Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2642/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu X5rşı “cizginin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus olan və Binəqədi qəsəbə Bələdiyyəsinin 762/1 nömrəli 25 mart 2004-cü il tarixli Sərəncamı ilə adına rəsmiləşdirilmiş 1000 kv.m torpaq sahəsinin yerində naturada olduğu kimi, dəqiq ölçü və istinad (koordinat nöqtələrini) göstərməklə sxem cizgi verilməsi vəzifəsinin Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 762/1 nömrəli 25 mart 2004-cü il tarixli Sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas olan esgiz-sxemi, maliyyə qəbzi, alqı-satqı aktı ilə iddiaçının mülkiyyətinə 100 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin yerləşmə cizgisində dəqiq ölçü və istinadlar yoxdur koordinantlar verilməmişdir. Ona görə də iddiaçı torpaq sahəsinin naturada olduğu kimi dəqiq ölçü və istinad nöqtələri barədə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət etsə də, Bələdiyyənin cavabı iddiaçını qane etməmişdir. Binəqədi qəsəbə Bələdiyyəsində ümumilikdə torpaq sahəsinin esgizlə uyğun olduğu bildirilsə də, iddiaçıya məxsus torpaq sahəsinin yenidən işlənərək bu günə olan situasiya planının tərtib edilərək təsdiq olunmasının yalnız məhkəmə qərarı əsasında mümkünlüyü bildirilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 762/1 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas olan esgiz-sxemlə şəxsin adına rəsmiləşdirilərək mülkiyyətinə ayrılmış torpaq sahəsinin coğrafi hüdudlarının müəyyən edilməsi mümkün hesab edilmir. Verilmiş cavabın imtina olmadığını nəzərə alaraq inzibati qaydada məhkəməyə müraciət edə biləcəyi tövsiyə olunur.
4. İddiaçı tərəfindən təqdim olunmuş Binəqədi qəsəbə Bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 762/1 nömrəli Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
5. İddiaçı tərəfindən təqdim olunmuş Torpaqların Alqı-Satqısına dair Akta əsasən İddiaçı tərəfindən Binəqədi Bələdiyyə orqanına xx.xx.2004-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 1000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 762/1 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X16 tərəfindən Binəqədi rayon Kapital Bankının 1 saylı hesabına əvvəlcədən 8800 manat haqq ödənilmişdir (Qəbz 282877).
6. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv fondu üzrə 762/1 saylı qərarları xx.xx.2004-cü il tarixli deyil, xx.xx.2004-cü il tarixli olmaqla həmin qərarlarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur.
7. Binəqədi qəsəbə Bələdiyyəsinin “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 762/1 nömrəli Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 300 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X6 mülkiyyətinə ayrılmışdır.
8. Binəqədi qəsəbə Bələdiyyəsinin “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 762/1 nömrəli Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X3 mülkiyyətinə ayrılmışdır.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin iddiaçı X11 adma rəsmiləşdirilmiş 762/1 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına aid esgiz-sxemi Milli Arxiv idarəsinə müraciət etməklə əldə edilə bilər. İddiaçıya esgiz-sxemlə ayrılmış 1000 kv.m torpaq sahəsinin coğrafi hüdudları təqdim edilmiş esgizlə eyni uyğunluq təşkil edir.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş Binəqədi qəsəbə Bələdiyyəsinin 762/1 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı və aidiyyatı sənədlərin təsdiq olunmuş surəti, eyni zamanda 2004-cü ildə E.Salmanovun sədrliyi dövrünə aid imza və möhür nümunələri Milli Arxiv idarəsinin Bakı ərazi idarəsinə müraciət etməklə əldə edilə bilər.
11. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv fondu üzrə 2004-cü ilə dair E.Salmanovun sədrliyi ilə imza və möhürlə olan arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Məlumat üçün həmin arxiv sənədlərinin nümunələrinin təsdiq edilmiş ksero surətləri 3 (üç) vərəqdən ibarət məhkəməyə göndərilir.
12. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi (arvadı) iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
20. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Qubatov X13 qəsəbə Bələdiyyəsinin 762/1 nömrəli 25 mart 2004-cü il tarixli Sərəncamı ilə adına rəsmiləşdirilmiş 1000 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini tələb etmişdir.
22. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi qəsəbə Bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 762/1 nömrəli Sərəncam surətdir, sərəncamın əsli məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə tərəfindən Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialına sorğu ünvanlanaraq Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 762/1 nömrəli sərəncamının və onunla bağlı aparılmış (İddiaçı ayrılmış torpaq sahəsi) bütün sənədləşmənin təsdiq olunmuş surətinin (cizgi, alqı-satqı aktı v.s) təqdim edilməsi tələb olunmuşdur. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv fondu üzrə 762/1 saylı qərarları xx.xx.2004-cü il tarixli deyil, xx.xx.2004-cü il tarixli olmaqla həmin qərarlarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur.
24. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur. Cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva