Məhkəmə qərarları › İş №2-1(112)-2635/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2635/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2635/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması ilə əlaqədar məhdudiyyətin aradan qaldırılması” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobillə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan və X1 etibarnamə əsasında idarə etdiyi, “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil təkrar qeydiyyatın aparılması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhəsi yarandığı üçün qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material ararşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin şassi nömrəsinin kustar üsulla hazırlanması onun iradəsindən asılı olan hal deyil və avtonəqliyyat vasitəsi həmin vəziyyətdə alınmış və bir çox dövlətlərin ərazisindən keçmişdir. Qeyd edilən avtonəqliyyat vasitəsi 2011-ci ildən istismardadır və dəfələrlə addan-ada keçirilmişdir. Lakin hazırda həmin avtonəqliyyat vasitəsinin digər şəxsin üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən əsassız məhdudiyyət qoyulmuşdur. Tərəfındən cavabdehə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, cavabdehin ********** saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin AC seriyalı 965115 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus “X6 Rover” minik markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi ilə alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 116901-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd olunan “X6 Rover” markalı SALLAAAG4BA557624 şassi nömrəli nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki: 1. Toplanmış materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. 2. “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin şassi nömrəsi ilə bağlı aparılmış araşdırmaya dair qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilmişdir. 3. Qərardan şikayət etmək, həmçinin məhkəməyə müraciət etmək hüquqları X2 (İddiaçı məxsus müvafiq avtomobili etibarnamə əsasında idarə edən şəxsə) izah edilmişdir. 4. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. 5. Material saxlanılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arxivinə verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 016-141095-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı məxsus olan “X6 Rover” markalı, SALLAAAG4BA557624 şassi nömrəli nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 005-25740-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, qəbul edilmiş (xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında) qərar ləğv edilməmişdir, hazırda da qüvvədədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 157479-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “X6 Rover” markalı, SALLAAAG4BA557624 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-25/2-4481/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 22/960a saylı xx.xx.2022-ci il tarixli tədqiqat haqqında arayışa əsasən “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «*SALLAAAG4BA557624*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edildi. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini göstərən «SALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində şassi nömrəsini göstərən «SALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərədə tutulan hissəsinə, həmin hissə mühərrikin hissə və detalları ilə qapalı (bağlı) olduğundan baxış keçirmək texniki cəhətdən mümkün olmadı. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. Məhkəmə iddiaçının məhkəməyə təqdim edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və digər bütün qoşma sənədlərdə avtomobilin şassi nömrəsinin SALLAAAG4BA557624 olduğu qeyd edilsə də, iddia ərizəsinin tələb hissəsində SALLAAABAG kimi göstərilməsini texniki yanlışlıq hesab edir və iddia tələbini iddiaçının hüquqi marağına uyğun olaraq “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobillə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin üzərinə qoyulması” kimi qəbul edir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); Məhkəmə iddiaçının Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla idxal etdiyi nəqliyyat vasitəsinə hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər 1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: [7] 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

11. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 22/960a saylı xx.xx.2022-ci il tarixli tədqiqat haqqında arayışdan da görünür ki, “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «*SALLAAAG4BA557624*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olsa da, həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilir. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edilir. İddiaçı tərəfindən inzibati araşdırma və məhkəmə araşdırması dövründə avtomobilin şassi nömrəsi ətrafında qaynaq işlərinin zəruriliyini təsdiq edən hər hansı bir dəlil və ya sübut təqdim edilməmişdir. Qeyd edilən səbəblərdən cavabdeh tərəfindən “X6 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli avtomobilin dövlət qeydiyyatının aparılmasından imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar