Məhkəmə qərarları › İş №2-1(112)-262/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-262/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-262/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın ödənilməyən hissəsinin nəzərə alınaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 18 avqust 2006-cı il tarixində 62 yaşının tamamlanması və təqaüd almaq hüququnun yaranması ilə əlaqədar ƏƏSM Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmişdir. 17 il dövlət qulluqçusu, o cümlədən 2 il X5 maliyyə işləri üzrə sədr müavini, 09 oktyabr 1989-cu il tarixindən 1998-ci ilin sonuna kimi adı qeyd olunan müəssədə plan maliyyə şöbəsinin rəisi vəzifələrində fəaliyyət göstərmişdir. Qalan illərdə təftişçi mühasib və baş mühasib işləmişdir. Mövcud qanunun tələbləri kobud surətdə pozularaq ona qeyd edilən əmək fəaliyyətinə görə 86 manat 32 qəpik dövlət qulluqçusu kimi pensiya məbləği təyin olunmuş və 2008-ci ilin sonuna kimi ödənilmişdir. 2008-ci ilin əvvəlində pensiya təyinatının yaşa görə hesablanmasına dair müraciət etmiş, lakin 2004-2005-ci illərin orta aylıq məbləği 191 manat 05 qəpik, ümumi əmək stajı 38 il göstərilsə də, pensiyanın sığorta hissəsinin hesablanmasında 38 il ümumi əmək stajı nəzərə alınmayaraq sığorta məbləği 173 manat 64 qəpik götürülmüşdür. Sığorta məbləğinin hesablanmasında 38 il staja görə hesablanmalı olan məbləğ pensiyanın sığorta məbləğinə daxil edilməmişdir. xx.xx.2006-ci il tarixindən pensiya təyin olunmasına baxmayaraq əmək fəaliyyətini davam etdirmişdir. 2 halda əmək fəaliyyətini dayandırmaq qərarına gəlsə də, zərurət yarandığından yenidən 2016-cı ilin sonuna kimi işləmişdir. xx.xx.2006-cı il tarixindən 2016-cı il tarixinə kimi olan dövrdə qazandığı gəlirə görə hesablanan məcburi sığorta kapitalı vaxtında ödənilərək DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentində fərdi uçot hesabında qeydə alınmışdır. Hal-hazırda 9 il 10 ay staj nəzərə alınmaqla fərdi uçot hesabında 23700 manat sığorta kapitalı vardır. İlk dəfə əmək fəaliyyətini dayandıran zaman müraciəti əsasında hesabında mövcud olan pensiya kapitalından 4623 manat 83 qəpik məbləğə görə 01 iyul 2011-ci il tarixindən pensiya məbləğinə 54 manat 40 qəpik əlavə edilmişdir. İkinci dəfə əmək fəaliyyətini dayandıran zaman hesabında olan pensiya kapitalindan 114 manat 50 qəpik nəzərə alınaraq kiçik məbləğ aylıq pensiyaya əlavə edilmişdir. 16 dekabr 2016-ci ildə əmək fəaliyyətini tam dayandırdığına görə yenidən hesabında mövcud olan pensiya kapitalının istifadə olunmayan hissəsinə əsasən təkrar müraciət etmiş, lakin DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinin rəsmi göstərişinə məhəl qoyulmadan, heç bir qanuna istinad edilmədən aylıq pensiya məbləginə 16 manat əlavə edilmişdir ki, bu da 1152 manat pensiya kapitalı həcmindədir. Beləliklə 3 halda 5890 manat pensiya kapitalından istifadə edilmişdir. Hazırda fərdi şəxsi hesabında 23700 manat kapital mövcuddur. Bu kapitalın istifadə olunmayan hissəsi üçün müəyyən aylıq pensiya məbləği təyin edilərək 01 aprel 2021-ci il tarixinədək ödənilməlidir. Pensiyasının yenidən hesablanması ilə baglı cavabdehə dəfələrlə müraciət etsə də, ona əsassız olaraq imtinalar verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2006-ci il tarixindən dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir (15 il dövlət qulluğunda işləmişdir). 01.01 2008-ci il tarixində vətəndaş dövlət qulluçusu kimi güzəştli şərtərlə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilmişdir. 2004-cü və 2005-ci ilərin əmək haqqlarından 191.05 manat orta aylıq əmək haqqı hesablanmış və 38 il ümumi staj əsasında hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən vətəndaşın xx.xx.2011-ci il tarixində işdən azad edilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 364.45 manata çatdırılmışdır. Eyni zamanda əmək pensiyası həmin əsaslarla xx.xx.2016-cı il tarixindən yenidən hesablanaraq 510,23 manat məbləğinə çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 713,55 manat məbləğində müəyyən olunmuşdur. Vətəndaşın pensiyasının məbləği MEİS- X7 Sistemində xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15724,77 manat pensiya kapitalı nəzərə alınaraq hesablanmışdır. Hazırda İddiaçı əmək pensiyasının məbləği 794.90 manat təşkil edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1.-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1.-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3-cü maddəsinə görə işləyən əmək pensiyaçılarına- yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş redaksiyasının 27-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə palan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71- ci maddəsinə əsasən, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Cavabdehin xx.xx.2022-ci il tarixli etiraza əlavəsində göstərilmişdir ki, İddiaçı xx.xx.2006-ci il tarixindən dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir (15 il dövlət qulluğunda işləmişdir). xx.xx.2008-ci il tarixində vətəndaş dövlət qulluçusu kimi güzəştli şərtərlə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilmişdir. 2004-cü və 2005-ci ilərin əmək haqqlarından 191.05 manat orta aylıq əmək haqqı hesablanmış və 38 il ümumi staj əsasında hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən vətəndaşın xx.xx.2011-ci il tarixində işdən azad edilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 364.45 manata çatdırılmışdır. xx.xx.2011 -BH (85) + SH (225,05) + PSK (54,40) = 361,45 manat xx.xx.2012 -BH (85) + SH (242,83) + 57,70 = 385,53 xx.xx.2013 -BH (85) + SH (243,50) + 59,35 = 387,85 xx.xx.2013 -BH (100) + SH(243,50) +59,35 = 402,85 xx.xx.2014 -BH(100) + SH (251,39) + 60,77=412,11 xx.xx.2015-BH(100)+SH(254,90)+114,52=469,48 (yenidən hesablanma aparılmışdır) xx.xx.2016- BH (100)+ SH(265,10) +119,16=484,26 xx.xx.2016- BH(110) + SH(265,10)+119,16= 494,26 xx.xx.2016- BH (100) + SH (265,10) + 119,16+ 17,97 = 512,23 ( yenidən hesablama aparılmışdır.) Eyni zamanda əmək pensiyası həmin əsaslarla xx.xx.2016-cı il tarixindən yenidən hesablanaraq 512,23 manat məbləğinə çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 713,55 manat məbləğində müəyyən olunmuşdur. Vətəndaşın pensiyasının məbləği MEİS-X7 Sistemində xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23375,44 manat pensiya kapitalı nəzərə alınaraq hesablanmışdır. Hazırda İddiaçı əmək pensiyasının məbləği 794.90 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş redaksiyasının 26-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Cavabdehin iddiaçıya ünvanlanmış 27 may 2011-ci il, 16 dekabr 2011-ci il tarixli eyniməzmunlu məktubları ilə iddiaçının müraciətlərinə baxılaraq bildirilmişdir ki, ona xx.xx.2006-ci il tarixdən 15 il dövlət qulluğu stajı nəzərə alınmaqla 86.32 manat məbləğində dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.2008-ci il tarixdən müraciətinə əsasən 38 il ümumi əmək stajı və 2004-2005-ci illərinin 191.05 manat orta aylıq əmək haqqından 233.64 manat (60 manat baza hissəsi+173.64 manat sığorta hissəsi (indeksləşdirilmə nəzərə alınmaqla)) məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə haqqında» 2011-ci il 15 fevral tarixli 1318 nömrəli Sərəncamına uyğun olaraq əmək pensiyası 310.05 manat (85 manat baza hissəsi + 225.05 manat sığorta hissəsi) məbləğində düzgün hesablanmışdır. - Cavabdeh tərəfindən verilmiş 083836 pensiyaçının uçot vərəqindən görünür ki: - DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq xx.xx.2011-ci ildən 364,45 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq xx.xx.2015-ci ildən 469,48 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF Sabunçu rayon şöbəsininin sərəncamı ilə iddiaçının pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci il tarixdən 512,23 manat hesablanmışdır. - Cavabdehin xx.xx.2020-ci il tarixli 9764 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya 713 manat 55 qəpik məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. -Pensiya altsistemdən çıxarışdan görünür ki, cavabdehin qərarı ilə iddiaçının pensiya məbləgi artırılaraq xx.xx.2022-ci il tarixindən 821.92 manat təyin edilmiş və əvvəlki dövrlər üzrə ödənilməyə başlanılmışdır. - Məhkəmə sorgusu ilə alınmış cavabdehin xx.xx.2022-ci il tarixli **********1 mütəxəssis rəyi ilə bildirilmişdir ki, iddiaçı xx.xx.1944-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququnun yarandığı 62 yaşdan, yəni xx.xx.2006-cı il tarixindən 15 il qulluq stajına (Cəbrayıl rayon Aqrarsənaye Birliyində şöbə rəisi) əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman pensiyanın məbləği Qanunun 20.11 və 20.11.3-cü maddəsinə əsasən 107,90x80%=86,32 manat hesablanmaqla ödənilmişdir. xx.xx.2008-ci il tarixdən vətəndaşın ərizəsinə əsasən onun yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2006-cı il tarixədək olan 38 il 07 ay 20 gün sığorta stajına və 2004- 2005-ci illərin 191,05 manat orta aylıq əmək haqqına əsasən 85%-lə (yaşa görə pensiyanın əsas məbləğinin maksimum həddi) hesablanaraq 233,64 manat olmuşdur. Eyni zamanda Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-indən artıq ola bilməz. Yəni, 191,05x85%=162,39-25 (xx.xx.2006cı il tarixə pensiyanın minimum məbləği- BH)=137,39x8,3%x16,7% (müvafiq olaraq 2006 və 2007-ci illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi)=173,64 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi) Qanunun 7-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH- yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayıdır (144). Odur ki, pensiyanın məbləği xx.xx.2008-ci il tarixdən P=60,0+173,64=233,64 manat hesablanmışdır. Sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011-ci il tarixindən 310,05 manat olmuşdur. İddiaçının xx.xx.2011-ci il tarixdə işdən çıxması ilə əlaqədar pensiyası yenidən hesablanaraq 54,40 manat artırılaraq 364,15 manat hesablanmışdır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMCyə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir (qeyd: xx.xx.2015-ci il tarixdə işdən azad olunma və xx.xx.2015-ci il tarixdə yenidən işə daxil olma əmrləri əmək kitabçasında qeyd edilməsə də X4 Xidmətinin “Yoxlamalar” altsistemində və pensiya sənədlərində əmrdən çıxarış mövcuddur). İddiaçı xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması ilə əlaqədar DSMF Sabunçu rayon şöbəsinə müraciət etmiş və pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci il tarixdən 512,23 manat hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Beləliklə xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir. (qeyd: İddiaçı “İNTEGRİS" MMC-dən xx.xx.2016-cı il tarixdə işdən azad olunması haqqında MMC-nin xx.xx.2016-cı il tarixli 36 saylı arayışı olsa da (hansı ki, bu qeyd əmək kitabçasında qeyd edilməyib) yenidən işə hansı tarixdə qəbul olması haqqında məlumat nə əmək kitabçasında, nə pensiya sənədlərində əmrdən çıxarış şəklində, nə də X4 Xidmətinin “Yoxlamalar” altsistemində mövcud deyil). X1 X2 altsistemi proqram təminatında İddiaçı 2016-cı ildə ardıcıl olaraq əmək haqqından hər ay eyni məbləğdə məcburi dövlət sosial sığorta haqqı köçürülməsi qeyd edilir. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı pensiyası xx.xx.2011-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablandıqdan sonra təkrar xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-də işdən azad olunduqdan sonra hesablanmalı idi. Beləliklə vətəndaşın xx.xx.2020-ci il tarixli ərizəsinə Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) yenidən baxsaq: xx.xx.2017-ci il tarixdən BH-110,00 + SH-297,97 (ə/h-dan yaranan)+2,98+73,58+ +63,24=547,77 manat, xx.xx.2018-ci il tarixdən 547,77x5,7%=578,99 manat, xx.xx.2019-cu il tarixdən 578,99x3%=596,35 manat, xx.xx.2020-ci il tarixdən 569,35x16,6%=695,34 manat, xx.xx.2021-ci il tarixdən 695,34x11,4%=774,63 manat, xx.xx.2022-ci il tarixdən 774,63x3,4%=800,96 manat hesablanmalıdır. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği hal-hazırda 821,92 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli 9/7510 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı aylıq pensiya məbləği 800,96 manat məbləğində təşkil edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10.2. yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). (27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 20.11. bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (ən azı 5 il qulluq stajı illərindən başlayaraq müvafiq olaraq dövlət məvacibinin orta aylıq məbləğinin faiz nisbi miqdarında). (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) Maddə 27. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3.1. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq pensiyası yenidən hesablanmışdır. İddiaçı hazırki iddia tələbində ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlillərinə görə 2008-ci ilin əvvəlində pensiya təyinatının yaşa görə hesablanmasına dair müraciət etmiş, lakin 2004-2005-ci illərin orta aylıq məbləği 191 manat 05 qəpik, ümumi əmək stajı 38 il göstərilsə də, pensiyanın sığorta hissəsinin hesablanmasında 38 il ümumi əmək stajı nəzərə alınmayaraq sığorta məbləği 173 manat 64 qəpik götürülmüşdür. Sığorta məbləğinin hesablanmasında 38 il staja görə hesablanmalı olan məbləğ pensiyanın sığorta məbləğinə daxil edilməmişdir. Həmçinin hal-hazırda 9 il 10 ay staj nəzərə alınmaqla fərdi uçot hesabında 23700 manat sığorta kapitalı vardır. İlk dəfə əmək fəaliyyətini dayandıran zaman müraciəti əsasında hesabında mövcud olan pensiya kapitalından 4623 manat 83 qəpik məbləğə görə 01 iyul 2011-ci il tarixindən pensiya məbləğinə 54 manat 40 qəpik əlavə edilmişdir. İkinci dəfə əmək fəaliyyətini dayandıran zaman hesabında olan pensiya kapitalindan 114 manat 50 qəpik nəzərə alınaraq kiçik məbləğ aylıq pensiyaya əlavə edilmişdir. 16 dekabr 2016-ci ildə əmək fəaliyyətini tam dayandırdığına görə yenidən hesabında mövcud olan pensiya kapitalının istifadə olunmayan hissəsinə əsasən təkrar müraciət etmiş, lakin aylıq pensiya məbləginə 16 manat əlavə edilmişdir ki, bu da 1152 manat pensiya kapitalı həcmindədir. Beləliklə 3 halda 5890 manat pensiya kapitalından istifadə edilmişdir. Hazırda fərdi şəxsi hesabında 23700 manat kapital mövcuddur. Bu kapitalın istifadə olunmayan hissəsi üçün müəyyən aylıq pensiya məbləği təyin edilərək 01 aprel 2021-ci il tarixinədək ona ödənilməlidir. Yuxarıda göstərilmiş “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun maddələrinin mənasına görə, qanunda müxtəlif növ pensiyalar müəyyən edilmiş, onların sırasında yaşa görə əmək pensiyası nəzərdə tutulmuşdur ki, həmin pensiyanın tərkib hissələrini baza, sığorta və yığım hissələri təşkil edir. Göstərilmiş hissələrin hesablama qaydası qanunun sonrakı maddələri ilə tənzimlənmişdir. Bununla yanaşı, qanunun 20-ci maddəsində müəyyən kateqoriya şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması müəyyən edilmişdir. Bu şəxslərə həmçinin dövlət orqanlarında inzibati və yardımçı vəzifələr tutan şəxslər aiddir ki, zəruri olan sığorta stajını topladıqları halda, onların dövlət məvacibinin orta aylıq məbləği əsasında əmək pensiyasına əlavə hesablanmalıdır. Lakin istinad edilmiş əlavə o halda hesablana bilər ki, əgər pensiya yaşına çatmış şəxsin dövlət qulluğuna xitam verilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1944-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququnun yarandığı 62 yaşdan, yəni xx.xx.2006-cı il tarixindən 15 il qulluq stajına (Cəbrayıl rayon Aqrarsənaye Birliyində şöbə rəisi) əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının birinci dəlili ilə baglı (pensiyanın sığorta hissəsinin hesablanmasında 38 il ümumi əmək stajı nəzərə alınmayaraq sığorta məbləği 173 manat 64 qəpik götürülmüşdür) məhkəmə qeyd edir ki, həmin zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11 və 20.11.3-cü maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) iddiaçıya dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxs kimi - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilərək pensiyanın məbləği 107,90x80%=86,32 manat hesablanmaqla ödənilmişdir. Daha sonra 01.01. 2018-ci il tarixində pensiya yaşına çatması ilə əlaqədar iddiaçının ərizəsinə əsasən onun yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2006-cı il tarixədək olan 38 il 07 ay 20 gün sığorta stajına və 2004-2005-ci illərin 191,05 manat orta aylıq əmək haqqına əsasən 85%-iə (yaşa görə pensiyanın əsas məbləğinin maksimum həddi) hesablanaraq 233,64 manat olmuşdur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılmış, bu zaman Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilmiş, həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-indən artıq ola bilməzdi. Yəni, 191,05x85%=162,39-25 (xx.xx.2006-cı il tarixə pensiyanın minimum məbləği- BH)=137,39x8,3%x16,7% (müvafiq olaraq 2006 və 2007-ci illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi)=173,64 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi). Qanunun 7-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilmişdir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH- yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayıdır (144). Odur ki, pensiyanın məbləği xx.xx.2008-ci il tarixdən P=60,0+173,64=233,64 manat hesablanmışdır. İddiaçının pensiya kapitalının düzgün olaraq hesablanmaması və 9212 manat sıgorta kapitalının nəzərə alınmaması ilə baglı dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011-ci il tarixindən 310,05 manat olmuşdur. İddiaçının pensiyası xx.xx.2011-ci il tarixdə işdən çıxması ilə əlaqədar yenidən hesablanaraq 54,40 manat artırılaraq 364,15 manat hesablanmışdır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir (qeyd: xx.xx.2015-ci il tarixdə işdən azad olunma və xx.xx.2015-ci il tarixdə yenidən işə daxil olma əmrləri əmək kitabçasında qeyd edilməsə də, X4 Xidmətinin “Yoxlamalar” altsistemində və pensiya sənədlərində əmrdən çıxarış mövcuddur). İddiaçı xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması ilə əlaqədar DSMF Sabunçu rayon şöbəsinə müraciət etmiş və pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci il tarixdən 512,23 manat hesablanmışdır. Bu halda pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq pensiyası yenidən hesablanmışdır. Beləliklə məhkəməyə müraciət edildiyi tarixə iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərdə xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016- cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyən edilmişdir ("xxxx" MMC-dən xx.xx.2016-cı il tarixdə işdən azad olunması haqqında MMC-nin xx.xx.2016-cı il tarixil 36 saylı arayışı olsa da (hansı ki, bu qeyd əmək kitabçasinda qeyd edilməyib) yenidən işə hansı tarixdə qəbul olması haqqında məlumat nə əmək kitabçasında, nə pensiya sənədlərində əmrdən çıxarış şəklində, nə də X4 Xidmətinin "Yoxlamalar” altsisteminda mövcud deyil). X1 X2 altsistemi proqram təminatında iddiaçının 2016-cı ildə ardıcıl olaraq əmək haqqından hər ay eyni məbləğdə məcburi dövlət sosial sığorta haqqı köçürülməsi qeyd edilir. Qeyd edilənlərden aydın olur ki, iddiaçının pensiyası xx.xx.2011-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablandıqdan sonra təkrar xx.xx.2010-cı il tarixdə “İNTEGRİS" MMC-də işdən azad olunduqdan sonra hesablanmalı idi. Beləliklə iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) yenidən baxılsa: xx.xx.2017-ci il tarixdən BH-110,00+SH-297,97 (ə/h-dan yaranan) +2,98+73,58+63,24 =547,77 manat xx.xx.2018-ci il tarixdən 547,77 x 5,7% =578,99 manat xx.xx.2019-cu il tarixdən 578,99 x 3% = 596,35 manat xx.xx.2020-ci il tarixdən 596,35 x 16,6% =695,34 manat xx.xx.2021-ci il tarixdən 695,34 x 11,4% =774,63 manat xx.xx.2022-ci il tarixdən 774,63 x 3,4% =800,96 manat hesablanmalıdır. Beləliklə bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı aylıq pensiya məbləği 800,96 manat məbləğində təşkil edir. Bu hesablamalar məhkəmə-mühasibatlıq ekspertizasının rəyində öz əksini tapmışdır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Buna müvafiq olaraq cavabdehin qərarı ilə iddiaçının pensiya məbləgi artırılaraq xx.xx.2022ci il tarixindən 821.92 manat təyin edilmiş və əvvəlki dövrlər üzrə ödənilməyə başlanılmışdır. Lakin iddiaçı həmin ekspert rəyi ilə də razılaşmayaraq iddia tələblərinə münasibətdə cavabdehin pensiyasının düzgün hesablanmadıgı barədə əsassız dəlillərini irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yenidən pensiyanın hesablanaraq təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı nın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar