Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2626/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2017-ci il tarixdən ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək iddia tələbinin “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2017ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ləğv edilmiş DSMFnin Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 19/10987-01 №-li məktubunun etibarsızlığının tanınması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ləğv edilmiş DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 19/10987-01 №-li məktubunun etibarsızlığının tanınması” kimi dəyişdirilmişdir.
4. İddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmamasını xahiş etmişdir.
5. Yekun olaraq iddia tələbi iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsi əsasında “ləğv edilmiş DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 19/10987-01 №-li məktubu əsasında imtinasının qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2017-ci il tarixdən ödənilməsi” kimi nəzərə alınmışdır.
6. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. İddiaçı uzun müddət, o cümlədən xx.xx.1990-cı ildən hazırkı vaxta qədər SOCAR Geofizika və Geologiya İdarəsində karotajçı, mühəndis, geofızik, dəstə rəisi, böyük mühəndis vəzifələrində işləmiş və işləməkdədir. İddiaçının işlədiyi vəzifələr xüsusilə ağır şəraitli zərərli peşələr olduğundan o, 52 yaşı tamam olan tarixdən yəni 2017-ci ildən ərizə ilə DSMF-nin Xətai rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin ona həmin dövrdə mövcud olan qanunverciliyə əsasən yalnız 60 yaşının tamam olduğu tarixdə pensiya hüququnun yaranacağı bildirilmişdir. İddiaçıya bu barədə DSMF-nin Xətai rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən və pensiya təyinatı sektorunun müdirinin imzası ilə və şöbənin blankında tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 19/10987-101 saylı məktub ünvanlanmışdır. Daha sonra iddiaçı 2023-cü ildə hazırkı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının həmin müraciəti əsasında ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş və “Əmək pensiyaları haqqında” AR Qanununun 32-ci maddəsinə əsasən son 3 ilin xx.xx.2020-ci ildən etibarən ödənilməyən əmək pensiyasının ödənilməsinə başlanılmışdır. Lakin daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ödənilməli olan pensiya məbləğinin hüququ yarandığı tarixdən ödəniş edilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin ərizəyə uyğun olmayan cavabla faktiki olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsaslı deyil.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “güzəştli şərtlərlə yaşa görə 50 yaşdan əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla sizə 15 oktyabr 2017-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 52 yaşının tamamlandığı tarixdən ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşının tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 144177/2023 nömrəli məktubu ilə onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı 01.01,2006-cı il tarixədək ümumi iş stajı 23 il 1 ay 14 gün, güzəştli iş stajı isə 15 il 5 ay 29 gün təşkil edir. “Əmək pensiyasının təyin edilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********1 nömrəli qərara əsasən Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a" bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321 -İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla İddiaçı hüququ yarandığı tarixdən, yəni 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3- 3-7780/2023 nömrəli qərara əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış və 352,18 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin "a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321 -İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən cari və keçmiş dövr üzrə ödənişlər onun müvafiq kart hesabına köçürülməyə davam etdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 52 yaşının tamamlandığı tarixdən ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşının tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Cavabdeh tərəfindən təqdim olunan etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023cü il tarixdən etibarən cari və keçmiş dövr üzrə ödənişlər onun müvafiq kart hesabına köçürülməyə davam etdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 52 yaşının tamamlandığı tarixdən ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşının tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, İddiaçı 2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli 19/10987-01 nömrəli imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi iddiaçı hazırkı tarixədək həmin inzibati aktı həm inzibai qaydada, həm də məhkəmə qaydasında mübahisələndirməmiş, artıq həmin inzibati aktla razılaşmışdır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2218/2023 nömrəli qərarında da aşağıdakılar qeyd olunmuşdur: - İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya hüququnun yarandığı xx.xx.2013- cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qanunvericiliyin tələblərinə əsasən müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə ödənilməklə pensiya məbləği hesablanmış, hər ay üzrə ödənilməli olan əmək pensiyası məbləğinin üzərinə keçmiş dövrə görə almalı olduğu 237.93 manat əlavə edilməklə ümumilikdə 506.54 manat pensiya məbləği ödənilir. - Qeyd etmək lazımdır ki, iddiaçı 1 iyul 2017-ci il tarixədək ona pensiya təyin edilməsi ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, həmin qurumun 21 avqust 2015-ci il tarixli məsələnin həllindən imtinası barədə məktubunu 2 dekabr 2021-ci il tarixədək, yəni növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. - “İnzibati icraat haqqında" Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olmamüddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. - Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilmişdir. Hazırkı, qərarın 16-cı bəndində istinad edilən qanunvericilik normalarının 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. - Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli qərardadında qeyd edilmişdir ki, “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmış, qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
10. SOCAR tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, İddiaçı “Xəzərdənizneftgeofizika” trestinin (indiki X3) arxiv sənədlərində onun “26 Bakı Komissarları” X17 Ekspedisiyasında karotajçı, “Bahar” X17 Ekspedisiyasında karotajçı, mühəndis, geofizik, dəstə rəisi və 4 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Bahar" Mədən geofiziki ekspedisiyasının Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətinə mühəndis, böyük mühəndis vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 16 saylı əmrə əsasən “26 Bakı Komissarları" X17 Ekspedisiyasına 4-cü dərəcəli karotajçı vəzifəsinə işə qəbul olunub. xx.xx.2000-ci il tarixli 74-k saylı omro əsasən “Bahar” X17 Ekspedisiyasında 10-cu dərəcəli mühəndis vəzifəsinə, xx.xx.2006-cı il tarixli 590-k saylı Əmək müqaviləsinə əsasən Bahar" Mədən geofiziki ekspedisiyasının 11 saylı kompleks mədən geofiziki dəstəsinə dəstə rəisi vəzifəsinə, xx.xx.2011 -ci il tarixli 440-k saylı əmrə əsasən “Bahar“ Mədən geofiziki ekspedisiyasının 4 saylı kompleks mədən geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 13G-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən başqa işəgötürənlə ərnc-k müqaviləsinin bağlanması ilə əlaqədar olaraq işdən azad edilib. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 178-k saylı əmrə əsasən “Bahar” Mədən geofiziki ekspedisiyasının 5 saylı kompleks mədən geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə işə qəbul olunub. xx.xx.2017-ci il tarixli 20B0005 sayl əmrə əsasən "Bahar” Mədən geofiziki ekspedisiyasının Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətinə 13-cü dərəcəli mühəndis vəzifəsinə, xx.xx.2017-ci tarixli 20000113 saylı əmrə əsasən Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətində böyük mühəndis vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi: xx.xx.1990-cı ildən -0xx.xx.2017-ci illərə qədər 27 il 7 ay 10 gündür iyirmi yeddi il yeddi ay on gün) Adlandırma: : Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 №-li Əmrinin 2.1 bəndinə əsasən “Azərneftgeofizika” və “Xəzərdənizneftgeofizika" trestləri birləşdirilib “Geofizika və geologiya idarəsi” nin tabeliyində olaraq “Mədəngeofizika İdarəsi" adlandırılıb. Geofizika və geologiya İdarəsinin tabeliyində olan “Mədəngeofizika” idarəsi xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-SM08- 000033 saylı əmri ilə X3 adlandırılmışdır.
11. SOCAR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, İddiaçı “Xəzərdənizneftgeofizika” trestinin (indiki X3) arxiv sənədlərində onun “26 Bakı Komissarları” X17 Ekspedisiyasında karotajçı, “Bahar” X17 Ekspedisiyasında karotajçı, mühəndis, “Bahar” Mədən geofiziki ekspedisiyasının 11 saylı kompleks mədən geofiziki dəstəsində geofizik, dəstə rəisi və 4 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Bahar” Mədən geofiziki ekspedisiyasının Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətinə mühəndis, böyük mühəndis vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 16 saylı əmrə əsasən “26 Bakı Komissarları” X17 Ekspedisiyasına 4-cü dərəcəli karotajçı vəzifəsinə işə qəbul olunub. xx.xx.2000-ci il tarixli 74-k saylı əmrə əsasən “Bahar" X17 Ekspedisiyasında 10-cu dərəcəli mühəndis vəzifəsinə, xx.xx.2006-cı il tarixli 590-k saylı Əmək müqaviləsinə əsasən “Bahar” Mədən geofiziki ekspedisiyasının 11 saylı kompleks mədən geofiziki dəstəsinə dəstə rəisi vəzifəsinə, xx.xx.2011 -ci il tarixli 440-k saylı əmrə əsasən “Bahar” Mədən geofiziki ekspedisiyasının 4 saylı kompleks mədən geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib. İşdən azad olma: 07.01,2014-cü i! tarixli 136-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar olaraq işdən azad edilib. İşə qəbul olma: 08.01,2014-cü il tarixli 178-k saylı əmrə əsasən “Bahar" Mədən geofiziki ekspedisiyasının 5 saylı kompleks mədən geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə işə qəbul olunub. xx.xx.2017-ci il tarixli 20B0005 sayl əmrə əsasən “Bahar” Mədən geofiziki ekspedisiyasının Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətinə 13-cü dərəcəli mühəndis vəzifəsinə, xx.xx.2017-ci il tarixli 20B00113 saylı əmrə əsasən Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətində böyük mühəndis, xx.xx.2019-cu il tarixli 20B00618 saylı əmrə əsasən “Bahar” Mədən geofiziki ekspedisiyasının Radioaktiv mənbələr və partlayıcı maddələrin saxlama xidmətinə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi güzəştli iş stajı: xx.xx.1990-cı ildən -xx.xx.2022-ci ilə qədər 32 il 7 ay 13 gündür. İddiaçı çalışdığı karotajçı, mühəndis, böyük mühəndis və dəstə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısında 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000a a)fəhlələr yarıbəndindəki 17531 quyularda geofiziki tədqiqat işlərini icra edən mədəngeofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar, 1100000b b) Rəhbərlər və mütəxəssislər yarımbəndindəki 17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir. Adlandırma: : Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 №-li Əmrinin 2.1 bəndinə əsasən “Azərneftgeofizika” və “Xəzərdənizneftgeofizika” trestləri birləşdirilib “Geofizika və geologiya İdarəsi”nin tabeliyində olaraq “Mədəngeofizika İdarəsi” adlandırılıb. Geofizika və geologiya İdarəsinin tabeliyində olan “Mədəngeofizika” İdarəsi xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-SM-08-000033 saylı əmri ilə X3 adlandırılmışdır.
12. İddiaçı məxsus pensiya işinə dair sənədlər iş materiallarına əlavə olunmuşdur.
13. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1 nömrəli Qərarında qeyd olunmuşdur: Pensiyaçı: İddiaçı Qeydiyyat olduğu inzibati rayon: Bakı-Xətai Pensiya hüququnun yarandığı tarix: xx.xx.2017 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əsas götürüldüyü maddə: 9.8 Pensiyanın növü: yaşa görə (52 yaş) Pensiyanın məbləği: 290.38 Ümumi staj - 23 il 01 ay 14 gün Güzəştli staj - 15 il 5 ay 29 gün 1100000X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000a-17531; 1100000b-17541
14. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 7780/2023 nömrəli Qərarında qeyd olunmuşdur: Pensiyanın növü: Güzəştli şərtlərlə yaşa görə Pensiyanın təyin olunduğu tarix: xx.xx.2017 Qeydiyyatda olduğu inzibati orqan: Xətai Yenidən hesablamanın səbəbi: 37.3.1 (Maddi yardım) Hazırki pensiya məbləği: 333 manat 07 qəpik
15. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa,və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Fondun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 109948/2023 nömrəli məktubuna əsasən həmin dövr üzrə Fondun rayon, şəhər şöbələrində saxlanılan sənədlər Fondun Aparatının arxivinə təhvil verilmədiyindən sorğuda qeyd olunan xx.xx.2017-ci il tarixli 19/10987-01 nömrəli məktubun Fondun Xətai rayon şöbəsi tərəfindən verilməsi barədə məlumatı əldə etmək mümkün olmamışdır.
17. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********5 nömrəli Əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin Pensiya sektorunun müdiri X10 əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsinə keçirilsin və 14 sentyabr 2016-cı il tarixli Əmək müqaviləsinə (kontraktına) 02 iyun 2017-ci il tarixdə xitam verilmişdir.
18. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********5 nömrəli Əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdiri vəzifəsinin icrası 19 dekabr 2017-ci il tarixdən şöbənin müdir müavini X6 müvəqqəti həvalə edilmişdir.
19. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Hazırkı iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İş materiallarında olan 20 dekabr 2017-ci il tarixli, 19/10987-01 nömrəli İddiaçıye ünvanlanmış məktubda müdir vəzifəsini müvəqqəti icra edən (A.Əhmədov) və pensiya təyinatı sektorunun müdiri (T.Quliyev) vəzifələrində işləmiş şəxslərin adları qarşısındakı imzaların həmin şəxslərə məxsusluğunun müəyyən edilməsi.
20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/352 nömrəli Ekspertiza Rəyində qeyd edilmişdir ki, müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların nəticənin həmin bəndlərində göstərilən şəxslər tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. 1.1 Ekspertizaya təqdim edilmiş, işin 4-cü səhifəsində olan xx.xx.2017-ci il tarixli 19/10987-01 saylı məktubda “A.Əhmədov” yazılar qarşısındakı imza - X8 tərəfindən icra olunmuşdur. 1.2 Ekspertizaya təqdim edilmiş, işin 4-cü səhifəsində olan xx.xx.2017-ci il tarixli 19/10987-01 saylı məktubda “T.Quliyev” yazılar qarşısındakı imza – X12 tərəfindən icra olunmuşdur. Adlarından Xüsusi əlamətlər tədqiqat işi Tədqiqat Hərəkətin aparılan olunan Ümumi Hərəkətin Hərəkətin № başlanğıc şəxslərin soyadı, obyektlərin əlamətlər Quruluşa birləşmə forma və və bitmə adı, atalarının yeri görə formasına istiqamətinə nöqtələrinin adı görə görə yerinə görə Vərdiş, sürət, Hərf təşkil Bax: nəticə 1 X8 tərkib, “A” etməyən “A” Son cızıq 1.1 əlaqə, ölçü, cizgilər meyl və s. Vərdiş, sürət, Hərf təşkil Bax: nəticə 2 X12 tərkib, Şərti “D” etməyən --- Son cızıq 1.2 əlaqə, ölçü, cizgilər meyl və s.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı gürcüdür, Azərbaycan dilini bilmir. İddiaçı 2017-ci ildə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə müraciət edərkən ona yalnız 60 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediləcəyi cavabdeh orqan tərəfindən bildirilmişdir, buna görə də iddiaçı 60 yaşına kimi gözləmişdir. 60 yaşına çatdıqdan sonra müraciət edərkən ona 52 yaşının tamam olduğu tarixdən pensiya təyin edilmişdir, halbuki ona 2017-ci ildə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraz və etiraza əlavənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
23. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
24. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
25. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
26. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
29. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
31. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV.Qeyd edilənlərin hazırki işə tətbiqi
32. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
33. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçının əmək pensiyası hüququ 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə yaranmışdır. Bu fakt cavabdeh orqan tərəfindən də təsdiqlənərək (mübahisələndirilmir) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1 nömrəli Qərarı ilə İddiaçı pensiya hüququnun xx.xx.2017-ci il tarixdə yarandığı müəyyən edilmişdir.
34. Lakin cavabdeh tərəfindən təqdim edilən etirazlarda işin hallarına uyğun olmayan fikirlər bildirilir. Belə ki, bir tərəfdən iddiaçının 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin hüququ mübahisələndirilir, halbuki iddiaçının nə inzibati orqana, nə də məhkəməyə müraciətində belə tələbi yoxdur. Digər tərəfdən ona 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya hüququnu tanıyaraq pensiya təyin edən orqana vaxtında müraciət olmaması bildirilir.
35. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının əmək pensiyası təyin edilməyə əsas verən ümumi stajının (23 il 01 ay 14 gün) və güzəştli stajının (15 il 5 ay 29 gün) olmasını mübahisələndirmir. Hazırki iş üzrə mübahisə iddiaçının cavabdeh orqana müraciəti (tarixi) əsasında əmək pensiyası ödənişinin başlanılmalı olduğu tarixi müəyyən etməklə bağlıdır.
36. İddiaçı 52 yaşının tamam olduğu 2017-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etdiyini bildirmiş və bu halı sübut etmək üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən ona ünvanlanan xx.xx.2017-ci il tarixli imtina məktubunu məhkəməyə təqdim etmişdir.
37. Məhkəmə qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli məktubunun mötəbərliyi ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İş materiallarında olan 20 dekabr 2017-ci il tarixli, 19/10987-01 nömrəli İddiaçıye ünvanlanmış məktubda müdir vəzifəsini müvəqqəti icra edən (A.Əhmədov) və pensiya təyinatı sektorunun müdiri (T.Quliyev) vəzifələrində işləmiş şəxslərin adları qarşısındakı imzaların həmin şəxslərə məxsusluğunun müəyyən edilməsi.
38. Məhkəmə nəzərə alır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-4/352 nömrəli Ekspertiza Rəyinə əsasən müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların nəticənin həmin bəndlərində göstərilən şəxslər tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. 1.1 Ekspertizaya təqdim edilmiş, işin 4-cü səhifəsində olan xx.xx.2017-ci il tarixli 19/10987-01 saylı məktubda “A.Əhmədov” yazılar qarşısındakı imza - X8 tərəfindən icra olunmuşdur. 1.2 Ekspertizaya təqdim edilmiş, işin 4-cü səhifəsində olan xx.xx.2017-ci il tarixli 19/10987-01 saylı məktubda “T.Quliyev” yazılar qarşısındakı imza – X12 tərəfindən icra olunmuşdur. Adlarından Xüsusi əlamətlər tədqiqat işi Tədqiqat Hərəkətin aparılan olunan Ümumi Hərəkətin Hərəkətin № başlanğıc şəxslərin soyadı, obyektlərin əlamətlər Quruluşa birləşmə forma və və bitmə adı, atalarının yeri görə formasına istiqamətinə nöqtələrinin adı görə görə yerinə görə Vərdiş, sürət, Hərf təşkil Bax: nəticə 1 X8 tərkib, “A” etməyən “A” Son cızıq 1.1 əlaqə, ölçü, cizgilər meyl və s. Vərdiş, sürət, Hərf təşkil Bax: nəticə 2 X12 tərkib, Şərti “D” etməyən --- Son cızıq 1.2 əlaqə, ölçü, cizgilər meyl və s.
39. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyinə əsasən İddiaçı ünvanlanan pensiyanın təyin olunmasından imtina məktubundakı imzaların X5 və X9 məxsusluğu aşkar edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmrlərinə əsasən müəyyən edilir ki, X1 Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdiri vəzifəsində, X2 Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləmişdir. Odur ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli imtina məktubunun iddiaçının müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən ünvanlandığı məhkəmədə şübhə yaratmır.
40. Cavabdeh orqan tərəfindən imtina məktubunun 2017-ci il tarixdə verilməsinə baxmayaraq, iddiaçının məhkəməyə 2023-cü il tarixdə müraciət etməsinə münasibətdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, iddiaçı gürcüdür, Azərbaycan dilini bilmir. İddiaçı 2017-ci ildə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə vaxtında müraciət edərkən ona yalnız 60 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediləcəyi cavabdeh orqan tərəfindən bildirilmişdir, buna görə də iddiaçı 60 yaşına kimi gözləmişdir. 60 yaşına çatdıqdan sonra müraciət edərkən ona 52 yaşının tamam olduğu tarixdən pensiya təyin edilmişdir və son üç il üzrə fərq ödənilmişdir, halbuki ona 2017-ci ildə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyə 6 il sonra müraciət etmişdir.
41. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
42. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.
43. Məhkəmə hesab edir ki, iddiaçı uzun müddət fəaliyyət göstərən və pensiya təminatı sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın fəaliyyətinin dəqiq və aydın aparıldığına inanmış, onun davranışına etimad göstərmiş və imtina məktubunda qeyd edilənlərə əsasən pensiya təyinatı ilə bağlı müraciət etmək üçün 60 yaşının tamam olmasını gözləmişdir. İddiaçı 60 yaşına çatdıqdan sonra cavabdeh orqana müraciət edərkən ona münasibətdə pensiyanın 52 yaşının tamam olduğu tarixdən təyin edilməsi, lakin pensiya ödənişinin həmin tarix nəzərə alınaraq həyata keçirilməməsi ilə əlaqədar cavabdeh orqanın hərəkətlərində ziddiyyətlərin olmasını aşkarlamış və hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 32-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.”
46. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki: “...məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər.”
47. Məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsində əsasən pensiya ödənişinin son üç il üzrə məhdudlaşması iddiaçının inzibati orqana vaxtında müraciət etməməsi ilə şərtlənir və Konstitusiya Məhkəməsi Plenumu da məhkəmələr tərəfindən işi araşdırarkən məhz inzibati orqana vaxtında edilməyən müraciətin səbəblərinin araşdırılmalı olduğunu qeyd edir.
48. Hazırkı işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı 52 yaşında pensiya hüququ yarandığından (xx.xx.2017-ci il tarixdə) vaxtında inzibati orqana müraciət etmiş (xx.xx.2017-ci il tarixdə), lakin ona pensiya təyinatından imtina edilmişdir. Onun növbəti müraciəti zamanı güzəştli şərtlərlə yaşa görə pensiya məhz 52 yaşdan təyin olunmuş, lakin pensiya ödənişi əvvəlki 3 illik dövrlə məhdudlaşmışdır.
49. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh orqanın xx.xx.2017-ci il tarixli imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.
50. Odur ki, iddia təmin edilməli, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin iddiaçının pensiya hüququnun yarandığı, yəni 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
51. Məhkəmə hesab edir ki, ərizənin ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsi pensiyanın ödənilməsi qaydası ilə bağlıdır ki, özlüyündə tələbi ifadə etmir.
52. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
53. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
54. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Ləğv edilmiş DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 19/10987-01 №-li məktubuna əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina qanunsuz hesab edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva