Məhkəmə qərarları › İş №2-1(112)-2633/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2633/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2633/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə xərcləri üçün 30 000 manat, mənəvi iztiraba görə 20 000 manat pulun verilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hal-hazıradək çəkdiyi müalicə xərcləri üçün 30 000 manat, mənəvi iztiraba görə 20 000 manat pulun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 il 11 ay 0 gün, imtiyazlı 33 il 03 ay 12 gün daxili işlər orqanında xidmət etmişdir. Səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl pensiyaya çıxmışdır. Xidmət etdiyi dövrdə bir çox xəstəlikdən tibbi qeydiyyatda olmuşdur. Şəkərli diabetdən əziyyət çəkmiş, bunun nəticəsində 2019-cu ildən retnopatiyadan əziyyət çəkir və davamlı olaraq müxtəlif klinikalarda müalicə almaq məcburiyyətindədir. Hər ay gözlərinə avastin, altuzan adlı iynə əməliyyatı keçirir. Bu isə çox bahalı bir prosedurdur. Davamlı göz iynələri, göz damcıları, vitraktemiya və katarakta əməliyyatı keçirmiş və yenə də əməliyyat olunmalıdır. Xidmət etdiyi dövrdə ona heç bir yardım edilməmişdir. Xaricə gedə bilmək üçün kömək məqsədi ilə icazə istəsə də icazə verilməmişdir. Məcbur qalaraq təqaüdə çıxmışdır. Köməksiz və çarəsizlikdən təkcə maddi deyil, həm də mənəvi sıxıntılara, iztiraba məruz qalmışdır. Rəsmi və qeyri-rəsmi müalicə xərcləri 30 000 manata yaxındır. AZE seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin dəftərxanasına iş icraçısı vəzifəsinə təyin edilmişdir. AZE seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət müddəti xx.xx.1992-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (28 il, 11 ay, 0 gün, imtiyazlı: 33 il, 03 ay, 12 gün) olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi-Həkim Komissiyası tərəfindən İddiaçı təqdim edilmiş 376 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə DİN-nin Heydər Əliyev adına Bakı NEZM üzrə Polis İdarəsinin göndərişinə əsasən şəhadətləndirilmişdir. O, 1967-ci il təvəllüdlüdür, daxili İşlər orqanlarında 1992-ci ildən hazırkı dövrədək xidmət edir. Rütbəsi polis mayoru, vəzifəsi kadr və peşə hazırlığı üzrə inspektordur. (XBT-10) E11.7 “Şəkərli diabet İİ tip orta ağırlıqda insulin tələbli mərhələ. E08.3Diabetik katarakta retinopatiya, OS- Vitreoektomiyadan sonrakı vəziyyət İOL +molekulyar ödem. Ürəyin işemik xəstəliyi. Hipertenziya İİ. Çoxdüyünlü entireoid ur. Uşaqlığın leyomioması (xoşxassəli). Vertebrogen lumboişalgiya. Xəstəliyi daxili işlər orqanlarında xidmətkeçmə dövründə almışdır. Xüsusi- Həkim Komissiyasının xidmətə yararlıq haqqında qərarı – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 25 saylı xx.xx.2002-ci il tarixli əmrinin xəstəliklər cədvəlinin 35a, 13b, 43b maddəsinə əsasən İddiaçı daxili işlər orqanlarında xidmətə yararsızdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27982/2B-3222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin ***-**** saylı 16 iyun 2022-ci il tarixli məktubuna əsasən hal-hazırda daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilmədiyindən qeyd olunan məsələ müsbət həll olunmamış, eləcə də gələcəkdə sosial evlər tikilərsə, müraciəti nəzərə alına bilər. Həmçinin, “Bona Dea” və “Dünyagöz” xəstəxanalarına müalicə üçün ödədiyi pulun geri qaytarılması ilə bağlı aidiyyəti üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunur. xx.xx.2021-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində gözün intravitreal inyeksiyası üçün 130 manat pul məbləği köçürmüşdür. xx.xx.2021-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində gözün intravitreal inyeksiyası üçün 130 manat pul məbləği köçürmüşdür. xx.xx.2021-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində gözün optik koherent tomoqrafiyası üçün 30 manat pul məbləği köçürmüşdür. xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində gözün intravitreal inyeksiyası üçün 130 manat pul məbləği köçürmüşdür. xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində hər iki gözün optik koherent tomoqrafiyası və oftalmoloq tərəfindən müayinə üçün toplam 110 manat pul məbləği köçürmüşdür. xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində fako, iol, vitrektomiya, membran soyulması, internal tamponada üçün 5 000 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında gözün müayinəsi üçün 70 manat pul məbləği köçürmüşdür. xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində gözün intravitreal inyeksiyası üçün 130 manat pul məbləği köçürmüşdür. xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, İddiaçı “Bona Dea” Hospitalın oftalmologiya şöbəsində gözün intravitreal inyeksiyası üçün 130 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında intravitreal anti VEGF üçün 485 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında intravitreal anti VEGF üçün 485 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında intravitreal anti VEGF üçün 485 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında intravitreal anti VEGF üçün 485 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında intravitreal anti VEGF üçün 485 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında gözün müayinəsi üçün 80 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında gözün optik koherens tomoqrafiyası üçün 70 manat pul məbləği köçürmüşdür. xx.xx.2019-cu il tarixli fakturadan görünür ki, İddiaçı “Dünyagöz” xəstəxanasında hər iki gözün FFA üçün 90 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş və çıxış tarixi – xx.xx.2021-ci il) “X4”in oftalmologiya şöbəsində bir gözün intravitreal inyeksiyası (avastin, dərmansız) üçün 150 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş və çıxış tarixi – xx.xx.2021-ci il) “X4”in oftalmologiya şöbəsində bir gözün intravitreal inyeksiyası (avastin, dərmansız) üçün 150 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş tarixi – xx.xx.2021ci il) “X4”in oftalmologiya şöbəsində bir gözün OCT və müayinəsi üçün 80 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş tarixi – xx.xx.2021ci il) “X4”in oftalmologiya şöbəsində bir gözün OCT və müayinəsi üçün 80 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş tarixi – xx.xx.2022ci il) “X4”in oftalmologiya şöbəsində gözün müayinəsi üçün 50 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş tarixi – xx.xx.2022ci il) “X4”in oftalmologiya şöbəsində bir gözün intravitreal inyeksiyası (avastin, dərmanla) üçün 150 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş tarixi – xx.xx.2022ci il) “X4”in oftalmologiya şöbəsində bir göz OCT və həkim müayinəsi üçün 30 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş və çıxış tarixi – xx.xx.2022-ci il) “X4”in oftalmologiya şöbəsində iki dəfə bir gözün intravitreal inyeksiyası (avastin, dərmanla) üçün 300 manat pul məbləği köçürmüşdür. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı (giriş və çıxış tarixi – xx.xx.2022-ci il) “X4”in oftalmologiya şöbəsində bir gözün intravitreal inyeksiyası (avastin, dərmanla) üçün 150 manat pul məbləği köçürmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-17/2-435/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi müddətdə tutduğu vəzifələr, aldığı əmək haqqı, məzuniyyət və xəstəlik müavinətlərinin verilməsi haqqında arayışlar, eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən daxil olmuş İddiaçı müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında müalicə müddətində instrumental və laborator müayinələrə cəlb edilməsi, lazımi dərman preparatları ilə təmin olunması barədə məlumat təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nərimanov Rayon Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş 244-861 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən o, həqiqətən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nərimanov Rayon Mühafizə İdarəsində 208 ş/h saylı xx.xx.2004-cü il tarixli əmrlə kadr, döyüş və peşə hazırlığı üzrə inspektor vəzifəsinə təyin olunmuş və 255 ş/h saylı xx.xx.2006-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsinə kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində İşlədiyi müddət ərzində (əmək haqqı xəritəsinə əsasən) əmək haqqı aşağıdakı kimi olmuşdur. Vəzifə maaşı rütbə pulu Xidmət ili Məh/dər ərzaq pulu Cəmi İ-2004 48671.00 47484.00 19231.00 12168.00 48961.00 176515.00 İİ-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 İİİ-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 İV-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 V-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 Vİ-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 Vİİ-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 Vİ11-2004 123000.00 120000.00 48600.00 30750.00 123733.00 446083.00 İX-X- 2004 310333.00 152000.00 92466.00 77583.00 156728.00 789110.00 Xİ-2004 245000.00 120000.00 73000.00 61250.00 123733.00 622983 00 Xİ i-2004 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983 00 İ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651583 00 İİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 İİİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 İİİ-2005 məzuniyyət müavinatı 528250.00 İV-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 V-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 Vİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 Vİİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 Vİİİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 İX-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 X-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 Xİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 Xİİ-2005 265000.00 120000.00 77000.00 66250.00 123733.00 651983.00 İ-2006 53.00 24.00 15.40 13.25 24.75 130.40 İl-2006 53.00 24.00 15.40 13.25 24.75 130.40 İİİ-2006 53.00 24.00 15.40 13.25 24.75 130.40 İV-2006 53.00 24.00 15.40 13.25 24.75 130.40 V-2005 35.90 16.25 10.43 8.98 16.77 88.33 İşlədiyi müddət ərzində 2004 və 2006-cı illərdə məzuniyyətdən istifadə etməmiş, məzuniyyət kompensasiyası və 2004, 2005 və 2006-cı illərdə xəstəlik müavinəti almamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş arayışa əsasən polis mayoru İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində işləmişdir. Ona, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsində işlədiyi müddətdə 2008, 2009, 2010, 2011, 2012-ci illərdə xəstəliyə görə müavinət, 2012-ci ilin yanvar ayında 1999, 2001, 2002-ci illər üçün istifadə etmədiyi əsas məzuniyyətlərə görə kompensasiya ödənilmişdir. 08 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə pulla mükafatlandırılmış və ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində əmək haqqını vaxtlı-vaxtında almış və hər il bir dəfə ona məzuniyyət və xəstəlik müavinətləri ödənilmişdir. Ümumən işlədiyi müddətdə müvafiq pul vəsaitləri ilə təmin edilmişdir: Əmək haqqı – 67193,71 manat; Xəstəlik müavinəti – 5892,45 manat; Məzuniyyət müavinəti – 5904,20 manat; Mükafat – 1 405 manat; Maddi yardım – 321 manat; Son haqq-hesab – 3 005 manat; (Cəmi – 83 721,36 manat). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə- 3311ş/h-001-20 saylı xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən 135-ci maddənin 6-cı bəndi ilə səhhətinə görə xidmətdən xaric edilməsi ilə əlaqədar olaraq 5 aylıq vəzifə və rütbə maaşı məbləğində, 3 005 manat son haqq-hesab İddiaçı əmək haqqı kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının 5277 saylı xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, İddiaçı endokrinologiya şöbəsində müalicə müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olmuşdur və ona “E 11.9 Şəkərli diabet tip 2, orta ağırlıqda. Çoxdüyünlü zob, klinik eutireoz. Nevrotik reaksiyalar” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının 2559 saylı xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, İddiaçı endokrinologiya şöbəsində müalicə müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olmuşdur və ona “E 11.3 Şəkərli diabet tip 2.orta ağırlıqda. OU-Diabetik angiopatiya. Somatogen nevrotik reaksiyalar.Vertebrogen kranialgiya. Sağ bud-çanaq,aşıq baldır oynağının artrozu kəskin ağrı sindromu ilə. Sağtərəfli kökətrafı pnevmoniyanın qalıq əlamətləri. Qastroduodenit. Spastik kolit.Allergik rinit.” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalı (giriş tarixi xx.xx.2018-ci il; çıxış tarixi xx.xx.2018-ci il) epikrizdən görünür ki, İddiaçı “M54.4 İşiasla gedən lümbaqo” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalı (giriş tarixi xx.xx.2019-cu il; çıxış tarixi xx.xx.2019-cu il) epikrizdən görünür ki, İddiaçı “M54.4 İşiasla gedən lümbaqo” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalı (giriş tarixi xx.xx.2020-ci il; çıxış tarixi xx.xx.2020-ci il) F13 epikrizdən görünür ki, İddiaçı “A) U07.0 Təcili istifadə üçün U07.0” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış 029-3489-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuşdur. Müalicə müddətində xəstə instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış 029-3083-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuşdur. Müalicə müddətində xəstə instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xidmət etdiyi dövrün son illərində bir çox xəstəlikdən tibbi qeydiyyatda olmuş, şəkərli diabetdən əziyyət çəkmişdir. Bunun nəticəsində 2019-cu ildən retnopatiyadan əziyyət çəkir və davamlı olaraq müxtəlif klinikalarda müalicə almaq məcburiyyətindədir. Hər ay gözlərinə avastin, altuzan adlı iynə əməliyyatı keçirir. Bu isə çox bahalı bir prosedurdur. Davamlı göz iynələri, göz damcıları, vitraktemiya və katarakta əməliyyatı keçirmişdir. Xidmət etdiyi dövrdə ona heç bir yardım edilməyib. Kömək üçün, xaricə getmək üçün icazə istəsə də icazə verilməyib. Məcbur qalıb təqaüdə çıxmışdır. Köməksiz və çarəsizlikdən təkcə maddi deyil həm də mənəvi sıxıntılara, iztiraba məruz qalmışdır. Klinikalar yeni-yeni sığortaya başlayıb. Sığorta məsələlərini də Daxili İşlər Nazirliyinə məxsus tibb müəssisəsi deyil, qeydiyyatda olduğu ünvan üzrə poliklinikalar həyata keçirir. Polis əməkdaşı olaraq hər ay tibbi sığorta üçün pul tutulub. Son iki, üç ildə ildə ona bir dəfə müalicə xərcləri üçün əmək haqqının az faizi məbləğində müavinat ödənişinin bu məsələyə aidiyyatı yoxdur. Çünki bu ödəniş stasionarda olsa da ödənilməli idi, ambulator müalicə alsa da ödənilməli idi. DİN-ə məxsus hospitalda müalicə və əməliyyat keçirilmir. Təbii ki, belə bir iş olsaydı onu hospitaldan xəstəxanaya göndərməzdilər. Onun isə xərcləri çox olmazdı. Apteklərdən aldığı dərman pullarını çıxmaqla rəsmi və qeyri-rəsmi müalicə xərcləri 30 000 (otuz min) manat civarındadır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı xidmət etdiyi müddət ərzində əmək haqqını vaxtlı-vaxtında almış, ona mükafatlar, maddi yardım və hər il bir dəfə ona məzuniyyət və xəstəlik müavinətləri ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə-3311ş/h-001-20 saylı xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən 135-ci maddənin 6-cı bəndi ilə səhhətinə görə xidmətdən xaric edilməsi ilə əlaqədar olaraq 5 aylıq vəzifə və rütbə maaşı məbləğində, 3 005 manat son haqq-hesab İddiaçı əmək haqqı kart hesabına köçürülmüşdür. “Bona Dea” və “Dünyagöz” xəstəxanalarına müalicə üçün ödədiyi pulun Nazirlik tərəfindən qaytarılması vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuşdur. Müalicə müddətində xəstə instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırki iddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamədən:

1. Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

98. Daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 38-ci maddəsinin Vİ hissəsinə əsasən polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin edilir. İddiaçının 1992-2020-ci illər ərzində daxili işlər orqanlarında işləməsi, cavabdeh tərəfindən iddiaçıya işlədiyi 2019-2020-ci illərdə hər il bir dəfə müalicə olunması üçün pul müavinətinin verilməsi, işin mübahisəsiz halıdır. İddiaçının təqdim etdiyi hesab-fakturalardan, çoxsaylı reseptlərdən və qəbzlərdən görünür ki, o, X4 və X3 Hospitalda müxtəlif vaxtlarda müayinələrdən keçmiş, müalicələr almış, ona dərman reseptləri yazılmışdır. Hazırki iddia tələbi ilə hal-hazıradək çəkdiyi həmin müalicə xərcləri üçün 30 000 manat (bir hissəsi ilə əlaqədar fakturalar təqdim edilmişdir), mənəvi iztiraba görə 20 000 manat pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində xidmət etdiyi müddət ərzində hər il bir dəfə ona xəstəlik müavinətləri ödənilməsi, həmçinin, işlədiyi həmin müddətdə iddiaçı 5892,45 manat xəstəlik müavinəti ilə təmin edilməsi cavabdeh tərəfindən təqdim edilən sənədlərlə öz təsdiqini tapır. Bundan başqa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən təqdim edilmiş epikrizlərlə iddiaçıya 2019-2020-ci illərdə müxtəlif vaxtlarda orada pulsuz tibb xidmətinin göstərilməsi təsdiq olunur. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddiaçının dövlət tibb müəssisəsi olmayan X4 və X3 Hospitalda xəstəxana xərclərinin ödənilməsi vəzifəsi qanunveriliciliklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsi və öhdəliyi kimi nəzərdə tutulmadığından iddiaçı 30 000 manat məbləğində pul vəsaitinin (iddia edilən müalicə xərclərinin) və bununla əlaqədar mənəvi iztiraba görə 20 000 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar