Məhkəmə qərarları › İş №2-1(112)-2635/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2635/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2635/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı onun ünvan 1 S ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 9 ildən çox müddətdir ki, oğlu X1 ilə valideynlərinin onun üçün tikdiyi evdə - Mirzə Davud küçəsi, ev 51 S ünvanında qeydiyyatsız yaşayır. Evin mülkiyyət hüququna dair sənədi yoxdur. Mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığına görə evə qeydiyyata alına bilməmişdir. O, yaşadığı ev üzrə qeydiyyata alınmaq üçün müvafiq polis idarəsinə müraciət etsə də, imtina cavabı almışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə təyin edilmiş məhkəmə iclaslarına onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı iş üzrə mübahisəli ünvanına qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə xx.xx.2019-cu il tarixli, ***-*******-3219 nömrəli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunan sənədlərdən hər hansı birinin təqdim edilmədiyi əsas gətirilərək imtina cavabı verilmişdir. İddiaçının qeydiyyata alınmasını xahiş etdiyi ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyil, bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Beləliklə, işin faktiki hallarından və iş materiallarından müəyyən olunur ki, İddiaçıqeydiyyata alınmasını xahiş etdiyi ünvan 1 Sünvanında yerləşən evə dair hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən də, iddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsitəqdim etməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, İddiaçı isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Odur ki, imtinadan məhkəməyə verilən mövcud iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilməsi müəyyən edildiyindən iddia əsassızdır. Odur ki, iddia təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69, 73 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar