Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2633/2025 18.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq “iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixində Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, daha sonra daimi yaşamaq üşün ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü başlayandan 1992-ci ilin may ayının 8-nə kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında topçu və tankçı kimi xidmət etmiş və xalq arasında Topçu Vahid kimi tanınmışdır. 01 fevral 1992-ci il tarixdən 08 may 1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin tərkibində hərbi xidmət keçmiş və döyüşlərdə fəal iştirak etmişdir. 8 may 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı idarə etdiyi T-55 markalı tankın partlaması nəticəsində ağır yaralanmış və huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmış və ona ilk yardım göstərilmişdir. Daha sonra uzun müddət müalicələr almış, nəhayət, 2001-ci ildə Neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunmuşdur. Birinci qrup əlildir, əlilliyinin səbəbi hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar olaraq müddətsiz təyin edilmişdir. Qarabağ müharibə veteranıdır. Aldığı əlilliyin səbəb əlaqəsinin təyin edilməsi ilə əlaqədar olaraq 2023-cü ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 komissiyadan keçmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 rəyində aşağıdakılar göstərilmişdir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan, sağ əlin 1 barmağının bayır səthində, yumşaq toxumanın yad cismi (metal qəlpə) müşayət olunan sol əlin İ barmağının orta falanqasının arxa proyeksiyasında, İİİ barmağın uc falanqasının ovuc səthində toxuma defekti çapıq toxumalar həmin nahiyələrdə olmuş əzilmiş-cırılmış yaraların sağalmış izləri olmaqla küt mexanizmlə bərk küt əşyanın (əşyaların), sağ saidin aşağı 1/3-nin ön səthində olan fasiləli çapıq toxuma isə İİ dərəcəli lermiki yanıq yarasının sağalmış izi olmaqla yüksək hərarətin yerli təsirindən törənməyə xaraterikdirlər, şəxsin məhkəmə-tibbi əlamətlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-2585 №-li və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Şuşa Rayon Polis şöbəsinin xx.xx.2001-ci il tarixli, 179 №-li arayışlarında qeyd olunanlara əsasən həmin xəsarətlərin müxtəlif, o cümlədən də 08 may 1992-ci il tarixdə tankın partlaması nəticəsində yaranan qəlpələrin və alovun təsirindən əmələ gəlmələri inkar olunmur. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə -tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz . X7 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 209cu maddəsinin tələblərinə zidd olaraq İddiaçı qeydiyyatda olduğu SHXÇDX-nın Şuşa şəhər şöbəsinin İddiaçı hərbi xidmət keçməsinə dair verdiyi xx.xx.2023-cü il arayışda onun hərbi xidmət keçdiyi və hərbi prokurorluğun məktubuna əsasən barəsində cinayət işi olmaması qeyd olunmamışdır.Həmçinin komissiyaya daxil olmuş şahid ifadələrində şahidlər tərəfindən İddiaçı xx.xx.1992-ci il tarixdə yaralanaraq xəsarət alması faktı (Bax:Əsasnamənin 7.4 - cü maddəsi) öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddia - iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbindən ibarət olmaqla” mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçının vəkili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına 02 avqust 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli, 1272 nömrəli cavab məktubunda bildirmişdir ki, “vətəndaşın xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azərbaycan Qarabağ” könüllülər dəstəsi tərkibində hərbi xidmətdə olması barədə məlumat verilmədiyi üçün xəstəliyinin (yaralanma, kontuziya, xəsarət, travma) hərbi xidmətlə səbəb əlaqəsi təyin etmək mümkün olmamışdır”. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışında iştiraklarını təmin etməmişlər, bunun səbəbləri barədə məkhəməyə məlumat verilməmişdirlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 039826 nömrəli vəsiqədən görünür ki, Azərbaycan Respublikası Şuşa rayon hərbi komissarlığı tərəfindən 08.05. 2000-ci il tarixində də iddiaçı müharibə veteranıdır. İddiaçı nümayəndəsi və vəkilinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, İddiaçı “Azərbaycan Qarabağ” könüllülər dəstəsində hərbi xidmətdə olması faktının təsdiq edilməsi məqsədi ilə məhkəmə mübahisələndirilməsi üçün imtiina məktubunun verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1272 nömrəli xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 66 nömrəli arayışda vətəndaşın xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azərbaycan Qarabağ” könüllülər dəstəsində xidmət etdiyi göstərilmişdir. Vətəndaşın həmin dövrdə hərbi xidmətdə olması barədə yuxarıda adı çəkilən arayışda məlumat verilmədiyi üçün xəstəliyinin (yaralanma, kontuziya, xəsarət,travma) hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 43 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində pul təminatı ödənilmiş “Azərbaycan Qarabağı” könüllü dəstəsinin siyahısında topçu, sıravi 1954-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 66 nömrəli arayışında qeyd edilmişdir ki, Şuşa şəhər sakini 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azərbaycan Qarabağ” könüllülər dəstəsində xidmətdə olub. Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2585 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 298 nömrəli əmrində (əsas: səh-226; qeyd: əmrdə adının qarşısında “01.02.92-08.05.92” qeyd edilmişdir) pul təminatı ödənilmiş “Azərbaycan Qarabağı” könüllü dəstəsinin siyahısında topçu, sıravi İddiaçı adı qeyd olunmuşdur. “Azərbaycan Qarabağı” könüllü dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə əlavə araşdırma apara bilmir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6”nin K/298 nömrəli 14 noyabr 2022-ci il tarixli (Canlı şəxs və iş sənədləri üzr ekspertiza) aktında qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan, sağ əlin 1 barmağının bayır səthində, yumşaq toxumanın yad cismi (metal qəlpə) müşayət olunan sol əlin İ barmağının orta falanqasının arxa proyeksiyasında, İİİ barmağın uc falanqasının ovuc səthində toxuma defekti çapıq toxumalar həmin nahiyələrdə olmuş əzilmiş-cırılmış yaraların sağalmış izləri olmaqla küt mexanizmlə bərk küt əşyanın (əşyaların), sağ saidin aşağı 1/3-nin ön səthində olan fasiləli çapıq toxuma isə İİ dərəcəli lermiki yanıq yarasının sağalmış izi olmaqla yüksək hərarətin yerli təsirindən törənməyə xaraterikdirlər, şəxsin məhkəmə-tibbi əlamətlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-2585 №-li və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Şuşa Rayon Polis şöbəsinin xx.xx.2001-ci il tarixli, 179 №-li arayışlarında qeyd olunanlara əsasən həmin xəsarətlərin müxtəlif, o cümlədən də 08 may 1992-ci il tarixdə tankın partlaması nəticəsində yaranan qəlpələrin və alovun təsirindən əmələ gəlmələri inkar olunmur. Sağ gicgah nahiyəsində sümük defekti ilə müşayət olunan çapıq toxuma xx.xx.2001-ci il tarixdə icra edilmiş “dekompressiv trepanasiya, beyindaxilii hematomanın çıxarılması” cərrahi əməliyyatların sağalmış izidir. Əmək və Əhalinin Sosial Müdafiəsii Nazirliyinin AR 992 753 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı birinci dərəcəli əlildir, əlilliyin səbəbi – hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar. Daxili İşlər Nazirliyi Şuşa rayon Polis Şöbəsinin 179 nömrəli xx.xx.2001-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 1991-19910ci illərdə Şuşa RPŞ-niin PPX-ti batalyonunun tərkibində Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1992-ci il may ayının 8-də Kosalar uğrunda gedən döyüşlər zamanı idarə etdiyi T-55 markalı tankın partladılması nəticəsində ağır yaralanmış və huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli 49 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycan Qarabağ” könüllü dəstəsinin tərkibində hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün xx.xx.2004-cü il tarixdə hərbi qeydiyyatdan silinmişdir. Məhkəmənin mövqeyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi xidmətə könüllü daxil olan vətəndaşların; orqanlara xidmətə daxil olan vətəndaşların; hərbi qulluqçuların; orqanlarda xidmət keçən şəxslərin; hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra — hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların; orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların; hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi toplanışa çağırılan vətəndaşların; hərbi toplanış keçən vətəndaşların; hərbi toplanış keçmiş vətəndaşların; hərbi xidmət keçmiş vətəndaşların; orqanlarda xidmət keçmiş vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin; hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin; orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. 1.6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlar və orqanlarda hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) yaradılması qaydaları, onların hüquq və vəzifələri, bu Əsasnamənin tətbiqi qaydaları, habelə hərbihəkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarlarının rəsmiləşdirilməsi, baxılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.2. Hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.
İşin faktiki hallarından göründüyü kimi, iddiaçı müharibə veteranıdır, 1992-ci ilin fevral-may aylarında “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin tərkibində döyüşlərdə iştirak etmiş, müvafiq orqan tərəfindən onun əlilliyi müəyyən edilmişdir. İddiaçı onun əlilliyin müəyyən edilməsi üçün əsas olmuş xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmasını tələb edir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xüsusi təyinatlı hərbi tibb müəssisəsidir; Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirilməsi məqsədi üçün hərbihəkim komissiyalar yaradılır. Qanunvericiliyə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir.Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçıya münasibətdə qeyd edilməlidir ki, onun müharibə zamanı könüllülər dəstəsinin tərkibində döyüşlərdə iştirak etməsi, müharibə veteranı olmasına dair faktlar onun hərbi qulluqçu statusuna malik olmasına, hərbi xidmətdə olmasına dəlalət etmir. Belə olan halda, iddiaçı əliliyin müəyyən edilməsi üçün əsas olmuş xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək kimi qeydə alınmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı onun xəstəliyinin hərbi xidmətlə əlaqəli olması sübuta yetirilməmişdir. Belə ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin qeyd edilən Əsasnamənin 7.3-cü bəndində göstərilən sənədlərin mövcudluğu nə inzibati icraat çərçivəsində iddiaçının müraciətinə baxılması zamanı cavabdeh tərəfindən, nə də məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunvericilik tələblərinə uyğun olmuşdur.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir cavabdeh qanuvericiliyin tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırdıqdan sonra düzgün nəticəyə gələrək qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova