Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2645/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil oğlunun iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3226/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2987/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işi ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1988-ci il tarixdən, 1993-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Erməni təcavüzkarlarına qarşı Ağdam rayon Şelli, Qasımlı, Qaradağlı, Poladlı və Qurdlar kəndlərinin müdafiəsini təmin etmək məqsədilə yaradılmış özünümüdafiə dəstələrinin tərkibində, aparılan döyüş əməliyyatlarında kənd sakinləri ilə birlikdə yaxından iştirak etmişdir. Məlum Xocalı faciəsi zamanı mühasirəyə düşmüş Xocalı sakinlərinin xilas edilməsində və şəhidlərin döyüş bölgəsindən çıxarılmasında bilavasitə iştirak etmişdir. İddaçı ilə birlikdə həmin döyüşlərdə iştirak etmiş və hazırda sağ qalan kəndində olan döyüşçü iştirakçılarının hamısı müharibə veteranı adı və vəsiqəsi alaraq qanunla müəyyən edilmiş imtiyazlardan istifadə edirlər və müvafiq müavinat alırlar. Lakin bu günə kimi müvafiq inistxxxiyalara müraciətlərə baxmayaraq, iddiaçı müharibə veteranı və vəsiqəsini ala bilmədiyindən müharibə veteranı kimi imtiyazdan və müavinat almaqdan məhrum olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin 44 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, Ağdam rayonu ərazisində yaradılmış özünümüdafiə dəstələrinin tərkibində erməni quldur birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı lazım olan sənədlər (arxiv arayışı, Ağdam rayon tera Hakimiyyəti Başçısının əmirdən çıxarışı) olmadığından iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi mümükün deyil.Ağdam rayon ərazilərində özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş və Ağdam Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 02/1317 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışa əsasən iddiaçının, yəni, İddiaçı adı təsdiq edilmiş həmin siyahıda 66--cı sırada qeyd edilmişdir. Lakin yerli özünümüdafiə dəstələrinin yaradılmasına dair Ağdam rayon İcra Hakimiyyəti Başçısının əmirdən çıxarışı və arxiv arayışı işğal zonasında qaldığından əldə etmək mümkün olmamışdır. Digər tərəfdən iddiaçının Qarabağ uğrunda gedən döyüşlərdə iddiaçı ilə çiyin-çiyinə döyüşlərdə yaxından iştirak elmiş və müharibə veteranı adı və vəsiqəsini alan keçmiş döyüşçülərdən Ağdam rayon Qasımlı kənd sakinləri X6 veteran vəsiqəsi № 034901, şəxsiyyət vəsiqəsi AZL № 05131838, Ağdam rayon Qaradağlı kənd sakini X3 veteran vəsiqəsi № 09835, şəxsiyyət vəsiqəsi AZE № 03878742, və digərləri də iddiaçını həmin döyüşlərdə iştirakını Nərimanov rayon məhkəməsində təsdiq etmişlər. Bundan əlavə olaraq Ağdam rayonu Şelli kəndi ərazisində Ermənilərlə qarşı-qarşıya gedən döyüş zamanı “xxx” televiziya Şirkəti tərəfindən vidio çəkliş aparılmış və iddiaçıda həmin döyüşlərdə iştirakı çəkliş zamanı vidioda öz əksini tapmışdır, (çəkliş diski əlavə edilir). Bundan sonra iddiaçı məcbur olub ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin Məhkəmənin iş № 2(005)-1247/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 1988-1993-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktı müəyyən edilməsi qət edilmişdir. Nərimanov rayon Məhkəməsinin həmin qətnaməsi qüvvəsin aldıqdan sonra həmin qətnaməni digər sənədlərlə birlikdə ərizəmə əlavə edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə yenidən müraciət edərək iddiaçıya müharibə vereranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin xx xxxx 2019-cu il tarixli imtina məktubunda göstərilirBakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1247/2019 nömrəli qətanməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə vəzifə qoyulmadığına görə iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məqsədəuyğun deyil”. 1988-1993-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktı Nərimanov Rayon Məhkəməsinin iş № 2(005)-1247/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə təsdiqini tapmış və həmin qətnamə qanuni qüvvəyə mindiyindən preyudisial əhəmiyyət daşıyır. Qətnamə ilə müəyyən edilmiş ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyinə dair fakt hazırki iş üzrə sübutetmə predmetinə aid olduğundan yenidən sübut olunmur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yazılı etiraz təqdim edərək bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, arxiv arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaçı iddia tələbinin əsası kimi Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 02/1317 nömrəli müvafiq arayışa istinad edir. Həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər-hxxxı digər sənəd mövcud deyildir. Həmin arayış isə icra Hakimiyyəti tərəfindən tərtib olunmuş adlı siyahıya əsasən, 2018-ci ildə arxiv sənədləri mövcud olmadan və arxiv sənədlərinə istinad edilmədən tərtib edilmişdir. İddiaçının 1988-1993-cü illərdə döyüşlərdə iştirak etməsini, məlum hadisələrdən 25 il sonra, yəni 2018-ci ildə tərtib edilmiş siyahı ilə müəyyən edilməsi məhkəmə tərəfindən əsas və sübut kimi götürə bilməz. Həmin siyahı, iddiaçının həqiqətən də, qeyd etdiyi dövrdə döyüşlərdə iştirak etməsini təsdiq edən mötəbər sübut kimi hesab edilə bilməz. Həmçinin iddiaçının istinad etdiyi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1247/2019 nömrəli qanuni qüvvəyə minmiş hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnaməsi bir sıra prosessual qaydaların pozulması ilə qəbul olunmuş və sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, özünümüdafiə dəstələrin tərkibində döyüşlərdə iştirak etmiş vətəndaşlara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi səlahiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”na aiddir, lakin bu iş üzrə maraqlı tərəf kimi səlahiyyəti olmayan Xidmətin Ağdam rayon şöbəsi cəlb olunrrluşdur. Eyni zamanda məlumdur ki, 1991-ci ilin oktyabr ayının 9-da Azərbaycan Respublikası Milli Ordusu yaranmış və həmin tarixdən bütün özünümüdafiə dəstələri buraxılmış və ya Milli Orduya birləşdirilmişdir. Buna görə də İddiaçı 1993-cü ilədək özünümüdafiə dəstələrin tərkibində iştirak etməsi mümkünsüzdür.Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiaçıya «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Ağdam şəhərində anadan olmuşdur. İddiaçı Ağdam rayonu, Şelli kəndində qeydiyyatdadır. -xx xxxxxx 2001-ci il tarixli, 678692 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı hazırda Nərimanov rayonu ərazisində məskunlaşmışdır. -Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 31871 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. -İddiaçıya məxsus NZ-3238872 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Ağdam rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxx 1975-ci il tarixdə hərbi xidmətə daxil olmuş və xx xxxx 1977-cil tarixdə həmin hərbi hissədən tərxis olunmuşdur. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli, 02/1317 saylı arayışdan görünür ki, İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam rayonun Şelli kəndində təşkil olunmuş özünümadifiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Ağdam rayon İHB-nin Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi könüllü döyüşlərdə iştirak etmiş, müharibə veteranı vəsiqəsi almayanların adlı siyahısında İddiaçı adı və soyadı siyahının 66-cı sırasında qeyd edilmişdir. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1247/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı 1988-1993-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi qət edilmişdir. Həmçinin, həmin qətnamədə qeyd olunmuşdur ki, İddiaçı 1988- 1993-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktı tədqiq olunmuş sübutlarında öz təsdiqi tapması qeyd olunmuşdur. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanladığı 1119 saylı imtina məktubunda qeyd edilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1247/2019 saylı qətnaməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə vəzifə qoyulmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli, ***-*******0 saylı məktubuna əsasən, xx.xx.1956-cı ildə Ağdam rayonunda doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1247/2019 saylı, xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinə qarşı döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu l tarixli, 2(005)-1247/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməmiş, qətnamə xx xxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1247/2019 saylİ, xx xxx 2020ci il tarixli qərardadı ilə, maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1247/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının X2 xx xxxxxxxx 2020-ci il tarixli, 26 saylı məktubuna əlavə olunmuş Ağdam rayon İ.H.B-nin Qasımlı knd İ.Ə.D-üzrə Nümayəndəliyin xx xxxxxx 2018-ci il tarixli 333 saylı arayışın təsdiq edilmiş surətindən və həmin arayışın verilməsinə əsas olmuş özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısından görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı adı 1988-1991-ci il tarixdə Qarabağ hadisələri zamanı özünü müdafiə dəstələrində iştirak edənlərin siyahısının 66-cı qrafasında göstərilmişdir. Həmin siyahı Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının X2 möhürü ilə təsdiqlənmişdir. -Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 1988-1991-ci ildə Ağdam rayonu, Şelli özünü müdafiə dəstələrində könüllü iştirak etmişdir. Beləliklə, iddiaçı 1988 1991-ci il tarixə kimi Ağdam rayonunda yaradılmış könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək, cavabdeh inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə heç bir öhdəliyin qoyulmamasıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 57-ci və “Vətəndaşların müraciətlərinə baxılması haqqında”Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Həmin Qanunun 7-ci maddəsində göstərilir ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati orqan hesab edilmişdir. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə, əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, izibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilik inzibati icraat üçün ümumi müddət müəyyən etmiş və bu müddətin axımı müraciətin qeydiyyata alındığı gün başlayır və müraciət üzrə qərar (qərar dedikdə həm müraciət üzrə qərarın qəbul edilməsi, həm də qərar qəbul etməkdən imtina haqqında qərar başa düşülür) qəbul edildiyi gün başa düşülür. Qərar qəbul edərkən və ya müraciətə imtina edərkən, işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi və müraciətə imtina olunması üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurla həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üzərinə heç bir öhdəlik qoyulmadığına görə, iddiaçıya veteran vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərkən, ona yeni veteran vəsiqəsinin verilməsini tələb edir. Lakin, cavabdeh inzibati orqanvətəndaşın müraciətinə baxarkən, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin normalarının tələblərini nəzərə almamış və iddiaçıya veteran vəsiqəsinin verilməli olubolmamasını araşdırmamışdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş etiraz ərizəsindən görünür ki, cavabdeh həmçinin, iddiaçının Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 02/1317 nömrəli arayışdan başqa, iddiaçının döyüşlərdə iştirakını sübut edən hərhxxxı digər sənədin mövcud olmamasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Müharibə veteranı”, “Silahlı qüvvələrin veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının x xxxxx 2006-cı il tarixli 90-111 QD saylı Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamə təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə-müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.” Həmin Əsasnamənin birinci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Ağdam rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxx 1975-ci il tarixdə hərbi xidmətə daxil olmuş və xx xxxx 1977-cil tarixdə həmin hərbi hissədən təxris edilmişdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli, 02/1317 saylı arayışdan və xx xxxx 2017-ci il tarixli, 25 saylı siyahıdan görünür ki, İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam rayonun Şelli kəndində təşkil olunmuş özünümadifiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Bundan savayi, iddiaçının 1988-1993-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə Nərimanov rayon Məhkəməsi tərəfindən qətnamə qəbul olmuş və . xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sözügedən qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilsə də, cavabdehin ərizəsi təmin olunmamışdır. Göründüyü kimi, iddiaçının 1988-1993-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə qətnamə hazırki günədək qüvvədədir. Hətta, işə baxılarkən, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş video görüntülər olan diskə baxış keçirilmiş və xxx-in Qızıl Fondu tərəfindən çəkilmiş görüntülər əsasında, İddiaçı Ağdam rayonun Şelli kəndində təşkil olunmuş özünümadifiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməsi, həmçinin müsahibə verilməsi öz tədiqini tapmışdır. Bu hal isə, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini və ona müharibə veteranı adı və vəsiqəsini verilməsi nəticəyə gəlməyə əsas verir. Məhkəmənin mövqeyinə görə, İddiaçı 1988 – 1991-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərə əsasən inkar olunmadığından və belə status alınmasına yol verilməyən hallar ona münasibətdə mövcud olmadığından, o cümlədən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi həm icra hakimiyyəti tərəfindən təsdiq olunmuş siyahıda, həm qüvvədə olan məhkəmə qətnaməsində, həmçinin, xxx-in Qızıl Fondu tərəfindən çəkilmiş görüntülərdə öz əksini tapdığından, İddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Bütün göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, hərbi xidmət keçməsi, Ağdam rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 15 saylı siyahısı ilə, məhkəmə araşdırması zamanı təqdim olunmuş video görünütü, həmçinin Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğundan, iddia tələbi təmin edilməli və iddiaçıya «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2645/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2645/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver