Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2646/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 1in kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-35289/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 63573,15 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 2023 Mənfəət vergisi üzrə 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2-35289/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış uyğunzuluq məktubuna aşağıdakı cavablar təqdim edilmişdir. Uyğunsuzluq məktubunun 1-ci bəndinə cavab olaraq bildirilir ki, tərəflərindən təqdim edilən 2023-cü il vergi qanunverciliyinə əsasən hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən 2023-cü il üzrə formalaşan mənfəət vergisinə cəlb edillən ümumi dövriyyə məbləği əks etdirilmişdir. Müəssisə tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 200-cü və 203-cü sətirinin gəlir göstəricisi müvafiq olaraq müəssisə tərəfində vergi orqanına təqdim edilən 2023-cü ilin ayları üzrə ƏDV bəyannamələrinin 305-ci sətir göstəricilərində əks etdirilərək vergi orqanına bəyan edilmiş və vergi orqanı tərəfindən müvafiq dövrün bəyannamələrinə kameral münasibət bildirilmişdir. Müəssisənin dövriyyəsinin formalaşdıracaq və vergi orqanına bəyan edilməyən hər hansı dövriyyəsi, gəliri mövcud olmamışdır. Kənarlaşma olaraq göstərdikləri və müəssisənin bank hesabına daxil olan məbləğlərlə ümumi dövriyyə məbləği arasındakı fərqin əsasını müəssisənin cari hesabların arasındakı 427 535.09 manat məbləğində pul köçürmələri, 1 006 065,07 manat məbləğində Euro hesabına konvertasiya, 26 465,58 manat məbləğində ABŞ hesabına konvertasiya, 814403.00 manat məbləğində təsisçi borc, 470000.00 manat məbləğində borc müqaviləsinə əsasən geri qaytarma, 3 500.00 manat məbləğində səhv ödənilmiş məbləğin geri qaytarılması, 1027.83 manat məbləğində ödəniş hesablarına səhv daxil olduğu üçün geri qaytarılması və 741270,30 manat məbləğində (yükdaşıma ilə əlaqədar) ƏDV sayılmayan əməliyyatlar üzrə təqdim edilmiş elektron qaimələrə əsasən daxil olan məbləğlər təşkil edir. Müəssisənin bir bank hesabından digər bank hesabına pul köçürməsi üzrə əməliyyatlar, konvertasiya əməliyyatları, təsisçi borc və səhv ödənilmiş məbləğlərin geri qaytarılması üzrə əməliyyatlar mənfəət vergisi üzrə vergi tutma obyekti deyildir. Uyğunsuzluq məktubunun 2-ci bəndində qeyd edilən uyğunsuzluqla bağlı bildirilir ki, 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş sığorta xərcləri İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasına görə "QALA HƏYAT" siğorta şirkəti ASCİ tərəfindən təqdim olunan elektron qaimələrə əsasən 32744.24 manat, X1 Mülki Məsuliyyətinin İcbari Sığortasına görə "xxxx" ASC tərəfindən təqdim olunan elektron qaimələrə əsasən 4982.45 manat, "xxxx" ASC tərəfindən təqdim olunan elektron qaimələrə əsasən 9980.00 manat və Azərbaycan Respublikasi Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən təqdim olunan elektron qaimələrə əsasən 12 946.39 manat olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldığı, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdığı, təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin gəlirlər sətrində gəlirlərinin 762377.22 manat (4432813,39 manat (təqdim edilmiş qaimələrin dəyəri)- 3670436.17 manat (MV bəyannaməsində göstərilmiş gəlir məbləği) = 762377.22 manat) az əks etdirilməsinə (mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar) baxmayaraq, il ərzində vergiyə cəlb edilməyən əməliyyatlar üzrə çəkilmiş xərclər təqdim edilmiş mənfəət vergisində xərclərə aid edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə **********747900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün (4 080 575.55 (MV bəyannaməsində göstərilmiş cəmi xəclər)* (762377.22 / 4432813,39) = 701,797.61) 701,797.61 manat xərc məbləği silinməklə 63573,15 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-35289/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 63573,15 manat əlavə məfəət vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İPM-in 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh mübahisələndirilən qərarın qəbulu kimi o hala istinad edir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldığı, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdığı, təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin gəlirlər sətrində gəlirlərinin 762377.22 manat (4432813,39 manat (təqdim edilmiş qaimələrin dəyəri)-3670436.17 manat (MV bəyannaməsində göstərilmiş gəlir məbləği) = 762377.22 manat) az əks etdirilməsinə (mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar) baxmayaraq, il ərzində vergiyə cəlb edilməyən əməliyyatlar üzrə çəkilmiş xərclər təqdim edilmiş mənfəət vergisində xərclərə aid edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə **********747900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün (4 080 575.55 (MV bəyannaməsində göstərilmiş cəmi xəclər)* (762377.22 / 4432813,39) = 701,797.61) 701,797.61 manat xərc məbləği silinməklə 63573,15 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında müəyyən edilir ki, cavdehin mübahisələndirilən qərarı ilə iddiaçıya 2023-cü ilin bəyannamə və hesabat dövrü üzrə 63573, 15 manat əlavə mənfəət vergisi hesablanmışdır. Həmin dövr üzrə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi iddiaçı aşağıdakı qaydaada hesablanmışdır; Hesabat dövrü üzrə gəlirlər:
200. malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir – 853,547.22; 200.2. işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlir – 853,547.22;
203. daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir – 2,816.888.95;
218. Ümumi gəlirlər – 3.670.436,17 Hesabat dövrü üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər:
221. malların təqdim edilməsi, işlər görülməsi və xidmət göstərilməsi üzrə xərclər – 2,868.212.58; 221.1. əmək haqqı və ona bərabər tutulan ödəmələr – 1,490.423.35; 221.2 sosial sığorta haqqları – 281,526.35; 221.5. icarə haqqı – 19,550.00; 221.6. Müvafiq İcra Hakimiyyıti Orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləği – 9,469.00; 221.8. Qaz xəcrləri – 1.093.22; 221.9. Yanacaq xərcləri – 697.033,77; 221.10. Su və kanalizasiya xərcləri – 27.12; 221.11. Rabitə xərcləri – 4,091.53; 221.13. Bank xidmətləri üzrə xərclər – 33,294,49; 221.15. Bilavasitə malların təqdim edilməsi (işlər görülməsi və xidmət göstərilməsi) ilə bağlı sair xərclər – 330,893.75
227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər – 764,836.20;
228. Təmir xərcləri – 76,491.92;
230. Sığorta üzrə xərclər – 60,653.08;
232. Digər xərclər – 268,834.33;
233. Gəlirlər çıxılan vergilər və yığımlar – 41,547.44; Cəmi xərclər – 4.080.575,55
Hesabat dövrü üzrə vergilərin hesablanması
239. Zərər (sət 236-sət 220)
247. Ödənilməli olan mənfəət vergisinin dəyəri – 0.00 251.3. VM-ə əsasən gəlirdən çıxılmayan xərclər – 35,600.00
Cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində tərtib edilmiş bəyannaməyə görə isə, həmin dövr üzrə iddiaçının gəlirləri iddiaçı təqdim etdiyi kimi, xərcləri isə aşağıdakı kimi olmuşdur:
236. ümumi gəlirdən çıxılan xərclər – 3,352,570.41.
Hesabat dövrü üzrə vergilərin hesablanması
237. vergitutma məqsədləri üçün mənfəət – (sət.220- sət.236) – 317,865.76;
238. Mənfəət üzrə azadolmalar və güzəştlər;
239. Zərər (sət 236-sət 220)
240. Mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərərəri - 0
241. mənfəət üzrə azadolma, güzəşt və mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət (sət 237-(sət 238+sət 240);
242. Mənfəət vergisinin dərəcəsi 20%
243. Mənfəttə vergisi – (sət 241 x sət 242 : 100);
247. Ödənilməli olan mənfəət vergisinin dəyəri (sət 243-sət 244- sət. 245-sət. 246) – 63,573.15 Göründüyün kimi, iddiaçının təqdim etdiyi bəyannamə ilə cavabdeh təərfindən hesablanmış vergi zamanı iddiaçının xərcləri ilə bağlı sətrdə fərq olduğundan hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2025-ci il tarixli 9/9623 №-li ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən cavabdehin 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 35289/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə 2023-cü il üçün mənfəət vergisinin düzgün hesablanmadığı müəyyən olunur. O cümlədən, müəssisə tərəfindən 2023-cü ildə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmalı mənfəət vergisi müəyyən olunmadı. Eyni zamanda, təqdim edilmiş iş materiallarında (əlavə edilmiş diskdə) gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri və s.) mövcuddur ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Ekspert tədqiqatı zamanı ekspertin vəsatətinə əsasən iddiaçının xərcini təsdiq edən sənədlər disk şəklində ekspertizaya təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Ekspert rəyindən də göründüyü ki, cavabdeh tərəfindən 2023-cü ilin mənfəət vergisinin düzgün hesablanmadığı müəyyən olunur. Həmçinin rəylə müəyyən edilir ki, iddiaçı tərəfindən 2023-cü ildə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmalı mənfəət vergisi müəyyən olunmur. İddiaçının gəlirinin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri və s.) mövcuddur ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, aparılmış ekspertiza tədqiqatı nətiəsində iddiaçının 2023-cü il üçün mənfəət vergisinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Məhkəmə cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, ekspertiza tətdiqatı zamanı hər iki tərəfin nümayəndlərinin ekspertiza aparılmasında iştirakı təmin edilmiş, hər iki tərəfə sübutların ekspertə təqdim edilməsinə şərait yaradılmışdır. Ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Odur ki, cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə bağlı qeyd etdikləri dəlillərin əsası yoxdur. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2-35289/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov