Məhkəmə qərarları › İş №2-1(112)-263/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-263/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-263/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 20C ünvanında yerləşən fərdi yaşayış evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi, tam mülkiyyətinə verilməsi və tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyesterindən texniki pasportun verilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyata alınmaqla çixarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, AR-nın ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Xətai rayonu, Xətai pr, Zığ yolu küçəsi, hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, 28.07.2015-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə AR-nın ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Cavabdeh 09.07.2019-eu il tarixli məktubu ilə iddiaçıya imtina cavabı verib. AR-nın ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı ünvan 2 ünvanında yerləşən yaşayış evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi ilə bağlı ƏMDK-nin 193 nömrəli Çağrı Mərkəzindən göndərilmiş 19.08.2019cu il tarixli müraeiətimə cavabdeh 08.08.2019-cu il və 30.09.2019-eu il tarixli məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı müraciətində qeyd edilən məsələnin araşdırılması məqsədilə adı çəkilən fərdi yaşayış evinə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı iddia edilən tikintinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı huqüqmüəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin tikili etibarnamə üzrə səlahiyyətli nümayəndə İddiaçı məxsus fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınan zaman fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport (yaşayış evinin sahəsi 159,40 kv.m. göstərilib) və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış sənədində öz əksini tapmamışdır. İddiaçı qeyd edir ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini o zəbt etməmiş və uzun müddətdir ki, yəni 2007-ci ildən indiyədək heç kəsə mane olmadan onların istifadəsindədir. Həmin torpaq sahəsinin 30 kv.m hissəsinə iddiaçının mülkiyyət hüququ var. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda bildirilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 20C ünvanında yerləşən fərdi yaşayəş evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi, tam mülkiyətinə verilməsi və tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun verilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 09.01.2019-cu il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (110 kV-luq) və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin bildirirlər ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq (faktiki iki mərtəbəli olsa da, layihədə bir mərtəbəli kürsülü göstərilmişdir və lisenziyası yoxdur) mövcuddur. Habelə torpaq sahəsi Zığ yolunun kənarından 8.7m. və 10.7m. məsafədə yerləşir. Bu səbəblərdən cavabdeh tərəfindən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 29.01.2019-ci il tarixli, **********82 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsdasən iddiaçı iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında İ-ЖГ№394244 saylı 27 aprel 1977ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə ilə X2 27.04.2014-cü ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.013 ha sahədən ibarət torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabında **********88 saylı nömrə ilə 21 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 20C ünvanında yerləşən fərdi yaşayış evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi, tam mülkiyyətinə verilməsi və tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyesterindən texniki pasportun verilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyata alınmaqla çixarışın verilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. İşdə olan 05/126 saylı 19.12.2005-ci il tarixli Sərəncama əsasən Xətai rayon Bələdiyyəsi tərəfindən, BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin planlaşdırma idarəsi tərəfindən təsdiq edilmiş cizgidən görünür ki, Zığ yolu küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. Həmin cizgidə göstərilən sahədən Xətai rayon QİL-nın balansında olan orta təzyiqli D=219 mm qaz kəmərinin 5 metr məsafədən keçdiyi, MQKİ-nə məxsus d=500 mm-lk qaz xəttinin 15 metr məsafədən keçdiyi Xətai rayon Qİİ-nin baş mühəndisi tərəfindən aparılan qeyd “Azəriqaz” İB-yi tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmənin sorğusu əsasında 15 noyabr 2019-cu il tarixli məktubla təqdim olunan, -Döviət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş Kod 01000003, 20.02.2006cı il tarixli, JN-28096H nömrəli Şəhadətnamədən görünür ki, Xətai rayonu Xətai Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 05/128 saylı Sərəncamı ilə təsdiq edilmiş fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahədən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş AN-İ№0095731 saylı 03 noyabr 2006-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Döviət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 20.02.2006-cı il tarixli Kod 01000003, JN-28096H nömrəli Şəhadətnaməyə əsasən İddiaçı məxsus Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahəsindən 0,007 ha hissəsini X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın cavabdeh tərəfindən təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.013 ha torpaq sahəsinin üzərində yerləşən 159.4 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçərək bu barədə reyestr kitabında ********** saylı nömrə ilə 16 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 17 dekabr 2019-cu il tarixli, 02-16-2000 saylı məktubdan görünür ki, Xətai rayonu, Zığ yolu küçəsi 20 C ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə "xxxx" MMC-nin mütəxəssislər tərəfindən baxış keçirilmiş və həmin ünvandakı torpaq sahəsinin və artırılan tikintinin yüksək gərginlik elektrik verilişi xəttinin mühafizə zonasına düşmədiyi, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 №li, 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən 110 kv-luq elektrik verilişi xəttlərinin mühafizə zonası hava xəttinin keçdiyi tras boyu kənar məftillərdən hər iki tərəfə 20 metr qəbul olunduğu qeyd olunmuşdur. İşdə olan “Azəriqaz” İB-nin Bakı Regional Qz İstismarı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 13 yanvar 2020-ci il tarixli, ZM-30 saylı məktubdan görünür ki, ünvan 6 ünvanda yaşayan İddiaçı məxsus 0,013 ha torpaq sahəsinə keçirilən baxış nəticəsində məlum olmuşdur ki, qeyd olunan ərazidə “Azəriqaz” İB-nə aid qaz kəmərləri və avadanlıqlar mövcud deildir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sorğuya cavab olaraq məhkəməyə ünvanlanan 13 iyul 2020-ci il tarixli məktubdan görünür ki, idarənin texnikinventarlaşdırıcısı tərəfindən çöl-ölçmə işləri aparılaraq sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 130 m2 olmasına baxmayaraq, faktiki mişar daşı ilə hasar daxilində 236,5 m2 torpaq sahəsinin mövcud olduğu və üzərində ümumi sahəsi 159,4 m2 olan fərdi yaşayış evinin olduğu, həyətyani sahədə Sta =55 m2 olan tikili inşa edildiyi, həmin tikilinin çox hissəsinin artıq sahənin üzərində yerləşməsi səbəbindən texniki pasportda öz əksini tapmadığı, həmçinin əlavə 2-ci mərtəbənin eyvan sahəsinin də qanunamüvafiq olaraq çıxarışda ümumi sahəyə daxil edilmədiyinin müəyyən oluduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 7 ünvanında yerləşən 0,013 ha torpaq sahəsinin koordinatlarının naturada üst-üstə düşməsi, düşmədiyi təqdirdə hansı həcmdə koordinatların kənarda olması, qeyd olunan fərdi yaşayış evinin ümumi ölçüsünün nə qədər olduğur və həmin fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində inşa edilib-edilməməsi, kənarlaşma olduğu təqdirdə həmin kənarlaşmanın hansı sahəni əhatə etməsini müəyyənləşdirilməsi üçün məhkəmənin öz təşəbbüsü əsasında məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması və iş üzrə rəy verilməsi üçün qərardad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmış, ekspertin vəsatətinə əsasən qərardadda qoyulmuş sualların həll edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi tələb edilmiş, sorğu icra edilməsi üçün sonuncuya göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərəfindən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib olunan mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemi və Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Mübahisələndirilən idiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin ümumi sahəsi 235kv.m bundan tikinti altında 172kv.m təşkil edir. 1.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli çıxarışın koordinatlarının təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışa əsasən İddiaçı qızna məxsus olan ünvan 7 ünvanında yerləşən 0,013 ha torpaq sahəsinin koordinatlarının naturada ölçülmüş idiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə ust-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 2. İddiaçı Kənm qızının faktiki istifadəsində ümumi sahəsi 235kv.m torpaq sahəsi var ki, bundan tikinti altında 172kv.m təşkil edir. İddiaçı qıznın adına verilmiş **********88-10301 reyestr nömrəli çıxarışın koordinatlarının təqdim edilməməsi səbəbindən İddiaçı Kənm qızının istifadəsində olan fərdi yaşayış evinin (iddiaçının) onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatında bildirilir ki, sözügedən torpaq sahəsi əvvəlki vəziyyətdə DTXK-nın verdiyi Jn- 28096 saylı şəhadətnaməyə əsasən 0.02 ha olmaqla iddiaçının mülkiyyətində olmuşdur. Sonradan sahənin 0.007 ha hissəsi qərb tərəfdən bölündükdən sonra yerdə qalan sahə sənəd üzrə 130 m2 olmasına baxmayaraq, faktiki mişar daşı ilə hasar daxilində 236,5 m2 torpaq sahəsi mövcuddur və üzərində ümumi sahəsi 159,4 m2 olan fərdi yaşayış evi var. Həyətyani sahədə St.a =55 m2 olan tikili inşa edilmişdir. Həmin tikilinin çox hissəsi artıq sahənin üzərində yerləşdiyindən texniki pasportda öz əksini tapmamışdır. Bundan əlavə 2-ci mərtəbənin eyvan sahəsi də qanunamüvafiq olaraq çıxarışda ümumi sahəyə daxil edilməmişdir. Bundan əlavə olaraq cənub tərəfdən artırılmış torpaq səhəsi elektron bazada yaxınlıqdan keçən qaz kəmərinin( yeraltı) mühafizə zonası ola bilər. Bununla bağlı aidiyyəti qurumun müvafiq rəyi tələb olunmalıdır. Beləliklə işin halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Çıxarışına əsasənBakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.013 ha sahədən ibarət torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Xətai rayon Bələdiyyəsi tərəfindən, BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin planlaşdırma idarəsi tərəfindən təsdiq edilmiş cizgiyə əsasən Zığ yolu küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. Həmin cizgidə göstərilən sahədən Xətai rayon QİL-nın balansında olan orta təzyiqli D=219 mm qaz kəmərinin 5 metr məsafədən keçdiyi, MQKİ-nə məxsus d=500 mm-lk qaz xəttinin 15 metr məsafədən keçdiyi Xətai rayon Qİİ-nin baş mühəndisi tərəfindən aparılan qeyd “Azəriqaz” İB-yi tərəfindən təsdiq edilmişdir. Döviət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş Kod 01000003, 20.02.2006-cı il tarixli, JN-28096H nömrəli Şəhadətnaməyə əsasən Xətai rayonu Xətai Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 05/128 saylı Sərəncamı ilə təsdiq edilmiş fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahədən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş AN-İ№0095731 saylı 03 noyabr 2006-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahəsindən 0,007 ha hissəsini X1. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 0.013 ha torpaq sahəsinin üzərində yerləşən 159.4 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına 16 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı mütəxəssislər tərəfindən çöl-ölçmə işləri aparılaraq sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 130 m2 olmasına baxmayaraq, faktiki mişar daşı ilə hasar daxilində 236,5 m2 torpaq sahəsinin mövcud olduğu və üzərində ümumi sahəsi 159,4 m2 olan fərdi yaşayış evinin olduğu, həyətyani sahədə Sta =55 m2 olan tikili inşa edildiyi, həmin tikilinin çox hissəsinin artıq sahənin üzərində yerləşməsi və bu səbəbdən də texniki pasportda öz əksini tapmadığı, əlavə olaraq 2-ci mərtəbənin eyvan sahəsinin də qanunamüvafiq olaraq çıxarışda ümumi sahəyə daxil edilmədiyi müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən daşınmaz əmlaka dair elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hüquqlarının qeydə alındığı ona məxsus fərdi yaşayış evinin ölçülərinin düzgün qeydə alınmadığını iddia edərək, lakin əslində özbaşına zəbt etdiyi torpaq sahəsində inşa etmiş olduğu fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada onun adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə dair 67,20 (altmış yeddi manat 20 qəpik) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Hesab: AZ23AİİB********************) nəfinə keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə dair 67,20 (altmış yeddi manat 20 qəpik) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Hesab: AZ23AİİB********************) nəfinə keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar