Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2627/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə (2 saylı xidmət nümayəndəliyi) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azər Mənzil Sənaye Təmir-Tikinti Birliyinin Mənzil Təmir-Tikinti İdarəsində Metal Konstruksiya hazırlayan sexdə elektrik qaynaqçı vəzifəsində işləməsinin tanınması barədə cavabdehin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1976-1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1978 - xx.xx.1978-ci ildə Altay zavod aqreqatda fəhlə və sürücü işləmişdir. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər SOCAR “Azərkimya” İstehsalat Birliyinin “X4” zavodunda zərərli sexlərdə müxtəlif işlərdə işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək Bakelektroavtomat zavodunda zərərli sexdə qaynaqçı vəsifəsində çalışmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü tarixədək Z.Tağıyev adına Neft və Qaz çıxarlma idarəsində qaynaqçı vəzifələrində, xx.xx.1994-cü ildən xx.xx.1998-ci tarixədək Azərbaycan Hava Yolları Dövlət Konserinin Təmir Tikinti İdarəsində qaynaqçı vəzifəsində, xx.xx.2001ci ildən xx.xx.2006-cı il tarixədək Azər Mənzil Sənaye Təmir-Tikinti Birliyinin Mənzil təmirtikinti idarəsində metal konstruksiya hazırlayan sexdə elektrik qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2007-ci tarixədək Azərbaycan Dəmir yolları QSC-nin Bakı Vaqon deposunda elektik qaynaçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq ediməsi barədə” xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarının 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazandığı üçün DSMF Xəzər rayon şöbəsinə müraiət etməklə əmək kitabçasını və işlədi Təşkilatlardan arayışları təqdim etmişdir. Cavabeh xx.xx.2017-ci il tarixli cavab məktubunda göstərmişdir ki, guya xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azər Mənzil Sənaye Təmir-Tikinti Birliyinin Mənzil təmir-tikinti idarəsində metal konstruksiya hazırlayan sexdə elektrik qaynaqçı vəzifəsində işləməsi öz təsdiqini tapmadığı üçün ona güzəştli şərtlərə (yaşa görə) əmək pensiyasının verilməsi mümkün deyildir. Lakin o, rəsmi arayış təqdim etmişdir, həmiçinin əmək kitabçasında qeyd olunan təşkilatda işləməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən də o, bu haqsızlığı görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi X2 izahatında bildirdi ki, iş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi iddiaçı mövcud tələblə - güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etməmiş və məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə daxildir, iddiaçı isə həmin tələblə Xəzər rayon Şöbəsinə qarşı iddia qaldırmışdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. İddia tələbindən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş edir. Lakin cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsini qeyd etmişdir, məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Xəzər rayon şöbəsinə müraciət etmişdir. Halbuki güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi («Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəcb) hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə daxildir, iddiaçı qeyd olunan pensiyanın təyin edilməsi üçün həmin orqana müraciət etməli idi, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməmişdir. Belə bir müraciət olmadığı üçün məhkəmə İPM-in 13-cü maddəsi baxımından iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsinin tövsiyə olunmasını zəruri saymamışdır. İddia ərizəsində göstərilən tələb isə cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2627/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2627/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver