Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2620/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxs X6 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı gizı 2000-ci ildə X8 oglu (xx.xx.1973 ) ganuni nikahla ailə gurmuşdur. 2001-ci ildə bu nikahdan oğlu X9 oglu doğulmuşdur. 2014-cü ildə yoldaşının ata evləri satıldıgına, onun geydiyyatsiz yaşamagına yol verməmək ucun İddiaçı gizı onu nikahdan əvvəl 1990-cı ildə alınmış, yuxarıda geyd olunan ünvanda yerləşən evə geydiyyata salmişdır. 5 ildir yoldaşı Kanadaya muhacirət etmişdir. 2019-cu ilin oktyabr ayinda onun anasına verdiyi etibarnamə əsasinda Səbail Rayon Məhkəməsi tərəfindən onların boşanmasına xitam verilmişdir. Onunla əlaqəsi yoxdur. Evdən geydiyyatdan cixmağına onun etirazi yoxdur. Pandemiya ilə əlagədar başqa ölkələrdən sənəd göndərmək cox çətindir və bu cox baha başa gəlir.Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı 16 noyabr 2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, ailə vəziyyəti ilə əlaqədar olaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 09 dekabr 2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, keçiriləcək bütün məhkəmə iclaslarında işə İdarənin əməkdaşlarının iştirakı olmadan baxılmasını xahiş etmişdir. 3-cü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, üçüncü şəxs məhkəməyə gəlməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması dövründə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********65-05301-093031 reyestr nömrəli Çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 Bakı Komissarları Xalq Deputatları İcraiyyə Komitəsinin 10 may 1990-cı il tarixli 001984 №li Orderindən görünür ki, ünvan 2 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində sahəsi 15,6 kv.metrdən ibarət 48 №li mənzil X1 adına ayrılmışdır. -26 Bakı Komissarları Xalq Deputatları İcraiyyə Komitəsinin Bakı şəhər X3 İcraiyyə Komitəsinin 26 yanvar 1995-ci il tarixli, 6 nömrəli Arayışından görünür ki, X2 (yalnız özü) ünvan 3 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində sahəsi 15,6 kv.metrdən ibarət 48 №li mənzildə yaşayır. -Azərbaycan SSR Memarlar İttifaqının 1 №li Mənzil-Tikinti Kooperativinin 20 fevral 1995-ci il tarixli 01 saylı Arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində sahəsi 15,6 kv.metrdən ibarət 48 №li mənzilin dəyəri X2 tərəfindən tam olaraq ödənimişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9 ünvanında yerləşən 48 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabının 201652-ci vərəqində ********** saylı nömrə ilə 12 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli, AZ-İ № 326680 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış nikaha xitam verilərək xx.xx.2020-ci il tarixdə 179 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 065-26929E-3220 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, xx.xx.1973-cü il tarixli X4 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə həmçinin X4 2010-2020-ci illər ərzində Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məkhəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 12 dekabr 2020-ci il tarixli, 33/4252 saylı məktubdan görünür ki, X4 2010-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən xx.xx.2008 çıxış, xx.xx.2010 giriş, xx.xx.2010 çıxış, xx.xx.2010 giriş, xx.xx.2010 çıxış, xx.xx.2013 giriş, xx.xx.2013 çıxış, xx.xx.2014 giriş, xx.xx.2015 çıxış, xx.xx.2016 giriş, xx.xx.2016 çıxış, xx.xx.2016 giriş, xx.xx.2017 çıxış olmuşdur. Beləliklə işin hallarından görünür ki, ünvan 6 ünvanında yerləşən 48 saylı mənzil İddiaçınun xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X6 iddiaçının keçmiş əridir. İddiaçı ilə X6 arasında bağlanmış nikah 19 sentyabr 2020-ci il tarixdə pozulmuş və nikaha xitam verilmişdir. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X6 iddiaçıya məxsus Bakı şəhəri, ünvan 7 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 5 ünvanından X4 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2620/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2620/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver