Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-263/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mühafizə zolağına düşən torpaq səhəsinə isitfadə hüququ verilməsi nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının Quli-zadə Xəlil İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrdən arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə xx.xx.2024-cü il tarixli qərardad ilə iddia tələbi “ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 0,1875 ha göstərilməklə mərhum Quli-zadə Xəlil İsrafil oğluna məxsusluğu barədə arayışın verilməsi” kimi dəyişdirilmişdir.
3. Cavabdehin nümayəndəsi tələdin dəyişdirilməsinə etiraz etməmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Quli-zadə Xəlil İsrafil oğlunda miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan №**********54 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi Xəzər dəniz mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 1978 kv.m. qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. Eyni zamanda, cavabdeh orqan Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlət mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Belə ki, Torpa Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80- 130 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin maddənin 2-1-ci bəndinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrilk zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. 2 dekabr 2008-ci il tarixli, 728-İİİQD №-li Qanunla Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasında və 2-1-ci bəndinin birinci cümləsində “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmiş, həmin maddənin 2-1-ci bəndinin birinci cümləsindən “dövlət məqsədləri üçün” sözləri çıxarılmışdır. Belə olan halda, iddia olunan torpaq sahəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə hansı hissədə aid olduğu müəyyən edilməlidir. Müsbət halda (yəni iddia olunan torpaq sahəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə aid olduğu müəyyən edildikdə), Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin tələbinə görə, iddiaçı həmin torpaq sahəsinə istifadə hüququnun qeydə alınması (cavabdeh bundan imtina etdikdə) iddia edə bilər. Xüsusi ilə qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi yerdən dənizə qədər arasında yaranan məsafə daşlı-qayadan ibarət olduğunu nəzərə alaraq, həmin hissədə mühafizə zolağının ölçüsü neçə metr təşkil olunduğu müəyyən edilməlidir. Belə ki, həmin ərazidə mühafizə zolağı 20 metr də olan bilər 30 metr də və yaxud 40-50 metr də. Bu səbəbdən hesab edilmişdir ki, sözü gedən mühafizə zolağı əraziyə uyğun hansı ölçüdə müəyyən olunduqdan sonra, iddiaçının iddia etdiyi torpaq sahəsi mühafizə zolağına düşdüyü sahəyə dair istifadə hüququ verilməlidir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, hüquq sahibi Quli-zadə Xəlil İsrafil oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 1978 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı mühafizə zolağına düşən torpaq sahəsinə istifadə hüququ verilməsi nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının Quli-zadə Xəlil İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq arayışın (çıxarışın) verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2022-ci tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi (380 kv.m) Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 1978 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********54 nömrəli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, azalan sahənin üstündə A yaşayış evi mövcud olmuş və daha sonra sökülmüşdür. Sökülmüş həmin sahə qonşunun ərazisi daxilindədir. Həmçinin В tikilisinə birləşik əlavə 40,0 kv.m otaqlar tikilmiş və açıq eyvan sahələri bağlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2.1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
7. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Baki Şəhəri 39 Sayli Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Quli-zadə Xəlil İsrafil oğlunun xx.xx.1986-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir.
8. 11.04.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi S=390.0 m2 azdır və azalan sahənin üstündə A yaş evi olmuşdur və sökülmüşdür. Sokülmüş həmin sahə digər vətəndaşın qonşunun sahəsinin daxilindədir. B yaş evinə birləşik əlavə 40.0 m2 tikili otaqlar tikilmişdir və açıq eyvan sahələri bağlanmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxanı küçəsi, 11 saylı torpaq sahəsinə dair məlumatın məhkəməyə göndərilməsi barədə məktubda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1978,0 kv.m qeyd edilsə də, faktiki olaraq ölçüsü 1875,0 kv.m təşkil edir. Sahənin sərhədləri mişar daşı ilə hasarlanıb. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi 1875,0 kv.m torpaq sahəsinin 685,0 kv.m hissəsi Xəzər dənizin mühafizə zolağında yerləşir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli ünvan 4 ünvanının müayinə aktı və AR mənsub olan bölməsinin sahilboyu 20-50 m zolağına düşüb-düşməməsi haqqında ətraflı məlumatın məhkəməyə göndərilməsi barədə məktubda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1978,0 kv.m qeyd edilsə də, faktiki olaraq ölçüsü 1875,0 kv.m təşkil edir. Sahənin sərhədləri mişar daşı ilə hasarlanıb. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi 1875,0 kv.m torpaq sahəsinin 685,0 kv.m hissəsi Xəzər dənizin mühafizə zolağında yerləşir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin Xəzər dənizinin (gölünün) mühafizə zonasının müəyyən edilməsi haqqında məlumatın göndərilməsi ilə bağlı məktubunda bildirilmişdir ki, faktiki göstərilən 1875 kv.m olan sahənin 661.0 kv.m hissəsi vahid elektron kadastr bazasına 50 metrlik mühafizə zolağı daxilində yerləşir.
12. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin verilməsi haqqında qərardadı ilə vəsatət təmin edilmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mütəxəsis rəyinin alınması qərara alınmışdır: - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının müəyyənləşdirilməsi meyarları barədə (hansı hissədə neçə metr olması); - Həmin meyarlara uyğun olaraq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağında yerləşən hissəsi barədə.
13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanan İddiaçı Xəlil oğlunun daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını qeydə almaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbinə əsasən məhkəmə qərardadının icrası barədə məlumat verilməsinə dair müraciət məktubuna tərəfimizdən aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan xx.xx.2023-cü il tarixli, 2-1(112)-1152/2023 nömrəli eyni məzmunlu müraciət məktubunuza əsasən (ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının Qulizadə Xəlil İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə dövlət reyestrindən arayışın verilməsi iddia tələbi üzrə qərardadın icrası ilə bağlı) qeyd olunan ünvanda İddiaçı Xəlil oğlu, iddiaçının vəkili Vəkil Yunus oğlu, Geodeziya və X2 mütəxəssisi X4 ilə birgə İdarənin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Geodeziya və X2 mütəxəssisi tərəfindən sözügedən ərazidə koordinatlar vurulmuş və qərardadda göstərilən torpaq sahəsinin Xəzər dənizinin (gölünün) sahil zolağından 45 metr məsafədə yerləşdiyi müəyyən olunmuşdur (xəritədə torpaq sahəsinin sxemi əlavə olunur). Bununla əlaqədar olaraq, xx.xx.20203-cü il tarixli, 3-14-25/2-080/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Bildirilmişdir ki, Xəzər dənizinin (gölünün) sahil zolağı boyu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli 315 saylı qərarı ilə təsdiq olunmuş, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu 20-50 metrlik zolağının kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirinə əsasən müəyyən edilir və sahilboyu 20-50 metrlik zolağının müəyyənləşdirilməsi meyarları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyəti çərçivəsində olmadığından aidiyyəti üzrə müraciət olunmasını məqsədəmüvafiq hesab edilmişdir.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
23. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
24. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
32. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
33. İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 0,1875 ha göstərilməklə mərhum Quli-zadə Xəlil İsrafil oğluna məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.
34. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin (gölünün) mühafizə zonasında yerləşir.
35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən 1981-ci il tarixdə Səvxanı küçəsi ev 11 ünvanına dair Quli-zadə Xəlil İsrafil oğlunun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir Texniki pasportun təsdiq edilmiş arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir (əslinə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmişdir). Texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 1978,7 kv.metr olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur.
36. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki olaraq ölçüsü 1875,0 kv.m təşkil edir. Odur ki, iddiaçı həmin faktiki torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını tələb edir.
37. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən verilmiş 1975-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə mərhumun hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. 38.Lakin məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
39. Odur ki, həmin torpaqlar vətəndaşlara əvəzsiz olaraq verildiyindən torpaq sahəsinin Xəzər dənizinin (gölünün) mühafizə zonasına düşən hissəsi istisna edilməlidir.
40. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, torpaq sahəsi Xəzər dənizinin (gölünün) sahil zolağından 45 metr məsafədə yerləşir.
41. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin yeddinci abzasına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara adi edilmişdir (2 dekabr 2008-ci il tarixli 728-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 46-cı maddəsinin 1-ci bəndinin yeddinci abzasında, 2-1-ci bəndinin birinci cümləsində və 110-cu maddəsinin onuncu abzasında “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmişdir).
42. Məhkəmə qeyd edir ki, mühafizə zonasına düşən hissə ilə bağlı cavabdeh tərəfindən müxtəlif məlumatlar verilmişdir. Mütəxəssis rəyinə əsasən isə torpaq sahəsi Xəzər dənizinin (gölünün) sahil zolağından 45 metr məsafədə yerləşdiyi qeyd edilir. Odur ki, məhkəmə məhz həmin məlumatı mötəbər hesab edərək qeyd edir ki, mühafizə zolağının qalan 5 metr hissəsi (50-45) iddia olunan torpaq sahəsinin bir hissəsinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin təfsilatlı ölçülərini göstərən cizgi iş materiallarına əlavə edilmiş və iddia olunan sahənin Xəzər dənizi (gölü) istiqamətində uzunluğu 22,20 metrdir. Odur ki, mühafizə zonasına düşən hissə də məhz 111 kv.m. təşkil edir (22,2 metr x 5 metr=111 kv.m.). Torpaq sahəsinin faktiki ölçüsü 1875 kv.m. təşkil etdiyindən mühafizə zonasına düşməyən qalan 1764 kv.m. torpaq sahəsi (0,1764 ha) üzərində (1875 kv.m.-111 kv.m.=1764 kv.m.) mərhumun mülkiyyət hüquqları qeydə alınaraq məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə (mühafizə zonasına düşən 111 kv.m. (0,111 ha) iddia tələbi təmin edilməməlidir.
43. Odur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun tamamilə imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
45. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
46. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
49. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
52. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 0,1764 ha hissəsinin mərhum Quli-zadə Xəlil İsrafil oğluna məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva