Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-264/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 üçüncü şəxs "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilərək, cavabdehin üzərinə Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında yerləşən 126 kv. metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun onun adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınma öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyriyaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 avqust 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivindən Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 126 kv. metr qeyri-yaşayış sahəsini almışdır. "xxxx" MMC tərəfindən 126 kv. metr qeyri-yaşayış sahəsinin dəyərinin tam ödəməsi və şirkətə borcunun olmaması barədə xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Qeyd olunan sənədləri cavabdeh inzibati orqana təqdim etməklə, mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2017-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı iş üzrə çıxartdığı xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanlanmış **********76 №li xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı iş üzrə çıxartdığı xx.xx.2017-ci il tarixli qərarı Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunmuşdur. İşdə iştirak etməyə cəlb edilməyən "xxxx" açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının "xxxx" ASC-nin maraqlarına toxunduğu üçün həmin inzibati iş üzrə 3-cü şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, işdə iştirak etməyə cəlb edilməyən vət. X8 da ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının hüquq və vəzifələrinə toxunduğu üçün İPM-nin 28.1-ci maddəsinə əsasən inzibati iş üzrə 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6105/2017 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçilər "xxxx" ASC və X3 ərizələri təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı iş üzrə çıxartdığı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, "xxxx" ASC və X3 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları qərara alınmışdır. Qərardadla razı olmayan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6105/2017 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını və qanuni qüvvəsini almış qərar üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2487/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 6105/2017 №li xx.xx.2022-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması, qəbul edilməsindən imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi nə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi tələbinə dair 2-1(112)- 1153/2023 №li inzibati iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraaatında olan iddiaçı X3 cavabdehlər İddiaçı, X6 və DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X13” MMC-nin ünvan 4 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv. metr qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması tələbinə dair 2(103)-2979/2023 №li iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. 2-1(112)-264/2024 saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X3 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, üçüncü şəxs X8 (və ya nümayəndəsi və vəkili) isə məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İnzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olun "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Müqavilə və maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 126 kv. metr olan, qeyri-yaşayış sahəsinin (mağaza) alqı-satqısı üzrə müqavilə bağlanmışdır. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş və onun şirkətə borcu yoxdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə.
3. Xidmətin vəzifələri. ... 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Normanın (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsi) məzmunundan göründüyü kimi, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi həmin yaşayış (qeyri-yaşayış) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi təsbit olunmuşdur. İddiaçı mübahisəli daşınmaz əmlakı xx.xx.2014-cü il tarixdə "xxxx" şirkəti ilə aralarında bağlanmış “Qeyri-yaşayış sahəsinin alqı-satqı” müqaviləsinə əsasən almışdır və sonuncu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli “Maliyyə arayışı”na əsasən iddiaçının həmin əmlaka görə maliyyə borcu yoxdur. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə (Rabitəbank” ASC və X8) gəldikdə isə məhkəmə hesab edir ki, onların irəli sürdüyü dəlillər də hazırki iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, ilkin olaraq üçüncü şəxs X7 münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X13” MMC-nin ünvan 5 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 14,4 kv. metr qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı arasında bağlanmış 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh “X13” MMC-nin ünvan 4 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv. metr qeyriyaşayış sahəsinə dair cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh “X13” MMC-nin ünvan 4 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv. metr qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X5 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X3 cavabdehlər İddiaçı, X9, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 240 ( iki yüz qırx) manat məbləğində pul vəsaitinin iddiaçı X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2123/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2123/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X3 qeyd olunan iddianın qaldırılmasında subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Digər üçüncü şəxs "xxxx" ASC-yə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adı çəkilən üçüncü şəxs məhkəməyə ünvanladığı ərizədə (üçüncü şəxs qismində cəlb olunma ilə bağlı) “X13” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binada olan bir sıra mənzillər, qarajlar və qeyri-yaşayış sahələrinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)- 345/10 saylı qərardadı ilə "xxxx" ASC-nin istifadəsinə və sərəncamına verildiyinə, həmin qərardadın 2018-ci ilin aprel ayında Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən qismən icra edildiyinə və bir sıra mənzillərin və qarajların "xxxx" ASC-yə təhvil verildiyinə, İddiaçı iddiası ilə ona verilmiş ünvan 6 ünvanda yerləşən (ümumi sahəsi 114,4 kv. metr) qeyri-yaşayış sahəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)- 345/10 saylı qərardadı ilə "xxxx" ASC-nin istifadəsinə və sərəncamına verilmiş qeyriyaşayış sahələri (mağazalarla) üst-üstə düşməsini müəyyən etdiklərinə istinad etsə də, ötən müddət ərzində iddiaçı tərəfindən hazırki iddia üzrə təqdim olunmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirməmiş və göstərilən mübahisəli sahəni faktiki olaraq sahibliyinə və istifadəsinə götürməmişdir. İddiaçı isə yuxarıda da qeyd olunduğu kimi qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməklə, faktiki istifadəsində və sahibliyində olan mübahisli qeyri-yaşayış sahəsinə dair müılkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər və üçüncü şəxslər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev