Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2624/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Wertex” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A224-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli və “Cuatro” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A223-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı) 2013-cü ildən etibarən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışını həyata keçirən kommersiya hüquqi şəxsdir. İddiaçı tərəfindən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışı zamanı uzun müddət “Cuatro” və “Wertex” nişanlarından istifadə edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (Agentlik) tərəfindən verilmiş N20221271 və N20221537 nömrəli (ilkinlik tarixi -xx.xx.2022-ci il) qeydiyyat şəhadətnaməsi ilə bəhs olunan əmtəə nişanları «Azcosmetics”in adına rəsmiləşdirilmişdir. İddiaçının fəaliyyət göstərdiyi müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (AzEstetik) qanunsuz olaraq «Azcosmetics”ə məxsus “Wertex” nişanından istifadə etməyə başlamış, bu əmtəə nişanları altında çoxsaylı satışlar həyata keçirərək xeyli miqdarda gəlir etmiş və İddiaçıi nüfuzdan salmaq üçün hər cür yola baş vurmuşdur. Sonuncu addım kimi "xxxx" “Wertex” nişanının qeydiyyatının ləğv edilməsi haqqında Agentliyə etiraz daxil olmuşdur. Həmin etiraza Agentliyin Apellyasiya şurasında baxılmış, işdə qərəzli mövqe sərgiləyən Apellyasiya Şurası nəticədə “Wertex” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A224-7/22 nömrəli xx.xx.2023-cü il tarixli və “Cuatro” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A223-7/22 nömrəli xx.xx.2023-cü il tarixli qərarlar qəbul etmişdir. İddiaçı hesab edir ki, həmin qərarlar tamamilə qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir:
1. Əmtəə nişanının ləğvi üçün maddi hüquqi əsas mövcud olmamışdır. Digər tərəfdən, “WERTEX” və “CUATRO” əmtəə nişanın etibarsız hesab edilməsi və qeydiyyatının ləğvi üçün qanunla müəyyən edilmiş heç bir maddi hüquqi əsas mövcud deyildir. Əmtəə nişanlarının qeydiyyatının ləğv edilməsi əsaslarından biri də "xxxx"un göstərdiyi əmtəə nişanının etibarsızlığıdır. Qanunun 31-ci maddəsi bir qayda olaraq əmtəə nişanının və coğrafi göstəricilərin qeydiyyatının ləğvinin əsaslarını müəyyən edir. Eyni zamanda əmtəə nişanlarının etibarsız hesab edilməsinin dəqiq və konkret siyahısı Qanunun 29-cu maddəsində göstərilmişdir. Həmin normada nəzərdə tutulan əsaslar sözügedən əmtəə nişanlarının qeydiyyatının etibarsız hesab edilərək ləğv edilməsi üçün əsas qismində çıxış edə bilmir. Bu halda "xxxx"un etirazı bötövlükdə əsassız hesab edilməli və etiraza baxılmasından imtina edilməlidir.
2. Qanunun ilkinlik tarixinin yalnız təkcə şərt olmaması. “WERTEX” və “CUATRO” nişanın nə vaxtsa “X10” tərəfindən istifadəsinə dair iddia Cəmiyyətin bu nişana olan müstəsna hüquqlarına dəlalət etmir və heç bir qanunvericilik pozuntusu ilə nəticələnmir. Etirazda “WERTEX” nişanının “X10”a məxsus olduğu, hətta 2019-cu ildən etibarən onlar tərəfindən faktiki olaraq istifadəsinə başlandığı iddia edilmişdir. Bununla da Cəmiyyətin “WERTEX” və “CUATRO” nişanına münasibətdə qanuni hüquq sahibi olmadığı vurğulanmışdır. “X10” “WERTEX” və “CUATRO” əmtəə nişanının ilkin tarixinədək həmin adda olan nişanı öz adına qeydiyyata almamış, hətta nişanın qeydiyyatı ilə bağlı iddia edilməmişdir. Yalnız bu halda “WERTEX” və “CUATRO” nişanın qeydiyyata alınmasından imtina edilə bilərdi (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun, maddə 6).
3. Fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) tələbinin ödənilməməsi. "xxxx" etirazda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndini rəhbər tutaraq, ümumiyyətlə “WERTEX” əmtəə nişanın Agentlik tərəfindən qeydiyyatının aparılmasının qanunazidd olduğunu qeyd etmişdir. İlk növbədə qeyd edilir ki, Qanunun 6-cı maddəsi əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsaslarını müəyyən edir. Həmin maddənin İ hissəsinin “ç” bəndində qeyd edilir: Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır - əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları. Bu normanın hazırkı işə tətbiq edilməsi üçün “WERTEX” nişanı istehlakçı və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olmalı, yəni bütün ölkə ərazisində tanınmalı, ən önəmlisi əmtəə nişanı olmalı idi. Nişanın əmtəə nişanı qismində nəzərdən keçirilməsi üçünsə o, dövlət qeydiyyatına alınmalıdır, yalnız bundan sonra nişan “əmtəə nişanı” hüquqi statusunu əldə edir. Aydındır ki, xx.xx.2022-ci il tarixədək “WERTEX’’ və “CUATRO” adından tanınan və qeydiyyata alınan heç bir əmtəə nişanı mövcud olmamışdır. Bu etirazda da etiraf edilmişdir. “WERTEX” və “CUATRO” əmtəə nişanının dövlət qeydiyyatına alınması ilə əlaqədar bütün proseslər Qanuna uyğun həyata keçirilmiş, Qanunun tələbləri yoxlanılmaqla yekun qərar qəbul edilmişdir. Əmtəə nişanları qeydiyyata alınmazdan əvvəl eskpertizadan keçirilir. Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir. Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
4. təqdim olunan sbutların cavabdeh tərəfindən qiymətləndirilməməsi, mötbərə olmayan sübutlara istinad. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi nəzərə alınmamış, ümumiyyətlə cavabdeh ilk olaraq bu sübutu qəbul etmək imtina etmişdir. Lakin qərarların heç birində cavabdeh bu sənədə istinad etməmiş, araşdırıb təhlil etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş sorğu ankreti mötəbə hesab edilməmiş və bunun səbəbi əsaslandırılmamışdır. Cavabdeh qarşı tərəf tərəfindən təqdim edilən anket sorğusuna istinad etmişdir. Lakin sözügedən sorğu anketinin mötəbər olmaması, qarşı tərəfin həmin sorğuda iştirak edən şəxslər barədə öz müştəri bazasına müraciət etməsi sorğunun mötəbərliyini sual altına alan əsas olmuşdur. Bununla yanaşı qarşı tərəfin təqdim etdiyi sorğuda açıq-aşkar yönləndirmə xarakterli cavablar - yəni qarşı tərəfin adının birbaşa qeyd edildiyi cavablar mövcud olmuşdur ki, bu da sözügedən sənədin mötəbərliyini sual altına alır. Eyni zamanda cavabdeh tərəfindən sözügedən sorğunun keçirən şirkət barədə məlumatlar cavabdehə təqdim edilməmişdir. Bu əsasla həmin şirkətin ümumiyyətlə bu sorğunu keçirmək hüququnun olub-olmaması sual altında olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim edilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati işdən ““Cuatro” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A223-7/22 nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbi üzrə icraat ayrılmış və həmin işə 2-1(112)-10405/2024 nömrə verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(112)-10405/2024 saylı inzibati iş hazırkı inzibati işlə birləşdirilmişdir. İPM-in 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən təqdim edilmiş yazılı münasibətlərdə iddiaya etiraz edilərək bildirilmişdir ki, N 2022 1537 qeydiyyat nömrəli “Wertex” əmtəə nişanı Azərbaycan Respublikasında Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra - ƏXBT) 35-ci sinif (kosmetoloji avadanlıqların satışı) xidmətləri üzrə 2022-ci il 26 iyul tarixində "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır, əmtəə nişanının ilkinlik tarixi 2022-ci il 23 fevral tarixlidir və əmtəə nişanının qeydiyyatı 2032-ci il 23 fevral tarixinədək qüvvədədir. "X10" MMC 2022-ci il 25 fevral tarixində 2022 00475 nömrəli iddia sənədi ilə Agentliyin tabeliyində olan Patent və X2 Mərkəzinə bundan sonra - Mərkəz) müraciət edərək “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif (lazer epilyasiya aparatlarının satışı və reklamı) xidmətləri üzrə qeydiyyata alınmasını xahiş etmişdir. X3 2022-ci il 20 iyul tarixli protokolu ilə təsdiqlənmiş əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərarına əsasən "xxxx" MMC-nin qeydiyyata alınması üçün müraciət etdiyi əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl qeydiyyata alınan N 2022 1537 qeydiyyat nömrəli əmtəə nişanının olması və həmin nişanların eyni olması olmuşdur. "xxxx" MMC “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinad edərək N 2022 1537 qeydiyyat nömrəli “Wertex” əmtəə nişanının qeydiyyatının etibarsız edilməsi barədə etirazla Apellyasiya Şurasına müraciət etmişdir. Apellyasiya şurası tərəfindən aparılmış araşdırma nəticəsində işin faktiki halları ilə müəyyən olunmuşdur ki, “AzEstetik Group" MMC 2019-cu ildən “WERTEX” adı altında lazer epillyasiya aparatları idxal edərək satışını həyata keçirir. Belə ki, “X10" MMC ilə “X6 Co Ltd” şirkəti arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə “FG2000D (WertexD)” markalı cihazlar Çindən Azərbaycan Respublikası ərazisinə “X10" MMC tərəfindən idxal edilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri və invoys sənədləri ilə öz təsdiqini tapmışdır. "X10" MMC xx.xx.2019-cu il tarixdə F.Şükürova, xx.xx.2019-cu il tarixində R.Qasımov, xx.xx.2020-ci il tarixdə H.Həsənov, xx.xx.2020-ci il tarixdə N.Hüseynov və xx.xx.2020-ci il tarixində L.Ələkbərovla bağladığı alqı-satqı müqavilələri əsasında həmin məhsulların, yəni “Wertex” adlı avadanlıqların satışını həyata keçirmişdir. Qeyd edilən fakt həmin müqavilələrə əlavə edilmiş təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Etirazda “Cuatro” əmtəə nişanı ilə bağlı qeyd edilmişdir ki, həmin nişan N 2022 1271 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasında Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra - ƏXBT) 35-ci sinif (kosmetoloji avadanlıqların satışı) xidmətləri üzrə 2022-ci il 16 iyun tarixində "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır, əmtəə nişanının ilkinlik tarixi 2022-ci il 23 fevral tarixlidir və əmtəə nişanının qeydiyyatı 2032-ci il 23 fevral tarixinədək qüvvədədir. "xxxx" MMC 2022-ci il 25 fevral tarixində 2022 00472 nömrəli iddia sənədi ilə Agentliyin tabeliyində olan Patent və X2 Mərkəzinə bundan sonra - Mərkəz) müraciət edərək “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif (lazer epilyasiya aparatlarının satışı və reklamı) xidmətləri üzrə qeydiyyata alınmasını xahiş etmişdir. X3 2022-ci il 20 iyul tarixli protokolu ilə təsdiqlənmiş əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərarına əsasən "xxxx" MMC-nin qeydiyyata alınması üçün müraciət etdiyi əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl qeydiyyata alınan N 2022 1271 qeydiyyat nömrəli əmtəə nişanının olması və həmin nişanların eyni olması olmuşdur. "xxxx" MMC “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinad edərək N 2022 1271 qeydiyyat nömrəli “Cuatro” əmtəə nişanının qeydiyyatının etibarsız edilməsi barədə etirazla Apellyasiya Şurasına müraciət etmişdir. Apellyasiya şurası tərəfindən aparılmış araşdırma nəticəsində işin faktiki halları ilə müəyyən olunmuşdur ki, “AzEstetik Group" MMC 2019-cu ildən “Cuatro” adı altında lazer epillyasiya aparatları idxal edərək satışını həyata keçirir. Belə ki, “X10" MMC ilə “HK FT X9. Limited” şirkəti arasında 2017-ci il 2 dekabr tarixində alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə “FQA31-2019” markalı cihazlar Çindən Azərbaycan Respublikası ərazisinə “X10" MMC tərəfindən idxal edilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri və invoys sənədləri ilə öz təsdiqini tapmışdır. "X10" MMC xx.xx.2019-cu il tarixdə Ü.Abbasova, xx.xx.2019-cu il tarixində F.Hüseynov, xx.xx.2020-ci il tarixdə A.Bayramova və xx.xx.2020-ci il tarixdə J.Abbasova ilə bağladığı alqı-satqı müqavilələri əsasında həmin məhsulların yəni “FQA-31 Cuatro” (bəzi hallarda “FQ A-31” və “Guatro” olaraq qeyd edilmişdir) adlı avadanlıqların satışını həyata keçirmişdir. Qeyd edilən fakt həmin müqavilələrə əlavə edilmiş təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Hər iki etirazda iddiaçının dəlilləri ilə bağlı qeyd edilmişdir ki, Apellyasiya şurasının iclası zamanı «Azcosmetics” MMC-nin nümayəndəsi Nümayəndə2 “WERTEX” əmtəə nişanının ilkinlik tarixindən əvvəl, həmin nişanın “X10" MMC tərəfindən ilkin olaraq istifadə edilməsi faktını qəbul edərək mübahisələndirməmişdir. Apellyasiya Şurasının 2023-cü il 25 avqust tarixli, A224-7/22 nömrəli Qərarı ilə etiraz təmin edilmiş, N 2022 1537 qeydiyyat nömrəli “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. İddia ərizəsinin 1-ci bəndi kimi fərqləndirilmiş hissəsində qeyd edilmişdir ki, “əmtəə nişanının etibarsız hesab edilməsi və qeydiyyatının ləğvi üçün qanunla müəyyən edilmiş heç bir maddi hüquqi əsas mövcud deyildir”. Həmin hissədə Qanunun 31-ci maddəsinə istinad olunmuş və norma göstərilmişdir. Daha sonra 29-cu maddəyə istinad olunaraq həmin norma isə qismən göstərilmiş, tam şəkildə verilməmişdir. Buna əsaslanaraq iddiaçı tərəfindən həmin hissəsinin sonunda qeyd edilmişdir ki, “yuxarıda qeyd edilən normalar “WERTEX” və “CUATRO” əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilərək ləğv edilməsi üçün əsas qismində çıxış etmir”. Qeyd olunan hissəyə münasibətdə bildirilir ki, Apellyasiya Şurası, N 2022 1537 qeydiyyat nömrəli “WERTEX” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılması barədə qərar qəbul edərkən Qanunun 31-ci maddəsini əsas götürməmiş və rəhbər tutmamışdır. Apellyasiya Şurası tərəfindən Qanunun 29-cu maddəsi rəhbər tutulmuş və hazırda mübahisələndirilən qərarda da həmin normaya istinad edilmişdir. İddia ərizəsində isə qanunvericiliyin müvafiq norması təhrif olunaraq qismən verildiyindən cavabdeh Qanunun 29-cu maddəsinin məzmunun tam və olduğu şəkildə təqdim edilməsi zəruri hesab edirik. Qanunun 29-cu maddəsinə əsasən, “əmtəə nişanı və coğrafi göstərici bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Maraqlı şəxs göstərilən müddətlərdə Apellyasiya komissiyasına qeydiyyata qarşı əsaslandırılmış etiraz təqdim edə bilər. Etiraza onun daxil olduğu tarixdən 2 ay ərzində baxılmalıdır. Etiraz vermiş şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya komissiyasında etiraza baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya komissiyasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Coğrafi göstəricinin qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: coğrafi məkanda təbiət amilləri dəyişdiyi halda; coğrafi göstəricidən istifadə edildiyi əmtəə ona aid olan xüsusi keyfiyyətlərini itirdiyi halda. Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq bu Qanunun 7-ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanı qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər. Bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər”. Qeyd edilən normanın da məzmunundan göründüyü kimi əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün müraciət edilməsi və belə müraciətlərin təmin edilməsi əsaslardan biri əmtəə nişanının 6-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmaqla qeydə alınmasıdır. Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən, “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Məhz verilmiş etiraz üzrə aparılmış icraat zamanı təqdim edilmiş sübutlarla “X10" MMCnin əmtəə nişanından ilkin istifadə etməsi halı öz təsdiqini tapmış və bu hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Həmçinin “X10" MMC-nin təqdim etdiyi sorğu nəticələrinə əsasən həmin nişanın istehlakçılar arasında fərqlənmə qabiliyyəti əldə etdiyi də müəyyən edilmişdir. İddia ərizəsinin 2-ci bəndi kimi fərqləndirilmiş hissəsinə münasibətdə bildirilir ki, inzibati icraat zamanı təqdim edilmiş sübutlarla “Wertex” əmtəə nişanının hüquq sahibindən qabaq “X10" MMC tərəfindən istifadə edildiyi və istehlakçılar arasında belə fərqlənmə qabiliyyəti əldə etmişdir. Apellyasiya Şurası tərəfindən iddiaçıya məxsus əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi əsası da “Wertex” əmtəə nişanı qeydiyyata alınarkən bu halın nəzərə alınmamış olmasıdır. İddia ərizəsinin 3-cü bəndi kimi fərqləndirilmiş hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı əmtəə nişanı barədə heç bir hüquqi və faktiki əsası olmayan mülahizə irəli sürmüşdür. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, "nişanın əmtəə nişanı qismində nəzərdən keçirilməsi üçünsə o, dövlət qeydiyyatına alınmalıdır, yalnız bundan sonra nişan "əmtəə nişanı" hüquqi statusunu əldə edir. Qeyd olunan mülahizə heç bir hüquqi və faktiki əsasa söykənmir. Ölkəyə daxil olmaqla dünyanın əksər ölkələrində əmtəə nişanlarının dövlət qeydiyyatına alınması könüllü prosesdir. Məhz Qanunun 1-ci maddəsində əmtəə nişanına anlayış verilmişdir. Həmin normaya görə, "əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)". Hüquq normasının məzmunundan da göründüyü kimi hər hansı nişanın əmtəə nişanı kimi nəzərə alınması üçün bir sahibkarın əmtəə və ya xidmətlərini digər sahibkarın əmtəə və ya xidmətlərindən fərqləndirən olması, qrafik təsvir edilməsi və ya nişanların hər hansı bir kombinasiyasını təşkil etməsi kifayətdir. Qanunverici bununla əmtəə nişanına spesifik olan əsas xüsusiyyətlər sırasına qeydiyyata alınma məcburiliyini müəyyən etməmişdir. Hətta qeydiyyata alınmadan başqa sahibkar tərəfindən istifadə olunan və fərqlənmə qabiliyyətinə malik olan əmtəə nişanları ilə oxşar və ya eyni olmasını əmtəə nişanlarının qeydiyyata alınması və artıq qeydiyyata alınmışdırsa belə qeydiyyatın etibarsız hesab edilməsi üçün hüquqi əsas müəyyən etmişdir. Qanunun müddəalarına nəzər saldıqda görünür ki, əmtəə nişanlarının qeydiyyatı əmtəə nişanı üzərində müstəsna hüququn yaranması üçün əsasdır. Bu məqsədlə əmtəə nişanından istifadə edən sahibkar müstəsna hüquq sahibi olması və əmtəə nişanının qanunsuz qəsdlərdən qoruması üçün əmtəə nişanını dövlət qeydiyyatına aldırmalıdır. Yəni sahibkar nişanı əmtəə nişanı kimi dövlət reyestrində qeydiyyata aldırmaqla nişanın “hüquqi statusunu” dəyişdirmiş olmur, sadəcə həmin nişan üzərində müstəsna hüquq əldə edir. Hər hansı nişan və ya nişanların kombinasiyası əmtəə nişanı anlayışına uyğun gəlirsə və qanunvericiliyin və hüquq normalarına zidd deyildirsə dövlət qeydiyyatına alınmadan da qanunvericiliyə uyğun şəkildə istifadə oluna bilər. İddia ərizəsinin 4-cü bəndi kimi fərqləndirilmiş hissəsinə münasibətdə qeyd edirik ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən “inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 41.6-1-ci maddəsinə əsasən “mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. İddiaçı qeyd edir ki, iddiaçı tərəfindən “təqdim edilən mütəxəssis rəyi nəzərə alınmamışdır". Həmin rəyin mütəxəssis rəyi kimi qəbul edilib nəzərə alınması üçün qanunvericiliklə müəyyən edilmiş prosedurlara uyğun olaraq hazırlanması zəruridir. Bunun üçünsə əvvəla “İnzibati icraat haqqında” Qanunun qeyd edilən normasında da olduğu kimi, iş üzrə faktiki hallarla bağlı sualları izah etmək və inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olan şəxsin cəlb edilməsi zərurəti olmalıdır. Hazırkı iş üzrə isə mübahisələndirilən məsələdə elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olan şəxsin rəyinin alınması zərurəti olan məsələ yoxdur. Təqdim edilmiş mütəxəssis rəyi işin həlli üçün hər hansı əhəmiyyət kəsb etmir. İddiaçı tərəfindən təqdim edilmiş sorğu nəticələrinin mötəbərliyinə gəldikdə isə iddiaçı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən anket sorğusu hər hansı iş üzrə maraqlı olmayan müstəqil üçüncü subyekt tərəfindən deyil, hazırki iş üzrə maraqlı tərəf və əmtəə nişanının hüquq sahibi olan hüquqi şəxsin («Azcosmetics” MMC) özü tərəfindən həyata keçirilmişdir. Onun üçün bu hal Apellyasiya Şurasının qərarında da geniş şəkildə izah edilmişdir. İddia ərizəsinin 5-ci bəndi kimi fərqləndirilmiş hissəsinə münasibətdə bildirilir ki, mötəbərliyi mübahisələndirilən sorğu maraqlı tərəflərdən birinin özü tərəfindən deyil, başqa hüquqi şəxs tərəfindən aparılmışdır. Bu əsasdan yaxınlaşaraq təqdim edilmiş sübutlara mötəbərlik pezumpsiyası çərçivəsində yanaşılması zərurəti mövcuddur. Sorğu materialları Apellyasiya Şurasına təqdim edilmiş, geniş şəkildə Şurada müvafiq qaydada tədqiq edilmişdir. Buna görə də, o, müvafiq halları təsdiq edən sübut kimi qiymətləndirilmişdir. Bütün yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülən bütün dəlillər əsassız heç bir hüquqi əsası yoxdur. İnzibati icraat zamanı təqdim edilmiş sübutlar isə Qanunun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə əsasən N 2022 1537 qeydiyyat nömrəli “Wertex” əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərlidir. Məhz bu səbəbdən də, qeyd olunan nişanın qeydiyyatı etibarsız hesab olunmuşdur. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçı tərəfindən irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiqini tapmadığından sadəcə iddiaçıya məxsus mülahizə xarakteri daşıyır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin ediməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və və nümayəndə-vəkili iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, tələbin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi təqdim edilmiş etirazlara uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2013-cü il tarixdə ********** VÖEN dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “X10” MMC xx.xx.2010-cu il tarixdə ********** VÖEN dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -«Azcosmetics” MMC tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentiliyin tabeliyində olan Patent və X2 Mərkəzinə ünvanlanan 23 fevral 2022-ci il tarixli, 2022 00437 nömrəli iddia sənədindən görünür ki, «Azcosmetics” MMC “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif (kosmetoloji avadanlıqların satışı) xidməti üzrə qeydiyyata alınmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2022 1537 nömrəli şəhadətnamədən görünür ki, “Wertex" əmtəə nişanı ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə (kosmetoloji avadanlıqların satışı) İddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir. İlkinlik tarixi: xx.xx.2022-ci il. Əmtəə nişanının qüvvədə olma müddəti: xx.xx.2032-ci il. Dövlət reyestrində qeyd olunub: xx.xx.2022-ci il. -Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-224-7/22 saylı, 25 avqust 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus N 2022 1537 qeydiyyat nömrəli “Wertex" əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatına qarşı iddiaçı (ərizəçi) "X10" MMC-nin direktoru R.Qasımov tərəfindən verilmiş etiraz ərizəsi təmin olunaraq N 2022 1537 qeydiyyat nömrəli “Wertex" əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Cavabdehin “Wertex” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A224- 7/22 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının qəbul edilməsi üçün əsas olmuş sənədlərdən görünür ki: "xxxx" MMC Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına xx.xx.2022ci il tarixdə etiraz təqdim edərək İddiaçı MMC-nin adına qeydə alınmış “WERTEX” əmtəə nişanının qeydiyyatının tamamilə etibarsız sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. -"X10" MMC (Alıcı) ilə -"X10" MMC (Alıcı) ilə “X6 Co Ltd” şirkəti (Satıcı) arasında arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, ‘'Satıcı” malları göndərilmə şərtlərinə uyğun müqaviləyə əlavə edilmiş invoyslar üzrə satmağı, “Alıcı” isə həmin malı almağı öhdəsinə götürmüşdür. -xx.xx.2019-cu il tarixli, **********4697 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, "X10" MMC tərəfindən “FG2000D (WertexD)” fərdi funksiyaları olan elektrik maşınları Azərbaycan Respublikası ərazisinə idxal edilmişdir. -17 avqust 2019-cu il tarixli “alqı-satqı haqqında” müqaviləsinə edilən 1 saylı Əlavədən və eyni tarixli Təhvil-Təslim Aktından görünür ki, “X10" MMC-nin direktoru satıcı R.Qasımov tərəfindən alıcı X4 “Wertex600” təhvil verilmişdir. -12 sentyabr 2019-cu il tarixli “alqı-satqı haqqında” müqaviləsinə edilən 1 saylı Əlavədən və eyni tarixli Təhvil-Təslim Aktından görünür ki, “X10" MMC-nin direktoru satıcı R.Qasımov tərəfindən alıcı X5 “Wertex1200” təhvil verilmişdir. 12 avqust 2020-ci il tarixli, 16 may 2020-ci il tarixli, 23 iyul 2022-ci il tarixli eyni məzmunlu müqavilələr əsasında “X10" MMC ilə digər bir neçə şəxs arasında alqı-satqı müqavilələri əsasında “Wertex” məhsullarının satışı həyata keçirilmişdir. -Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, 16 nömrəli Protokola əsasən "xxxx" MMC-nin “Wertex” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif (kosmetoloji avadanlıqların satışı) xidməti üzrə qeydiyyata alınmasından Azərbaycan Respublikası ərazisində eyni və oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olan nişanlar əmtəə nişanı kimi qeydə alınmadığı əsası ilə imtina edilmişdir. -Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2022 1271 nömrəli şəhadətnamədən görünür ki, “Cuatro” əmtəə nişanı ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə (kosmetoloji avadanlıqların satışı) İddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir. İlkinlik tarixi: xx.xx.2022-ci il. Əmtəə nişanının qüvvədə olma müddəti: xx.xx.2032-ci il. Dövlət reyestrində qeyd olunub: xx.xx.2022-ci il. -Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-223-7/22 saylı, 25 avqust 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus N 2022 1271 qeydiyyat nömrəli «Cuatro» əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatına qarşı iddiaçı (ərizəçi) "X10" MMC-nin direktoru R.Qasımov tərəfindən verilmiş etiraz ərizəsi təmin olunaraq N 2022 1271 qeydiyyat nömrəli “Cuatro” əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Cavabdehin “Cuatro” əmtəə nişanına dair iddiaçının adına verilmiş şəhadətnamənin ləğv edilməsi haqqında A223-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının qəbul edilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına xx.xx.2022-ci il tarixdə etiraz təqdim edərək İddiaçı MMC-nin adına qeydə alınmış “Cuatro” əmtəə nişanının qeydiyyatının tamamilə etibarsız sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcraat materiallarına həmçinin, "xxxx" MMC ilə “HK FT X9. Limited” şirkəti arasında 2 dekabr 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi, yük gömrük bəyannamələri, invoys sənədləri, təhvil təslim aktları da, bundan əlavə "X10" MMC-nin xx.xx.2019-cu il tarixdə Ü.Abbasova, xx.xx.2019-cu il tarixində F.Hüseynov, xx.xx.2020-ci il tarixdə A.Bayramova və xx.xx.2020-ci il tarixdə J.Abbasova ilə bağladığı “FQA-31 Cuatro” (“FQ A- 31” və “Guatro”) adlı avadanlıqların satışına dair alqı-satqı müqavilələri və təhvil-təslim aktları da əlavə edilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, mübahisəli “Cuatro” və “Wertex” əmtəə nişanları AR Əqli Mülkiyyət Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli ərizə əsasında İddiaçı MMC-nin adına rəsmiləşdirilmiş və bu barədə müvafiq qeydiyyat şəhadətnamələri verilmişdir. Əmtəə nişanlarının ilkinlik tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir və bu, tərəflər arasında mübahiələndirilmir. xx.xx.2022-ci il tarixdə hazırkı iş üzrə üçüncü şəxs “X10” MMC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına etiraz təqdim edərək, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinad etməklə sözügedən əmtəə nişanlarının ilkinlik tarixindən əvvəl “X10" MMC tərəfindən ilkin olaraq istifadə edildiyini bildirmiş və həmin əmtəə nişanlarının İddiaçı MMC-nin adına qeydiyyatının etibarsız edilməsini xahiş etmişdir. X1 xx.xx.2023-cü il tarixli, A224-7/22 nömrəli və A224-7/22 nömrəli qərarları ilə “Cuatro” və “Wertex” əmtəə nişanlarının İddiaçı MMC-nin adına ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Hazırda iddiaçı qeyd olunan qərarları mübahisələndirir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). -6-cı madəsinə əsasən, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: “ç”) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; -9-cu maddəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verir. -10-cu maddəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. -14-cü maddəsinə əsasən əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. Coğrafi göstəricinin ekspertizası bu Qanunun 1-ci maddəsində verilmiş “coğrafi göstəricisi” anlayışına və 8-ci maddəsində göstərilən tələblərə uyğun 2 ay ərzində aparılır. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir. Ekspertizanın nəticəsi barədə qərar 10 gün müddətində iddiaçıya göndərilir. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində həmin sənədlərin surətini tələb edə bilər. İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər. Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi, bu Qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu halda, onun qeydiyyatına yenidən baxıla bilər. -25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. -26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. -29-cu maddəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. -31-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının idarə edilməsi təşkilatı aşağıdakı belə əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etmişdirsə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi ərazidən yarananda; hüquqi şəxs hüququ və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğundan onun sahibinin qeydiyyatı ilə hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız olaraq hesablanmış, həmin əmtəə nişanının qeydiyyatına müəyyən və ya qismən xitam verilə. İstənilən şəxs dövlət rüsumunu ödəmək şərti ilə bu maddənin 1-ci hadisə səbəblərinə görə əmtəə nişanının, geniş əmtəə nişanının, coğrafi məlumatların qeydiyyatına və coğrafi məlumatların istifadəsinə dair şəhadətnamənin gücünə xitam verilməsi hüququ Apellyasiya şurasına müraciət edə bilər. Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş, nişanlı nişanının, genişlənmiş əmtəə nişanının, altının istifadəsinə dair şəhadətnamənin sahibinin əsaslandırılmış qeyrimüstəqim xüsusiyyətləri, əlavə dövlət rüsumu icazə verməsi şərti ilə etirazlara baxılmamasına nəzarətin bitdiyi gündən aydan çox istifadəsinə baxılmaq. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. Qeydiyyatın ləğvinə dair məlumatlar rəsmi bülletendə dərc edilir. Məhkəmə qeyd edir ki, “Cuatro” və “Wertex” əmtəə nişanlarının ilkinlik tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir və bu, tərəflər arasında mübahisələndirilmir. Mübahisə sözügedən əmtəə nişanlarının ilkinlik tarixindən əvvəl “X10" MMC tərəfindən istifadəsi ilə bağlı yaranmışdır ki, bu məsələ həm inzibati icraat materialları ilə, həm də hazırkı məhkəmə araşdırması ilə təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan “X10" MMC ilə “X6 Co Ltd” şirkəti arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi, həmçinin gömrük bəyannamələri və invoys sənədlərindən görünür ki, “FG2000D” (WertexD) markalı cihazlar “X10" MMC tərəfindən Çin Xalq Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş, "X10" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri və təhvil-təslim aktları əsasında ayrı-ayrı şəxslərə “Wertex” adlı avadanlıqların satışı həyata keçirilmişdir. Həmçinin "xxxx" MMC ilə “HK FT X9. Limited” şirkəti arasında 2 dekabr 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi, yük gömrük bəyannamələri, invoys sənədləri, təhvil təslim aktlarından görünür ki, “FQA31-2019” markalı cihazlar Çin Xalq Respublikasından Azərbaycan Respublikasına “X10" MMC tərəfindən idxal edilmiş, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri və təhvil-təslim aktları əsasında “FQA-31 Cuatro” (“FQ A-31” və “Guatro”) adlı avadanlıqlar ayrı-ayrı fiziki şəxslərə satılmışdır. İddiaçı MMC tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilməmiş, eyni zamanda həmin nişanların ilkinlik tarixindən əvvəl, İddiaçı MMC tərəfindən istifadə edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun müddəalarından göründüyü kimi, istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün müraciət edilməsi və belə müraciətlərin təmin edilməsi əsaslarından biri də əmtəə nişanının 6-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmaqla qeydə alınmasıdır. Aparılmış araşdırma zamanı təqdim edilmiş sübutlarla “X10" MMC-nin “Cuatro” və “Wertex” əmtəə nişanlarından ilkinlik tarixindən əvvəl istifadə etməsi təsdiqini tapdığından, əmtəə nişanlarının qeydiyyatının mübahsiələndirilməsi üçün qanuni əsas mövcud olmuşdur (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı və 29cu maddələri). Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə əmtəə nişanlarının dövlət qeydiyyatına alınması məcburi xarakter daşımır və könüllülüyə əsaslanan prosesdir. Əmtəə nişanının anlayışının məzmunundan göründüyü kimi, əmtəə nişanına dair tələblər sırasına qeydiyyata alınma məcburiliyi əlavə edilməmişdir. O da nəzərə alınmalıdır ki, qanunverici qeydiyyata alınmadan başqa şəxs tərəfindən istifadə olunan və fərqlənmə qabiliyyətinə malik olan əmtəə nişanları ilə oxşar və ya eyni olmasını əmtəə nişanlarının qeydiyyata alınması və artıq qeydiyyata alınmışdırsa belə qeydiyyatın etibarsız hesab edilməsi üçün hüquqi əsas da müəyyən etmişdir. Sadəcə əmtəə nişanlarının qeydiyyata alınmasının üstünlüyü ondadır ki, bu halda nişan sahibi əmtəə nişanından Azərbaycan Respublikasının ərazisində müstəsna istifadə və sərəncam vermək hüququ əldə etməklə, həmin nişanın hüquqi statusunu bir növ, “özünküləşdirmiş” olur. Bu baxımdan qeyd edilir ki, əmtəə nişanları dövlət qeydiyyatına alınmadan da qanunvericiliyə uyğun şəkildə istifadə olunması məhdudiyyəti nəzərdə tutulmadığından iddiaçının dəlili əsaslı sayıla bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə də, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi xx.xx.2023-cü il tarixli A224-7/22 nömrəli və A223-7/22 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov