Məhkəmə qərarları › İş №2-1(112)-2656/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2656/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2656/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «ona müharibə veteranı statusunun və vəsiqəsinin” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1429/2019 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda dekabr 1989-cu il tarixindən 09 oktyabr 1991-ci il tarixədək kənd özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakında sübut olmuşdur. Həmin ərizəyə əlavə DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin arayışından görünür ki, onun heç bir məhkumluğu yoxdur. Nazirlər Kabinetinin 1995-22 il sentyabr tarixli 216 № li qərarına əsasən yerli İcra Hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) növbə çəkmə kitablarından (arxiv post kitabı misal gətirmək olar bununlada yerli İcra Hakimiyyətində saxlanılan 1988-ci il fevraldan 09 oktyabr 1991-ci ilə kimi həmin kitablarda adı olan döyüşmüş insanlara müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rayon şöbələrinin vasitəsi ilə sənədlər qaydasında göndərilsə də, əsassız olaraq imtina edilmişdir. Ancaq hazırkı ərizəyə əlavə sübutlar təsdiq edir ki, o dövrdə döyüş zonalarında kənd soveti sədrləri və kolxoz, solxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələri yaradılaraq, erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında kənd camaatı tərəfindən postlar yaradılaraq ərazi bütövlükləri qorunması təşkil olunurdu. İddiaçı hesab edir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2019-cu il tarixli, 4836/2372 saylı yazılı etirazında göstərilmişdir ki, iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İddiaçı Ağdam rayon Seyidli kənd özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edə biləcək hüquqi sənədlər olmadığı üçün ona müharibə veteranı adının verilməsindən imtina edilmişdir. Etirazda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müvafiq bəndlərinə istinad edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə şifahi məhkəmə iclasında baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Ağdam rayon İcra Hakimiyyəti Quzanlı Qəsəbə Arxivi tərəfindən verilmiş 30 saylı 27 iyun 2018-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonu Seyidli kənd özünümüdafiə dəstəsinin tərkibində, dekabr 1989-cu il tarixdən 09 oktyabr 1991-ci il tarixədək erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin xx.xx.2013-cü il tarixli 9/2019-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim olunan sənədlərə Xidmətinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası”nın xx.xx.2019-cu-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. - Ağdam rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş 02/120 saylı, 04 mart 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş şəxslərin təsdiq olunmuş adlı siyahısında vətəndaş İddiaçı adı göstərilmişdir. - Ağdam rayon İcra Hakimiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş 02/1404 saylı, 08 iyun 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Ağdam rayon Salahlı kənd özünümüdafiə dəstəsinin tərkibinə 1989-1991-ci illərdə erməni quldurlarına qarşı döyüş əməliyatlarında iştirak etməsinə dair Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ağdam rayon İcra Hakimiyyətinə təqdim etdiyi adlı siyahıda Yahyayev Rəhbər Vəli oğlunun adı, soyadı və atasının adı qeydə alınmışdır. - Azərbaycan Respublikası Dövlət X2 tərəfindən məhkəməyə daxil olmuş 21 noyabr 2019-cu il tarixli N-172 saylı məktubdan görünür ki, Dövlət X2nda saxlanılan Ağdam Rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Seyidli kənd ərazi nümayəndəliyinin 1988-ci il tarixli 05 N-li əmrinə əsasən, X5 Vilayətinin Ərazisində erməni quldur dəstələrinin Ağdam rayon ərazisinə hücumlarının qarşısını almaq məqsədi ilə Seyidli kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 41-ci sırada qeyd olunmuşdur. xx.xx.1991-ci ildə batalyonun fəaliyyəti dayandırılmışdır; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvünlanan HP 01/230 saylı 18 mart 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndiriği materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli 9/2-6281 saylı arayışdan müəyyən olunur ki, Seyidli kənd özünümüdafiə Nazirliyinin Mərkəzi arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparılması mümkün olmamışdır; - İddiaçıya məxsus № H3 ******* saylı hərbi biletdə göstərilmişdir ki, İddiaçı Ağdam rayon hərbi Komissarlığı tərəfindən 1989-1991-ci illərdə Ağdam rayon Salahlı kənd özünümüdafiə dəstəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir; - DİN-nin 4863 saylı xx.xx.2016-cı il tarixli arayışından görünür ki, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxxxxxx 1968-ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim etdiyi sənədlərə SHXÇDX-də baxılmış və könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “Müharibə veteranı” vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Lakin iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə yetəri sübutlar mövcud deyildir. İşin hallarına görə, Ağdam rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş 04 mart və 08 iyun 2020-ci il tarixli məktublarda Ağdam rayon Salahlı kənd özünümüdafiə dəstəsinin tərkibində 1989-1991-ci illərdə erməni quldurlarına qarşı döyüş əməliyatlarında iştirak etməsinə dair Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ağdam rayon İcra Hakimiyyətinə təqdim etdiyi adlı siyahıda iddiaçının qeydə alındıgı, Dövlət X2 tərəfindən məhkəməyə daxil olmuş 21 noyabr 2019-cu il tarixli arxiv arayışında isə Ağdam Rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Seyidli kənd ərazi nümayəndəliyinin 1988-ci il tarixli 05 N-li əmrinə istinadən Seyidli kənd ərazisində müdafiə dəstəsinə aid olan post kitabının siyahısında iddiaçının adının 41-ci sırada qeyd olunması kimi ziddiyətli məlumatlar göstərilmiş, yəni qanunvericiliyin tələbinə görə yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş belə bir siyahı mövcud deyil, bu halın sübutu kimi Seyidli kənd ərazisində müdafiə dəstəsinə aid olan post kitabının siyahısının isə vəzifəli şəxs tərəfindən imzalanmaması, rekvizit məlumatlarının olmaması bu sənədlərin həqiqiliyinə şübhə yaradır, həmçinin də 21 noyabr 2019-cu il tarixli arxiv arayışı 1989-1991ci illərə aid sənəd kimi qəbul edilə bilməz. Beləliklə də toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığından iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar