Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2655/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,pensiyaçı) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2019-cu ildən güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi hesablanaraq iddiaçıya pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci ildə o, N.Nərimanov adına NQÇİ-nin X1 sementləyici aqreqat motorçusu vəzifəsində işə başlamış və xx.xx.2019-cu ildə həmin vəzifədə 12 il 6 aylıq güzəştli iş stajı toplandığı üçün cavabdehə həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci ildən iddiaçıya pensiya təyin etmişdir ki, bu da onun aylıq pensiya məbləğinin daha az məbləğdə formalaşmasına səbəb olmuşdur. xx.xx.2021-ci ildə iddiaçı cavabdehə təkrarən müraciət edərək əmək pensiyasının xx.xx.2019-cu ildən yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının güzəştli əmək stajının xx.xx.2020-ci ildə formalaşmasını bildirmişdir. Cavabdeh öz mülahizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2008xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2012-xx.xx.2012 və xx.xx.2018-xx.xx.2018-ci il dövlərlərdə əmək haqqı almamışdır, halbuki həmin dövrlərdə iddiaçı məzuniyyətdə olmuşdur,məzuniyyət pulunu da əmək haqqı ilə birlikdə almışdır, həmin məzuniyyət pulundan da məcburi dövlət sosial haqlarını da ödəmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiysı təyin edilmiş və pensiya hüququ yarandığı xx.xx.2020-ci ildən hesablanmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2007-xx.xx.2020-ci illər arasındakı dövrlər ərzində X1 sementləyici aqreqatın 6-cı dərəcəli motorçusu peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin dövr ərzində ona 4 ay üzrə əmək haqqı ödənilmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd edilən dövrü iddiaçının iş stjına daxil etmək mümkün deyildir. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci ildən yaranır. Bununla əlaqədar olaraq, işlədiyi dövrdə qazandığı 71128,58 manat sığorta kapitalına görə əmək pensiyası 456,51 manat müəyyən edilmişdir. Bundan başqa əmək pensiyası üzrə keçmiş müddət üçün 8020,94 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin iyun ayından etibarən ötən dövrdəki ayların sayına bölünərək hər ay 471,82 manat olmaqla pensiyasının üzərinə əlavə olunmuşdur. Bundan əlavə pensiya alt sistemində qeyd olunan məlumatlara əsasən iddiaçıya xx.xx.2021-ci ildə cari dövr üçün 508,55 manat, keçmiş dövr üçün 471,82 manat, xx.xx.2021-ci ildə cari dövr üçün 552,29 manat, keçmiş dövr üçün 471,82 manat, xx.xx.2021-ci ildə cari dövr üçün 552,29 manat, keçmiş dövr üçün 508,75 manat, xx.xx.2021-ci ildə cari dövr üçün 552,29 manat, keçmiş dövr üçün 508,75 manat, xx.xx.2021-ci ildə cari dövr üçün 552,29 manat, keçmiş dövr üçün 508,75 manat, xx.xx.2022-ci ildə cari dövr üçün 552,29 manat, keçmiş dövr üçün 471,82 manat, xx.xx.2022-ci ildə cari dövr üçün 621,07 manat, keçmiş dövr üçün 490,60 manat ödənilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı ildə doğulmuşdur. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2021-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2020-ci ildən hesablanmışdır. İddiaçı cavabdehə müraciət edərək pensiyasının xx.xx.2019-cu ildən hesablanmasını tələb etsə də müraciəti təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, xx.xx.2008-xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2012xx.xx.2012, xx.xx.2018-xx.xx.2018-ci il dövrləri üçün iddiaçıya əmək haqqı ödənilməmişdir. Məhkəmə cavabdehin yuxarıda göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı cavabdehin nəzərə almadığı xx.xx.2008xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2012-xx.xx.2012, xx.xx.2018-xx.xx.2018-ci il dövrlərində əmək fəaliyyəti göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. Məhkəmə onu da xüsusi qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya 2008-ci ilin mart ayında 1965,58 manat əmək haqqı və digər ödənişlər (o cümlədən 2008-ci ilin aprel ayına düşən məzuniyyət pulu 577,75 manat) hesablanmışdır, iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər məzuniyyətdə olmuşdur və 2008-ci ilin aprel ayına aid olan 577,75 manat məzuniyyət pulunu da 2008-ci ilin mart ayında aldığı üçün məcburi dövlət sosial sığorta haqları da mart ayında tutulmuşdur.İddiaçı 2009-cu ilin aprel ayında 1331,68 manat əmək haqqı və digər ödənişlər (o cümlədən 2009-cu ilin mart ayına düşən məzuniyyət pulu 490,86 manat) hesablanmışdır, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə qədər məzuniyyətdə olmuşdur və 2009-cu ilin may ayına aid olan 490,86 manat məzuniyyət pulunu da 2009-cu ilin aprel ayında aldığı üçün məcburi dövlət sosial sığorta haqları da aprel ayında tutulmuşdur, iddiaçı xx.xx.2009-cu ildən N.Nərumanov adına NQÇİ-dən işdən azad edilmişdir. Eyni zamanda iddiaçının iddia ərizəsinə əlavə edilmş 126 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən 2012-ci ilin aprel ayında 873,23 manat əmək haqqı, 110 manat yemək pulu, 1266,52 manat məzuniyyət pulu almışdır, 2012-ci ilin aprel ayında məzuniyyətə çıxdığı üçün aprel və may ayları üzrə məzuniyyət haqqı aprel ayında hesablanmışdır, “Azneft” İB-nin 1 saylı Nəqliyyat İdarəsinin 197 nömrəli, xx.xx.2021-ci il arxiv arayışına əsasən isə iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər əmək məzuniyyətinə çıxmışdır, ona məzuniyyət günlərinə görə hesablanan məbləğ 2018-ci ilin avqust ayında ödənilmişdir, bu səbəbdən də 01.09-xx.xx.2018-ci ildə əmək haqqı qeyd edilməmişdir, eyni zamanda iddiaçının şəxsi hesabındqan göründüyü kimi qeyd edilən dövrlər üçün hesablanmış əmək haqqı və məzuniyyət pullarından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, dövlət orqanı olan cavabdeh məhkəmə zamanı müəyyən olunan xüsusatları tam araşdıraraq obyektiv qiymətləndirməməklə - iddiaçının məzuniyyətdə olduğu dövrləri sığorta stajı kimi nəzərə almamaqla iddiaçının sosial təminat hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2655/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2655/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver