Məhkəmə qərarları › İş №2-1(112)-2645/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2645/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2645/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "hakim kimi əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının prokurorluq orqanlarında xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsindən 19 yanvar 2022-ci il tarixli **********2 nömrəli və 17 avqust 2022-ci il tarixli **********5 saylı imtinasının qanunvericiliyin tələbləri baxımdan əsasız hesab edilməklə ləğv edilməsi və ona sabiq prokurorluq əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinə xitam verilərək, prokurorluq orqanlarında 25 il 10 ay 25 gün olan xidmət müddətinin hakim kimi əmək stajına daxil edilib hakim vəzifəsində işlədiyi 13 il, 2 ay, 25 gün xidmət stajının üzərinə əlavə edilib cəmi 39 il 20 gün hakim fəaliyyəti üzrə əmək stajı hesablanmaqla, «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.4 və 20.7-ci və digər maddələrinin müddəalarına uyğun olaraq ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunması, həmin əmək pensiyasının hakim kimi səlahiyyətlərinə xitam verildiyi 01 noyabr 2021-ci il tarixdən hesablanaraq, həmin vaxtdan sabiq prokurorluq əməkdaşı kimi ona güzəştli şərtlərlə yaşa görə təyin edilməklə ödənilmiş məbləğ nəzərə alınmaqla, bununla bağlı ödənilməli olan pensiya məbləğ üzrə yaranmış fərqin ona birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1956-cı il təvəllüdlü olmaqla 1973-cü ildə Göyçay rayonunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ilin oktyabr ayından 1976-cı ilin dekabr ayınadək keçmiş Sovet Ordusu sıralarında çağırış üzrə müddətli hərbi qulluqda olmuşdur (2 il bir ay hərbi xidmət). 1976cı ilin dekabr ayında Rusiya Federasiyası Tomsk Dövlət Universitetində hüquq fakültəsinin hazırlıq kurslarına daxil olmuş və həmin universitetə qəbul olunaraq 1977- 1982-ci illərdə həmin universitetin hüquq fakültəsinin əyani şöbəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinat üzrə 11 oktyabr 1982-ci il tarixdən 23 noyabr 1989cu il tarixədək Rusiya Federasiyası Krasnoyarsk diyarı X2 prokurorluq orqanlarında xidmət etmişdir (7 il şimal bölgəsində xidmət). Daha sonra köçürmə yolu ilə 04 dekabr 1989-cu il tarixdən 18 iyun 1991-ci il tarixədək Qazaxstan Respublikası Quryev şəhər Prokurorluğunda böyük müstəntiq və Quryev (hazırki Atırau) vilayət prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifələrində işləmişdir. Daha sonra köçürmə yolu ilə 21 iyun 1991-ci il tarixdən 25 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət yaradılmış Vahid İstintaq və Əməliyyat Qrupunun tərkibində (keçmiş) Dağlıq Qarabağ üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. Qeyd edilən dövrdə o zaman döyüş şəraitində olmuş Şuşa, sonra isə Ağdam şəhərlərində xidmət etməklə «Xankəndi (Stepanakert)» istintaq-əməliyyat qrupunun rəhbəri olmuşdur. Həmçinin o zaman Ağdam şəhərində fəaliyyət göstərməklə məlum Xocalı faciəsi ilə bağlı həmin İstintaq qrupu tərəfindən başlanmış məlum cinayət işi üzrə hadisənin ilk günündən «Xocalı» istintaq qrupunun rəhbəri olmuşdur. Həmin qətliyyam hadisəsinin törədilməsində o zaman Xankəndi (keçmiş Stepanakert) şəhərində dislokasiya olmuş MDB-nin 3G6-cı alayının bir çox döyüş texnikası və hərbi qulluqçularının iştirak etmiş olduğu barədə kifayət qədər sübutlar əldə olunması, lakin hadisədən sonra həmin alayın rəhbərliyinin, həmçinin döyüş texnikası və hərbi qulluqçularının əksər hissəsinin Azərbaycan Respublikası ərazisindən çıxarılaraq MDBnin həmin dövrdə Gürcüstan Respublikası Vaziani şəhərində fəaliyyət göstərmiş hərbi bazasına yerləşdirilməsi ilə əlaqədar, o zaman öz təşəbbüsü ilə Gürcüstan Respublikasına gedib Vaziani hərbi bazasında 366-cı alayın komandirini taparaq həmin hadisə ilə əlaqədar onu rəsmi qaydada dindirmiş, həmçinin bir sıra vacib sənədlərin əldə olunmasına nail olmuşdur. Qeyd ediləmn dövrdə döyüş bölgəsində xidmətləri nəzərə alınmaqla 2000-ci ildə o, Qarabağ müharibəsi veteranı kimi tanınmışdır. İş fəaliyyəti ilə bağlı o 25 fevral 1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında daimi işə qəbul olunaraq, 2000-ci ilin iyun ayınadək Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində çalışmışdır. Sonra isə 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna köçürülərək İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, sonra isə Dövlət ittihamının müdafiəsi üzrə idarə prokuroru vəzifəsində işləmişəmdir. 2005-ci sentyabr ayında Bakı şəhəri Nəsimi rayon prokurorluğuna prokuror-kriminalist vəzifəsinə, 2006-cı ilin mart ayında isə Bakı şəhər prokurorluğu Prokurorluqda İstintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunaraq həmin vəzifələrdə çalışmışdır. 06 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2979 №-li sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişə və bununla bağlı o zaman prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləməklə həmin vəzifə üzrə son yaş həddinə, 65 yaşa çatdığına görə 01 noyabr 2021-ci il tarixdə səlahiyyələrinə xitam verilmişdir və beləliklə o, 13 il 2 ay 25 gün hakim vəzifəsində işləmişdir. Prokurorluq orqanlarında təqvim illəri üzrə 25 ildən artıq müddət ərzində qulluq etmiş olması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə (köhnə red.) əsasən 2007-ci ilin noyabr ayında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin prokurorluq orqanlarındakı xidməti ilə bağlı təqvim üzrə yalnız 25 il 14 gün əmək stajı nəzərə alınmışdır. Bundan sonra doqquz ay ərzində prokurorluq orqanlarında çalışdıqdan sonra, yuxarıda qeyd etdiyi kimi hakim vəzifəsinə təyin olunmuşdur. Qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunda ona xx.xx.2007-ci ildən dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28.15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edildiyi, onların gəldiyi qənaətə görə sonradan dövlət qulluqçusu kimi yenidən işə qəbul edildiyi üçün həmin tarixdən ona əmək pensiyası hesablanan zaman qulluq stajına görə əlavə 50% hesablanmalı olduğu halda 100% həcmində hesablandığı, bununla əlaqədar xx.xx.2019-cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil etməklə, xx.xx.2019-cu ilə 119922,17 manat artıq vermə yarandığı bildirilmiş və müvafiq olaraq xx.xx.2019-cu il tarixdən ona hesablanmış əmək pensiyasının məbləği mühüm dərəcədə azaldılmışdır. Bununla əlaqədar olaraq o həmin məsələnin qanunauyğun olaraq həll edilməsini, ondan asılı olmayan səbəblərə görə ona artıq hesablanmış əmək pensiyası məbləğinin azaldılmasına etiraz etmədiyini, bununla yanaşı onun əmək stajı hesablanan zaman ordu sıralarında xidmət dövrünün, şimal bölgəsində xidmət müddətinin nəzərə alınması, Müharibə veteranı olmaqla döyüş bölgəsində xidmət müddətinin ikiqat hesablanmasını və faktiki olaraq xx.xx.2017-ci il tarixədək mənim fasiləsiz olaraq 40 ilə yaxın əmək stajının olmasını və digər halların nəzərə alımasını xahiş etmişdir. Lakin, qeyd etdiyi hallar tam nəzərə alınmamışdır. Son yaş həddi ilə bağlı 01 noyabr 2021-ci tarixdə hakim kimi səlahiyyələrinə xitam verildiyinə görə, 2021-ci ilin dekabr ayında mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona sabiq prokurorluq əməkdaşı kimi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinə xitam verilərək, prokurorluqda xidmət müddətinin hakim kimi iş stajına hesablanmaqla ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin müraciətinin 19 yanvar 2022-ci il tarixli məktubla təmin edilməkdən imtina etmişdir. Bununla yanaşı, sabiq hakim kimi ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qeyd edilən müraciətindən sonrakı dövrdə, yəni 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində müvafiq məsul işçilərin məsuliyyətsizliyi ucbatından sabiq prokurorluq işçisi kimi ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının ödənişi də təmin olunmamış və həmin müddət ərzində faktiki olaraq o hər-hansı bir pensiya almamışdır. Bununla əlaqədar olaraq bu barədə, həmçinin yuxarıda qeyd edilən əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmaqla ona sabiq prokurorluq işçisi kimi yaşa görə müvafiq əmək pensiyasının ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına 2022-ci ilin aprel ayında rəsmi qaydada müraciət etmişdir. Bundan sonrakı dövrdə də yuxarıda qeyd etdiyi hallar tam nəzərə alınmamış, lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən ona sabiq prokurorluq əməkdaşı kimi ilkin olaraq təyin olunmuş əmək pensiyası həmin həcmdə təsdiq edilməklə, 2021-ci ilin dekabr ayından etibarən ona yaşa görə 2200 manat civarında əmək pensiyası hesablanmış, əvvəllər pensiyaçısı kimi ona artıq ödəmələrin olması müəyyən edildiyinə görə həmin pensiya məbləğindən nisbətən az məbləğdə olsa da tutmalar davam etdirilməklə qalan məbləğin mona ödənilməsi təmin edilmişdir. Qeyd edilən hallarla bağlı 2022-ci ilin iyul ayında o Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə müraciət edərək, həmin Fondun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsindən 19 yanvar 2022-ci il tarixli **********2 saylı imtinasının qanunsuz hesab edilməsi və onun prokurorluq orqanlarında xidmət illərinin məhkəmə orqanlarında xidmət stajına daxil edilərək Qanunvericiliyin tələblərinə uyğun qaydada ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının 17 avqust 2022-ci il tarixli **********5 saylı məktubu ilə, sabiq hakim kimi ona yaşa görə əmək pensiyası təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Beləliklə, son yaş həddi ilə bağlı 01 noyabr 2021-ci tarixdə hakim kimi səlahiyyələrinə xitam verildiyinə görə, 2021-ci ilin dekabr ayında, təkrar olaraq 2022-ci ilin iyul ayında o Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona sabiq prokurorluq əməkdaşı kimi təyin edilmiş əmək pensiyasının ödənişinə xitam verilərək, prokurorluq orqanlarındakı xidmət müddətinin hakim kimi iş stajına hesablanmaqla ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin buna imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaya etirazında bildirilmişdir ki, iddiaçı 01 avqust 2022-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona prokurorluq orqanlarında xidmət illərinin məhkəmə orqanlarında xidmət stajına daxil edilərək ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Tərəfimizdən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildiririk ki, “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi həmin qanunla müəyyən edilir. Qeyd olunan Qanunun 20.1.4-cü, 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, hakim vəzifəsində iş stajı 15 ildən az (13 il 2 ay 25 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) olduğundan iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarsndakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. Əlavə olaraq bildiririk ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1 -ci maddəsinə əsasən əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin sonuncu altıncı hissəsinə əsasən pensiya yaşma çatmış sabiq hakimiərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qayda!arı”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Qeyd olunanlara əsasən, iddiaçının hakimlik səlahiyyətlərinə 1 noyabr 2021-ci il tarixindən xitam verilməsi ilə əlaqədar hakim kimi pensiya hüququ 2 noyabr 2021-ci il tarixindən yarandığından əmək pensiyası qanunvericiliyin 2 noyabr 2021-ci il tarixində qüvvədə olan redaksiyasına uyğun qaydada müəyyən edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı prokurorluq orqanlarında xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə sabiq hakim kimi xx.xx.2019-xx.xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (cəmi 80 faiz) əlavə hesablanmaqla xx.xx.2021-ci il tarixdən hakim kimi əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2011-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2021-ci ildə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 16-8/2-386/2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2021-ci illər üzrə aldığı əmək haqqının məbləği vəzifə maaşı, əmək stajına görə əlavə, vəzifə maaşına əlavə, təmsilçilik, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, kompensasiya da daxil olmaqla cəmi 135276,80 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş pensiya işinə dair sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2007-ci il tarixli 1073 nömrəli Qərarına əsasən İddiaçı 10 il prokurorluq orqanlarında işlədiyinə görə xx.xx.2007-ci il tarixdən pensiya təyin edilmişdir. -Pensiya təyinatı alt sistemindən görünür ki, iddiaçının prokurorluq orqanlarında xidmət müddəti 25 il 09 ay 11 gün hesablanmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1774/2023 nömrəli qərarına əsasən İddiaçı prokurorluq orqanının əməkdaşı kimi yaşa görə təyin edilmiş pensiya məbləği 2044 manat, 26 qəpik təşkil etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, 19 yanvar 2022-ci il tarixli **********2 nömrəli məktubumuza əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin sonuncu altıncı hissəsinə əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37 3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, hakimlik səlahiyyətlərinizə 1 noyabr 2021-ci il tarixindən xitam verilməsi ilə əlaqədar hakim kimi pensiya hüququnuz 2 noyabr 2021-ci il tarixindən yarandığından əmək pensiyanız qanunvericiliyin 2 noyabr 2021-ci il tarixində qüvvədə olan redaksiyasına uyğun qaydada müəyyən edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın ilkin müraciətə dair xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İşin hallarından görünür ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmiş, ona sabiq prokurorluq işçisi kimi pensiya təyin edilmiş, daha sonra 2008-ci ildən hakim işlədiyi vəzifədən son yaş həddinə çatmaqla əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmişdir. İddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının hakim kimi stajının 15 ildən az, yəni 13 il 2 ay 25 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) olmasına istinad edərək pensiya təyinatından imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsasları ilə razılaşmır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə əsasən həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə pensiya qanunvericiliyinə edilmiş köklü dəyişikliklər nəticəsində sosial müdafiə təminatları ilə bağlı fəaliyyətdə olan hakimlərin hüquqi vəziyyətləri də ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmçinin «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin maddəyə 6 mart 2018-ci il tarixdə edilmiş və 28 mart 2019-cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmiş, və 109-cu maddənin 5-ci hissəsi aşağıdakı kimi müəyyən olunmuşdur: “Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” Beləliklə, qanunvericiliyə əsasən əgər ilk əvvəl 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ var idisə, sonradan (2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən) bu staj 15 ilə qaldırılmışdır. Məhkəmə qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. «Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qərara almışdır ki:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Oxşar stiuasiyanın hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməli və ona 5 ildən artıq hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə qulluq illərinə görə əlavə hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçının 65 yaşı tamam olmuş, hakimlik səlahiyyətlərinə xitam verildiyi xx.xx.2021-ci il tariədək 13 il 02 ay 25 gün hakim kimi iş stajı olmuşdur. “R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 18 may 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “(.....) Yuxarıda şərh edilənlərdən aydın olur ki, xidməti stajın əksər hissəsini prokurorluq orqanında çalışaraq 25 ili tamam olmadan hakimliyə keçmiş şəxslə hakimlikdən prokurorluq qulluğuna keçmiş şəxs arasında sosial təminat baxımından imtiyazlı xarakterli fərq yaranmışdır. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Konvensiyanın 14-cü maddəsi tanınması mümkün olan, obyektiv və ya şəxsi xüsusiyyətlərə, yaxud da şəxslərin və ya qrupların biri digərindən ayrıldığı “statusa” əsaslanan rəftardakı fərqləndirməni qadağan edir. Belə fərqləndirmə obyektiv və əsaslı deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı, 22 mart 2012-ci il, §§ 85-86). Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə hakimiyyətinin daxilində oxşar vəziyyətdə olan şəxslər arasında güzəştli pensiya məsələsində sosial təminatda olan belə fərqləndirmə hər hansı obyektiv və əsaslı səbəblərə söykənmir. Yekunda Konstituisya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ fəslinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla, prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.” “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi prokurorluq işçilərinin qulluq stajına əmək fəaliyyətinin hansı dövrlərinin daxil edilməsi bilavasitə qanunda göstərilmişdir. Eyni zamanda qanunverici hakimlik stajı ilə prokurorluqda xidmət illərini eyniləşdirmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun hakimlərin maddi təminatı məsələlərini tənzimləyən 106-cı maddəsinin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Bununla belə əvvəllər prokurorluq orqanlarında işləmiş, sonradan hakim vəzifəsinə təyin edilmiş hakimlərin prokurorluq orqanlarındakı iş stajları hakim stajı ilə eyniləşdirilmiş və onlara da prokurorluqdakı iş stajlarına görə əmək haqqına əlavə məbləğin hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan görünür ki, qanunvericilikdə prokurorların və hakimlərin əmək stajlarının qarşılıqlı sürətdə hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, məhkəmə hakimiyyəti orqanlarında xidmət müddəti prokurorluq orqanlarında xidmət müddətinə hesablandığı kimi əksinə, prokurorluq orqanlarında xidmət müddəti də hakimlik stajına hesablanması mümkündür və bu halı istisna edən hüquqi əsas qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hazırkı iş üzrə iddiaçının prokurorluq orqanlarında olan 25 il 09 ay 11 gün stajını onun hakimlik stajına 13 il 02 ay 25 günə əlavə edildikdə iddiaçının hakimlik stajının 39 ildən çox olduğu müəyyən olunur. Belə olan halda iddiaçının 10 ildən yuxarı hakimlik stajının hər ili üçün 5% olmaqla orta aylıq əmək haqqının 80% miqdarında pensiyaya əlavə hesablanmalıdır. İddiaçı hakim kimi işlədiyi dövrün son 24 ayının, yəni xx.xx.2019-xx.xx.2021-ci illərdəki dövr üzrə əmək haqqına əsasən pensiya təyin edilməsini, bu zaman həmin dövrdə aldığı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmasını xahiş edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cu maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. xx.xx.2014-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. “Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.” Bununla da birinci instansiya məhkəmələrinin hakimləri üçün son yaş həddi 66 yaş olaraq müəyyən edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. Belə olan halda müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Odur ki, iddiaçıya səlahiyyətlərinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hakim kimi pensiya təyin edilməklə hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı prokurorluq orqanlarında xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə ona xx.xx.2019-xx.xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 10 ildən yuxarı hakimlik stajının hər ili üçün 5 faizi miqdarında (cəmi 80 faiz) əlavə hesablanmaqla xx.xx.2021-ci il tarixdən hakim kimi əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar