Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2625/2020 01.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.03.1992-ci il təvəllüdlü X5 iddiaçının mülkiyyətində olan və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatdan çıxarılması vəzifəsinin vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il təvəllüldü İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və iddiaçı həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda 03.03.1992-ci il təvəllüdlü X10 iddiaçının mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Həmin mənzili iddiaçı satıcı olaraq mənzilin əvvəlki sahibi olan və hazırkı iddia ərizəsi üzrə 3-cü şəxs qismində cəlb edilmiş X5 atası X4 09.08.2019-cu il tarixində, eyni tarixli, AN-İ seriyalı, ******* nömrəli “alqı-satqı" müqaviləsi əsasında satın almışdır. X11 ilə iddiaçının arasında bağlanmış 09.08.2019-cu il tarixli “alqı-satqı” müqaviləsinin 8-ci bəndinə əsasən, “satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdəsinə götürür Həmin müqavilənin 13-cü bəndinə əsasən, “satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürür”. X2 oğlu X1 müqavilədə göstərilmiş müddətdən 5 (beş) ay keçməsinə baxmayaraq, hələ də mənzildən pasport qeydiyyatından çıxmamışdır. Bununla bağlı olaraq dəfələrlə X9 və valideynlərinə iddiaçı tərəfindən müraciət olunsa da, onun tərəfindən qanuni tələbləri icra edilməmişdir, hətta mövcud problemin həlli ilə bağlı iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Daha sonra, iddiaçı mövcud problemin həlli ilə bağlı olaraq Cavabdehnə pasport qeydiyyatından çıxarmaq barəsində’’ ərizə ilə müraciət edərək, “03.03.1992-ci il təvəllüdlü X5 iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən mənzilindən pasport qeydiyyatından çıxarılması ilə bağlı qərar qəbul etməsini" xahiş etmişdir. Cavabdeh isə öz növbəsində iddiaçıya ünvanlamış 065-39323H-3220 nömrəli, 17.01.2020-ci il tarixli məktubu ilə qanuni müraciəti təmin etməmiş, mövcud problemin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə etməklə kifayətlənmişdir. X7 iddiaçının mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında olması iddiaçı üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. O, iddiaçının mənzilində qeydiyyatdadır ki, bu da iddiaçının əmlak üzərindəki mülkiyyət hüququnu rahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində, iddiaçı mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu iddiaçının maddi vəziyyətinə mənfi təsir edir. Ona görə də iddiaçı hesab edir ki, 03.03.1992-ci il təvəllüdlü X7 ünvan 3 ünvanında yerləşən mənzilimə olan pasport qeydiyyatlarına xitam verilməlidir. İddiaçı məlumat üçün onu da bildirmişdir ki, onların hazırda faktiki olaraq, harada yaşadıqlarını bilmir. Bununla bağlı olaraq, dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etsə də, onlar da cavabında qeydiyyatda olduqlarına görə iddiaçının ünvanını göstəriblər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2625/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qərardadı ilə X10 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, 3-cü şəxs isə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 01 iyun 2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında iddiaçıdan başqa üçüncü şəxs X10 da qeydiyyatdadır. İddiaçı hazırda 3-cü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırır. İşdə olan AN-İ № ******* saylı, 09 avqust 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 8 və 13-cü bəndlərinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. X3 Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 mənzildən 08 sentyabr 2019-cu il tarixədək qeydiyyatdan çıxmağını öz öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ 20.08.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 24 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 03.03.1992-ci il təvəllüdlü X10 Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 mənzilindəqeydiyyatdadır. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17.01.2020-ci il tarixli, 065- 39323H-3220 saylı məktubdan görünür ki, iddiaçıya ünvan 6 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaş X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq müvafiq olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. . Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 21 fevral 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X5 ünvan 7 ünvanında heç bir mülkiyyət və ya istifadə hüququ qeydə alınmamışdır. Məhkəmə araşdırılması zamanı Azərbaycan Rspublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə sorğu göndərilmiş, sorğuya 16 fevral 2020-ci il tarixli, 440 saylı cavab məktubuna və ona əlavə olunmuşdur sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 saylı mənzili alqı-satqı müqaviləsi əsasında 155.000 manat məbləğində X4 İddiaçı satılmışdır. Bundan başqa mənzilin alqı-satqısı zamanı X10 notariat ofisində, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı AN-İ № ******* saylı, 09 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 saylı mənzili satın aldığı zaman, satıcı alıcıya, yəni hazırki iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Satıcı, X12 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxsa da, həmin ünvanda olan üçüncü şəxsin qeydiyyatdan çıxmasını təmin etməmişdir. Halbuki, sözügedən üçüncü şəxs, iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir istifadə hüquqları qeydiyyata alınmamışdır. Həmçinin, üçüncü şəxs mənzilin alqı-satqısı həyata keçirilən zaman mənzilin satılmasına etiraz etməməsi ilə bağlı ərizə imzalamışdır. İddiaçı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 03.03.1992-ci il təvəllüdlü X10 ünvan 8 ünvanında qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 8 saylı evin 177 saylı mənzildən üçüncü şəxs X8 qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2625/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2625/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver