Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-263/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin baş mütəxəssisi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı qanunamüvafiq qaydada və məbləğdə (bütün mükafat/əlavələr nəzərə alınmaqla) pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il təvəllüdlü olmaqla 2020-ci ilin iyun ayından “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmış və ona pensiya məbləği müəyyən edilmişdir. Hazırda onun 66 yaşı var və pensiya alır. Bununla belə, İddiaçı təyin edilmiş pensiya məbləği ilə razı olmayaraq hesab edirlər ki, X1 qulluq illəri ərzində əlavə mükafatlar ödənilsə də, lakin bu məbləğlər pensiya təyin edilərkən nəzərə alınmamış və ona gözləniləndən az pensiya təyin edilmişdir. Ona pensiya hesablanarkən nəzərə alınan əmək haqqısı 86010,85 (səksən altı min on manat səksən beş qəpik) olmuşdur. Lakin, bu məbləğə qulluq illəri ərzində ona ödənilmiş mükafatlar, əlavələr daxil edilməmişdir. Bu səbəbdən, xx.xx.2021-ci il tarixdə vətəndaş X1 təyin edilmiş pensiya məbləğinin ona mükafat, əlavə kimi ödənilmiş bütün məbləğlər nəzərə alınmaqla yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialından xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021 -ci il tarixli, **********0 saylı “Əmək pensiyasının məbləği haqqında” cavab məktubunda qeyd edilir ki, “vətəndaş İddiaçı Mərkəzi Filial tərəfindən 01 iyun 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtiylə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı - 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 639,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi - 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi - 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar, adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi - 3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.”. Qeyd edilənlərlə razı olmayaraq bildirilmişdir ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə görə dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır (Maddə 22.1). Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir (Maddə 22.2.). Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. İş materiallarına əlavə edilmiş, Fərdi şəxsi hesabı barədə elektron sitemdən çıxarış Sosial arayışdan görünür ki, İddiaçı pensiyaya çıxdığı xx.xx.2020-ci ilədək son on iki ay ərzində dövlət məvacibinin orta aylıq məbləği təxminən - 9311 (doqquz min on bir) manat olmuşdur. Belə ki, sosial arayışda İddiaçı son on iki ay üzrə gəlirlər aşağıdakı kimi qeyd olunmuşdur: 2019-cu ilin müvafiq ayları üzrə (manatla) iyun – 6591.0; iyul – 6406.4, avqust 5781.6; sentyabr 6818.2; oktyabr 7201.6; noyabr 11385.8; dekabr 27692.2; 2020-ci ilin müvafiq ayları üzrə - yanvar 5689.3; fevral – 5327.2; mart – 14536.27; aprel – 5485.68, may – 8820.4. Məvacibinin bir illik ümumi məbləği – 111.735,65 manat, məvacibin orta aylıq məbləği – 9311.3. Qeyd olunanlara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə görə qulluq stajına (33 il 3 ay 29 gün) uyğun olaraq məvacibin 80 faizi – təxminən 7449 (yeddi min dörd yüz qırx doqquz) manat təşkil edir. Göründüyü kimi, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə uyğun pensiya hesablanaraq təyin edilməmiş və müvafiq orqana bununla bağlı müraciət edilsə də, imtina edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı təyin edilmiş pensiyanın qanunamüvafiq qaydada və məbləğdə (bütün mükafat, əlavələr nəzərə alınmaqla yenidən heablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı Filiala xx.xx.2021-ci il tarixdə müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli **********0 nömrəli cavab məktubunda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddələrinə uyğun olaraq hesablanması barədə məlumat verilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-aək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavəiəri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Göründüyü kimi, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı xx.xx.2020-ci il tarixdən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi-3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4251,93 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin baş mütəxəssisi X7 öz izahatında bildirdi ki, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə müvafiq surətdə təyin edilmişdir. Onun dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı qanunvericiliyin tələblərinə əsasən işlədiyi müəssisə tərəfindən verilmiş arayış əsas götürülmüşdür. Qanunvericiliyə əsasən iddiaçının istinad etdiyi sistemdən çıxarış onun əmək pensiyasının hesablanması zamanı əsas götürülə bilməz. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0*******4 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona Filial tərəfindən 1 iyun 2020-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1,7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi-3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İş materiallarına iddiaçı tərəfindən Fərdi şəxsi hesab barədə elektron sistemdən çıxarılmış sosial arayış əlavə edilmişdir. İş materiallarına iddiaçı tərəfindən əmək kitabçalarının surəti əlavə edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 02 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubla iddiaçıya məxsus pensiya işinə dair sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun ümumi iş stajı 48 il, 2 ay, 50 gün, dövlət qulluğu stajı 33 il, 3 ay, 29 gün, xx.xx.1992-ci ilə kimi iş stajı 4 il 10 ay, 29 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə kimi iş stajı 14 il. Son 24 ayın əmək haqqısı – 2018-ci il üzrə - 6 ay, 2019-cu il üzrə - 12 ay, 2020-ci il üzrə - 6 ay götürülmüş, vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin baş məsləhətçisi – 2130.00 manat, qulluq stajına görə əlavə 30% - 639.00 manat, hakimiyyət səlahiyyətlərinə görə əlavə – 0 manat, mükafat və müavinət 1480 % - 1313.50, dövlət məvacibi 4212.50 manat, pensiya faizi 80 faiz – 3370.00 manat hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən 2 nömrəli Əlavə - əmək haqqının aylar üzrə məbləği təqdim edilmişdir. Həmin əlavədə də, iddiaçının pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı məbləği 86010,85 manat təşkil etmişdir. İşdə olan “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” aryaışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən İddiaçı xx.xx.2018xx.xx.2020-ci il tarixləri əhatə edən dövr ərzində əmək haqqı barədə məlumat təqdim edilmiş, cəmi məbləğ 86010, 85 (səksən altı min on manat 85 qəpik) təşkil etmişdir. 2018-ci il iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə cəmi – 10994,11 manat; 2019-cu il yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə - 20508,20 manat; 2020-ci il yanvar, fevral, mart, aprel, may ayları üzrə - cəmi 11205,33 manat. Məhkəmənin 2-1(112)-1045/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 dekabr 2022-ci il tarixli, 9/6664 nömrəli məlumat təqdim edilərək bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə vəsatətlə müraciət olunmuş, vəsatətin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022- ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuşdur. Həmin məktub əsasında xx.xx.2022-ci il tarixdə DSMF-nin XŞTMF-nin baş mütəxəssisi X5 Məhkəmə Ekspertizası Mərkəzində ekspertiza tədqiqatında iştirak etmiş və protokol tərtib olunmuşdur. Lakin, protokolun tərtib olunduğu tarixdən bir aydan artıq keçməsinə baxmayaraq DSMF-nin XŞTMF-nin mütəxəssisi tərəfindən mütəxəssis rəyi təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 oktyabr 2022-ci il tarixində keçirilmiş iddiaçının pensiyasının hesablanması zamanı yaranmış sualların cavablandırılması üçün ekspertiza tədqiqatında mütəxəssis kimi iştirak etmiş Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mütəxəssisi Elşən Həsənlinin tədqiqata dair rəyindən görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 1 iyun 2020-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar adı çəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi-3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. "Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 4251,93 manat təşkil edir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraicət etmiş və cavabdeh tərəfindən onun müraciəti xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmışdır. Cavabdehin cavabından narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsssız olduğundan təmin edilməməlidir. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıda sadalanan normalarını qeyd etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2.5-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, habelə onların ailə üzvləri istisna olmaqla) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayış əmək pensiyasının təyin edilməsi üçün müraciətə əlavə edilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçıya qanunvericiliyin yuxarıda sadalanan normalarına müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən ümumi iş stajı 48 il, 2 ay, 50 gün, dövlət qulluğu stajı 33 il, 3 ay, 29 gün, xx.xx.1992-ci ilə kimi iş stajı 4 il 10 ay, 29 gün, xx.xx.1992ci ildən xx.xx.2006-cı ilə kimi iş stajı 14 il olmaqla, son 24 ayın əmək haqqısı – 2018-ci il üzrə - 6 ay, 2019-cu il üzrə - 12 ay, 2020-ci il üzrə - 6 ay əsas götürülməklə həmin dövrlər üzrə iddiaçının işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin verdiyi əmək pensiyasına qulluq staıjna görə əlavələrin hesablanması üçün arayış - 3 nömrəli əlavəyə əsasən, vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin baş məsləhətçisi – 2130.00 manat, qulluq stajına görə əlavə 30% - 639.00 manat, hakimiyyət səlahiyyətlərinə görə əlavə – 0 manat, mükafat və müavinət 1480 % - 1313.50 manat olmaqla orta aylıq əmək haqqı 4212.50 manat təşkil etmişdir. Onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212.50 manat) 80 faizi – 3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. "Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 4251,93 manat təşkil etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-263/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-263/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver