Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2642/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavadeh Cavabdehnə qarşı 3-cü şəxs Qaradağ rayon Mənzil Kommunal- Təsərrüfatı Birliyi işə cəlb edilməklə bağlanmış qapının açılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavadeh Cavabdehnə qarşı 3-cü şəxs Qaradağ rayon Mənzil Kommunal- Təsərrüfatı Birliyi işə cəlb edilməklə ünvan 1 ünvanında, mülkiyyətində olan torpaq sahəsinə cənub istiqamətindən ünvan 7şayış kompleksində yerləşən əraziyə olan bağlanmış qapının cavabdeh tərəfindən açılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair ddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, göstərdiyi ünvanda anadan olmuş və yaşayır. Bu ev Qaradağ rayon X13 İcraiyyə Komitəsinin 31 yanvar 1990-cı il tarixli 40/13 nömrəli qərarına əsasən “Qanunsuz tikilmiş fərdi yaşayış evlərinin qeydiyyata alınması” barədə çıxarışına əsasən Bakı şəhərinin icraiyyə komitəsinin 17 fevral 1989-cu il tarixli 6cı çağırışı “Bakı şəhərində fərdi yaşayış tikililərinin nizamlanması” barəsindəki qərarına əsaslanaraq Qaradağ rayon xalq deputataları Soveti İcraiyyə Komitəsi qərara alaraq qanunsuz tikilmiş fərdi yaşayış evlərinin qeydiyyata alınmsına icazə vermişdir. Lök-Batan qəsəbəsi 5-ci massiv 10 nömrəli evdə yaşayan X12 1989-cu ildə tikdirdiyi yaşayış evi (əsas: Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki inventarlaşma bürosunun 1973-cü ildə verdiyi pasport) tikilmiş ev söküntəyə düşmüş, sanitar texniki vəziyyəti normaya uyğundur. Ev 6 otaqdan ibarət olmaqla yaşayış sahəsi 10,0 kv.m, tualet sahəsi 4,6 kv.m., açıq 20,2 kv.m həyətyanı torpaq sahəsi 258,7 kv.m. sənədləşdirilmişdir. Sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 8 saylı notariat ofisində 20 avqust 2019-cu ildə Azəraycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə yazılmış məktuba əsasən 07 yanvar 2017-ci il tarixdə ölmüş mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 200/2019 nömrəli vərəsəlik işi açılmışdır. X4 vərəsələrindən biri kimi o, notariat ofisinə müraciət etmişdir. Qaradağ rayon İHB-nın xx.xx.2020-ci il tarixli 1076 nömrəli sərəncamına əsasən adı sərəncamda S.Əliyeva kimi qeyd olunan mərhum X5 Bakı şəhəri, Qaradağ rayonu, Lök Batan qısıbəsində ayrılmış 300 kv.m torpaq sahəsinə üzərindəki fərdi yaşayış evinə hüquqmüəyyənedici sənəd (çıxarış) verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrndən seriya MH ******* nömrəli çıxarış xx.xx.2007-ci il tarixində onlara verilmişdir. Çıxarışa əsasən Bakı şəhəri, Qradağ rayonu, Lök-Batan qəsəbəsi Xanbala İsmayılov (5-ci Massiv) küçəsində istifadədə olan 0.01727 ha torpaq sahəsində yerləşən 1-(1), 2-(1) mərtəbəli 113,8 kv.m yaşayış, 74,9 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X7 1/6 hissə, X11 1/6 hissədən- 1/24 hissə, İddiaçı 1/6 hissədən -1/24 hissə, X8 1/6 hissədən- 1/24 hissədə, X4 4/6 hissə, X9 1/6 hissədən-1/24 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 6902 nömrəli vərəqində qeydiyyata alınmışdır. 300 kv.m torpaq sahəsinin texniki pasportunun baş planında girişçıxış yolu göstərilməmişdir. Lakin sözügedən torpaq sahəsinin (naturada) şimal istiqamətindən asfalt örtüklü yol keçir, cənub istiqamətindən isə Nizami küçəsi 10-da yerləşən Neftçi MTK-nin tikdiyi binaların istiqamətində asfalt örtüyü olan yola çıxışı mövcud idi. İddiaçı kimi onun1/6 hissəsinə düşən payın həmin əraziyə 1 metr qapısı olmuşdur. Sonradan Cavabdeh və Qaradağ rayon MKTB-nin keçmiş rəhbəri Raism Əhmədovun işçiləri tərəfindən 2017-ci ildə yolu bağlanmışdır. Ona qapının yenidən açılacağını söz versələr də bu gunə kimi yolu bərpa olunmayıb. O, 4 ildir ki, əziyyət çəkir, bütün instansiyalara müraciət etsə də düzgün dolğun cavab ala biməmişdir. Bunun nəticəsində evinin arxasındakı torpaq sahəsinə girişi bağlanmışdır və torpaq sahəsində abadlıq işləri görə bilmir. Ona görə də, pozulmuş hüquqlarının bərpası üçün məhyəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh Başçısının müavini N.Muradov tərəfindən iddiaçıya ünvanlanmış Ə-93-091 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Nizami küçəsində yerləşən yaşayış kompleksi Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan yaşayış kompleksinin həyətinə qapı açılması barədə aidiyyəti üzrə baxılması və nəticəsi barədə ona məlumat verilməsi üçün Qaradağ Rayon Mənzil-X2 məktub ünvanlanmışdır. İşdə olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi N.İsmayılov tərəfindən iddiaçya ünvanlanmış 647 saylı 13 avqust 2021-ci il tarixli məktubdan görünür ki, sözügedən ünvandakı yaşayış binası kopleksində vətəndaşlar üçün ümumi girişi nəzərdə tutulmuşdur. Bina layihəyə uyğun hər tərəfdən hasarla əhatə olunmuşdur. Kompleksin həyətinə qapı açılması məqsədəmüvafiq hesab olunmur. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrndən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qradağ rayonu, Lökbatan qəsəbəsi Xanbala İsmayılov (5-ci Massiv) küçəsində istifadədə olan 0.01727 ha torpaq sahəsində yerləşən 1-(1), 2-(1) mərtəbəli 113,8 kv.m yaşayış, 74,9 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X7 1/6 hissə, X11 1/6 hissədən- 1/24 hissə, İddiaçı 1/6 hissədən - 1/24 hissə, X8 1/6 hissədən - 1/24 hissədə, X4 4/6 hissə, X9 1/6 hissədən-1/24 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 6902 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********71- 10301, qeydiyyat nömrəsi 110797526, qeydiyyat tarixi xx.xx.2007-ci il. İşdə olan Bakı şəhər İHB-nın xx.xx.2015-ci il tarixli 556 saylı sərəncamının icrası barədə Bakı şəhər İHB-nın Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" Mənzil-Tikinti Kooperativinin balansında olan və bu sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün həmin Birliyin 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. İşdə olan Bakı şəhər İH MKTD Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 15 yanvar 2016-cı il tarixli 06 №-li əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" Mənzil-Tikinti Kooperativinin balansında olan və sərəncamın əlavəsində olan daşınmaz dövlət əmlakı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün 125 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texnki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli 10/1822 nömrəli ekspert rəyindən görünür ki, ekspert tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi düzbucaqlı şəkildə yerləşməklə, üç tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə, bir tərəfdən isə küçə və "xxxx" MTK-nın tikdiyi binalarla əhatə olunmuşdur. Torpaq sahədinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Torpaq sahəsinin yaşayış binalarına olan sərhəd hasarında əvvəllər mövcud olmuş giriş-çıxış üçün qapı boşuğunun izləri mövcud olduğu, lakin, həmin qapı boşluğunun kərpiclərlə hörülərək bağlandığı müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı tədqiq olunan torpaq sahəsinin ətrafında yerləşdiyi sahə (küçə) tərəfə giriş-çıxış qapıları açıldığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsinə əsasən tədqiq olunan torpaq sahəsinə hər hansı hissədən giriş-çıxış qapılarının olmadığını, torpaq sahəsinin yaşayış binalarına tərəf olan sərhəd hasarında əvvəllər mövcud olmuş giriş-çıxış üçün qapı boşluğunun izləri mövcud olduğunu və sonradan bağlandığını, həmin sərhəd hasarının qarşısının boş sahədən ibarət olduğunu və qarşısında hər hansı tikili olmadığını, qapı açılacağı taqdirdə hər hansı tikiliyə maneəçilik törətmədiyini, eləcə də qeyd olunan ünvanda qonşu yaşayış evlərindən də, "xxxx" MTK-nin tikdiyi binaların yerləşdiyi sahə (küçə) tərəfə giriş-çıxış qapıları açıldığını nəzərə alaraq, paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/6 hissədən 1/24 hissədə məxsus olan torpaq sahəsindən "xxxx" MTK yaşayış kompleksinə məxsus əraziyə qapı açılmasının Tikinti norma və qaydalarına, həmçinin Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Qradağ rayonu, Lökbatan qəsəbəsi Xanbala İsmayılov (5ci Massiv) küçəsində istifadədə olan 0.01727 ha torpaq sahəsində yerləşən 1-(1), 2-(1) mərtəbəli 113,8 kv.m yaşayış, 74,9 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, tədqiq olunan torpaq sahəsinə hər hansı hissədən girişçıxış qapıları yoxdur, torpaq sahəsinin yaşayış binalarına tərəf olan sərhəd hasarında əvvəllər mövcud olmuş giriş-çıxış üçün qapıları sonradan bağlanmışdır, həmin sərhəd hasarının qarşısının boş sahədən ibarətdir və qarşısında hər hansı tikili yoxdur, qapı açılacağı taqdirdə hər hansı tikiliyə maneəçilik törətmədiyi, eləcə də, qeyd olunan ünvanda qonşu yaşayış evlərindən də, "xxxx" MTK-nin tikdiyi binaların yerləşdiyi sahə (küçə) tərəfə giriş-çıxış qapıları açıldığı nəzərə alaraq, paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/6 hissədən 1/24 hissədə məxsus olan torpaq sahəsindən "xxxx" MTK yaşayış kompleksinə məxsus əraziyə qapı açılmasının Tikinti norma və qaydalarına, həmçinin Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qanunverciliyə uyğun olaraq iddiaçının paylı mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsindən cənub istiqamətindən ünvan 7şayış kompleksində yerləşən əraziyə olan qapının bağlanması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulması deməkdir ki, bu halda yol verilməzdir. Bu səbəbdən də, iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanı üzrə torpaq sahəsindən cənub istiqamətindən ünvan 7şayış kompleksində yerləşən əraziyə olan bağlanmış qapının açılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsaəsn istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat iddiaçı X6 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanı üzrə torpaq sahəsindən cənub istiqamətindən ünvan 7şayış kompleksində yerləşən əraziyə olan bağlanmış qapının açılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat iddiaçı X6 tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ********************4, SFİFTBİK CTREAZ22) hesabına keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2642/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2642/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver