Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2624/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 dekabr 2019-cu il tarixli Cavabdeh qərarının qanunsuz olduğuna və hüquqlarını kobud şəkildə pozduğuna görə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. İş üzrə sonuncu məhkəmə iclası 11 iyun 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasnı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 18 dekabr 2019cu il tarixli qərarın surətindən görünür ki, Cavabdeh icraatında olan Bakı Apelyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(103)-12918/2018 saylı, Bakı şəhər Səbail rayon məhkəməsinin 16.06.2018-ci il tarixli, 2(009)-172/2018 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4154/2014 saylı, 07.11.2014-cü il tarixli icra sənədləri üzrə borclu İddiaçı ərizəsinə baxılmış və İddiaçı etirazının təmin edilməməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, mülki icraat qaydasında baxılan işlər üzrə verilmiş Bakı Apelyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(103)- 12918/2018 saylı, Bakı şəhər Səbail rayon məhkəməsinin 16.06.2018-ci il tarixli, 2(009)- 172/2018 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4154/2014 saylı, 07.11.2014-cü il tarixli icra sənədləri icra edilməsi üçün cavabdeh orqanına göndərilmiş və sonuncu tərəfindən həmin icra sənədi çərçivəsində icra hərəkətləri həyata keçirilmişdir. İcra sənədi üzrə borclu olan iddiaçının iddia ərizəsindən göründüyü kimi, o ümumi məhkəmədə çıxarılan qətnamə üzrə borclu olmuşdur. İcra sənədinin icrası zamanı İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, şöbənin böyük icra məmuru X1 etiraz edərək onun barəsində olan icra sənədlərinin şöbənin digər icra məmurunun icraatına verilməsini xahiş etmiş, lakin onun etiraz təmin olunmamışdır. İddiaçı icra məmuru barəsində qəbul edilən 18.12.2019-cu il tarixli qərarının qanunazidd olduğuna əsaslanır. Bu səbəbdən, İddiaçı Bakı şəhəri Cavabdeh qərarının qanunsuz hesab edilməsini və həmin qərarının ləğv edilməsini tələb edir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş və cavabdeh orqanın icraatında olan icra sənədləri üzrə icra məmuru tərəfindən qəbul edilən qərarının ləğvi ilə bağlıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranması təşkil edir. Konkret halda isə həmin şərt ödənilmədiyindən iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Yəni, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi ilə başlanmış icra icraat zamanı həmin icraatın iştirakçıları tərəfindən qaldırılan hər bir məsələyə inzibati icraat çərçivəsində baxılması mümkün sayıla bilməz. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 42-ci maddəsinə görə icra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər (maddə 42.1). Etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir ( maddə 42.2). İcra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir (maddə 42.3). İcra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (maddə 42.6). İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı icra məmuruna verilmiş etirazın təmin edilməməsi barədə qərardan şikayət etsə də, son olaraq, həmin icra məmurunun verilmiş icra sənədi üzrə həyata keçirdiyi hərəkətləri qərəzli hesab edir. Məhz, «Homsbi» Yunanıstana qarşı işdə (19 mart 1997 40-cı bənd) «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, icra qanunvericilyinin tələbinə görə icra sənədlərinin icra edilməsinə nəzarət - icra qurumunun rəhbəri ilə yanaşı, həm də həmin icra sənədini vermiş məhkəmə tərəfindən həyata keçirilir. Digər tərəfdən, «İcra haqqında» Qanunun 29.1-ci maddəsində nəzərdə tutulur ki, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Qanunun qeyd olunan normasının məzmunundan irəli gələn mənası ondan ibarətdir ki, icra icraatının tərəfləri icra məmurunun icra sənədinin icrasına dair qəbul etdiyi istənilən qərarından, hərəkət və hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək (ondan şikayət vermək) hüqüquna malikdir. Bu baxımdan, cavabdeh icra orqanının etirazın təmin edilməməsi barədə qərarının onun aid alduğu mülki icraat qaydasında baxılan işin hüdudlarından kənar qaydada, ayrıca, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkünlüyü istisna edilir. Ən azından, icra məmurunun icra sənədinin icra edilməsinə və icra icraatının iştirakçılarının mənafələrini ifadə edən qərarı inzibati hüquq sahəsinə aid olan, publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Yəni, mülki icraat qaydasında baxılan iş üzrə iddiaçının xeyrinə qəbul olunan, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin (qərardadının) icrası, həmin işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsi və onun davamı kimi qəbul edilir. Bu baxımdan, icra orqanına qarşı icra məmrunun hər hansı bir qərarı, hərəkət və hərəkəsizliyindən şikayətlərə baxılması, məhz, həmin icraat çərçivəsində icra sənədini vermiş və icraya nəzarət edən həmin məhkəmənin səlahiyyətinə aiddir. Onu da qeyd etmək lazımdır ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxma halları ilə müşahidə olunan, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulması hallarında, bu sonuncular tərəfindən inzibati icraat qaydasında icra orqanının hərəkət və həkətsizliyindən və ya qərarlarından verilən şikayətlərin ümumi (publik) sahəsinə aid edilməsi və bu qəbildən olan mübahəsələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti müəyyən edilərək, inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Qeyd edilənlərin hazırki işə tətbiqi baxımından Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən qərarın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin,cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2624/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2624/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver