Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2647/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X10, X19, X12, X13 və X16 işə cəlb edilməklə sərəncamın və onun əsasında bağlanılmış kirayə müqaviləsinin ləğv edilərək onunla yenidən kirayə müqaviləsinin bağlanması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X10, X19, X12, X13 və X16 iə cəlb edilməklə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 9 saylı sərəncamının və onun əsasında bağlanılmış kirayə müqaviləsinin ləğv edilərək onunla yenidən kirayə müqaviləsinin bağlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, B saylı evin, 8 saylı mənzilinin ilkin icarədarı X3 övladı və vərəsəsidir. Mənzil 1960-cı ilin yanvar ayında köhnə evin plana düşməsi ilə əlaqədar alınmış və qeyd edilən mənzilə dair orderdə ailə üvlərinin siyahısında, həmçinin, onun da adı qeyd olunmuşdur. Mənzilin ilkin icarədarı X1 övladı, hazırki mülkiyyətçi X2 şəhərinə gəlin köçmüş, orada bir müddət yaşadıqdan sonra Bakı şəhərinə köçərək ailə yataqxanasında yaşamışdır. Daha sonra X5 həyat yoldaşı həbs edilmiş və həyat şəraiti pis olduğundan anası X4 ona uşaqları ilə birlikdə müvəqqəti olaraq qeyd edilən ünvanda qalmağa icazə vermişdir. Heç vaxt işləməyən, uşaqlarının və özünün həyat şəraitini yaxşılaşdıran, bütün maddi ehtiyacları yalnız mərhum anası X4 və onun tərəfindən qarşılanan X14 və onun övladları mənzil qeydiyyatına düşməyə nail olmaqla sonradan onlara davamlı olaraq müxtəlif maneələr yaradıldığından oğurlanaraq gizlədilmiş şəxsi əşyaların qaytarılması, mənzilin özəlləşdirilməsi, qeyd edilən şəxslərin mənzildən və mənzil qeydiyyatından çıxarılmaları, anası X3 mənzilə köçürülərək orada yaşaması ilə əlaqədar görülən tədbirlər heç bir nəticə verməmişdir. Ahıl yaşına çatmış, qayğıya ehtiyacı olan, köməksiz və daim təhlükəli vəziyyətdə qalan anası ömrünün sonunadək onunla birlikdə başqa mənzildə yaşamaq məcburiyyətində olmuşdur. xx.xx.2009-cu il tarixində X3 vəfatından sonra bu hallar araşdırılmamış, qanunsuz və ədalətsiz şəkildə icazəsi olmadan Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixində 9 saylı sərəncamla qeyd olunan mənzilin kirayə müqaviləsi X6 adına keçirilmiş, daha sonra qeyd edilən müqavilə əsasında keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2-1(82)-3013/2015 saylı qərarı ilə mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydə alınmaqla çıxarış verilmişdir. Xatırladır ki, X15 xx.xx.2017-ci il tarixində, övladları X18 xx.xx.2014-cü il və X17 xx.xx.2019-cu il tarixində vəfat etmişlər. X10 gəlin köçərək ilk əvvəl ünvan 2 ünvanda, daha sonra isə hal-hazıradək AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 27, mənzil 2, həmçinin ailə həyatı qurduqdan bu günədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1614 a ünvanında yaşayır. X19 isə tüfeyli həyat tərzi keçirməklə mənzili yararsız hala salmışdır. O, Bakı şəhəri Cavabdehnə rəsmi qaydada müraciət edərək xx.xx.2012-ci il tarixli, 9 saylı sərəncamın və onun əsasında bağlanılmış kirayə müqaviləsinin ləğv edilərək onunla bağlanmasını xahiş etmişdir. Lakin, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla onun müraciətindən imtina edərək faktla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etməsini tövsiyə etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)- 3013/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən iddiaçı X8 iddia tələbi təmin edilərək Bakı şəhəri, H.Cavid prospekti (keçmiş N.Nərimanov) 528-ci məhərəllə, ev B, 8 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydə alınması və həmin mənzilə dair O.Hacıyevanın adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3013/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı ərizəsi təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-3013/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(112)-6609/2024 saylı inzibati işi üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xx.xx.2012-ci il tarixli 9 saylı sərəncamın və onun əsasında bağlanılmış kirayə müqaviləsinin ləğv edilərək onunla bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair 2-1(112)-13163/2024 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-3013/2015 saylı sorğusuna əsasən (hakim Aysev Almazova) Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-09242/2023 nömrəli məktubla (məktub məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) Bakı şəhəri Cavabdeh arxiv fondu üzrə xx.xx.2012-ci il tarixli, 9 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın xx.xx.2012-ci il tarixli, 9 saylı sərəncamını mübahisələndirsə də, iddiaçı həmin sərəncamdan azı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-3013/2015 saylı sorğusuna əsasən (hakim Aysev Almazova) Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-09242/2023 nömrəli cavab məktubunun verildiyi tarixdən - xx.xx.2024-cü il tarixdən məlumatlı olmasına baxmayaraq həmin sərəncamın mübahisələndirilməsi barədə iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı bu halı, məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi ilə əsaslandırsa da, iş materiallarında olan cavabdehin imtina məktubundan görünür ki, sərəncamın ləğvi ilə bağlı iddiaçının tələbinin təmin edilməsindən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamdan iddiaçının xx.xx.2024-cü il tarixdən məlumatlı olmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən sərəncamdan qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan sərəncam ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da, göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən sərəncamın ləğvi ilə bağlı məhkəməyə 30 gündən çox müddət keçdikdən sonra müraciət etməsinin üzürlü səbəbləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2647/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2647/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver