Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2652/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X2, İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh Bakı şəhəri İddiaçınə qarşı kompensasiyanın düzgün hesablanması tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mübahisəyə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin Cavabdeh1 36088 manat və Cavabdeh2 və Sədaqət Quliyevaya 56650 manat vəsaitin cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulmasının nəzərə alınması, bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1597/2019 saylı, 29 mart 2019cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin Cavabdeh1 36088 manat, Cavabdeh2 40750, Sədaqət Quliyevaya 15900 manat və Cavabdeh6 40156 manat vəsaitin cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulmasının təsdiq edilməsi, bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1597/2019 saylı, 30 may 2019-cu il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1597/2019 saylı, 19 iyun 2019cu il tarixli qərarına əsasən iddia təmin edilmişdir. Qərardan narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək qərarın ləğv edilərək, payları məlum olan mülkiyyətin bazar dəyəri ilə düzgün bölgüsünün təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2390/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qərardadına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1597/2019 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxılarkən mahiyyəti üzrə baxılması başlananadək, yəni xx.xx.2020-ci il tarixli hazırlıq icraatı mərhələsində məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək payları məlum olan mülkiyyətin bazar dəyəri ilə əmlak və torpaq üzrə kompensasiyanın düzgün ödənilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2652/2020 saylı qərardadına əsasən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ilkin iddia ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan yaşayış sahəsinin faktikiəmlak sahəsi 122 kv.metrdir.Həmin sahənin altında olan torpaq sahəsi isə 140 kv.metrdən ibarətdir.Buna baxmayaraq Bakı şəhəri İddiaçı kompensasiya hesablamalarını düzgün aparmamışdır. Həmin əmlak üçün ödənilmiş kompensasiyada çıxarış üzrə paylar nəzərə alınmayıb. Belə ki, 1/8 payı olana 56000 manat, 3/8 paya isə 63500 manat ödəmişdir.Eyni zamanda Dövlət reyestr xidmətinin kadastr qiymətləndirilməsində, həmin zona üzrə əmlakın 1 kv.metrinin bazar qiyməti 3500 manatdır. Həmçinin 1 kv.metr torpaq sahəsi isə 4000 manat hesablanır.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşın qanuni istifadəsində olan fərdi yaşayış evinin, altında olantorpaqlar, əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə iclası 24 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, cavabdehlər X5, Cavabdeh4, Cavabdeh5 və X4, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında cavabdehlər X5, Cavabdeh4, Cavabdeh5 və X1 və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X6 izahatında göstərdi ki, hazırki mübahisə predmeti olan evə dair qanunvericiliyə uyğun olaraq torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı ilə: Cavabdeh1 arasında AN-İ № ******* saylı 24.01.20-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq 50 008 manat məbləğində kompensasiya, xx.xx.2020-ci il tarixli maddi yardım ödənilməsinə dair Razılaşmaya əsasən 13 334 manat məbləğində maddi yardım ödənilmişdir. Həmçinin Cavabdeh2 ilə bağlanmış AN-İ № ******* saylı 24.01.20-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 50005 manat məbləğində kompensasiya, 24.01.20-cı il tarixli maddi yardım ödənilməsinə dair Razılaşmaya əsasən 13534 manat məbləğində maddi yardım ödənilmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlərində olan əmlakları alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri İddiaçı xeyrinə özgəninkiləşdirmişlər. Hazırda həmin fərdi yaşayış evi sökülmüşdür. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında qarşılıqlı iddia üzrə iddiaçılar yuxarıda qeyd olunan aldıqları kompensasiya məbləğlərini tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçıların hazırki tələbi artıq özgəninkiləşdirilmiş əmlaka görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya ödənilməsi tələbi olduğundan, həmin tələbin irəli sürülməsi üçün subyektiv hüquq mövcud olmadığından, qarşılıqlı iddia tələbi mümkünlük tələblərinə cavab vermir. Buna görə də ilk iddia üzrə çıxarılacaq məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxdığını, qarşılıqlı iddianın isə mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verdi. İzahatına əlavə olaraq göstərdi ki, fərdi yaşayış evinin ona məxsus olan payına dair Bakı şəhəri İddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış, buna dair ona kompensasiya ödənilmişdir. Buna baxmayaraq o, ödənilmiş kompensasiya məbləği ilə razı olmadığından qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, əmlakın çıxarışı üzrə paylar 3/8 pay üçün 79500 manat, 1/8 pay üçün 26500 manat təşkil etməlidir. Lakin onlara ödənilmiş məbləğ hər birinə 63500 manatdır. Digərlərinə isə 85000 manat ödənilmişdir. Cavabdeh sonda ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 izahatı ilə eyni məzmunda izahat verərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş mateiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq Bakı şəhəri İddiaçı tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından ilk iddia üzrə icraata xitam verilməli, qarşılıqlı iddia isə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 01436690 saylı Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 98 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi 3/8 hissədə Cavabdeh2 və 3/8 hissədə Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.01564 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadədədir. İş materiallarında olan Cavabdeh1 ilə Bakı şəhəri İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, 24 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus qalan hissədən 3/8 hissəni 50008 manat qiymətinə alıcı Bakı şəhəri İddiaçınə satmışdır. İş materiallarında olan Bakı şəhəri İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq 13334 manat maddi yardım göstərilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Bakı şəhəri İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, 24 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus qalan hissədən 3/8 hissəni 50005 manat qiymətinə alıcı Bakı şəhəri İddiaçınə satmışdır. İş materiallarında olan Bakı şəhəri İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh2 İddiaçı tərəfindən ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq 13534 manat maddi yardım göstərilmişdir. İş materiallarında olan Cavabdeh6 ilə Bakı şəhəri İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, 24 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh6 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus qalan hissədən 1/8 hissəsini 45016 manat qiymətinə alıcı Bakı şəhəri İddiaçınə satmışdır. İş materiallarında olan Bakı şəhəri İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh6 Bakı şəhəri İddiaçı tərəfindən ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq 11740 manat maddi yardım göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri İddiaçı ilə X5 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli razılaşmadan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahə 10.60 kv.metr olan yaşayış obyekti dövlət ehtiyacları üçün ümumi sahəsi 10.60 kv.metr olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 15900 manat məbləğində kompensasiya ödənilmişdir. Həmçinin həmin razılaşmaya əsasən S.Quliyevaya Bakı şəhəri İddiaçı tərəfindən ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq 24100 manat maddi yardım göstərilmişdir. İlk iddia tələbi üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin Cavabdeh1 36088 manat və Cavabdeh2 və Sədaqət Quliyevaya 56650 manat vəsaitin cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulmasının nəzərə alınması, bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini tələb etməkdədir. İşdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan Bakı şəhəri İddiaçı ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyətçiləri arasında həmin əmlaka dair 24 yanvar 2020-ci il tarixdə, yəni məhkəmə baxışı gedişində alqı-satqı müqavilələri bağlanaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əmlakın alqı-satqısı həyata keçirilmiş, paylı mülkiyyətçilər ilə icra hakimiyyəti arasında bağlanmış razılaşmalara əsasən onlara ödənilmiş kompensasiya məbləğinə əlavələr ödənilmişdir. Həmçinin həmin əmlak hazırda sökülmüşdür. Göründüyü kimi fərdi yaşayış evinin boşaldılması tələbi də icra olunmuşdur. Bununla da, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunduğu və ilkin iddia tələbi üzrə işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar əvvəllər paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən 98 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin onların mülkiyyətində olan paylarına uyğun kompensasiyanın düzgün hesablanmasını tələb edirlər. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 3/8 hissəsinin mülkiyyətçisi olan Cavabdeh2 ilə həmin hissədə əmlakını (98 kv.metr) könüllü olaraq 50005,00 manat ödənilməklə, fərdi yaşayış evinin 3/8 hissəsinin mülkiyyətçisi olan satıcı Cavabdeh1 ilə həmin hissədə əmlakını (98 kv.metr) könüllü olaraq 50008,00 manat ödənilməklə Bakı şəhəri İddiaçı xeyrinə özgəninkiləşdirılməsinə dair alqı-satqı müqavilələri bağlanmışdır. Sözügedən alqı-satqı müqavilələri qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən mülki icraat qaydasında mübahisələndirilməmişdir və hal-hazırda qüvvədədir. Lakin qarşılıqlı iddia üzrə iddiaçılar həmin alqı-satqı müqavilələri qüvvədə olduğu halda, artq özgəninkiləşdirilmiş və onların mülkiyyətində olmayan əmlaka görə həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya ödənilməsi tələbini irəli sürmüşlər. Halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq qarşılıqlı iddianın mümkün sayılmaması qənaətinə gəlir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin mümkünlüyü məsələsini araşdırarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlərə baxılması zamanı qəbul etdiyi qərarlarındakı hüquqi mövqeyini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ilk iddia üzrə icraata xitam verilməli, qarşılıqlı iddia iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbi barədə ilk iddia üzrə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh Bakı şəhəri İddiaçınə qarşı kompensasiyanın düzgün hesablanması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə inzibati mübahisəyə dair qarşılıqlı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2652/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2652/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver