Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-262/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “travmanın ağırlıq dərəcəsi barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin iddiaçının 27.12.202-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və xx.xx.1994-cü il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) daır ərizə təqdim edərək, məhkəmədən ona xx.xx.1994-cu il tarixdə hərbi xidmət dövründə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-2809/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş təkrarən xx.xx.2023-cü il tarixdə Bakı İnziabti Məhkəməsinə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-2809/2023 saylı qərarındakı göstərişlərə uyğun olaraq iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilmiş, lakin iddiaçı tərəfindən iddia dəqiqləşdirilməsi ilə bağlı ərizə (yazılı münasibət) məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının məlum olan mobil nömrəsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. Həmin məhkəmə bildirişində İnzibati Prosessual Məcəllənin 55.3 və 55.5-ci maddələrinin tələbləri izah edilmiş və eyni zamanda həmin normaların tələbindən çıxış edərək iddiaçıya xəbərdarlıq edilmişdir ki, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia üzrə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etmək zəruridir. İddiaçının qeyd edilən zəruri hərəkətləri etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının məlum olan mobil nömrəsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır. Belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: -məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); -tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; -tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); -tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər”. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdən iddia ərizəsi məhkəməyə daxil olmuş, iş məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixdə təkrar birinci instansiya məhkəməsinə daxil olduğu tarixdən məhkəmə iddia ilə bağlı məhkəmə icraatına başlayaraq məhkəmə iclasları təyin etmiş, məhkəmə bildirişləri vasitəsilə iddiaçını məhkəmə iclaslarına dəvət etmiş, məhkəmə bildirişlərində iddiaçının inzibati məhkəmə icraatındakı hüquq və vəzifələri, eləcə də İnzibati Prosessual Məcəllənin 55-ci maddəsinin tələblərini bildirmiş, sonuncu bildirişində isə geniş şəkildə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etməyin zəruri olması ilə bağlı mütləq tələb irəli sürmüş, iddiaçının qeyd edilən zəruri hərəkətlərin etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Lakin iddiaçı qeyd edilən xəbərdarlıqlara baxmayaraq zəruri hüquqi hərəkətləri etməmiş, bilavasitə məhkəmə icraatından yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağının müəyyən olunmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia geri götürülmüş sayılmalı, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia geri götürülmüş hesab edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “travmanın ağırlıq dərəcəsi barədə arayışın verilməsi” tələbinə dair tələbinə dair 2-1(112)-262/2024 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-262/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-262/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver