Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2622/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehə qarşı “güzəştli şərtlərlə mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 33 saylı , xx.xx.2023-cü il tarixli sərəncamı ilə mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2019-cu il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsinin nəzərə alınmaqla güzəştli əsaslarla mənzillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə o, yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİ qrup Qarabağ müharibəsi əlilərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Yaşayış yerinin dəyişməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyat ünvanını ünvan 2ildiyini bildirmiş, mənzil növbəsindən çıxarılmasını və mənziluçot sənədlərinin Yasamal Rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 184 nömrəli, 01 12.2022-ci il tarixli sərəncamı ilə o, mənzil növbəsindən çıxarılmış və mənzil uçot sənədləri yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmişdir . Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 33 saylı, xx.xx.2023-cü il tarixli sərəncamı ilə o, 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Maraqlı şəxs, qızı Osmanova Zərif) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2019-cu il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir . Artıq 5 ilə yaxındır ki, güzəştli mənzil uçot siyahısına daxil edilmiş və bu müddət ərzində mənzillə təmin edilməmişdir . Halbuki bu kateqoriyadan olan şəxslərin 2021-2025-ci illər ərzində mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə mənzillə təmin edilməsini xahiş etmiş, lakin heç bi tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Bildiririlir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən mənil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növb\lik siyahılarında iddiaçının xx.xx.2019cu il tarixdən 3 nəfər ailə tərkibi ilə (özü, həyat yldaşı və qızı) yşayış sahəsinə ehtiycı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdii sənədlərə baxılarkən həyat yoldaşı Maraqlı şəxs mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 230 ünvanında ümmi sahəsi 55.16 kv.metr olan 142 nömrəli mənzilin olduğu aşkar edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazda gösətrilən dəlillərə uyğun məzmunda cavab verilərək məsələnin həllindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi, müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 230, mənzil 142 ünvanında qeydiyyatdadır. Həmin ünvanda həmçinin, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.1971-ci il təvəllüdlü Maraqlı şəxs da yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh tərəfindən məhkəmənin sorğusu əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 33 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Sorğuya əlavə edilmiş: -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 192 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ dərəcəli müddətsiz əlil olmuş İddiaçı 3 (üç) nəfər ailə tərkibində (özü, həyat yoldaşı və qızı) mənzil növbəsinə götürülərək yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon icra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmləri qərara alınmışdır. -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 184 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvandan mənzil növbəsinə götürülən, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan İddiaçı müraciəti nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayon inzibatı ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdığı nəzərə alınaraq 3 nəfər ailə tərkibində (özü, h/yoldaşı və qızı) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşıaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail rayon İcra Hakimiyyətinin nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahısından çıxarılaraq sənədlərinin Yasamal rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 33 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı İİ qrup Qarabağ əlili kimi 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ əlillərinin güzəştli mənzil-uçot siyahısına salınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən 142 saylı mənzil İsmayılova Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuya əlavə edilmiş: - xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X6 xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 6 ünvanda yerləşən mənzili Maraqlı şəxs bağışlamışdır. -xx.xx.2005-ci il tarixli, 30/23729 qeydə alınma nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 6 ünvanda yerləşən 142 saylı mənzili Maraqlı şəxs adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın arxiv nüsxəsindən görünür ki, İsmayıllı rayonunun Mican kəndində 0,112 hektar torpaq sahəsi (yaşayış məntəqəsi torpağı) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna (mənzilin ümumi sahəsinin müəyyən edilməsi barədə) cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda bildirilmişdir ki, iddiaçının həyat yoldaşı Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 230 ünvanda yerləşən 142 saylı mənzilə mütəxəssislər tərəfindən baxış keçirilmiş və məzilin faktiki yaşayış sahəsinin 30,06 kv.metr, ümumi sahəsinin 55,16 kv.metr olduğu müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixindən İİ dərəcəli müddətsiz əlil kimi Səbail RİH-də yaşayış yeri üzrə mənzil növbəsində dayanmış İddiaçı Bakı şəhəri, Yasamal rayonu inzibati ərazi vahidinin hüdudlarında yaşadığını nəzərə alaraq rayon icra hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı əsasında Səbail rayon İcra Hakimiyyətinin nəzdindəki ümumi və güzəştli mənzil növbəsindən çıxarılaraq mənzil növbəsi sənədləri yaşayış yeri üzrə mənzil növəsinə alınması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncunun xx.xx.2023-cü il tarixli, 33 nömrəli sərəncamına əsasən mənzil növbəsi xx.xx.2019-cu il tarixdən saxlanılmaqla 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Maraqlı şəxs və qızı X5) mənzil növbəsinə götürülərək (İİ qrup Qarabağ müharibəsi əlili kimi) yaşayış yeri üzrə mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçı güzəştli mənzil uçot siyahısına daxil edildiyini nəzərə alaraq güzəştli əsaslarla mənzillə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının həyat yoldaşı Maraqlı şəxs mülkiyyətində olan 30 kv.metr yaşayış sahəsindən ibarət mənzilin olduğunu əsas gətirərək adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğunu nəzərə alaraq müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı hazırkı ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -49.5-ci maddəsinə əsasən Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: -50.1.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; -50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; -50.1.3-ci maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; -50.1.4-ci maddəsinə əsasən bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. -57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər. Məhkəmə qeyd edir ki, iddiaçı 2019-cu il tarixdə Səbail Rayon İcra Hakimiyyətində imtiyazlı əsaslarla 3 nəfərlik ailə tərkibi ilə yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınsa da, lakin iddiaçının qeydiyyatda olduğu və hal-hazırda yaşadığı həyat yoldaşının mülkiyyətində olan mənzilin sahəsi 55,16 kv.metr olmaqla 3 nəfərdən ibarət adambaşına düşən 16 kv.metr sahədən çoxdur. Halbuki, yaşayış sahəsini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Belə ki, lakin məhkəmə araşdırması zamanı müvafiq qurumun mütəxəssisləri tərəfindən iddiaçının həyat yoldaşı X3 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 142 saylı mənzilə baxış keçirilmiş və mənzilin ümumi sahəsinin 55,6 kv.metr, yaşayış sahəsinin 30,06 kv.metr olduğu müəyyən edilmişdir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasından (16 kv.m) artıq olduğu müşahidə edilir (16 kv.metr x 3 = 48 kv.metr, 56,16 kv.metr – 48 kv.metr = 7,16 kv.metr). Belə olan cavabdehin üzərinə iddiaçının xahişinin icra edilməsi öhdəliyinin qoyulması məqsədəuyğun sayılmamalıdır. Oxşar iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında eyni hüquqi mövqe ifadə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi (bu işin mübahisəsiz hallarındandır), iddiaçının mülkiyyətində İsmayıllı rayonunun Mican kəndində 0,112 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi vardır. Hansı ki, iddiaçı qeyd olunan torpaq sahəsini xx.xx.2022-ci il tarixdə, yəni xx.xx.2019-cu il tarixdə mənzil uçotuna alınmasına dair müvafiq sərəncamın verildiyi tarixdən sonra əldə etmişdir. Bu hal özlüyündə onu deməyə əsas verir ki, iddiaçının qeyd olunan torpaq sahəsində yaşayış sahəsi inşa etmək və bununla da əlavə yaşayış sahəsinə sahib olmaq imkanı mövcuddur. Nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aiddir və indiki şərtlər altında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qəbul edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd olmadığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov