiaçı adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur. 2. Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verən patofunksional dəyişikliklər aşkar olunmadığına görə əlillik təyini üçün əsas vermir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki xəstəliklər (sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma) əlillik təyini üçün əsas vermir. Belə olan hallarda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı İskəndər oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar