Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2632/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı «evdən qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, xx.xx.1981-ci il təvəllüdlü X3 Bakı şəhəri. Xətai rayonu, H.Salmani küçəsi, 1-ci döngə, 4 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsində, 1-ci döngə, 4 saylı ev ona məxsusdur.Həmin evdə uzun illərdir tək yaşayır. 2015-ci ildə qohumu hazırkı 3-cü şəxs olan X6, şəxsi evinə pasport qeydiyyatına salmışdır. Belə ki, həmin vaxt Taleh Ağstafa rayonunda yaşayırdı, Bakı şəhərində işləmək üçün onun şəhər ərazisində müvvəqəti pasport qeydiyyatı lazım idi. Bu şəbəbdən də onu evinə formal olaraq pasport qeydiyyatına salmışdır.Taleh Abdullayev 2015-ci ildən pasport qeydiyyatında olsa da, bir gün belə onun mənzilində yaşamamışdır. O, daim rayonda yaşamış, paytaxtda isə kirayədə qalmışdır.X7 artıq uzun bir müddətdir ki, 2015-ci ildən Rusiya Federasiyasına çıxıb getmişdir. Belə ki, onun işi paytaxtda alınmadığı səbəbindən o, Rusiya Federasiyasına getmək məcburiyyətində qalmışdır. O tarixdən etibarən Rusiya Federasiyasında yaşayır və orda işləyir.Bundan başqa, o, Xətai Rayon Məhkəməsinə X3 istifadə hüququna xitam verilməsinə dair rəsmi iddia ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6902/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.X3 ünvan 1 ünvanından pasport qevdiyyatından çıxarılmasına dair ərizə ilə Cavabdehnə müraciət etsə də, müraciətinə cavab olaraq, xx.xx.2019-cü il tarixli, 101-5190A-3219 məktub ilə X3 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bütün yuxarıda qeyd olunanları əsas götürərək, pozulmuş hüquqlarının bərpası üçün məhkməyə müraciət edir, xx.xx.1981-ci il təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, 1-ci döngə, 4 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsini qanunauyğun hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların şəlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Cavabdeh tərəfindən İddiaçıünvanlanmış xx.xx.2019-cu il tarixli 101-5190A-3219 saylı məktubda qeyd olunur: Müraciətinizdə X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2 Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini iddiaçının təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6902/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh X4 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, döngə 1, 4 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədə qeyd edilmişdir ki, «iddiaçının fərdi yaşayış evi qanunsuz tikinti olduğundan cavabdehin həmin mənzilə istifadə hüququ mövcud deyildir və buna görə də istifadə hüququna xitam verilə bilməz. Bu səbəbdən iddia tələbi rədd edilməlidir». Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı X3 Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, 4-cü döngə, 1 saylı evdən qeydiyyatdan çıxarılmasını göstərsə də, həm iddiaçıya, həm də X4 məxsus şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, hər ikisi ünvan 3 ünvanında qeydiyyatdadırlar, eyni zamanda iddiaçının Bakı şəhər Cavabdehnə müraciətindən və müraciətə cavabdan görünürki, iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvan ünvan 3-dür. İddia ərizəsinin əsaslandırılmasından da görünür ki, mübahisələndirilən ünvan ünvan 3-dür. Ona görə də məhkəmə bunu texniki yanlışlıq kimi qəbul edir və iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvanı ünvan 3 kimi qəbul edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvan ünvan 5 özbaşına tikilidir. İddiaçı həmin ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6902/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, iddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, döngə 1, 4 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, iddiaçının fərdi yaşayış evi qanunsuz tikinti olduğundan iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, qeyd olunan ev özbaşına tikilidir və iddiaçı həmin evin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtinao lunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı «evdən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2632/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2632/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver