Məhkəmə qərarları › İş №2-1(112)-2633/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2633/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2633/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Qarayev Sahib oğlunun (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N8-ci ildən xx.xx.N8-ci ilə kimi N saylı hərbi hissədə əmrdə əsgər kimi qeyd edildiyi üçün zabit kimi aylıq maaş verilmədiyinə əsasən həmin günlərin hesablanmasına dair pul kompensasiyasının verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N3-cü ildə C.Naxçıvanski adına hərbi litseyi, N8-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbini bitirmişdir. N7-ci ildə Dövlət imtahanının birindən qeyri-kafi qiymət aldığı üçün N saylı hərbi hissədə əsgər kimi xidmət etmişdir. N8-ci ildən yenidən imtahan verərək “zabit” olaraq N saylı hərbi hissəyə göndərilmişdir. Arxiv arayışında göstərildiyi kimi Əmrdə zabit kimi yox əsgər kimi qeyd edilmişdir. xx.xx.N8-ci il tarixdən xx.xx.N8-ci il tarixə kimi zabit kimi xidmət etsə də, ona zabit kimi aylıq maaş ödənilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı sonradan məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xidmət etdiyi Nsayli hərbi hissə, Azərbaycan Respublikasi Əmək Məcələsinin 159-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin Qərarına əsasən dəniz səviyyəsindən hündürlükdə calişan işçilərin əmək haqqının hündürlük 1200 metrdən 1500 metrədək olduqda artim əmsalının minimum 1,1, 1500 metrdən 2000 metrədək olduqda artım əmsalı 1,2, 2000 metrdən yuxarı olduqda isə artim əmsalin minimum miqdari 1,3 məbləğində müəyyən edildiyindən, əlavə olaraq tələb etdiyi ayliq maaşin 2-qatının əlavə olaraq hesablanıb ödənilməsini xahiş etmişdir. İddiaçının sözügedən tələblə bağlı cavabdeh orqana müraciət etməsi iş materialları ilə sübut edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İPM-nin 54.3-cü maddəsinə əssaən qeyd olunan ərizənin qəbulundan imtina edilməsi qənaətində olmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi N iyul N8-ci ildən N sentyabr N8-ci il tarixədək olan dövr üçün ona pul təminatının zabit kimi hesablanaraq ödənilməsi ilə bağlı bildirirlər ki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışdan göründüyü kimi, Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin əsgəri İddiaçı "leytenant" ilkin hərbi rütbəsi verilməklə eyni vaxtda N nömrəli hərbi hissədə zabit vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.N8-ci il tarixdə N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısından çıxarılaraq zabit vəzifəsinə təyin olunduğu N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədə saxlanılan pul paylama cədvəllərindən çıxarışa əsasən leytenant İddiaçı N nömrəli hərbi hissədə N8-ci ilin iyul, avqust və sentyabr aylarına görə pul təminatı N8-ci ilin sentyabr ayı üzrə tərtib olunmuş pul paylama cədvəli ilə tam həcmdə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə qarşı "vəzifə maaşının ödənilməsi tələbi"nə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəfələrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının və şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli poçt qəbzindən müəyyən edilir ki, iddiaçı müvafiq tələblə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli, 92/360 saylı Arxiv arayışından görünür ki, hərbi xidmətini davam etdirmək üçün Bakı Ali Hərbi Dənizçilik Məktəbindən gəlmiş, əsgər İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N7-ci il tarixli 271 №-li əmrilə (əsas: səh.- 93, §2, sıra-4; qeyd: əmrdə hərbi rütbəsi əsgər yazılmışdır) xx.xx.N7-ci il tarixdən 5-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edildiyi, BAHDM-ə ezam olunmuş, MİB-ün əsgəri İddiaçı ezamiyyət müddətinin Bakı Ali Hərbi Dənizçilik Məktəbinin xx.xx.N8-ci il tarixli ts/91 №-li məktubuna əsasən, N №-li hərbi hissə komandirinin N iyul N8-ci il tarixli 187 №-li əmrilə (əsas: səh.-157, §3; qeyd: əmrdə hərbi rütbəsi əsgər yazılmışdır) xx.xx.N8-ci il tarixədək uzadıldığı, əsgər İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N8-ci il tarixli 212 №-li əmrilə (əsas: səh.-43, §5, bənd-2; qeyd: əmrdə hərbi rütbəsi əsgər yazılmışdır) ezamiyyətdən hərbi hissəyə qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başladığı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli müvafiq əmrinə əsasən, “leytenant” ilkin hərbi rütbəsi verilməklə N №-li hərbi hissədə vəzifəyə təyin olunduğuna görə Mühəndis İstehkam bölüyünün əsgəri, İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N8-ci il tarixli 267 №-li əmrilə (əsas: səh.-7, §1; qeyd: əmrdə hərbi rütbəsi əsgər yazılmışdır) xx.xx.N8-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Qeyd olunur ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı xx.xx.N8-ci ildən xx.xx.N8-ci ilə kimi N saylı hərbi hissədə əmrdə əsgər kimi qeyd edildiyi üçün zabit kimi aylıq maaş verilmədiyinə əsasən həmin günlərin hesablanmasına dair pul kompensasiyasının verilməsini tələb edir. İddiaçının tələbində qeyd edilən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən hərbi qulluqçunun xidmət illərinin hesablanması vərəqində xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.N8-ci il tarixdən xx.xx.N8-ci il tarixədək xidmət illərinin güzəştli şərtlərlə bir ay üç ay hesabı ilə hesablandığının müəyyən edildiyi, iddiaçıya aylıq pul təminatı ödənişinin 3 qat olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilmişdir. Sorğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq idarəsi tərəfindən (surəti Bakı İnzibati Məhkəməsinə ünvanlanmışdır) Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin rəisinə yönləndirilərək baş leytenant İddiaçı aid olan xx.xx.N8-ci il tarixdən xx.xx.N8-ci il tarixədək N nömrəli hərbi hissənin zabit və gizirlərə pul paylama cədvəlindən çıxarışın hüquq idarəsinə təqdim edilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən Maliyyə və Büdcə İdarəsinin rəis müavininə ünvanlanan 19 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, N hərbi hissənin N8-ci il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri və N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün leytenant İddiaçı xidmət etdiyi dövrdə ona ödənilmiş pul təminatı barədə məlumat verilməsi mümkün deyil. Məktubda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli müvafiq əmrinə əsasən, “leytenant” ilkin hərbi rütbəsi verilməklə N №-li hərbi hissədə vəzifəyə təyin olunduğuna görə Mühəndis İstehkam bölüyünün əsgəri, İddiaçı N Ns-li hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli 267 №-li əmrilə (əsas: səh 7, § 1, əmrdə hərbi rütbəsi “əsgər” yazılmışdır) xx.xx.N8-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan hərbi qulluqçuların xidmət illərinin hesablanması cədvəlindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə xidmət illəri üzrə 20 il, 05 ay, 20 gün, xx.xx.2020-ci il tarixdə xidmət illəri üzrə 20 il, 09 ay, 01 gün ümumi xidmət illəri hesablanmışdır. Həmçinin “Zabitlərin, gizirlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların pul təminatının ödənişi üzrə ” N saylı hərbi hissənin Paylama Cədvəlindən görünür ki, İddiaçı iyul ayı üzrə 35.875 manat, avqust ayı üzrə 187.450 manat, sentyabr ayı üzrə 161.825 manat zabit kimi əmək haqqı almışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 03 mart 2021ci il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı müraciəti aidiyyəti üzrə baxılması üçün Müdafiə Nazirliyinə göndərilmiş və müraciətə Maliyyə və Büdcə İdarəsində baxıldığı qeyd olunaraq, iddiaçının əvvəllər Müdafiə Nazirliyinə ünvanladığı ərizələrinə qaldırdığı məsələ mənkəmə baxışında olduğundan ona cavab verilmədiyi, araşdırma zamanı N8-ci ilin iyul, avqust və sentyabr aylarına görə zabit kimi pul təminatının, xidmətini davam etmək üçün göndərildiyi N nömrəli hərbi hissə tərəfindən ona ödənildiyi bildirilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının göstərdiyi dəlilləri əsassızdır. Belə ki, işin hallarından müəyyən edilir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi N iyul N8-ci ildən N sentyabr N8-ci il tarixədək olan dövr üçün ona pul təminatının zabit kimi hesablanaraq ödənilməsini tələb edir. İş materiallarına əlavə edilən Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışa əsasən Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin əsgəri İddiaçı "leytenant" ilkin hərbi rütbəsi verilməklə eyni vaxtda N nömrəli hərbi hissədə zabit vəzifəsinə təyin edilmiş, xx.xx.N8-ci il tarixdə N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısından çıxarılaraq zabit vəzifəsinə təyin olunaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunan N nömrəli hərbi hissədə saxlanılan pul paylama cədvəllərindən çıxarışdan da müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissədə N8-ci ilin iyul, avqust və sentyabr aylarına görə pul təminatı tam həcmdə ödənilmişdir. Belə olan halda iddiaçının müvafiq əmr əsasında xx.xx.N8-ci il tarixdə N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısından çıxarılaraq zabit vəzifəsinə təyin olunaraq N nömrəli hərbi hissəyə göndərildiyindən, pul paylama cədvəllərinə əsasən onun N nömrəli hərbi hissədə N8-ci ilin iyul, avqust və sentyabr aylarına görə pul təminatının tam həcmdə aldığı müəyyən olunduğundan, hazırki tələbi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar