Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2628/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs “X3” MMC) “torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 980 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsinin və təsdiqlənməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov RİH başçısının (indiki Xəzər RİH) Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 26 iyul 1993-cü il tarixli, 31 № li Sərəncamına əsasən, İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün Əzizbəyov rayonu (indiki Xəzər RİH), Buzovna qəsəbəsi, 980 № li sahədə 1200 m2 torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsi mişar daşı ilə hasarlanmış və fərdi yaşayış evi inşa edilmişdir. Əzizbəyov RİH başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi “Əzizbəyovneft" NQÇİ-nin (indiki “X3” MMC) xx.xx.1989-cu il tarixli, 3187/01-4 № li və Bakı şəhər XDS İK-nin 04 10.1989-cu il tarixli, 7- 7192/7 № li məktublarını rəhbər tutaraq 26 iyul 1993-cü il tarixdə 31 № li Sərəncamı vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edərək Bakı şəhəri Əzizbəyov RİH Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 № li X1 təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına 17 may 2023-cü il tarixli, 3- 48- 2F/2-P-03332/2023 № li arayışında Əzizbəyov RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilir. xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 980 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiq edilərək ona təqdim olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5- 12/2-Ə-107-091/2023 № li cavab məktubu ilə sözü gedən sahəyə cizgi sxeminin çəkilməsinin və xəritədən çıxarışın verilməsini məqsədəuyğun saymadığı üçün imtina etmişdir. İmtinaya səbəb kimi isə İddiaçı uzun illər istifadəsində olan torpaq sahəsi “X3" MMC-nin ərazisində yerləşdiyi qeyd edilmişdir. Azərbaycan SSR X4 tabeliyində yaradılan Azərbaycan Neft Komitəsinə (“Azneftkom”) adı verilib, 1 sentyabr 1921-ci ildə X7 Birliyi ilə əvəz edilib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 1991-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni təsis olunub. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "xxxx" İB-nin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb. Beləliklə, SOCAR (ARDNŞ) "Azərineft" Dövlət Konsernin hüquqi varisi olduğu kimi, " X3" MMC də "Əzizbəyovneft” NQÇİ-nin hüquqi varisi hesab edilir. Buzovna qəsəbə inzibati ərazi dairəsində yerləşən " X3" MMC-nin "ərazilərində” minlərlə fərdi yaşayış evləri inşa edilib. Torpaq sahələrinin və evlərin bir hissəsi Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası əsassız və qanunsuzdur. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X3” MMC hazırkı iş üzrə üçüncü şəxs kimi cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2055/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024cü il tarixli nömrəli qərardadı ləğv edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən, torpaq sahəsinin “X3” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘’Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bununla əlaqədar olaraq hazırki inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə cizgi sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli sərəncamından görünür ki, iddiaçının ərizəsi nəzərə alınaraq və “Əzizbəyovneft” NQÇİ-nin 3187/01-4 nömrəli 2/X-89-cu il Bakı şəhər XDS İcraiyyə Komitəsinin 7-7192/7 nömrəli, 4/X-89-cu il tarixli məktubları rəhbər tutularaq İddiaçı Buzovna qəsəbəsində 980 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-12/2-Ə-107-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması barədə Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizə tapşırığa əsasən RİHB-nın Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilir ki, istifadəsində olan torpaq sahəsi “X3” MMC-nin ərazisində yerləşdiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-07684/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Buzovna qəsəbə nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1993cü il tarixli, 31 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12/2- 125/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Qeyd olunanlara əsasən İddiaçı Buzovna qəsəbəsində torpaq sahəsinin ayrılması barədə sərəncamın, ona aid digər sənədlərin və Bakı şəhər XDS İKnin xx.xx.1989-cu il tarixli, 3187/01-4 №-li məktubunun təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 may 2024-cü il tarixli, 5-12/2-1046/2024 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001 -ci il tarixli 96-//QD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Məcəllənin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək, torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq, torpaq kadastrının aparılmasını təşkil etmək, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçi ilərinin və icarəçilərinin hüquqlarını qorumaq və s. rayon, şəhər xalq deputatları Sovetlərinin və Azerbaycan Respublikasının rayonlarında, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il, 372 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür) Əsasnaməyə görə torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Belə ki, 1993-cü il üzrə verilmiş sərəncamlar Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli nömrəli sərəncamının hansı əsaslarla verildyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Cavabdeh 5-12/2-735/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin "X3” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(112)-2628/2024 nömrəli qərardadı ilə hazırkı tələb üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh ilə iddiaçı arasında hər hansı inzibati mübahisə yaranmadığından iddiaçı cavabdeh tərəfindən onun hansı hüquqlarının pozulduğunu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetrilmədyini əsaslandıra bilməməsi ilə bağlı düzgün qənaətə gələrək iddia mümkün sayılmamışdır. Bundan əlavə, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd olunanları nəzərə alaraq İddiaçımın Cavabdehnə qarşı torpaq sahəsinə cizgi sxeminin verilməsi öhdəliyinin Bakı şəhəri, Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12/2- 2872/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş 26 iyul 1993-cü il tarixli, 31 nömrəli sərəncam, ona aid digər sənədlər Cavabdehndə mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qəsəbə nümayəndələrinin torpaq ayırma səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən sərəncamın hüquqi əsası yoxdur. İddiaçı Cavabdeh tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Cavabdeh başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12-5/2-522/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı torpaq sahəsinin ayrılıbayrılmaması ilə bağlı Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hər hansı bir məlumat mövcud deyildir. Qeyd olunan sənədlərin əldə olunması ilə bağlı Arxiv İdarəsinə müraciət oluna bilər. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı və məqsədi X5) Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyi tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə yerləşmə cizginin tərtib edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə dair cizginin verilməsinə dair qanuni gözləntisi varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 may 2024-cü il tarixli, 5-12/2-1046/2024 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001 -ci il tarixli 96-//QD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Məcəllənin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək, torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq, torpaq kadastrının aparılmasını təşkil etmək, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçi ilərinin və icarəçilərinin hüquqlarını qorumaq və s. rayon, şəhər xalq deputatları Sovetlərinin və Azerbaycan Respublikasının rayonlarında, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il, 372 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür) Əsasnaməyə görə torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Belə ki, 1993-cü il üzrə verilmiş sərəncamlar Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli nömrəli sərəncamının hansı əsaslarla verildyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən 5-12/2- 2872/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş 26 iyul 1993-cü il tarixli, 31 nömrəli sərəncam, ona aid digər sənədlər Cavabdehndə mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qəsəbə nümayəndələrinin torpaq ayırma səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən sərəncamın hüquqi əsası yoxdur. İddiaçı Cavabdeh tərəfindən torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab edilir.Həmin Məcəllənin 64.4-cü maddəsinə əsasən isə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, torpaq ayırma səlahiyyəti olmayan qanunvericiliklə nəzərdə tutulmayan inzibati orqan tərəfindən qəbul edilmiş sərəncam (inzibati akt) əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi barədə iddia qanunsuz və əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-2628/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2628/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver