Məhkəmə qərarları › İş №2-1(112)-2651/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2651/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2651/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15, cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin nümayəndələri X4 və X11 iştirakları ilə, İddiaçı Ələsgər qızının cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə qarşı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, icazə vəsiqəsinin verilməsi barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ələsgər qızı cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə qarşı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, məhkəmədə iddia qaldıraraq xx.xx.2003-cü il tarixdə doğulmuş X2, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X7 adına Rusiya vətəndaşlığı pasportunun verilməsi vəzifəsinin Rusiya Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin, müvəqqəti yaşamaq üçün 5 illik icazə vəsiqəsinin hazırlanıb verilməsi vəzifəsinin Azərbyacan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Nümayəndə Təvəkkür qızı tərəfindən imzalanmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun əri X1 Federasiyasının vətəndaşı olmaqla Tatarıstan Respublikasının Privoljski rayonunda yaşayır və həmin ünvanda qeydiyyatdadır. İddiaçı ilə X9 xx.xx.1998-cı ildə tarixdə rəsmi nigaha girmişlər Birgə nikahdan xx.xx.2003-cü il tarixdə doğulmuş Təvəkkül, xx.xx.2006-cı ildə tarixdə doğulmuş Elcan və xx.xx.2008-ci ildə doğulmuş Turan Azərbaycan Respublikasının Qəbələ rayonunda doğulsalar da onların adına qeyd edilmiş doğum haqqında şəhadətnamələr- İKb № 751682 saylı şəhadətnamə Təvəkkülün adına, lll-KB № 524850 saylı şəhadətnamə Elcanın adına, lll-KB № 629001 saylı şəhadətnamə isə Turanın adına Tatarıstan Respublikasında Rusiya vətəndaşı kimi qeydə alınmışdır. Hər üç uşaq Rusiya vətəndaşı olsalar da Azərbaycan Respublikasının Qəbələ rayonunun Kürd kəndində yaşamaqla həmin kənddə məktəbə gedirlər. Eyni zamanda onu da qeyd etmişdir ki, 2016-cı ilə qədər yuxarıda qeyd edilən doğum şəhadətnamələri əsasında hər üç uşaq məktəbə qəbul edilmişlər. Uşaqlardan Təvəkkül hazırda orta məktəbin 11-ci sinifinə, Elcan orta məktəbin 7-ci sinifinə, Turan isə 6-cı sinifinə keçid almışlar. 2016-cı ildən ondan tələb olundu ki, hər üç uşağa ayrılıqda Rusiya vətəndaşı olduqlarına görə Azərbaycan Respublikası ərazisində müvəqqəi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə vəsiqəsi almalıdırlar. Həmin tələbə əsasən Qəbələ regional ASAN xidmət mərkəzinə müraciət edərək, bir il müddətində yəni- Təvəkkül adlı uşağa xx.xx.2018-ci il tarixədək, Elcan və Turan adlı uşaqlara isə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Təvəkkülə ******* saylı, Elcana MYİN0361525 saylı, Turana isə MYİ N0361526 saylı vəsiqələr verilmişdir. Uşaqlara müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqələrinin etibarlıq müddəti xx.xx.2018 və xx.xx.2018-ci illərdə başa çatmışdır. Həmin icazə vəsiqəsinin etibarlıq müddətinin başa çatması müddətinə 6 ay qalmış icazə vəsiqəsini aldıqları ASAN xidmət mərkəzinə müraciət edərək növbəti müddət üçün icazə vəsiqəsinin hazırlanıb verilməsini xahiş etmişlər. Tələb olunan sənədlər hazırlanaraq ASAN xidmət mərkəzinə təqdim edildikdə, bildirilmişdir ki, Rusiya səfirliyindən hər üç uşaq üçün pasport alınmalıdır. Bu məqsədlə Rusiya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edilmişdir. xx.xx.2017-ci il tarixli 3323/60 saylı məktubla cavab verilmişdir ki, səfirliyin konsul şöbəsinə müraciət etmək lazımdır. Məktubda göstərilən məsləhətə əsasən uşaqların doğum haqqında şəhadətnamələrin sürətlərini, uşaqların təsdiq edilmiş sənədlərinin sürətlərini, Rusiya Federasiyasının Azərbaycan Respublilkasında olan səfirliyindən daxil olan ərizəni, daxili və xarici pasportlarının sürətlərini, şəxsiyyət vəsiqəsinin sürətlərini RF-nın AR-dakı səfirliyinin konsulluq şöbəsinə təqdim etmişlər. Oradan bildirilmişdir ki, uşaqların valideynləri sənədləri təqdim edərkən şəxsən iştirak etməlidirlər. Atanın əvəzinə etibarnamə təqdim edilsə də, işin həllini görməmişlər. Bundan sonra AR-sı Xarici İşlər Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2018ci il tarixli cavabında göstərilmişdir ki, müraciətlə əlaqədar Rusiya səfirliyinə müvafiq nota ünvanlanmışdır. Təkrar müraciət əsasında AR-sı Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin xx.xx.2019-cu il tarixli 7/15-223/15/19 saylı məktubunda iddiaçıya yenidən Rusiya Federasiyasının AR-kı səfirliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. AR-sı Dövlət Miqrasiya Xidmətinə edilən müraciətdə məsləhət bilinmişdir ki, müvafiq sənədlərlə Dövlət Miqrasiya Xidmətinin Şəki Regional İdarəsinə getməyi tövsiyyə olunub. İddiaçı xx.xx.2019-cu il tarixdə X13muş, ona 6 aylıq müvəqqəti yaşayış vəsiqəsinin verilə biləcəyi bildirilmişdir. O, 3 və ya 5 illik vəsiqənin verilməsini xahiş etmiş, lakin razılıq əldə edə bilməmişdir. Ona görə də yuxarıda adları qeyd olunan uşaqların təhsilində və yaşayışında qeydiyyatı ilə bağlı problemlərin təkrarlanmaması üçün cavabdehlərin üzərinə xarici vətəndaşlıq pasportunun və 5 il müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(81)-3213/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin geri qaytarılmaqla, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadla razı olmayan iddiaçı qərardaddan verdiyi şikayətdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(81)-3213/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin baxışa təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2536/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3213/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, məhkəmə (birinci instansiya məhkəməsi) iddiaçının ərizəsinə düzgün hüquqi qiymət vermədən, iş üzrə icraata xitam verilməsi barədə əsassız qərardad qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin nümayəndəsi X17 tərəfindən təqdim olunan xx.xx.2019-cu il tarixli sərəncam və xx.xx.2019-cu il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə qarşı (üçüncü şəxs Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi) vəsiqənin verilməsi tələbinə dair iş vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının yoxlanılmasını da zəruri sayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş yenidən məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə və üçüncü şəxsə təqdim edilərək, cavabdehlərdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx xxxxx 2020-ci il tarixli məktub göndərilərək, iddia tələbi ilə bağlı dəqiqləşmiş ərizəsinin məhkəməyə təqdim olunması təklif olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X24 və cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin nümayəndələri X14 və X17 məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X24 məhkəməyə yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı övladları xx.xx.2003-cü il təvəllüdlü X10, xx.xx.2006-cı ıl təvəllüdlü X16, xx.xx.2008-ci ıl təvəllüdlü X12 əvvəllər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq uçun icazələrin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, sonradan o, 29 10 2019-cu il tarixdə X16 və X7, 04 02.2020-cı ıl tarixdə isə X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün DMX-ya müraciət etmişdir. Müraciətlərin araşdırılması zamanı şəxsin hər üç övladının vətəndaşlığa mənsubiyyəti tanınmışdır. Bu zaman sözügedən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanındığı üçün onlara ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi mümkün deyil, çünki artıq həmin şəxslərin Miqrasiya Məcəlləsinin 3.0.1-cı (əcnəbi -Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs) və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır) uyğun olaraq xarici dövlətin vətəndaşlığına mənsubiyyətləri tanınmır. Belə olan halda, Miqrasiya Məcəlləsinin 44-cü maddəsindən görünür kı, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. Məhkəmə iclasında cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X24 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin nümayəndələri X14 və X17 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin digər hakiminin icraatında olmuş İddiaçı Ələsgər qızının cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə qarşı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, icazə vəsiqəsinin verilməsi barədə iddiası məhkəmənin 2-1(81)-3957/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinin tələblərinə (iddia ilə bağlı işin məhkəmənin icratında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz) əsasən mümkün sayılmamışdır (qərardadın surəti hazırki işin materiallarına əlavə olunmuşdur). Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X24 tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müvafiq olaraq 7458620, ******* və ******* №li qərarların surətlərindən müəyyən olunmuşdur ki, xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı adından verilmiş hazırki iddia ərizəsində bir-birinə aid olmayan tələblərin bir iddiada birləşdirilməsinə və qeyd olunan halın aradan qaldırılması üçün sonuncuya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmiş və göstərilən pozuntunu aradan qaldırmamışdır. Bundan əlavə İddiaçı adından verilmiş hazırki iddia ərizəsi Nümayəndə tərəfindən imzalansa da, iddia ərizəsinə sonuncunun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olunmamış və məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ələsgər qızının cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə qarşı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, icazə vəsiqəsinin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar