Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2644/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun pensiyası hesablanarkən dövlət qulluğunda işlədiyi dövrdən 60 (altmış) ay götürülməklə, o cümlədən Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Mərkəzi Aparatında (xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi) 21 (iyirmi bir) ay işlədiyi şöbə müdiri vəzifəsi hal-hazırki tarixə Nazirliklərin və X1 Dövlət Qulluqçularının aylıq vəzifə maaşının 4-cü inzibati vəzifələr təsnifatına uyğun təminedici şöbə müdiri vəzifəsinə bərabər tutulması və təminedici şöbə müdirinin vəzifə maaşı 980 manat götürülməklə pensiyasının hesablanması, Azərbaycan SSR X14 Komitəsinin Mərkəzi Aparatında (xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə kimi) Yenidənqurma Baş Əsaslı Tikinti İdarəsində 3 (üç) ay baş mühəndis vəzifəsinin hal-hazırkı tarixə Nazirliklərin və X1 Dövlət Qulluqçularının aylıq vəzifə maaşının 5-ci inzibati vəzifələr təsnifatına uyğun baş məsləhətçi vəzifəsinə bərabər tutulması və baş məsləhətçinin vəzifə maaşı 595 manat götürülərək pensiyanın hesablanması, yerdə qalan 36 ay Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında (xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi) Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis vəzifəsinin hal-hazırkı tarixə Nazirliklərin və X1 Dövlət Qulluqçularının aylıq vəzifə maaşının 5-ci inzibati vəzifələr təsnifatına uyğun məsləhətçi vəzifəsinə bərabər tutulması və məsləhətçinin vəzifə maaşı 560 manat götürülərək pensiyanın hesablanıb, aylıq vəzifə maaşının 708 manat 75 qəpik (yeddi yüz səkkiz manat yetmiş beş qəpik) götürülməsi barədə qərar qəbul edilməsi, dövlət qulluğunda tutduğu vəzifəyə uyğun ixtisas dərəcəsi dövlət qulluğunun müşaviri aylıq 115 (yüz on beş) manatın ona verilməsi barədə qərar qəbul edilməsi, dövlət qulluğunda qulluq stajının 15 ildən çox olduğu üçün aylıq vəzifə maaşının 708 manat 75 qəpik 30 faizinin miqdarını manatla hesablayıb əlavə haqq olaraq ona verilməsi barədə qərar qəbul edilməsi, dövlət qulluqçusunun pensiyasının 3 vəzifə maaşı mislində mükafat vəzifə maaşı 708 manat 75 qəpik olmaqla və 1 vəzifə maaşı həcmində müavinətin və hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın verilməsinin manatla pensiyasına tətbiq olunmasına dair qərar qəbul edilməsi, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması, pensiyaya çıxdığı vaxtdan hal-hazırki tarixə kimi yaranmış fərqin hesablanıb manatla birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiyası hesablanarkən dövlət qulluğundə işlədiyi dövr 60 (altmış) ay götürülməklə, o cümlədən Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında (xx.xx.1984-cü üdən xx.xx.1986-cı ilə kimi) 21 (iyirmi bir) ay işlədiyi şöbə müdiri vəzifəsi hal-hazırki tarixə nazirliklərin və X1 dövlət qulluqçularının aylıq vəzifə maaşının 4-cü inzibati vəzifələr təsnifatına uyğun təminedici şöbə müdiri vəzifəsinə bərabər tutularaq pensiyanın hesablanması, Azərbaycan SSR X14 Komitəsinin Mərkəzi Aparatının (xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə kimi) Yenidənqurma Baş Əsaslı Tikinti İdarəsində 3 (üç) ay baş mühəndis vəzifəsi hal-hazırki tarixə nazirliklərin və X1 dövlət qulluqçularının aylıq vəzifə maaşının 5-ci inzibati vəzifələr təsnifatına uyğun baş məsləhətçi vəzifəsinə rərabər tutularaq pensiyanın hesablanması, yerdə qalan 36 ay Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında (xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi) Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis vəzifəsi hal-hazırki tarixə nazirliklərin və X1 dövlət qulluqçularının aylıq vəzifə maaşının 5-ci inzibati vəzifələr təsnifatına uyğun məsləhətçi vəzifəsinə bərabər tutularaq hesablanması, dövlət qulluğunda tutduğu vəzifəyə uyğun ixtisas dərəcəsi dövlət qulluğunun müşaviri aylıq 115 (bir yüz on beş) manat pulun ona verilməsi, dövlət qulluğunda 15 ildən çox qulluq stajına görə aylıq vəzifə maaşının 30 faizi miqdarında əlavə əmək haqqının hesablanması, hər il üçün dövlət qulluqçularına verilən 3 (üç) vəzifə maaşı həcmində mükafat, 1 (bir) vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi həcmində əlavə əmək haqqının verilməsi və dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən hal-hazıra kimi yaranmış pensiya fərqinin hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(83)-895/2018 saylı qərardadına əsasən iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(83)-895/2018 saylı qərarına əsasən iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən həmin qərardan verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2-1(104)-474/2018 saylı qərarına əsasən təmin edilməyərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(83)-895/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən Gəncə Apelyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2-1(104)-474/2018 saylı qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-554/2019 saylı, 12 mart 2019-cu il tarixli qərarına əsasən qismən təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2-1(104)-474/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2-1(104)-429/2019 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(83)-895/2018 saylı qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-2124/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-2124/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qərardadına əsasən inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə teleqram ünvanlayaraq xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək olan 60 ay götürülməklə işlədiyi vəzifələrə müvafiq olaraq uyğunlaşıdırılması aparılmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1952-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Sənaye və Mülki Tikinti ixtisasını bitirərək, ali təhsil almışdır. O, əmək fəaliyyətinə xx.xx.1970-ci ildə S.Ə.Dadaşov adına Azərbaycan Elmi-Tədqiqat Tikinti- Material və Qurğuları İnstitutunda laborant vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1970-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş, xx.xx.1971-ci ildə “Statistika” nəşriyyatının Azərbaycan bölməsində fəhlə kimi işə qəbul olunmuşdur. xx.xx.1971-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1975-ci ildə Bakı şəhəri Nəsimi rayonu Mənzil fondunun Əsaslı-Təmir üzrə 8 saylı Təmir Tikinti İdarəsinə tikinti ustası vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1976-cı ildə öz xahişi ilə işdən azad olunaraq köçürmə yolu ilə həmin tarixdən Bina və Fasadların Əsaslı Təmiri üzrə 10 №-li Tikinti İdarəsinə göndərilmişdir. xx.xx.1976-cıildə Nəsimi rayonu Bina və Fasadların Əsaslı Təmiri üzrə 10 №-li tikinti idarəsinə usta vəzifəsinə işə təyin olunmuşdur. xx.xx.1978-ci ildəöz xahişi ilə tutduğu vəzifədən azad olunaraq X7 hərbi xidmətə göndərilmişdir. xx.xx.1978-ci ildənxx.xx.1980-ci ilə kimi olan dövrdə X7 hərbi xidmətdə olmuşdur.X7 hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1980-ci ildə Nəsimi rayonu Bina və Fasadların Əsaslı Təmiri üzrə 10 №-li Tikinti idarəsinə tikinti ustası vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1981ciildə öz xahişi ilə tutduğu vəzifədən işdən azad olunmuşdur. xx.xx.1981-ciildə Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında Əsaslı Tikinti İdarəsində mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1981-ci ildəköçürmə yolu ilə həmin idarədə böyük mühəndis vəzifəsinə təyin olunmuşdur.xx.xx.1984-cü ildə köçürmə yolu ilə X9 Tikinti İdarəsinin Tabe Təşkilatlarında Əsaslı Təmir və Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Keçmiş SSRİ Dövlətinin rəhbərliyinin Kənd Təsərrüfatında və Aqrar Sahələrdə apardığı islahatlar və yenidənqurma işləri ilə əlaqədar olaraq Azərbaycan SSR X5 Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 03 dekabr 1985-ci il tarixli 392 nömrəli birgə verdikləri qərara əsasən Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi ləğv edilərək 15 (on beş) Nazirlik və Komitənin Bazasında Azərbaycan SSR Dövlət Aqrar Komitəsi yaradılmışdır. xx.xx.1976-cıildə tutduğu vəzifədən azad olunaraq köçürmə yolu ilə Azərbaycan SSR X14 Komitəsinə göndərilmişdir. xx.xx.1976-cı ildəAzərbaycan SSR X14 Komitəsinin Mərkəzi Aparatında Yenidənqurma Baş Əsaslı Tikinti İdarəsinin Texniki İstehsalat şöbəsinə baş mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad olunaraq Azərbaycan SSR X5 Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il 333 №-li birgə verdikləri qərara əsasən güzəşt və imtiyazların saxlanılması şərti ilə Tovuz rayon Aqrar-Sənaye Birliyinə işləməyə göndərilmişdir. xx.xx.1978-ciildə Tovuz rayon X11 Əsaslı-Tikinti və X12 şöbəsinə rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildə Azərbaycan SSR X14 Komitəsinin xx.xx.1990-cı il 12 №-li əmri ilə Tovuz rayon X10 Bazasında Tovuz Rayon Aqrar Kombinatın yaradılması ilə əlaqədar şöbə rəisi vəzifəsinə təyin olunmuşdur.xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 1992-ci il tarixli Fərmanı ilə İcra Hakimiyyəti, Kənd Təsərrüfatı şöbəsinin və X6 yeni yaradılmış Tovuz Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinə inşaat mühəndisi vəzifəsinə təyin olunmuşdur.xx.xx.1999cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 05 yanvar 1999-cu il tarixli 02 saylı əmrinə əsasən Tovuz rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin ləğv olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən 3 (üç) ay sınaq müddəti verilməklə 1 (bir) il müddətinə Tovuz rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü ildə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ona 1-ci dərəcə Dövlət Qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2017-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci və 33.2-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 06 fevral 2017-ci il tarixdə DSMF-nin Tovuz Rayon şöbəsi tərəfindən yaş həddimə görə ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Lakin pensiya hesablanarkən bir sıra ciddi çatışmamazlıqlara yol verilmişdir. Belə ki, dövlət qulluqçularına aid olan bütün imtiyazlar ona şamil edilməmiş, o, bir neçə dəfə şifahi və yazılı öz iradını bu barədə Tovuz rayon şöbəsinin işçilərinə bildirmişdir. Əmək fəaliyyətinə baxış keçirdikdə məlum olur ki, uzun müddət fasiləsiz olaraq dövlət qulluğunda dövlət qulluqçusu kimi, o cümlədən 15 yanvar 1981-ci ildən, 21 fevral 1986-cı ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində, 21 fevral 1986-cı ildən 26 may 1986-cı ilə kimi Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Mərkəzi Aparatında Yenidənqurma və Bakı Əsaslı Tikinti İdarəsində baş mühəndis vəzifəsində, 29 may 1986-cı ildən 11 yanvar 1999-cu ilə kimi Tovuz rayon X2 Tikinti və Maddi-Texniki Təchizat şöbəsində rəis vəzifəsində, Tovuz Rayon İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsində inşaat mühəndisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində xx.xx.2001-ci ildən xx.xx.2017-ci ilə kimi işləmişdir. Son nəticədə 33 il 10 ay 6 gün dövlət qulluğunda dövlət qulluqçusu kimi iş stajı vardır. Onun dövlət qulluqçusu pensiyası düzgün hesablanmamışdır. Belə ki, işlədiyi dövrdən ardıcıl 60 (altmış) ay götürməklə, yəni Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Mərkəzi Aparatında xx.xx.1981-ci ildə xx.xx.1981-ci ilə kimi 9 ay 19 gün mühəndis vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi 2 il 6 ay 12 gün böyük mühəndis vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi 1 il 9 ay 5 gün şöbə müdiri vəzifəsində və Azərbaycan SSR X14 Komitəsinin Mərkəzi Aparatında Yenidənqurma Baş Əsaslı Tikinti İdarəsində xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə kimi 3 ay 5 gün baş mühəndis vəzifəsində işləmişdir. Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Mərkəzi Aparatında (xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi) 21 ay işlədiyi şöbə müdiri vəzifəsi hal-hazırkı tarixə Komitə və Nazirliklərin 4-cü təsnifatına, uyğun təminedici şöbə müdiri vəzifəsinə bərabər tutulmalı və təminedici şöbə müdirinin vəzifə maaşı 980 manat götürülərək pensiyasına hesablanmalı və Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsində Mərkəzi Aparatında (xx.xx.1986-cı ildən xx.xx.1976-cı ilə kimi) Yenidənqurma Baş Əsaslı Tikinti İdarəsində 3 ay baş mühəndis vəzifəsində işlədiyi hal-hazırkı tarixə Komitə və Nazirliklərin 5-ci təsnifata uyğun baş məsləhətçi vəzifəsinə bərabər tutulmalı və baş məsləhətçinin vəzifə maaşı 595 manat götürülərək pensiyanın hesablanması və yerdə qalan 36 ay Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Mərkəzi Aparatında işlədiyi xx.xx.1991-ci ildən xx.xx.1984-cü ilə kimi mühəndis və böyük mühəndis vəzifəsi hal-hazırkı tarixə Komitə və Nazirliklərin 5-ci təsnifatına uyğun məsləhətçi vəzifəsinə bərabər tutulmalı və məsləhətçinin vəzifə maaşı 560 manat götürülərək pensiyanın yenidən hesablanmasına aid qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 3787 nömrəli 13 mart 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş 2 nömrəli əlavədə Azərbaycan Respublikasında Dövlət Qulluqçularının aylıq vəzifə maaşı artırılmışdır. Belə ki, Nazirlik və X4 4-cü təsnifatda təminedici şöbə müdirinin vəzifə maaşı 980 manat, 5-ci təsnifatda baş məsləhətçinin vəzifə maaşı 595 manat və məsləhətçinin vəzifə maaşı 560 manat götürülərək hesablanması göstərilmişdir. İşlədiyi dövrdən ardıcıl 60 ay götürülməklə təminedici şöbə müdiri vəzifəsində 21 ay işlədiyi aylıq vəzifə maaşı 980 manat götürülməklə, baş məsləhətçi vəzifəsində 3 ay işlədiyi aylıq vəzifə maaşı 595 manat götürülməklə və qalan 36 ay məsləhətçi işlədiyi aylıq vəzifə maaşı 560 manat götürülməklə hesablanaraq, pensiya təyin olunması üçün aylıq vəzifə maaşı 708,75 manat təyin olunmalıdır. Həmçinin ona dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə görə 115 manat əlavə haqq ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya dair yazılı etirazını məhkəmə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə əsasən hesablanır. Həmin 26-cı maddədə göstərilmişdir ki, 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.1976-2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. xx.xx.1976-2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeyd edilən Qanunun 20.11-ci maddəsində göstərilmişdir: “Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir".Göründüyü kimi qanunverici dövlət qulluqçularının pensiyası hesablanarkən konkret olaraq həmin pensiyanın dövlət qulluqçularının son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldıqları dövlət məvacibinin orta aylıq məbləğindən hesablanmasını göstərmişdir.Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının” (əlavə 1) 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3- 12-ci bəndlərinə müvafiq olaraq hesablanır".Həmin Qaydaların 9-cu bəndinə əsasən “Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır”.Beləliklə yuxarıda qeyd edilən bəndlərdən də göründüyü kimi, dövlət qulluqçusuna verilən ödənişlərdən ona pensiya hesablanması üçün əsas şərt həmin ödənişlərin dövlət sosial sığortasına cəlb edilmələridi, yəni digər sözlə şəxsin dövlət qulluqçusu vəzifəsində işləyərkən aldığı ödənişlərdən dövlət sosial sığorta ödənişləri etməsidir.Dövlət qulluqçusunun almadığı və sosial sığortaya cəlb edilməyən ödənişlər onun dövlət məvacibinə daxil edilə bilməz. İddiaçının iddia tələbində göstərdiyi mükafatların və müavinətlərin ona ödənilməsini təsdiq edəcək heç bir sübut təqdim etmədiyindən həmin pul təminatları qanunvericiliyin tələblərinə görə ona tətbiq edilə bilməz. Həmçinin iddiaçının Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı təsdiq edilmişdir.İddiaçının istinad etdiyi peşələr isə qeyd edilən siyahıda göstərilməmişdir. Qeyd edilən peşələr həmin siyahı üzrə uyğunlaşdırılıb bu halda həmin peşələr üzrə iddiaçıya pensiya işlədiyi zaman aldığı vəzifə maaşı hesablandıqda iddiaçının pensiyasının məbləği azalacaq.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.Yəni fərz olunsa ki, iddiaçıya qeyd etdiyi tarixlər əsasında 60 aylıq əmək haqqı əsasında pensiya hesablacağı təqdirdə onun pensiya məbləği hal-hazırda aldığı pensiyadan az olacaq, (işdə olan Kənd Təsərrüfatı Nazirliyinin 16 fevral 2018-ci il tarixli məktubundan göründüyü kimi, İddiaçı qeyd edilən tarixlərdə Qanunda nəzərdə tutulmuş məbləğdən də aşağı məbləğdə əmək haqqı almışdır).Belə ki, hal-hazırda ona əmək haqqı onun işlədiyi son 24 ay əsasında hesablanıb və qeyd edilən müddət ərzində iddiaçının aldığı əmək haqqının məbləği yuxarıda qeyd edilən 27.1-ci maddədə göstərilən məbləğdən (həmçinin iddiaçının istədiyi müddətdə aldığı əmək haqqının məbləğindən də) dəfələrlə çoxdur.Hal-hazırki tarixə nazirliklərin və X1 dövlət qulluqçularının aylıq vəzifə maaşının 5-ci inzibati vəzifələr təsnifatına uyğun məsləhətçi vəzifəsinə bərabər tutularaq hesablanmasını tələb etsədə, o istinad etdiyi vəzifələrdə işlədiyi müddət ərizəsində həmin məbləğdə aylıq vəzifə maaşı almamışdır. Hal-hazırda qeyd edilən peşələrdə olan vəzifə maaşlarının da sonrakı artım kimi nəzərə alınması qeyri-qanunidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da özünün 15 may 2020-ci il tarixdə qəbul etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” Qərarında yuxarıda qeyd olunan hüququ mövqeyi təsdiq etmişdir. Belə ki, həmin Qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə", həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.Buna görə şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:-“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun;- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil:əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiyahüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının izahatını və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 69/8-365 saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçının pensiyasının yenidən hesablanması barədə ərizəsinə baxılmış, dövlət qulluqçusuna əmək pensiyasının təyin olunnasının onun təqdim etdiyi əmək haqqı (vəzifə maaşı), mükafat, ixtisas dərəcəsinə görə olan pulu və vəzifə səlahiyyətlərinə uyğun təyin olunduğu, təqdim etdiyi sənədlərdə bütün bunlar öz əksini tapmadığı üçün pensiyanın məbləğinə yenidən baxmağın mümkün olmadığı bildirilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı məxsus pensiya işinin surəti sorğu əsasında tələb edilmiş və pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin pensiya işinə əlavə edilmiş 209 saylı, 23 iyul 2015-ci il tarixli sığortaolunan fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək 09 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 9065,05 manat pensiya kapitalı vardır. Pensiya işinə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 480 saylı, 17 iyul 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə xx.xx.2015-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatının Əsaslı Tikinti İdarəsində xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi mühəndis və xx.xx.1981ci ildən xx.xx.1984-cü ilə kimi böyük mühəndis və xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında şöbə müdiri vəzifəsində işləmişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasəndövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir (maddə 23.1-ci maddə); dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır (maddə 23.4-cü maddə). Göründüyü kimi dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Qüvvədə olan qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan dəyişməlidir. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinə vəzifə maaşı, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişləri daxildir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 1991-ci il oktyabr ayının 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası əsasında iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatının Əsaslı Tikinti İdarəsində mühəndis, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi böyük mühəndis və xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında şöbə müdiri vəzifəsində işləməsi müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək olan 60 ay götürülməklə işlədiyi vəzifələrə müvafiq olaraq uyğunlaşdırılması aparılmaqla pensiyanın yenidən hesablanmasını tələb edir. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin “Siyahı”nın 1.15-ci bəndinə əsasən Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında şöbə rəisi vəzifəsi hazırkı təminedici şöbə müdiri vəzifəsinə, böyük referent, rəhbərin müavininin köməkçisi, katibliyin rəisi, aparıcı mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər) - aparıcı məsləhətçi vəzifəsinə, referent, 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, böyük mütəxəssis, mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər) - məsləhətçi vəzifəsinə uyğunlaşdırılması aparılmışdır. Belə olan halda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.15-cı bəndinə əsasən iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatının Əsaslı Tikinti İdarəsində işlədiyi mühəndis vəzifəsi hal-hazırda mövcud struktura uyğun olaraq məsləhətçi, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatının Əsaslı Tikinti İdarəsində işlədiyi böyük mühəndis vəzifəsi aparıcı məsləhətçi vəzifəsinə, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında işlədiyi şöbə müdiri vəzifəsi təminedici şöbə müdiri vəzifəsinə uyğunlaşdırılaraq, iddiaçı ona düşəcək pensiyanın həmin vəzifəyə müəyyən olunmuş həddə təyin edilməsi tələbində haqlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə kimi işlədiyi vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq vəzifələrə uyğunlaşdırılaraq, 60 ay götürülməklə onun pensiyasının yenidən hesablanması tələbində haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatının Əsaslı Tikinti İdarəsində işlədiyi mühəndis vəzifəsi hal-hazırda mövcud struktura uyğun olaraq məsləhətçi, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatının Əsaslı Tikinti İdarəsində işlədiyi böyük mühəndis vəzifəsi aparıcı məsləhətçi vəzifəsinə, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mərkəzi Aparatında işlədiyi şöbə müdiri vəzifəsi təminedici şöbə müdiri vəzifəsinə uyğunlaşdırılaraq, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə kimi ardıcıl işlədiyi 60 ay götürülməklə pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2644/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2644/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver