Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2634/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2021-ci ildən ödənilməmiş pensiya məbləğinin ona bərabər şəkildə olmaqla aylıq pensiya məbləğinin üzərinə gəlməklə ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********4 № li qərarının ləğv edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlərlə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən ona məlum olmayan səbəblərə əsasən pensiyanın ödənilməsi dayandırılmış və cavabdeh təşkilat xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 12164,54 manat pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4087/2022 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2- 1(103)-2651/2022- nömrəli qərarı ilə qüvvədə saxlamışdır. O, əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona bildirilmişdir ki, məhkəmə qərarı ilə əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə heç bir öhdəlik qoyulmamışdır. O, xx.xx.1960-cı ildə doğulmuş, 1978-ci ilin noyabrından 1980-cı ilin noyabrınadək ordu sıralarında xidmət etmiş və əmək fəaliyyətinə isə 1981-ci ildən başlamışdır. Əmək fəaliyyət dövründə müxtəlif müəssisələrdə dülgər, çilingər olmuşdur və hal-hazırda da işləyir. 2017-ci ilədək ümumi iş stajı 40 ildən çox, ondan 30 il güzəştli iş stajına aiddir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-245144/2023 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3- cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pen0siyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1996- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya xx.xx.2017ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12164,54 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Tərəflərindən iddiaçıya qarşı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş 12164,54 manat pensiya məbləğinin qaytarılması tələbi ilə iddia qaldırılmışdır. Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4087/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1 (103)-2651/2022 nömrəli qərarı ilə birinci instansiya məhəməsinin qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, sözügedən məhkəmə qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin halları. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı ildə doğulmuş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X4 küçəsi, ev 69, mənzil 65V ünvanında qeydiyyatdadır. HЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildə doldurulmuş İT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: Tikinti üzrə Baş xüsusitikinti Trestinin Saratov Tikinti Quraşdırma İdarəsində: -(02 ay, 20 gün) xx.xx.1981-ci il tarixdə 4-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1981-ci il tarixdə azad edilmişdir. “Volqadonskenerjitikiniti” Trestinin TQİ-6 “Xüsusi tikinti” Tİ:- (08 ay, 12 gün) xx.xx.1981-ci il tarixdə 2-ci dərəcəli betonçu-dülgər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. Buzuluk rayonu “Rusiya” Kolxozu:- (09 ay, 02 gün) xx.xx.1983-cü il tarixdə “Rusiya” kolxozunda Podrat müqaviləsi üzrə yaşayış evlərinin tikintisində dülgər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə Tikinti işlərinin başa çatması ilə əlaqədar olmaqla “Rusiya” kolxozunda işdən azad edilmişdir. Bakı Dəniz Balıq Limanı:- (01 il, 03 ay, 05 gün) xx.xx.1984-cü ildə yük sahəsinə işıq fəhləsi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1985-ci ildə işdən azad edilmişdir. Bakı şəhər Kanalizasiya Şəbəkələri Xidməti: -(04 il, 07 ay, 11 gün) xx.xx.1985-ci il tarixdə Bakı şəhər kanalizasiya xidmətində qəza-bərpa işləri üzrə 4cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1986-cı il tarixdə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər dərəcəsi verilmişdir; xx.xx.1988-ci il tarixdə idarə strukturunun yenidən yaradılması ilə bağlı “Bakı kanalizasiya” İdarəsinə keçirilmişdir; xx.xx.1988-ci il tarixdə əmək haqqının yeni taarif şərtlərinin tətbiqi ilə bağlı 4 saylı sahəyə qəza-bərpa işləri üzrə çilingər vəzifəsinə qəbul edilmiş və 4-cü dərəcə müəyyən edilmişdir; xx.xx.1988-ci il tarixdə 8 saylı sahəyə həmin vəzifəyə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixdə Bakı şəhəri, Lenin RİK-nin İİ-nə keçirilməsi ilə bağlı Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 12/478 saylı əmr ilə azad edilmişdir. Bakı şəhəri Lenin rayon İcraiyyə Komitəsinin İstehsalat müəssisəsi: (07 ay, 29 gün) xx.xx.1990-cı il tarixdə Bakkanalizasiya İdarəsinə köçürülmə qaydasında qəza bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1990-cı il tarixdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/245 saylı Qərarına əsasən “Bakı kanalizasiya” İdarəsinə köçürülməklə azad edilmişdir. Lenin rayon sahəsi (04 il, 01 ay) xx.xx.1990-cı il tarixdə qəza-bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1991-ci il tarixdə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər ixtisası verilmişdir; xx.xx.1994-cü ildə vahid tarif cədvəlinə əsasən keçirilmiş attestasiyanın nəticəsində 5-ci dərəcə verilmişdir; xx.xx.1994-cü ildə Bakı kanalizasiya idarəsinin Bakı kanalizasiya istehsalat birliyi adlandırılması və struktur dəyişikliyi ilə əlaqədar birliyin nəzdində yeni yaranmış kanalizasiya şəbəklərinin istirmasrı istismarı müəssisəsinə köçürülmə yolu ilə azad edilmişdir; Bakı Kanalizasiya İstehsalat Birliyi: (09 il, 11 ay, 29 gün) xx.xx.1994-cü il tarixdə köçürmə yolu ilə Sabunçu sahəsində həmin vəzifəyə işə qəbul edilmişdir; xx.xx.1996-cı ildə qəza-bərpa işləri üzrə 6-cı dərəcə ilə çilingər peşəsinə təyin edilmişdir; xx.xx.1996-cı ildə qəza-bərpa işləri üzrə 7-ci dərəcə ilə çilingər peşəsinə təyin edilmişdir; xx.xx.2004-cü il tarixdə Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv olunduğuna görə tutduğu vəzifədən azad edilmişdir; Sabunçu rayon Sukanal sahəsi: (xx.xx.2006-cı il tarixə 01 il, 03 ay) xx.xx.2004-cü il tarixdə Sabunçu sahəsinə çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.2011-ci il tarixdə işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Sukanal İdarəsi: xx.xx.2011-ci il tarixdə X2 kanalizasiya şəbəkələri və qurğuların istismarı xidmətinə 5-ci dərəcəli qəza bərpa üzrə çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.2012-ci il tarixdə Bakı Sukanal İdarəsinin xx.xx.2011-ci il tarixli 606/k saylı əmrinə əsasən xx.xx.2012-ci il tarixdən Sabunçu Rayon Sukanal Departamentinin kanalizasiya şəbəkələri və qurğularının istismarı xidmətinə 5-ci dərəcə ilə qəza-bərpa işləri üzrə çilingər peşəsinə keçirilmişdir; xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli, 361 saylı əmrinə əsasən "xxxx" ASC Sabunçu rayon Sukanal Departamentinin siyahısına daxil edilmişdir; xx.xx.2013-cü il tarixdə 6-cı ixtisas dərəcəsi verilmişdir; xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Sabunçu Rayon Sukanal İdarəsinin siyahı tərkibinə keçirilmişdir; xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilən dəyişikliyə əsasən su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə Tullantı sularının axıdılması xidməti üzrə 6-cı dərəcə ilə qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cÜ il tarixli 3- 17-1/2-C-206856/2023 №li imtina məktubunda göstərilmişdir ki, xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş 12164,54 manat pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4087/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(103)-2651/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin sözügedən məhkəmə qərarı ilə ona ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb. Məhkəmənin müvafiq sorğularına əsasən: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 2539744/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından olan; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Sukanal İdarəsinin xx.xx.2017ci il tarixli, FV-01-7-267 №-li izahlı arayışında göstərilmişdir ki İddiaçı: - xx.xx.1985-ci ildə Bakı şəhər kanalizasiya şəbəkələri qəza-bərpa işləri üzrə 4-cü dərəcəli çilingər peşəsinə təyin edilmişdir; - xx.xx.1986-cı ildə həmin sahədə 5-ci dərəcəli çilingər peşəsinə təyin edilmişdir; - xx.xx.1989-cu ildə Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə başqa işə keçdiyi üçün işdən azad edilmişdir; - xx.xx.1990-cı ildə qəza-bərpa sahəsinə 4-cü dərəcə ilə çilingər peşəsinə qəbul edilmişdir; - xx.xx.1990-cı ildə Bakı kanalizasiya idarəsində dəyişiklik edildiyinə görə Bakı şəhər İcra Hakimiyyətinin № 6/245 –li qərarı ilə xx.xx.1990-cı il Sabunçu sahəsinə qəzabərpa işləri üzrə 4-cü dərəcə ilə çilingər peşəsinə təyin edilmişdir; - xx.xx.1991-ci ildə həmin işdə 5-ci dərəcəyə keçirilmişdir; - xx.xx.1994-cü ildə vahid tarif cədvəlinə əsasən keçirilmiş attestasiyanın nəticəsində 5-ci dərəcə verilmişdir; - xx.xx.1994-cü ildə Bakı kanalizasiya idarəsinin Bakı kanalizasiya istehsalat birliyi adlandırılması və struktur dəyişikliyi ilə əlaqədar birliyin nəzdində yeni yaranmış kanalizasiya şəbəklərinin istirmasrı istismarı müəssisəsinə köçürülmə yolu ilə azad edilmişdir; - xx.xx.1994-cü ildə köçürmə yolu ilə Sabunçu sahəsində həmin vəzifəyə işə qəbul edilmişdir; - xx.xx.1996-cı ildə qəza-bərpa işləri üzrə 6-cı dərəcə ilə çilingər peşəsinə təyin edilmişdir; - xx.xx.1996-cı ildə qəza-bərpa işləri üzrə 7-ci dərəcə ilə çilingər peşəsinə təyin edilmişdir; - xx.xx.2004-cü ildə Bakı kanalizasiya istehsalat birliyinin adlandırıldığına görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.2004-cü ildə Sabunçu sahəsinə həmin vəzifəsinə işə qəbul edilmişdir; - xx.xx.2011-ci ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; - xx.xx.2011-ci ildə X2 kanalizasiya şəbəkləri və qurğuların istismarı xidmətinə 5-ci dərəcəli qəza-bərpa işləri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir; - xx.xx.2012-ci ildə “Bakı Sukanal” İdarəsinin xx.xx.2011-ci il tarixli, 606/k saylı əmrinə əsasən xx.xx.2012-ci il tarixdən Sabunçu Rayon Sukanal Departamentinin kanalizasiya şəbəkləri və qurğularının istismarı xidmətinə 5-ci dərəcəli qəza-bərpa işləri üzrə çilingər peşəsinə keçirilmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 361 saylı əmrinə əsasən "xxxx" ASC Sabunçu rayon Sukanal Departamentamentinin siyahı tərkibinə daxil edilmişdir; - xx.xx.2013-cü ildə 6-cı ixtisas dərəcəsi verilmişdir; - "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Sabunçu rayon Sukanal idarəsinin siyahı tərkibinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə görə əmək pensiyası hüququ verir. Bu peşədə zərəli iş şərautunə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbsəinin əmək pensiyasının təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 809 №-li Qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı (SSN: **********159) xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 10 il, 08 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 8960,42 manat pensiya kapitalı vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 №-li Qərarın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası X5 Departamentində aparılmış araşdırma əsasında dayandırılmışdır. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu Rayon Sukanal İdarəsinin xx.xx.2021-cü il tarixli, 13-16-5/7-1-1-15/2024 №-li məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC Sabunçu rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin çilingəri İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsinin həm “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarıilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə uyğunluğu, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluğu aşağıdakı kimidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”: XXXİİİ, Ümumi peşələr (kod) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları (23200000— 18447) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: 35. Ümumi peşələr - yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (01 avqust 1999-cu il tarixinə olan redaksiyada): ... Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun: 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Məhkəmə ilkin olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına münasibət bildirirək qeyd edir ki, şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunu, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 1) iddiaçının 57 yaşına çatması; 2) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 3) iddiaçının azı 12 il 06 aygüzəştli iş stajının mövcud olması; Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının xx.xx.2017-ci il tarixində, yəni 57 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ümumi iş stajı hesablanarkən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət 02 il, 05 gün (xx.xx.1978 - xx.xx.1980) təşkil edir. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı münasibətdə qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının Tikinti üzrə Baş xüsusitikinti Trestinin Saratov Tikinti Quraşdırma İdarəsində 02 ay, 20 gün, “Volqadonskenerjintikinti” Trestinin TQİ-6 “Xüsusi tikinti” Tİ –də 08 ay, 12 gün, Buzuluk rayonu “Rusiya” Kolxozunda-09 ay, 02 gün, Bakı dəniz Balıq Limanı 01 il, 03 ay, 05 gün, Bakı şəhər Kanalizasiya Şəbəkələri Xidməti 04 il, 07 ay, 11 gün, Bakı şəhəri Lenin rayon İcraiyyə Komitəsinin İstehsalat müəssisəsi 07 ay, 29 gün, Lenin rayon sahəsi 04 il, 01 ay, Bakı Kanalizasiya İstehsalat Birliyində 09 il, 11 ay, 29 gün və Sabunçu rayon Sukanal sahəsində 01 il, 03 ay (xx.xx.2006-cı il tarixə kimi) 23 il 06 ay 18 gün təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının hərbi biletində və əmək kitabçasında qeydlər əsasında ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 25 ildən çox yəni, 25 il 6 ay 23 gün təşkil edir ki, bu isə özlüyündə sonuncu tərəfindən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi stajının ödənildiyini sübut edir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki; “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Belə ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Sukanal İdarəsinin xx.xx.2017-ci il tarixli, FV-01-7-267 №-li izahlı arayışı təqdim edilmiş və həmin arayışda isə sonuncunun işlədiyi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə görə əmək pensiyası hüququ verdiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı isə yenidən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə iddiaçının işlədiyi “çilingər” peşəsinin həm “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” və həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edib-etməməsi barədə (kodlara istinad edilməklə) məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuş və müvafiq sorğuya əsasən çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulduğu qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş arayışda isə ümumi ifadələrdən istifadə edilməmiş və iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilmişdir. Bu isə özlüyündə iddiaçının zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Məhkəmə qanunvericiliyin müddəalarını, hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 20 il, 07 ay, 09 gün olmaqla, ümumi iş stajı 25 ildən çox yəni, 25 il 06 ay, 23 gün təşkil edir. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını dayandırmamışdan öncə istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi, aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Lakin cavabdeh inzibati orqanın iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Belə ki, zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətdirilmədən cavabdeh inzibati orqan əlverişsiz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. İşin araşdırılan hallarından isə müəyyən olunur ki, cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının əsaslarını qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət verməmişdir. Bu zaman isə qanunla nəzərdə tutulan diskresion səlahiyyət həddi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aşılmasına əsas olmuşdur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 37-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********4 № li qərar (inzibati akt) əsassız olduğundan ləğv edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********4 № li Qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2634/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2634/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver