Məhkəmə qərarları › İş №2-1(112)-2638/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2638/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2638/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin” tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 10.02.2010-cu ildə infakt keçimişdir, ona 2-ci qrup əlillik verilmişdir. İllər keçdikcə xəstəliyi ağırlaşdığına görə 28.11.2019- 17.12.2019-cu il, 14.03.2020-25.03.2020-ci il, 08.02.2021-15.02.2021-ci il və 28.06.2021- 02.07.2021-ci il tarixlərində Gəncə şəhər Kardioloji xəstəxanasında müalicə almışdır. İddiaçının əsas daqnozu “AÜQ.Pulmonar stenoz (QUİ) ÜİX Gərginlik stenokardiyası İİİ f.s. İnfaktdan sonrakı kardioskleroz... Aorta və tac damarların xterosklerozu” dur. Hazırda vəziyəti orta ağır kimi qiymətləndirilmişdir. 2021-ci il ilin aprel ayından təqaüdü kəsildiyi üçün İddiaçı təkrar əlilliyin təyin edilməsi üçün 2 dəfə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş və hər dəfə onun təkrar müayinəyə ehtiyacı olması barədə cavab gəlmişdir. Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının tövsiyəsinə əsasən iddiaçı 07.01.2021-ci il, 01.03.2021-ci il və 09.06.2021-ci il tarixlərində müayinədən keçmişdir. TSEK İddiaçı Akademik C.M.Abdullayev adına X3 institutunda müayinə olunmağı məsləhət görmüşdür. Bununla bağlı o, 12.07.2021-ci il tarixində X3 İnstitutunda müayinədən keçmiş və sənədləri yenidən hazırlanıb TSEK-ə göndərilmişdir. 23.07.2021-ci ildə tarixində TSEKdən iddiaçıya imtina göndərilmişdir. TSEK-dən iddiaçının telefonuna gələn sms-də göndərişinin natamam doldurulması qeyd edilsə də, sistemdə imtinanın digər əsası kimi X3 İnstitutunda müayinədən keçməli olduğu göstərilmişdir. X3 İnstitutundan müayinədən keçən iddiaçı, TSEK-in imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə vəsatət təqdim edilərək, iddiaçının tələbi tərəfindən təmin olunduğu üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Gəncə Ak.Z.Məmmədov adına Xəstəxananın poliklinika şöbəsinin 26.10.2021-ci il tarixli 0495003AAMKV saylı göndərişi əsasında baxılmış və ‘Səbəbi: Ümumi xəstəlik; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara...; Diaqnozun mətni: Mədəcikarası çəpərin qüsuru, AÜQ: Pulmonar stenoz.Mədəciklər arası çəpərin bitişməyən qapaq qüsuru.Ü.İ.X.Gərginlik stenokardiyası İV f.s.İnfarktdan sonrakı /2010/ kardioskleroz. Aorta və tac damaralarının aterosklerozu.ÜÇ İV f.s.AF-27 %.Xəstənin diaqnozu Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunda 12.07.2021-ci il tarixdə 3462 saylı rəylə təsdiqlənmişdir. Ağırlaşma İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İİ dərəcə. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ İ dərəcə. Ağırlaşma İ42.8 Digər kardiomiopatiyalar, Postişemik kardiomiopatiya. Ağırlaşma İ44 Qulaqcıq-mədəcik [atrioventrikulyar] blokadası və His dəstəsinin sol ayaqcığının blokadası, . Ağırlaşma 121.0 Miokardın ön divarının kəskin transmural infarktı, İnfarktdan sonrakı /2010/kardioskleroz. Ağırlaşma İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İV f.s. Ağırlaşma İ50 Ürək çatmamazlığı, İV f.s. Yanaşı xəstəliklər H25.0 Başlanğıc qocalıq kataraktası, OS billurun bulanması. Vis OD=0,1 Vis QS=0,06 Yanaşı xəstəliklər G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Dissirkulyator ensefalopatiya İ dər.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113- 113.2,120-125,...” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik verilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçıya ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120-125,...” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik müəyyən edilmişdir. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsi müəyyən edildiyi üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtinası qanunvericiliyə zidd omadığından, iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbi barədə iddiaya dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri. Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar