Məhkəmə qərarları › İş №2-1(112)-2647/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2647/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2647/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X2 oglunun katibliyi Tələbkar İddiaçı Məzahim oğlunun nümayəndəsi X1 oglunun iştirakı ilə, Tələbkar İddiaçı Məzahim oğlunun Bakı şəhəri Səbail rayon icra şöbəsinin 23 yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : Tələbkar İddiaçı Məzahim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon icra şöbəsinin 23 yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2-4268/2015 saylı qərarı ilə iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün yenidən bərpa olunması cavabdeh Bakı şəhəri Səbail İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmış, qərar qanuni qüvvəsini almışdır. Məhkəmə qərarının qanuni qüvəsini almasından uzun müddət keçməsinə baxmayaraq qərar icra edilməmiş, Bakı şəhəri Səbail rayon icra şöbəsinin 23 yanvar 2017-ci il tarixli, xx/xx-3997/14-2016/932 saylı qərarı onunla əsaslandırılmışdır ki, Badamdar qəsəbəsi, T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün bərpa olunması üçün nəzərdə tutlmuş sahədən "xxxx" ASC-yə məxsus 10 kv voltluq yüksək gərginlik elektrik kabel xəttləri, “Azəriqaz” İB-nə məxsus istismarda olan D-159 m orta təzyiqli yeraltı qaz xətti və "xxxx" ASC-yə məxsus kanalizasiya və su xəttinin keçdiyi qeyd edilərək kommunikasiya xəttlərinin yerinin iddiaçının vəsaiti hesabına normativ qaydalara uyğun şəkildə dəyişdirildikdən sonra icra edilə bilər”. Hesab edilir ki, mübahisələdirilən qərar qanunsuz və əsassız olmaqla iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmurunun iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki ərizəyə icra məmurunun iştirakı olmadan baxıla bilər. Məhkəmə ilk öncə şikayət ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməsi məsələsini araşdıraraq qeyd edir ki, iş materiallarında qərarın tələbkara təqdim edilməsini sübut olmadıgından ərizə mümkünlük şərtlərini ödəmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş arxiv işindən və icra şəbəsindən tələb edilmiş icra işindən görünür ki: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4268/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı Məzaxim oğlunun cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsi və tikintinin bərpası tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı Məzaxim oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün yenidən bərpa olunmasının cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-653/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4268/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1237/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 653/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4268/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra 2-1(81)-4268/2015 saylı xx.xx.2016-cı tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmiş, lakin iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən məhkəmə qərarının icra olunmaması bildirilmiş, bu səbəbdən də, məhkəmə qərarına dair icra vərəqəsi verilməsi xahiş edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1(81)-4268/2015 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi tərtib edilərək, icra olunması üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədinə əsasən tələbkar İddiaçı Məzaxim oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün yenidən bərpa olunması borclu Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - İcra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər iş üzrə tərəflərə göndərilmişdir. - Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Toğrul Baxşəliyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması haqqında” 23 yanvar 2017ci il tarixli qərarından görünür ki, icra ərəfəsində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən şöbəyə ünvanlanmış məktubda Badamdar qəsəbəsi, T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində 91 saylı meyvə-tərəvəz köşkünün bərpa olunması üçün nəzərdə tutulmuş sahədən "xxxx" ASC-nə məxsus 10 kv voltluq yüksək gərginlik elektrik kabel xətləri, “Azəriqaz” İB-nə məxsus istismarda olan D- 159 m orta təzyiqli yeraltı qaz xətti və "xxxx" ASC-nə məxsus kanalizasiya və su xəttinin keçdiyi qeyd edilərək kommunikasiya xətlərinin yerinin iddiaçının vəsaiti hesabına normativ qaydalara uyğun şəkildə dəyişidirildikdən sonra məhkəmə qərarının icrasına səlahiyyətləri daxilində yenidən baxılacağı bildirilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4- cü maddəsini rəhbər tutaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-4268/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinın məhkəməyə qaytarılması qərara alınmışdır. - Səbail rayon icra və probasiya şöbəsinin rəisinin məhkəməyə ünvanlanmış məktubunda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2- 1(81)-4268/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı Məzaxim oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Badamdar qəsəbəsində T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində yerləşən 91 saylı meyvə-tərəvəz köşkünün yenidən bərpa olunması borclu Səbail rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyatı sənədlər iş üzrə tərəflərə göndərilmişdir. İcra ərəfəsində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən şöbəyə ünvanlanmış məktubda Badamdar qəsəbəsi, T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində 91 saylı meyvə-tərəvəz köşkünün bərpa olunması üçün nəzərdə tutulmuş sahədən "xxxx" ASC-nə məxsus 10 kv voltluq yüksək gərginlik elektrik kabel xətləri, “Azəriqaz” İB-nə məxsus istismarda olan D-159 m orta təzyiqli yeraltı qaz xətti və "xxxx" ASC-nə məxsus kanalizasiya və su xəttinin keçdiyi qeyd edilərək kommunikasiya xətlərinin yerinin iddiaçı vəsaiti hesabına normativ qaydalara uyğun şəkildə dəyişidirildikdən sonra məhkəmə qərarının icrasına səlahiyyətləri daxilində yenidən baxılacağı bildirilmişdir. Bu səbəbdən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən xx.xx.2017-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsinə dair iddiaya baxılmasını məhkəməninin mülahizəsinə buraxırıq. Göründüyü kimi, icra məmuru Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən şöbəyə ünvanlanmış məktubda Badamdar qəsəbəsi, T.Məmmədov və S.Məmmədov küçələrinin kəsişməsində 91 saylı meyvə-tərəvəz köşkünün bərpa olunması üçün nəzərdə tutulmuş sahədən "xxxx" ASC-nə məxsus 10 kv voltluq yüksək gərginlik elektrik kabel xətləri, “Azəriqaz” İB-nə məxsus istismarda olan D-159 m orta təzyiqli yeraltı qaz xətti və "xxxx" ASC-nə məxsus kanalizasiya və su xəttinin keçdiyi qeyd edilərək kommunikasiya xətlərinin yerinin iddiaçı vəsaiti hesabına normativ qaydalara uyğun şəkildə dəyişdirildikdən sonra məhkəmə qərarının icrasına səlahiyyətləri daxilində yenidən baxılacağına istinad edərək, məhkəmə qərarını icra etməmiş, işin hallarını və tələbkarın tələbinin təmin edilib-edilmədiyini tam şəkildə araşdırmamış, tələbkarın kommunikasiya xətlərinin yerinin öz vəsaiti hesabına normativ qaydalara uyğun şəkildə dəyişdirilməsinə razılıq verib-verməməsi məsələsini araşdırmadan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikası qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlandığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.3-cü maddəsinə görə icra zamanı borclunun yaşayış yeri və olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon icra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması haqqında” 23 yanvar 2017ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4268/2015 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması haqqında” 23 yanvar 2017-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6AKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar